MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə70/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   66   67   68   69   70   71   72   73   ...   228

 

124


Yaxın vaxtlara kimi istilik elementləri yalnız xüsusi məqsədlər üçün, məsələn,  kosmik  tədqiqatlar üçün 

konstruksiya olunurdu. Hazırda ondan stasionar və səyyar elektrik stansiyalarında, sualtı gəmilərdə və sualtı qa-

yıqlarda güc qurğularında istifadə olunur. 

Hazırda müxtəlif istilik element növlərinin sənaye istehsalına iri firmalar sayılan «Mitsubisi xevi indatriz», 

«Toyota», «Fudzi»,  «Sanyo», «Tosiba», «Elenko Eyç - Bi», «Eyç - Pauer», «İnterneşnl  yuen - sell», «BMV», 

«Simmens» və «Linde» başlamışlar. 



Elektromobil. 1973-cü ildə, xüsusilə kəsgin elektrik krizisindən sonra elektromobillərin kütləvi istehsalına 

maraq artdı. Bu yalnız elektrik problemi ilə deyil, həmçinin ciddi ekoloji problemlərlə  əlaqədardır: belə    ki, 



elektromobil havanı çirkləndirmir, qızdırmır, həm də o qədər də səsküylü deyil. 

1993-cü ildə ABŞ-da Kaliforniyada verilən qanunda milli istehsalçıların buraxdığı avtomobillərin mütləq 2%  

- dən az olmayaraq «sıfır qazlarla» işləyən, xüsusən elektromobillər olması göstərilir. 

İsveçdə buraxılan 15 tonluq yük maşını gələcəyin maşını adlandırıldı. Onun mühərriyinə elektromühərrik və 

qaz turbini birləşdirilir.Elektromotordan  şəhərin küçələrində istifadə olunur ki, atmosfer çirklənməsin, turbin  

isə şəhərdən kənar şosselərdə birləşdirilir. Mühərrik kifayət qədər güclü olub sürəti 110 km/saata qədərdir.  

Qaz turbini   etanolla işləyir, bu halda işlənən qazların zərərlilik dərəcəsi porşenli mühərriklərə nisbətən 10 

dəfə azdır. Yanacaq kimi həm də metanol, benzin, dizel yanacağı,  raps yağı və təbii qazdan istifadə etmək 

olar. 


Bütün ölkələri növbəti dəfə də geridə qoyan Yaponiya elektromobil erasına daxil olur. Osaka şəhərində pla-

netdə ilk dəfə sürət yarımstansiyası (köməkçi stansiya) şəbəkəsi fəaliyyət göstərir. Burada 30 dəqiqə  ərzində 

ekoloji təmiz avtomobilə enerji doldurmaq olar. İndiyə qədər batareyanı doldurmağa 10 saatdan artıq vaxt sərf 

olunurdu, bu isə dünyada elektromobilin geniş yayılmasına mane olan əsas səbəblərdən biri sayılırdı. Elektro-

mobillərin son modellərinin sürəti 75km/saat təşkil edir.Ətraf mühitin mühafizəsi marağını nəzərə alaraq avto-

nəqliyyatın elektriklə işləməsinə keçmək məqsədə uyğundur. 

Elektromobillərin inkişafının sonrakı mərhələsində onların kütləvi seriyal istehsalı, buraxılması və avtomrbil 

nəqliyyatında onların payının artırılması qarşıda durur. 

Bu istiqamətdə aparılan işlərə verilən qiymət 2025-ci ilə qədər dünyadakı avtomobillərin 15% - i elektromo-

bil olacağı gözlənilir.  



Yanacağın  alternativ  növlər

Bütün dünyada alimlər alternativ yanacaq əldə etmək yolları axtarır. Bu xüsusilə qeyri əlverişli ekoloji vəziy-

yəti olan regionlar üçün daha vacibdir. ABŞ – da benzində olan tetraetilqurğuşun tədricən metiltetributilen 

efiri  ilə əvəz olunur, bu isə qurğuşunun miqdarını 50% -ə qədər azaldır. Braziliyada bütün doldurma məntəqə-

lərində iki kolonka dayanır; biri benzin, digəri istilik spirti. 

Yapon alimləri tərəfindən yanacaq kimi məişət tullantılarından alınan «mətbəx» yağından istifadə olunması 

məsləhət görülür. Bu əməliyyat texnoloji cəhətdən 2 mərhələdən ibarətdir; I mərhələdə alınmış yağ qida qalıqla-

rından süzülüb təmizlənir, II mərhələdə – metanol  və  katalizator qarışığının iştirakı ilə kimyəvi reaksiya apa-

rılır. Bu zaman öz xassələrinə görə yüksək keyfiyyətli yanacaq alınır  və o, istənilən dizel mühərriyi üçün yararlı 

olub standart yanacağa nisbətən işlənmiş qazlarda zərərli qarışıqlar, xüsusən azot oksidi az olur. 

1990-cı illərin əvvəlindən Stokholmda ictimai nəqliyyat metanolla işləyir, bunun nəticəsində zərərli qarı-

şıqlar 5 dəfə azalır, həmçinin komponentlərin toksiklik, (zəhərlilik)  spektri də aşağı olur. 

İstənilən müasir maşınlarda 90% benzin, 10% metil spirtinin qarışığından, yəni qazoxoddan istifadə etmək 

olar. Bu zaman etilləşdirilmiş benzindəki kimi effekt alınır, lakin çirkləndirici maddələr az olur.  

İsveçdə «RAPS» yağından alınan ekoloji təmiz dizel yanacağına tələbat artır. 

Rusiyada toz halında benzinin alınması üsulu aşkar edilmişdir. Öz keyfiyyətinə görə oAİ-92,  Aİ-76 benzi-

ninə uyğun gəlir, lakin işlənmiş qazında karbon oksidi az olur. 



Ekoloji  vəziyyəti  yaxşılaşdırmaq  məqsədilə 

avtomobil  hərəkətinin  təşkili 

Atmosfer havasının çirklənmə səviyyəsini azaltmaq üçün şəhər küçələrində nəqliyyat yükünü nizamlayaraq 

onların bərabər paylanmasını təmin etmək lazımdır. Bu zaman hər şeydən əvvəl şəhərin strukturu – sənaye və 

yaşayış rayonlarının yerləşməsi, istirahət yerləri, mədəni-məişət xidməti obyektləri nəzərə alınmalıdır. 

Şəhərdə bütün küçələrin uzunluğunun təxminən 20-30 % -i magistral küçələrə düşür. Bu küçələrdə avtomo-

bil hərəkətinin 60-80% -i cəmləşir, yəni magistral yollar orta hesabla digər yollara nisbətən 10-15 dəfə çox yük-

lənir. 

İri şəhərlərdə avtomobil «tıxacları» ciddi problem yaradır. Atmosferə ayrılan toksik maddələrin miqdarı ya-



nacaq sərfindən, bu isə avtomobilin sürətindən asılıdır. Çox yüklənmiş küçələrdə nəqliyyat «çox ləng» hərəkət 

edərkən yanacaq 3-4 dəfə çox işlənir, bunun da nəticəsində atmosferə buraxılan zərərli maddələrin miqdarı ço-

xalır. 

İri sənaye  şəhərlərində  hərəkətin orta sürətini artırmaq məqsədilə yapon mühəndisləri hələ 1960-cı illərdə 



nəqliyyatın daha çox cəmləşdiyi yerlərdə çoxyaruslu avtomobil estakadlarının tikilməsini tövsiyyə etmişlər.  


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə