Microsoft Word azerbaycanin tarixi abideleri 18 noyabr doc



Yüklə 4,54 Kb.
Pdf görüntüsü
səhifə154/158
tarix30.12.2017
ölçüsü4,54 Kb.
#18437
1   ...   150   151   152   153   154   155   156   157   158

Biblioqrafiya 
 
621
Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə 
rayon üzrə dəyişdirilmiş tarixi yer adları: 
 
Əsl adı 
Dəyişdirilmiş adı 
Dəyişdirilmə tarixi 
Göytürk Getap 
03.01.1935 
Keşişkənd Mikoyan 
03.01.1935 
Mikoyan Yeğenadzor 06.12.1957 
Keşişkənd r-nu 
Mikoyan r-nu 
03.01.1935 
Mikoyan r-nu 
Yeğenadzor r-nu 
06.12.1957 
Həsənkənd 
Şatin 03.01.1935 
Qoturvan Qoduxvəng ... 
Qoduxvəng Gadikvəng ... 
Aysəsi Qızılgül 10.09.1946 
Əyənzur Axavnadzor 10.09.1946 
Arpa Areni  10.09.1946 
Əyər Aqarakadzor 
10.09.1946 
Başkənd Varnaşen 10.09.1946 
Yengicə Qandzak  10.09.1946 
Qurdqulax Bolorabed 
10.09.1946 
Ortakənd Qladzor 
10.09.1946 
Erdapin Yeğegis 10.09.1946 
Ağkənd Ağncadazor 03.07.1968 
Gülüdüzü Vardohovit  1987-ci 
il 
 
Kəvər - Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Göy-
çə mahalı ərazisində rayon. 
1930-cu il, sentyabrın 9-da yaradılıb. 1959-cu il aprelin 13-nə qədər 
Yeni Bəyazid rayonu, həmin tarixdən etibarən isə Kamo rayonu adlandırı-
lıb. Rayon mərkəzi respublika tabeli Kəvər (dəyişdirilmiş adı Kamo) şəhəridir  
1948-1951-i illərdə rayonun azərbaycanlı  əhalisinin  əksəriyyəti 
Azərbaycana köçürülmüşdür. 
Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə 
rayon üzrə dəyişdirilmiş tarixi yer adları: 
 
Əsl adı 
Dəyişdirilmiş adı 
Dəyişdirilmə 
tarixi 
Kəvər Yeni 
Bəyazid ... 
Hacı Muğan Muğan ... 
Azərbaycanın tarixi abidələri və toponimləri 
 
622 
Muğan Dzovazard 
25.01.1978 
Dəliqardaş Sarukan ... 
Kosaməmməd Batıkyan ... 
Qulalı Karamirkyuğ 01.06.1940 
Kərimkənd Tsaxkaşen 02.03.1940 
Küzəcik Lancaxpyur 
19.04.1950 
Başkənd Geharkunik 
04.04.1946 
Ağzıbir Lçap 07.12.1945 
Yeni Bəyazid Kamo 
13.04.1959 
Yeni Bəyazid r-nu 
Kamo rayonu 
13.04.1959 
 
Kəvər - Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) 
Göyçə gölü sahilindən bir neçə km aralıda yerləşən şəhər. 
1938-ci ildən respublika tabeli şəhərdir. 1959-cu ildən inqlabçı 
Kamonun adını daşıyır. (əsl adı S.A.Ter-Petrosyan) 
 
Loru mahalı 
Borçalı Rusiya tərəfindən işğal edildikdən sonra bu ərazidə Tiflis 
quberniyası daxilində Borçalı distansiyası yaradıldı. 1880-ci ildə Tiflis 
quberniyası daxilində Borçalı  qəzası  təşkil edilir və onun ən böyük 
nahiyəsi də Loru olur. Loru Borçalının dağlıq hissəsini təşkil etdiyindən 
ona Dağ Borçalısı da deyirlər.   
1918-ci ildə erməni daşnak hökumətinin silahlı qüvvələri qəflətən 
hücum edərək Loru və Pəmbək mahalı ərazilərini işğal edir. 
1921-ci ildə isə Gürcüstan və Ermənistan bolşevik hökumətləri 
arasında Lorunun Ermənistana verilməsi haqqında razılıq  əldə edilir. 
1922-ci il dekabrın 22-də Vorontsovka bölgəsi də Ermənistanın Loru-
Pəmbək qəzasına qatıldı. Beləliklə Ermənistanın inzibati bölgüsündə Loru 
mahalı 4 rayon- Barana rayonu, Allahverdi rayonu, Cəlaloğlu rayonu və 
Vorontsovka rayonu şəklində öz əksini tapdı. 
Manas (şəhər) 
Manas - Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) 
şəhər. 
Manas  şəhərinin adının türk mənşəli olması heç bir şübhə doğur-
madığından ermənilər ərazinin milli mənsubiyyətini dəyişmək məqsədi ilə 
şəhərin adını dəyişərək Allahverdi qoyublar və beləliklə də qədim tarixin 
daha bir səhifəsi kölgədə qalıb.  Şəhər Tona (Debed) çayı sahilində 
yerləşir. 1938-ci ildən respublika tabeli şəhərdir. 


Biblioqrafiya 
 
623
Pəmbək mahalı 
Pəmbək mahalı – Qərbi Azərbaycan (indiki Ermənistan Respub-
likası) ərazisində tarixi mahal. 
Pəmbək və Bazum dağ silsilələri arasındakı ərazini əhatə edir. Pəm-
bək silsiləsi Gümrü şəhərindən Göyçə gölünün Şimal-Qərb hissəsinə qə-
dər uzanır. Ermənistan SSR-in rayonlaşdırılması zamanı mahalın  ərazisi 
əsasən Hamamlı rayonu və Böyük Qarakilsə rayonu arasında bölünmüşdür. 
 
Qacaran 
Qacaran – Qərbi Azərbaycan (indiki Ermənistan Respublikası) 
ərazisində, Qafan rayonunda, Oxçu çayı sahilində şəhər. 
1958-ci ildən respublika tabeli şəhərdir. 
Şəhərin adı çox güman ki, qədim türk tayfalarından olan qacarlarla 
bağlıdır. Səfəvilər dövləti dövründə  İrəvan hakimlərinin Qacar tayfasın-
dan olması da bu ehtimalı təsdiqləyir. 
 
Qafan (şəhər) 
Qafan - Qərbi Azərbaycan (indiki Ermənistan Respublikası)  ərazi-
sində, Zəngəzur dağ silsiləsinin Cənub-Şərq yamaclarında, Oxçu çayı 
(Araz hövzəsi) sahilində şəhər. 1938-ci ildən respublika tabeli şəhərdir. 
 
Qarabağlar (Ermənistan) 
Qarabağlar – Qərbi Azərbaycanda (indiki Ermənistanda) azər-
baycanlıların əsrlər boyu yaşadıqları qədim Azərbaycan torpaqları. 1951-
ci il martın 19-da ləğv edilərək ərazisi əsasən Vedi və Qəmərli rayonlarına 
birləşdirilib. 
Qarabağlar rayonunda məhv edilən kəndlərin siyahısı 
Bunlar azərbaycanlıların kompakt yaşadığı kəndlərdir 
 
1.  Əzizkənd 
2.  Əliqırıx 
3.  Əlimərdan 
4.  Baxçacıq 
5.  Bayburd 
6.  Böyük Gilanlar-xaraba 
7.  Gölcığın 
8.  Dəhnəz 
9.  Daşnov 
10. Zimmi 
11. İmirzik 
12. İnqala 
13. Haxıs 
14. Hand 
15. Hortun 
16. Qaladibi 
17. Qaraqoyunlu 
18. Məngüs 
Azərbaycanın tarixi abidələri və toponimləri 
 
624 
19. Yellicə 
20. Yeranos(Heyranıs) 
21. Şahablı 
22. Şuğayıb 
23. Çimənkənd (Aşağı 
Qarabağlar – Urtsadzor 1978) 
24. Cəfərli 
25. Seyid Kotanlı 
26. Kotuz 
27. Kolanlı 
28. Küsüz 
 
Qarakilsə - Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) 
Zəngəzur mahalı ərazisində rayon. 1930-cu il sentyabrın 9-da yaradılıb. 
1940-cı il martın 2-nə qədər Qarakilsə rayonu, həmin tarixdən etibarən 
isə Sisiyan rayonu adlandırılıb. Rayon mərkəzi Qarakilsə (dəyişdirilmiş 
adı Sisiyan) rayonudur.   
Coğrafi vəziyyətinə görə Qarakilsə rayonu dörd tərəfdən Zəngəzur 
və Bərgüşad silsilələri və Sünik yaylası ilə əhatə olunub. Bazarçay çayı 
rayon boyu axıb gedir. 
 
Qırxbulaq 
Qırxbulaq - Qərbi Azərbaycanda - indiki Ermənistanda mövcud 
olan azərbaycanlıların yaşadığı mahal. Qırxbulaq mahalı İrəvan xanlığı-
nın tərkibinə daxil olmuşdur. 
1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-
Türkiyə müharibələri nəticəsində  Qırxbulaq mahalında dağıdılmış 
kəndlərin siyahısı:  
1. Küzəcik 
2.İynədüz 
3.Güllücə 
4.Qaracaörən 
5.Tecrəbək 
6.Bezaklı 
7.Qaraqala 
8. Qatırçay (Heydərgöl) 
9.Ərzap 
10.Norinus 
11.Damcılı 
12.Kitikən (Kətiqut)  
13.Quyulu 
14.Qızqala 
15.Tezxaraba 
16.Babacur 
17.Damagirməz 
18.Dəlləkli 
19.Kankan 
20.Göykilsə 
21.Yaycı 
22.Qızılqala 
23.Çobangərəkməz 
24.Azaklar 
25.Əkikənd (Muradtəpə) 
26.Ərzni 
 


Yüklə 4,54 Kb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə