MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə68/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   64   65   66   67   68   69   70   71   ...   228

 

120


əhəmiyyət verilmirdi, çünki avtomobillərin sayı az olduguna ğörə bu, ətraf mühit üçün o qədər də qorxulu sayıl-

mırdı. Lakin hazırda bu ciddi problemə çevrilmişdir.  

Dünyada avtomobil mühərriklərində hər il 2 milyard tondan çox neft yanacağı işlədilir. Bu zaman faydalı iş 

əmsalı orta hesabla 23% təşkil edir. Qalan 77% isə ətraf mühiti qızdırmağa gedir.  

Orta hesabla ildə 15.000 km yol gedən minik maşını 4350 kq oksigen işlədir. Eyni zamanda o, atmosferə 

3250 kq CO

2

,  350 kq CO  və 93 kq başqa zərərli qazlar buraxaraq havanı zəhərləyir. Avtomobil 100 km yol 



getdikdə insanın bir ildə udduğu qədər oksigen işlədir.  

Fransız alimi J.Detrinin məlumatına ğörə benzin və dizellə işləyən mühərriklərin havaya buraxdığı qazların 

tərkibi uygyn olaraq aşağıdakı kimi səciyyələnir: CO

2

-9,0 və 9,0%; CO- 4,0 və 0,1%, oksigen – 4,0 və 9,0%; 



hidrogen- 2,0 və 0,03%; aldehidlər 0,004 və 0,002; azot oksidi- 0,06 və 0,04%; kükürd qazı-0,006 və 0, 02%. Av-

tomobillərin atmosferə buraxdıgı zərərli qazların konsentrasiyası yalnız mühərriyin tipindən deyil, həm də avto-

mobillərin texniki vəziyyətindən, onlara edilən xidmətdən, qidalanma və yanma sisteminin vaxtlı – vaxtında tə-

mirindən və yolun xarakterindən asılıdır. Benzinlə işləyən mühərriyin yalnız karbyuratorunun lazımı səviyyədə 

tənzimlənməməsi nəticəsində havaya buraxılan CO-nun miqdarı 4-5 dəfə artır.  

Avtomobillər atmosfer havasını yalnız işlənmə qazların toksik komponentləri ilə deyil, həm də yanacağın 

buxarı, təkərlərin tozu ilə cirkləndirir. Hər bir avtomobil atmosferə ildə 10 kq rezin tozu buraxır.  

Şəhər  şəraitində mühərriklərin buraxdığı qazların tərkibinə  həm də avtomobillərin iş rejimi təsir göstərir. 

Aşağı sürətli hərəkətdə və sürəti tez-tez dəyişdikdə, tez-tez tormoz verdikdə və ötüş zamanı zərərli qazların ço-

xalması baş verir.  



 

Fotokimyəvi  duman 

Havaya daxil olan hissəciklər günəş radiasiyasını udaraq havanı dumanlaşdırıb  boz - qırmızımtıl rəngə çevi-

rir. Ən dəhşətlisi isə budur ki, müəsisələrdən və nəqliyyat vasitəsindən atmosferə buraxılan karbon və azot ok-

sidləri, kükürd qazı, qurguşun birləşmələri, toz və his havada toplaşaraq dumanla birləşir və insan orqaniziminə 

öldürücü təsir göstərən «smoq» adlı qarışıq əmələ ğətirir. 

1930-cu illərdən başlayaraq ABŞ-ın Los- Anceles şəhəri üzərində ilin isti vaxtlarında «smoq», yəni 70% 

nəmliyi olan duman ğörürməyə başladı. Bu hadisə «fotokimyəvi duman» adlandırıldı. Belə ki, «smoqun» əmələ 

gəlməsi üçün ğünəş şüası lazımdır. Bu şüalar avtomobillərin havaya buraxdığı karbon və azot oksidi qarışığın-

dan mürrəkəb fotokimyəvi çevrilmələr, maddələr yaradır. Belə maddələr öz zəhərlilik dərəcəsinə görə atmosfer-

də olan diğər çirkləndirici maddələrdən dəfələrlə yüksək olur.  

Fotokimyəvi duman pis qoxuya malik olub görünüşü kəskin aşagı salır, adamların gözləri,burun və boğaz qi-

şalarını  xəstələndirir, boğulma, ağciyər və bronx asma xəstəliyini kəskinləşdirir.  

Fotokimyəvi duman bitkiləri də zədələyir, əvvəlcə yarpaqlar gümüşü və ya mis rəngini alır, sonra isə solur. 

Fotokimyəvi dumanlar metalları korroziyaya ugradır, rezin və sintetik rənglərin  catlamasına səbəb olur, pal-

tarı korlayır, nəqliyyatın işinə maneçilik törədir. 

Fotokimyəvi dumanların  əsas səbəbi avtomobillərin iş zamanı buraxdıgı qazlardır. Yüngül avtomobillər hər 

km- də 10 qrama qədər azot oksidi ayırır. Böyük avtomobil parkı olan Los - Ancelesdə ilin 260 günündə tempe-

ratur inversiyası müşahidə olunur.  

Səhər saatlarında havada çoxlu miqdarda işlənmiş qazlar toplanır, günortaya yaxın fotokimyəvi duman əmələ 

gəlir.  


Günün 2-ci yarısında istiliyin artması nəticəsində inversiya zəifləyir, «smoq» yuxarıya dogru qalxır. Hazırda 

dünyanın bir sıra böyük şəhərlərində – Nyu -York, Çikaqo, Boston, Tokio, Milan və başqalarında da fotokimyə-

vi duman əmələ gəlir. Bu, əsasən, avtomobillərin həddən çox olması ilə baglıdır. Məs: bütün dünyanın yolların-

da 300 mln-dan artıq avtomobil hərəkət edir. Los-Ancelosin havasını 3,0 mln, Parisin havasını 1mln.-a qədər 

avtomobil çirkləndirir. Belə şəhərlərdə avtomobillərin buraraxdıgı qazların dərəcəsi 90%-ə qalxır. 

 «Smoq» hadisəsi açı nətiçələr vermişdir. London şəhərində sıx dumanlar 1948, 52, 56, 57 və 1962- ci illərdə 

qeydə alınmışdır. 1952-ci ilin dekabırın 5-9 arasında  Londonun üzərində dayanan «smoqdan» 4 mindən çox 

adam ölmüşdür. İngiltərə mütəxəssisləri müəyyən etmişlər ki, bu qarışığın tərkibində bir neçə yüz ton tüstü və 

sulfat anhidridi olmuşdur. Bu səbəbdən 1956-cı ilin yanvarında Nyu-Yorkun üzərində 96 saat qalan «smoq» nə-

ticəsində 400-ə yaxın adam zəhərlənib ölmüşdür. Zəhərli qazların miqdarı (kükürd anhidridi, azot oksidi, alde-

hidlər, xlorlu karbohidrogenlər) havada adi haldan 5-6 dəfə çox olmuşdur.  

Dəmiryol vagzalları və onların ətraf ərazilərinin atmosferi parovozlar və teplavozlar tərəfindən çirklənir. Ha-

zırda çox ölkələrdə, o cümlədən respublikamızda çəkici qüvvə elektiriklə əvəz olunduğundan bu sahədə çirklən-

mə xeyli aşagı düşmüşdür.Lakin  təəssüflə  qeyd  etmək  lazımdır  ki,  Bakı  və  Gəncə  şəhərlərində  elektirik  

gücü  ilə  işləyən  tramvay  və  tralleybus  xətləri  çox  yerdə  sökülmüşdür.Havanın lokal çirklənməsi həmçinin 

daş kömür və digər ağır yanacaqla işləyən dəniz və çay gəmiləri tərəfindən müşahidə olunur.  

Hava nəqliyyatı da hazırda havanı çirkləndirən mənbə hesab edilir. J.Detriyə görə reaktiv təyyarələr uçuş za-

manı aşağıdakı qədər zərərli qarışıqlar ayırır: 




 

121


Aldehidlər – 0,7kq /m

3

, CO



2

 – 6,5 kq /m

3

, karbohidrogenlər – 1,7 kq /m



3

, azot oksidləri – 4,3 kq /m

3

, sülb 


hissələr – 6,3 kq /m

3

.  



Dizel mühərrikləri ilə işləyən traktor və kombaynlar da havaya zərərli komponentlər buraxmaqla  onu çirk-

ləndirir. 

 

Atmosferin  avtomobil  nəqliyyatı  tərəfindən 

çirklənməsinə  qarşı  tədbirlər 

Hazırda dünyada daxili yanacaq mühərrikli avtomobillərdə il ərzində 2 milyard tondan sox neft yanacağı iş-

lənir. Bu zaman faydalı iş əmsalı 23% təşkil edir. Qalan 77% ətraf mühitin qızmasına ğedir.  

Rusiyada avtonəqliyyat atmosferə hər ğün 17 milyon ton çirkləndirici maddələr atır. Daha agır ekoloji vəziy-

yət Moskva, Sankt-Peterburq, Tomsk və Krasnodar şəhərlərində müşahidə olunur. Şəhər əhalisinin xəstəlikləri-

nin 30%- i avtomobilllərin havaya buraxdıgı  çirkləndirici qazarla əlaqədardır.  

Avtomobil mühərrikləri ilə şəhər havasına 25%-dən artıq CO

2

,65%karbohidrogenlər və 30% azot oksidi a-



tılır. 

 

Tullantıların  zəhərlilik  dərəcəliyinin   



qiymətləndirilməsi 

Atmosfer havasının işlənmiş qazlarla çiklənməsini azaltmaq üçün avtomobillərin vəziyyətinə gündəlik texni-

ki nəzarət keçirilməlidir. Xəttə buraxılan maşınların sazlıgını yoxlamaq bütün avtobobil təsərüffatlarının vəzifə-

si və borcudur. Texniki xidmətin aşagı səviyyədə olması, nəzarətin olmaması atmosfer havasının zərərli maddə-

lərlə çirklənməsini artırır.  

Hazırda zəhərlilik dərəcəsini azaltmaq məqsədilə avtomobillərin konstruksiyasını  təkmilləşdirməklə yanaşı 

onlara texniki xidmətin səviyyəsini artırmaq və avtomobillərin texniki vəziyyətinnə  nəzarəti təkmilləşdirmək 

günün aktual məsələsi hesab olunur.  

Hazırda dünyada avtomobillərin havaya buraxdığı tullantıların normaya uyğun miqdarı 3 əsas  standartla   

tənzimlənir. 

1993-cü ildə    təsdiq olunmuş Avropa beynəlxalq standartı, bütün Avropa dövlətlərində  fəaliyyət göstərir, 

həm də bütün dünyada etibarlıdır. 

Daha sərt amerika standartı, son vaxtlar nəzarət üsulunu sadələşdirmək üçün onu avropa standartı ilə birləş-

dirmək planlaşdırılır. 

Yaponiyada işləyən (fəaliyyətdə olan) ən ciddi standart, həmçinin bütün dünyada etibarlıdır. 

Rusiya ekoloji təhlükəsizlik standartı hazırkı dünya tələbələrinə nəinki uyğun gəlmir, hətta ondan 15 il geridə 

qalır. Hələ indiyə qədər 1978-ci ilin standartı fəaliyyət göstərir.  

1997-ci ildə «Moskva şəhərinin  ətraf mühitini sağlamlaşdırmaq» planı  təsdiq olundu, bu proqrama əsasən 

800 min avtomobil ekoloji nəzarətdən keçirildi. Zəhərli tullantısı normanı keçən maşınların istismarı qadağan 

olundu.  

1997-ci ildən Moskva hökuməti hər il müəyinəsini keçirməklə bütün nəqliyyat sistemini texniki nəzarətdən 

keçirir. Belə texniki müayinələr  zərərli tullantıları 16%, səsin səviyyəsini 18% azaldır. 

 

Daxili  yanma  mühərrikinin  təkmilləşdirilməsi 

Son illər dünyanın iri avtomobil kompaniyaları ekoloji təhlükəsiz avtomobil mühərriklərinin istehsalı üzrə 

çalışırlar. İşçi mühərriklərini daim təkmilləşdirərək yeni, yanacağın tam yanmasını təmin etmək istiqamətində 

işlər aparılır. Avropa və ABŞ-ın qabaqcıl firmalarının avtomobilləri 80-cı illərə nisbətən 10-16 dəfə atmosferə 

az zərərli qaz buraxır. Bu mühəriklərin zəifləşdirilmiş qarışıqla işləməsi, çox qlapanlı sistem, elektron işə  salma 

nəticəsində əldə edilir.  

Elektron sistemlə idarəetmədən istifadə olunaraq mühərriyi, tormuzu və başqa aqreqatları optimallaşdırmaqla 

avtomobili ekoloji baxımdan təmiz saxlamaq olar. 

Almaniyada avtomobil yanacağını  100 km məsafədə 9-ildən –4 ilə qədər azaltmaq vəzifəsi  qarşıya qoyul-

muşdur. 


«Misubisi motors» kompaniyası yeni klas mühərrikli maşınlar buraxır. Bircərgəli, 4 silindrli, işçi həcmi 1,8  l  

olan belə mühərriklərlə şəhər şəraitində yanacağa 25% qənaət olunur. 

1997-ci ildə «Mersedes-Bens» xüsusi kiçik dərəcə «A» indeksli avtomobilin prezentasiyası keçirildi. Elə hə-

min ildən onun sənaye buraxılışı da oldu.  Alıcılara 2 yeni benzin mühərriki –60-75 kvt gücü ilə, həmçinin 2 tur-

bodizel  mühərriki olan 44 və 66 kvt gücü ilə. Yanacaq sərfi 100 km gedişdə 4  L –  dən – 7  L   təşkil edir. 

1997-ci ildə Frankfurtda (Almaniya) «Audi»firmasının eksperimental modeli «Az-2» avtomobil salonunun 

ən parlaq yeniliyi sayılır. Bu  avtomobil   təmiz alüminiumdan olub 3 silindrli mühərrikli, 4 yerli maşındır – qa-

baqcadan «A-2» adlandırılmışdır. Bu super iqtisadi maşın  ən az benzin işlədərək bu baxımdan rekord sayılır. 

«A-2» avtomobili 100km məsafədə 3  l benzin işlədir. Belə maksimal qənaəti yanacağı ötürən turbodizel mühər-

riyi təmin edir. 




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə