Microsoft Word dusguncelerim II hiss?doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/50
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18685
1   ...   27   28   29   30   31   32   33   34   ...   50

93 
 
məhz  qüvvənin  əmələ  gəlməsini  təmin  edir.  Qüvvənin  (təbiət 
qüvvəsinin-Günəş  sistemi  qüvvəsinin)  yaranma  mənşəyi 
tarazlıqdan-tarazlıq  müstəvisindən-  qeyri-tarazlığa  keçiddir. 
Tarazlıq müstəvisi (məsələn, fəza müstəvisi enerjisizlikdir, yəni 
Günəşə  nisbətən  az  enerjiyə,  səpələnmiş,  dağılmış  enerjiyə 
malikdir, fəza tarazlığının boşluqları, yəni qeyri-tarazlıqları isə 
qüvvədir,  sürət  və 
enerjidir)  qeyri-tarazlığa  keçəndə, 
bərabərlik, eynilik pozulanda qüvvə əmələ gəlir. Deməli, təbiət 
qüvvəsinin  mənşəyi  tarazlı  sistem  olan  fəza  müstəvisindən 
qeyri-tarazlığa  keçid  olan  Günəşdir  (ulduzlardır).  Günəş 
həmçinin  qeyri-tarazlığın  mənbəyidir  və  qüvvəni  yaradandır. 
Deməli,  qüvvəni  yaradan  amillər-hissəciklər,  tarazlıq  üzrə 
səpələnmiş  və  taraz  olaraq  sabit  hərəkət  vəziyyətində  olan 
hissəciklər,  bu  hərəkət  vəziyyətinin  dəyişməsi,  yəni  mövcud 
tarazlıqdan qeyri-tarazlığa keçid, -bu keçid sürətini və qüvvəni 
yaradır,  qüvvədən  də  yeni  qüvvə  meydana  gəlir.  Əslində  isə 
ümum  sistem  daxilində  vahid  qüvvə  sayəsində  bütün 
tarazlaşdırıcı  prosesər  baş  verir.  Deməli,  təbiət  qüvvələrinin-
birinci  müstəvi  üzrə  mənşəyi  fəza  və  ulduzlardır.  Ulduzlar 
(yanan  fəza  hissələri-sürətlə  toqquşan) Fəzanı hərəkətə  gətirən 
vasitələrdir. Kosmik fəzanın özü enerjinin ilk mənbəyi olmaqla 
yanaşı,  öz  obyektlərini  tarazlaşdıran  müstəvidir.  Bu  baxımdan 
da  kainatın  əsas  qüvvəsi  və  tarazlı  müstəvisi  məhz  kosmik 
fəzanın özüdür.  
Fəzada  burulğanlar  ola  bilər  ki,  yerini  dəyişsin.  Fəza  bir 
sistem  olduğundan  ulduzlar  yerlərini  dəyişmək  imkanlarına 
malik  olurlar.  Ulduzlar,  planetlər  hərəkət  edirlər.  Bu 
burulğanlarda  indiki  qarşılıqlı  vəziyyətin  –tarazlı  əlaqələr 
vəziyyətinin- itməsi sayəsində ulduzlar məhv ola bilərlər. Bu 
halda  sönmüş  ulduzlar  bərk  materiyaya-planetlərə  çevrilə 
bilərlər. Bu, o halda baş verə bilər ki, bir daha fəza elementləri 
(fəza  hissəcikləri)  boşluğa  daxil  olmasın  və  boşluqdan  xaric 
olmasın. (Belə qəbul etmək olar ki, fəza elementləri burulğana 
daxil  olanda  “soyuq”olurlar,  burulğanda  isə  hərəkətlərin 


94 
 
güclənməsi 
və 
toqquşmalar 
sayəsində 
çevrilirlər 
və 
“istiləşirlər”.  Bu  nəticə  etibarilə  Günəş  isti,  fəza  isə  nisbətən 
soyuqdur. Lakin kosmik fəza enerjisiz deyil. Bu, olarsa fəzanın 
özü də ola bilməz. Fəzanın həddən artıq soyuqluğu ola bilməz. 
Bu halda görünən müstəvi fəza yox, bütün aləm nə isə bərk bir 
ş
ey olar. Demək, kainatda tam hərəkətsiz vəziyyət yoxdur. Lap 
az  da  olsa  hərəkət  var.  Hərəkətlər  azdan  çoxa  və  yaxud  da 
ə
ksinə 
olaraq 
dərəcələnir. 
Kainat 
hərəkətlər 
və 
“hərəkətsizliklər”dən,  yəni  az  hərəkətlərdən  ibarət  olan  bir 
müstəvidir.  Hərəkət  və  hərəkətsizlik  nisbidir  və  bir-birinə 
keçəndir.  Hərəkət  enerjini  yaradır,  hərəkətsizliyin  bizim  dərk 
etdiyimiz  formada  mövcudluğu  həddən  artıq  bərklikdir. 
Təsəvvürə gəlməz dərəcədə bərklikdir. Təsəvvür edək ki, fəza 
hərəkətsizdir,  deməli,  hər  tərəf  bərkdir.  Bizim  görə 
bilmədiyimiz formalı  bərkdir. Planetlər isə bərkdir, lakin, fəza 
və Günəşdən sonra gələn, “nəticə bərkidirlər”. Fəzanın Günəşə 
çevrilməsi,  Günəşin  materiyaya  çevrilməsinin  nəticəsidir. 
Müəyyən  bərk  həddindən  sonra  isə  soyuq  qaz  halındadır. 
Nəticə  etibarilə  belə  qərar  gəlmək  olar  ki,  planetlər  Günəşlə-
fəzanın  qarışığıdır  və  çox  ehtimal  ki,  Günəşin  müəyyən 
mərhələdə  partlayışının  nəticəsidir,  yanmadır.  Günəşin 
sönməsi  və  yaxud  da  ondan  hissələrin  qopması  Günəşdən 
uzaqlaşdıqca  planetləri  yaradır.  Bu,  bir  istiqamətdə  olan 
izahdır. Digər izah isə başqa ola bilər. Məsələn, hesab edirik ki, 
Günəş öz mənbəyini kosmik fəzadan götürür. Günəşlə planetlər 
və  kosmik  fəza  arasında  tarazlı  nisbət  mövcuddur.  Qarşılıqlı 
enerji paylaşmaları, yəni element mübadilələri həyata keçirilir. 
Planetlərin  enerjiləri  kosmik  boş  müstəviyə,  Günəşə  və  digər 
ulduzlara  paylanılır.  Əgər  bu  tarazlı  nisbət  varsa,  onda, 
Günəşin  sönməsi  və  planetlərə  çevrilməsi  fikri  düzgün  deyil. 
Burada artıq biz tarixin üstündən, yəni kainat, Günəş sistemi və 
planetlər  tarixinin  üstündən  xətt  çəkmiş  oluruq.  Bu  baxımdan 
Günəş  sistemi  əbədidir.  Onun  ömrü  ola  bilməz.  Sistem 
daxilində  qarşılıqlı  olaraq  öz  fəaliyyətini  sonsuzluğa  doğru 


95 
 
davam  etdirə  biləcəkdir.  Burada  əbədi  dünya  anlayışını 
təsdiq etmiş oluruq.  
Ə
ks  -təkamül  proseslərindən  çıxış  edərək  belə  bir  fikir 
bildirək.  Əgər  təbiətdəki  proseslər  mövcud  sistemdəkində 
olduğu  istiqamətlərdən  əksinə  baş  verərsə  və  başlanğıc  sonla 
ə
vəz  oluna  bilərsə,  onda  belə  qərara  gəlmək  olar  ki,  planetlər 
Günəşə  çevrilə  bilərlər.  Bu,  bir  qədər  az  ehtimal  olunandır. 
(Qeyd:  əgər  başlanğıc  qüvvə  ilə  nəticə  qüvvəsini  vahid 
nöqtəyə  gətirsək,  onda  belə  qəbul  edə  bilərik  ki,  zaman 
yoxdur  və  insanı  təkrar  əvvəlki  uşaq  vəziyyətinə  gətirmək 
mümkündür.  Başlanğıc  və  son  yoxdursa,  hərəkət  də  yoxdur. 
Element,  zaman,  məkan  da  yoxdur.  Başlanğıc  və  sonu 
birləşdirən  yalnız  sürət  artımı  ola  bilər.  Məkansızlıq 
zamansızlıqdır. O da yoxdur).  
Lakin  başlanğıc  qüvvə  nəticə  qüvvəsinə  “çevrilə”  bilər. 
Yəni,  başlanğıc  sona,  son  da  əvvəlki  vəziyyətinə  qayıda  bilər. 
Bu  halda  nəticə  qüvvəsi  başlanğıc  qüvvəsi  ilə  eyni  (oxşar) 
xarakterli  olmalıdır.  Əgər  bu  qüvvələr  yerini  dəyişə  bilsə,  çox 
ehtimal  ki,  inkişaf  ola  bilməz,  hər  şey  sıfırda  olar,  yaranış 
dayanar  və  hər  şeyin  başlanğıcı  və  sonu  bilinməz.  Məsələn, 
başlanğıcla  son  yerini  dəyişsə,  hesab  edə  bilərik  ki,  insanlar 
qocalıqdan  uşaqlığa  doğru  gedə  bilərlər.  Ümumiyyətlə  isə 
səbəb  və  nəticə  əldə  edilə  bilməz.  Əslində  isə  hər  nəticədə 
başlanğıc, hər başlanğıcda nəticə vardır. Buna görə də insanlar 
ümumən başlanğıcı və sonu tam mütləq olaraq deyə bilməzlər. 
Kainatın  başlanğıc  və  sonu  haqqında  məlumatlar  yalnız  Ulu 
Tanrıya məxsusdur.  
Fəzada,  Günəşdə  və  planetlərdə,  onların  əlaqələrində 
qarşılıqlı çevrilmə prosesləri gedir və başlanğıclar və sonluqlar 
hərəkətlərlə  məlum  olur.  Prosesləri  isə  (bir  çox  prosesləri)  isə 
təkrarlamaq  mümkündür.  Deməli,  təbiətdə  vahid  qüvvə 
tərkibində  çevrilmələri  təkrarlayan  qüvvə  vardır.  İnsanların 
dirilməsi 
(təbiət 
qüvvələri 
tərəfindən), 
yaşlıların 
cavanlaşdırılması  ehtimal  oluna  bilər.  Bu  anda  nəticələrin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə