MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə67/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   63   64   65   66   67   68   69   70   ...   228

 

118


Təbii radioaktivlik atmosferə xasdır o, təbiətdə həmişə mövcuddur və insan fəaliyyətindən asılı deyil. Canlı 

orqanizmlər belə radioaktivliyə uyğunlaşıb və heç bir zərərli nəticəyə səbəb  olmur. 

RM - lə atmosferin çirklənməsi atom və hidrogen bombalarının partladılması nəticəsində baş verir. Hər bir 

belə partlayış zamanı radioaktiv tozlardan dəhşətli böyük buludların yaranması müşahidə olunur. Çox güclü 

partlayış dalğası  zamanı  bu tozların hissəcikləri bütün istiqamətlərə yayılaraq 30 km yüksəkliyə qədər qalxır. 

Partlayışın ilk saatları ən iri hissəciklər, bir qədər kiçik hissəciklər  isə 5 sutka ərzində yerə düşür, nəhayət daha 

xırda dispers tozlar hava axınları vasitəsilə min km məsafələrə yayılaraq bir çox illər ərzində yer kürəsinin səthi-

nə düşür.  

Atom partlayışı zamanı əmələ gələn ayrı-ayrı izotopların yarımparçalanması müxtəlif dövrlərdə davam edir. 

Bu baxımdan 2 izotop – stronsim – 90-25 il ərzində  parçalanma gedir, o, yer səthinə düşərək bitki tərəfindən 

(yem) inəyin südünə keçir; və sezium – 137 – in yarımparçalanması 33 il davam edir. 

Biosferin radioaktiv çirklənməsində nüvə silahlarının sınaqdan keçirilməsi mühüm faktor sayılır. Dünyada 

2000 – dən artıq nüvə silahı sınaqdan keçirilmişdir. (onlardan 500-ü atmosferdə.) 

Bu parptlayışlar zamanı ətraf mühitə milyon kürilərlə radioaktiv seziyum 137  və stronsium – 90 və digər 

elementlər daxil olmuşdur.  

Ətraf mühitin radioaktiv çirklənməsi baxımından nüvə müharibəsi ən dəhşətli, ən qorxulu ola bilər, tədqiqat-

lar göstərir ki, əgər nüvə müharibəsi başlayarsa, iri şəhərlərə atom bombası atılacaq. Bu zaman Yerin geniş əra-

zisini aylarla qaranlıq bürüyəcək, Günəş şüası yanğınlar nəticəsində əmələ gələn hissəciklərindən ibarət böyük 

buludlardan keçə bilməyəcək. Bir sıra regionlarda orta temperatur bir neçə 10 dərəcə aşağı düşəcəkdir. ( hətta 

suyun donma dərəcəsindən  də  aşağı)  Strotosferin  ozon  təbəqəsi  naziləcək, atmosfer  havası  zəhərlənəcəkdir. 

AES- də baş verən qəzalar nəticəsində də atmosfer havasının radioaktiv çirklənməsi baş verir. 1986-cı ildə 

Çernobıl AES-də baş verən qəza nəticəsində Belorusya respublikasının 

5

4

 hissəsi radioaktiv çirklənməyə (xüsu-



sən  sezium – 137 və stronsium - 90). məruz qalmışdır. Çernobıl qəzası nəticəsində Belorusiya respublikasına 

10 milyon dollarlarla ziyan dəymişdir. Burada 16,4 min km

2

 ərazi çirklənməyə məruz qalmışdır.  Bundan başqa 



qonşu Ukrayna respublikasının geniş ərazisi də radioaktiv çirklənməyə məruz qalmışdır. Çirklənməyə məruz qa-

lan rayonlarda bitki və heyvanlarda anomal mutasiya müşahidə olunmuş, bəzi sahələrdə meşələr qurumuşdur. 

Hazırda dağ – mədən sənayesində  istifadə    edilən  istehsal  texnologiyaları   fiziki   və    mənəvi  cəhətdən  

köhnəlmiş  avadanlığa əsaslanır.Bu  isə  istehsalın səmərəliliyini  aşağı  salmaqla,həm  də  ətraf  mühitə  mənfi  

təsir  göstərir.Azərbaycan  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin  «Ekoloji  cəhətdən  dayanıqlı  sosial – 

iqtisadi  inkişafa  dair»  Milli  Proqramında  dağ – mədən  təbii  sərvətlərindən  səmərəli  istifadə  edilməsi  üzrə 

aşağıdakı tədbirlər irəli sürülür. 

- Yeni  texnologiya  ilə  təmin  edilməklə  metalın  və  metal  məhsullarının, həmçinin  dəmir  ərintilərinin  

qapalı  istehsal  tsikllərinin yaradılması; 

- Vahid  məhsulun  istehsalında  az  enerji tutumlu  texnologiyaların  tətbiqi; 

- Təbii  ehtiyatlardan  səmərəli  istifadə  olunmasını  təmin  etmək  üçün  xammal  mənbəlrinin  istismarı  za-

manı  itkilərin  maksimum  qarşısını  almaq  məqsədilə  müasir  metodların  tətbiqi. 

- İstismarı  başa  çatmış  yataqların  ərazilərində  rekultivasiya  işlərinin  aparılması. 

 

8.7. Elektromaqnit  çirklənməsi 

Elektromaqnit dalğalarının  təbii  mənbələri: yer  səthinin  daimi  elektrik  və  maqnit  sahəsi,kosmik (günəş, 

ulduzlar  və  s.)  və  atmosfer  proseslərindən (ildırım  boşalmaları  və  s.)  ibarətdir. (Əliyev, Həmidov, Hüseyi-

nov, 2003). 

Yerin  təbii  elektromaqnit  sahəsi  onun  səthində  açıq  yerlərdə  adətən  100 + 500 V/m  gərginlikli  izafi  

mənfi  yükün  yaranmasıdır. Qara  buludlar  gərginlik  sahəsini 10 – 100 000  V/m – ə  qədər  yüksəldə  bilər. 

Təbii elektromaqnit  mənbələri  zəif  olduğundan  canlılara  bir  o  qədər  də  ziyan  deyil. Canlılar  üçün  süni  

(antropogen)  elektromaqnit  mənbələri  daha  ziyanlıdır. 

Hazırda  iri  şəhərlərdə, hətta  yaşayış  mənzillərində  güclü  elektromaqnit  çirklənməsi  müşahidə  olunur. 

Gündəlik  həyat  tərzimizə  müdaxilə  edən  radiocihazlar, televizorlar, məişət  cihazları, açıq  ərazilərdə  isə  

elektrik  nəqliyyatları, yüksək  gərginlikli elektrik xətləri, transformatorlar, radiolokator stansiyaları  elektorom-

aqnit  çirklənməsinə  səbəb  olur. 

Elektromaqnit  sahəsinin  antropogen  mənbələri  2  qrupa  bölünür,(Əliyev, Həmidov, Hüseyinov, 2003). I 

qrup – generasiya  olunan  (0 – 3 khs ) ən  yüksək  gərginlikli  mənbələr; II – qrup – 3khs – 300 Qhs  diapazo-

nunda mikrodalğalar daxil olmaqla radiogərginlikli diapazonlarda generasiya olunan şüalar. Bunlardan  canlılar  

üçün  ən  təhlükəlisi  radiolokatorlar (hava  əlaqəsi, gəmiçilik  nəqliyyat  radiolokatorları, hava  nəqliyyatına  nə-

zarət)  sayılır.  

Elektromaqnit  şüalarının  canlılara  təsirinə  kömək  edən  amillərdən  biri  atmosfer  ionlaşmasıdır. Atmos-

ferdə  olan  ionlar  3  yerə  bölünürlər: ağır, orta  və  yüngül  ionlar.Atmosferin  1 sm

3

  - da  ağır  ionlar  64%, 




 

119


orta  ionlar  20%, yüngül  ionlar  isə  10%  təşkil  edir. İonların  atmosferdə  sıxlığı  temperaturdan  asılı  olaraq  

dəyişir: ağır  ionlar  qışda  çox,  yayda  az,  yüngül ionlar isə qışda az, yayda çox olur. 

 

 

Şəkil 8.7. İonlaşmış şüalanmanın təbii mənbələri 

 

Yayda  ağır  ionların  bir  hissəsi  temperaturun  təsirindən  asılı  olaraq  atmosferin  yuxarı  hissəsinə  qalxır. 



Deməli, yayda  ionlaşma  hadisələri  daha  çox  olur. Dumanlı  havada  yüngül  ionların  sayı  35 – 45 %  azalır, 

ağır  ionlar  isə  145 – 155 %  artır. Çünki  dumanda  yüngül  ionlar  atmosferdə  olan  su  damlalarının  üzərinə  

yataraq  ağır  ionlara  çevrilir. Buludlu  havada  buludun  alt  təbqəsinə  yığılmış  ionlar  reflektor  rolunu  oyna-

dığı  üçün elektromaqnit  şüalarının  əks olunması  daha  da artır. Eyni  zamanda  şüanın  istiqaməti  dəyişir. 

Elektromaqnit  sahələri  ilə   güclü   çirklənən  mühit  şəraitində    insanın  davranışında  pozulmalar, süstlük, 

yuxusuzluq, halsızlıq, yaddaşın  itməsi, yeni  doğulmuş  uşaqlarda  qəfil  ölüm  sindromu, cinsi  funksiyanın  po-

zulması  baş  verir. Elektromaqnitizmin  mənfi  təsirinə  xüsusilə  embrionlar  və  uşaqlar  həsasdırlar. Güclü  maq-

nit  sahəsində  kişilərin  və  qadınların  cinsi  funksiyaları  əziyyət  çəkir, anadangəlmə  eybəcərliyin  inkişafına  eh-

timal  artır. 

Alçaq  tezlik  elektromaqnit  sahəsinin xroniki  təsiri  baş  ağrısı, mərkəzi  əsəb sisteminin  funksional  po-

zuntuları, ürək – damar  və  qan  dövranının  pozulmalarına  səbəb  olur.Yüksək  intensivli  elektromaqnit  sahə-

sinin  təsiri  ilə  qırmızı  qan  komponentləri (eritrositlər, retikulositlər, hemoqlobin)  artır. Elektromaqnit  sahəsi  

bioloji  orqanizimlərdə  istilik  və  qeyri – istilik  effektləri  yaradır. 

Elektromaqnit  şüalarının  yaratdığı  ekoloji  problemlərin  həllində  aşağıdakı  tədbirlərin  yerinə  yetirilməsi  

məsləhət  görülür.(Əliyev, Həmidov, Hüseynov, 2003).   

- Maksimum  şüalanma  gucü  ilə  işləyən  şüalandırıcı  qurğuların  yerləşdirilməsində  zonaların  hüdudları  

hər  bir  konkret  hal  üçün  hesablanma  yolu  ilə  müəyyən  edilməli  və  cihazların  köməyi  ilə  nəzarət  olun-

malıdır. 

- Sakinləri  elektromaqnit  şüalarından  qorumaq  üçün  tikinti  konstruksiyalarında  qoruyucu  ekranlar  kimi  

metal  torlar, metal  vərəq  və  yaxud  tikinti  materialları  tətbiq  oluna  bilər. 

- Təhlükəsizlik  qaydalarına  görə  gücü   2 MVt  olan  ötürücülər  yaşayış  məntəqələrindən  60 – 65 m aralıda  

tikilməlidir. 

 

8.8. Nəqliyyat tullantıları ilə atmosferin 

çirklənməsi 

Havanı daha çox çirkləndirən digər mənbə hazırda nəqliyyat vasitələri, xüsusən avtomobillərdir. Nəqliyyat 

ətraf mühitə, yəni insanların həyatına güclü təsir göstərir.  Şəhərlər böyüdükcə  nəqliyyat problemi kəskin hal 

alır. Bəzi şəhərlərdə onların buraxdıgı qazlar hava çirkləndirən qazların 68-80%- ni təşkil edir. Əvvəllər buna 




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə