Microsoft Word 30 Eklampsiya doc



Yüklə 374,73 Kb.
Pdf görüntüsü
səhifə12/13
tarix23.09.2017
ölçüsü374,73 Kb.
#1236
1   ...   5   6   7   8   9   10   11   12   13

 

 

36



DozaMətndə bax. 

Əks-göstərişlər:  Sənədləşdirilmiş  yüksək həssaslıq; ürək 

blokadası; Addison xəstəliyi; miokardın zədələnməsi; ağır hepatit və 

ya miasteniya. 

Başqa dərman vasitələrlə birgə təsiri: Nifedipin ilə birgə istifadə 

hipotenziya və neyroəzələ blokadası ilə nəticələnə bilər. 



Maqneziumla intoksikasiyanın əlamətləri 

Plazmada maqneziumun 

səviyyəsi (mq/dl) 

Klinik nəticə 

T

1,5 - 2,5



T

  

Normal diapazon 



T

4 - 8


Terapevtik diapazon 

T

9 - 12


T

  

T



Diz reflekslərinin itməsi, anlaşılmayan 

nitq, tər ifrazı 

T

15 - 17



Əzələlərin iflici və tənəffüsün 

dayanması 

T

30 - 35



Ürəyin dayanması 



Benzodiazepinlər (seduksen, diazepam) 

Təxirəsalınmaz hallarda eklampsiya qıcolması zamanı istifadə 

olunur. Lakin təsiri qısamüddətlidir və dölün MSS-nə  əhəmiyyətli 

dərəcədə depressiv təsir göstərir. 

İlk qıcolmaların qarşısını almaq və ya müddətini qısaltmaq 

məqsədi ilə istifadə edilməməlidir, xüsusilə V/D giriş və ya xəstəni 

dərhal intubasiya etmək imkanı yoxdursa. 

Doza: 5 mq və daha artıq V/D 60 saniyə ərzində. 

Əks-göstərişlər:  Sənədləşdirilmiş  yüksək həssaslıq; darbucaqlı 

qlaukoma. 



Digər  dərman vasitələrlə birgə təsiri: Barbituratlarla, alkoqolla, 

MAO inhibitorları ilə birgə istifadə edildikdə MSS-ə toksik təsiri artır. 



Fenitoin (difenin, dilantin) 

Fenitoin eklamptik qıcolmalarda uğurla istifadə edilir, lakin 

bradikardiya və hipotoniya ilə əlaqədar ürək monitorinqi vacibdir. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

 

37



Depolarizə olmuş membranlardan ion keçiriciliyini azaltmaqla 

neyronal aktivliyi sabitləşdirir, bununla da mərkəzi antikonvulsant 

təsir göstərir. 

Fenitoinin müəyyən üstünlüyü peroral istifadədədir – bir neçə 

gün, qıcolma təhlükəsi aradan qalxana qədər. Qısamüddətli istifadədə 

dölə mənfi təsiri müəyyən edilməyib. 



Doza: V/D yeridilir – 10 mq/kq, 50 mq/dəq tez olmayaraq, 

növbəti yeridilməsi 2 saatdan sonra 5 mq/kq dozada. 



Əks-göstərişlər:  Sənədləşdirilmiş  yüksək həssaslıq; sinoatrial 

blokada; 2-ci və 3-cü dərəcəli AV blokada; sinus bradikardiyası; 

Adams-Stoks sindromu. 

Barbituratlar (natrium-tiopental) 

Natrium-tiopental məhlulları davamsız olduğundan onları 

istifadədən bilavasitə  əvvəl aseptik şəraitdə hazırlamaq lazımdır. 

Natrium-tiopental məhlulu V/D yeridilir. Natrium-tiopental 

məhlulunu V/D yavaş-yavaş yeritmək lazımdır (kollaps təhlükəsi 

olduğu üçün).  

Adətən 2-2,5%-li məhluldan, zəifləmiş xəstələrə 1%-li məhluldan 

istifadə olunur. Məhlulları inyeksiya üçün steril suda həll edib istifadə 

etməzdən öncə hazırlamaq lazımdır. Məhlullar tam şəffaf olmalıdır. 

Azan sinirin tonusunun yüksəlməsi ilə  əlaqədar fəsadların 

(larinqospazm,  əzələlərin, bronxların spazmı, tüpürcək ifrazının 

artması) qarşısını almaq üçün atropin və ya metasin yeridilir.  



Doza:  Qıcolmaların qarşısını almaq məqsədi ilə V/D 200 mq 1 

dəq.  ərzində. Uzunmüddətli infuziya tövsiyə edilmir. Əks-təqdirdə 

ana ölümü riski yüksəlir (B)

Əks-göstərişlər:  Qaraciyərin, böyrəklərin üzvi xəstəliklərində, 

şəkərli diabetdə, çox zəifləmiş  xəstələrdə,  şok, kollaps, bronxial 

astma, qan dövranının nəzərə çarpan pozğunluqlarında  əks-

göstərişdir. Xəstənin və ya onun qohumlarının anamnezində  kəskin 

porfiriyanın olması natrium-tiopentalın istifadə olunmasına mütləq 

əks-göstərişdir. Natrium-tiopentalın antaqonisti bemeqriddir. 



Başqa dərman vasitələrlə birgə təsiri: Natrium-tiopentalı ditilin, 

pentamin, aminazin və diprazinlə qarışdırmaq olmaz (çöküntü qeyd 

olunur). 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

 

38



Əlavə 3 

Ağır preeklampsiya və eklampsiya zamanı arterial təzyiqin 

tənzimlənməsi məqsədi ilə istifadə olunan əsas dərman vasitələri 

Hidralazin (apresolin) 

Hidralazin preeklampsiya/eklampsiya zamanı 

ağır 

hipertenziyaların idarə olunmasında geniş istifadə edilən preparatdır 



(C). Hidralazin uşaqlığın qan dövranını artırır. 

Hidralazin qaraciyərdə metabolizmə  uğrayır. 5 mq V/D 15-20 

dəq. müddətində diastolik təzyiqin 110 mm.c.süt.-dan  aşağı 

səviyyədə saxlanmasına imkan yaradır. 

95% eklampsiyalı  xəstələrdə hipertenziyanın idarə olunmasını 

təmin edir.  

Effekt 

P

 



P

V/D bolyus yeridildikdən 10 dəq. sonra başlayır və 

maksimuma 20 dəq. sonra çatır. Təsir müddəti 6-8 saatdır.   

Yanaşı təsiri: Dərin hipotenziya, taxikardiya, tremor, baş ağrısı, 

başgicəllənmə, ürəkbulanma, qusma. 



Əks-göstərişlər:  Sənədləşdirilmiş yüksək həssaslıq; mitral 

qapaqlarda dəyişiklik yaratmış revmatik xarakterli ürək xəstəliyi.  



Digər dərman vasitələrlə birgə  təsiri:  MAO inhibitorları, beta-

blokatorlar ilə birgə istifadə edildikdə toksik təsiri artır. Farmakoloji 

təsiri indometasin istifadə etdikdə azalır. 

Labetalol 

Qeyri-selektiv beta-blokator. Təsiri hidralazindən daha tez 

başlayır, reflektor taxikardiya baş vermir, ana və döl üçün yanaşı 

təsiri azdır.

P

 

Eklampsiya zamanı hidralazinə alternativ kimi istifadə olunur. 



V/D istifadə zamanı uteroplasentar qan dövranına təsir etmir. 

 

Doza: V/D hissə-hissə yeridilə bilər – 20 mq ilkin doza; ikinci 

doza 40 mq-a qədər artırıla bilər, ümumi doza 300 mq-a qədər

davamlı V/D infuziya oluna bilər. Təsiri 5 dəq. sonra  başlayır, pik 

effekt – 10-20 dəqiqəyə meydana çıxır, təsir müddəti – 45 dəq.-dən 6 

saatadək.  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.




Yüklə 374,73 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə