MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə17/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   13   14   15   16   17   18   19   20   ...   228

 

29

 



 


 

30

 



 

 

 

 

 

 

I HİSSƏ 

 

NƏZƏRİ EKOLOGİYA 

 

 

 



 


 

31

II Fəsil 



 

HƏYAT (YAŞAYIŞ) MÜHİTİ VƏ 

EKOLOJİ FAKTORLAR 

 

Yaşayış mühiti canlı orqanizmləri əhatə edən təbiətin bir hissəsi olub onlarla bilavasitə qarşılıqlı əlaqədədir. 



Mühitin tərkib hissələri və xassələri çox müxtəlif və  dəyişkəndir. Hər bir canlı, daim mürəkkəb və  dəyişkən 

həyatına uyğunlaşır və onun dəyişkənliyinə uyğun olaraq həyat tərzini nizamlayır. 

Planetimizdə canlı, ona xas olan şərait ilə bir-birindən fərqlənən orqanizmlər 4 əsas yaşayış mühitini 

mənimsəmişlər. İlk dəfə həyat su mühitində baş vermiş və yaylmışdır. Sonralar canlı orqanizmlər yer səthi-hava 

mühitinə yiyələnərək torpaq əmələ gətirmiş və orada məskən salmışlar. Dördüncü spesifik həyat mühiti isə canlı 

orqanizmlərin özü olmuşdur. Onların hər biri özündə məskunlaşan parazit və simbiontlar üçün tam həyat mühiti 

hesab olunur.  

Orqanizmlərin mühitə uyğunlaşması adaptasiya adlanır. Adaptasiya qabiliyyəti həyatın əsas xassələrindən 

biridir, belə ki, həyatın mövcudluğunun mümkünlüyünü, orqanizmlərin çoxalıb artmasını təmin edir. Adaptasiya 

növlərin təkamülü gedişində baş verir və dəyişir.  

Mühitin orqanizmlərə təsir göstərən ayrı-ayrı xassələri və ya elementləri ekoloji faktorlar adlanır. Mühit 

faktorları olduqca müxtəlifdir. Onlar canlı qruplaşmalar üçün vacib və ya əksinə, zərərli ola bilər, onların 

yaşamasına və çoxalmasına səbəb və ya mane ola bilər. Ekoloji faktorlar  üç əsas qrupa bölünür: abiotik, biotik 

və antropogen. 



Abiotik faktorlar bütün qeyri-üzvi mühit faktorların məcmusunu təşkil edib bitki və heyvanların həyatına 

və yayılmasına təsir göstərir. Onlar fiziki, kimyəvi və edafik faktorlara bölünür.  



Fiziki faktorların  mənbəyi fiziki vəziyyət və ya hadisə (mexaniki, dalğalı  və s.) sayılır. Məsələn, 

temperatur,  əgər o, çox yüksəkdirsə, yanma (yanıq), çox aşağı olduqda isə donma (donuşluq) baş verir. 

Temperaturun təsirinə digər faktorlar da təsir göstərə bilər, məsələn, suda-axın, quruda isə külək, rütubətlilik və 

s.  


Kimyəvi faktorlar - mühitin kimyəvi tərkibi ilə  əlaqədar təsir göstərir. Məsələn, suyun duzluluğu çox 

olarsa, su hövzəsində həyat olmaya bilər (Ölü dəniz), bununla belə saf suda dəniz orqanizmlərinin əksəriyyəti 

yaşaya bilmir. Quruda və suda heyvanların həyatı kifayət qədər oksigenin miqdarından asılıdır.  

Edafik və ya torpaq faktorları – torpaqda yaşayan orqanizmlərə  təsir göstərən torpağın və dağ 

süxurlarının kimyəvi, fiziki və mexaniki xassələrinin məcmusu. Torpaq kimyəvi komponentlərinin (biogen 

elementlərin), temperaturunun, rütubətliliyinin, strukturunun, humusun miqdarının və s.-in, bitkinin böyümə və 

inkişafına təsiri yaxşı məlumdur.  

Lakin orqanizmlərə yalnız abiotik faktorlar təsir göstərmir. Orqanizmlər qruplaşmalar əmələ gətirir. Burada 

onlar qida resursları,  ərazi uğrunda mübarizə edir, yəni bir-birlərilə  rəqabət mübarizəsinə girir. Bu zaman 

növdaxili, həm də xüsusilə növarası  səviyyələrdə  yırtıcılıq, parazitlik və digər mürrəkəb qarşılıqlı  əlaqələr 

yaranır. Bu isə canlı aləmin faktorları və ya biotik faktorlar hesab olunur.  



Biotik faktorlar canlı orqanizmlərin bir-birinə  təsir formasıdır. Hər bir orqanizm daim bilavasitə  və 

dolayısı ilə (bilvasitə) digər canlının təsirinə  məruz qalır, özünün və digər növlərin nümayəndələri ilə (bitki, 

heyvan, mikroorqanizm) əlaqəyə girir, onlardan asılı olur və onlara təsir göstərir. Orqanizmlərin qarşılıqlı 

əlaqələri biosenozların və populyasiyaların mövcudluğunun əsası hesab olunur.  

Y.P.Xrustalyev və Q.Q.Matişeva (1996) görə biotik faktorlar bir orqanizmlərin həyat fəaliyyətinin digər 

orqanizmlərin həyat fəaliyyətinə təsirlərinin məcmusu olmaqla bərabər, həm də cansız mühit məkanına təsiridir. 

Cansız mühitə təsir dedikdə, orqanizmlərin özlərinin müəyyən dərəcədə mövcud olduğu şəraitə təsir qabiliyyəti 

başa düşülür. Məsələn, meşədə bitki örtüyünün təsiri altında xüsusi mikroiqlim və ya mikromühit yaranır, bura 

açıq sahəyə nisbətən özünəməxsus temperatur- rütubətlilik rejiminə malikdir: qışda burada havanın temperaturu 

bir neçə dərəcə isti, yayda isə sərin və rütubətli olur. Ağacın koğuşunda, yuvalarda, mağaralarda da xüsusi mi-

kromühit yaranır.  

Qarın altındakı mikromühiti xüsusi qeyd etmək lazımdır, buranın mühiti sırf abiotik təbiətə malikdir. 50-70 

sm qalınlığından az olmayan qarın istiləşdirmə təsiri nəticəsində, onun əsasında (dibində), təxminən 5 sm qatda 

qışda xırda heyvanlar – gəmiricilər yaşayır, belə ki, temperatur şəraiti (0…2

0

C) onlar üçün əlverişli sayılır. Elə 



belə effektə görə də qarın altında payızlıq taxılların cücərtiləri qalır. Güclü şaxtalardan qarın altında iri heyvan-

lar (maral, sığın) da qorunur. 

Eyni növün fərdləri arasında növdaxili qarşılıqlı  əlaqələr qrup və kütləvi effektlə  və növdaxili rəqabətlə 

yaranır. Qrup və kütləvi effekt dedikdə eyni növ heyvanların iki və ya daha çox fərdlərinin birləşməsi 

(toplanması) və mühitdə yerləşərək effekt yaratması başa düşülür. Hazırda belə effektlər  demoqrafik faktor 

adlanır. Onlar populyasiya səviyyəsində orqanizm qruplarının say dinamikasını və sıxlığını səciyyələndirir, bu-

nun  əsasında növdaxili rəqabət durur və növarası  rəqabətdən kökündən fərqlənir. Növarası  əlaqələr olduqca 

müxtəlifdir.  İki yanaşı yaşayan ayrı-ayrı növlər bir-birinə heç bir təsir göstərməyə  də bilər, yaxud bir-birinə 




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə