Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   ...   7   8   9   10   11   12   13   14   ...   70

_______________ Milli Kitabxana _______________ 
42 
 
Bu şah çanaq-çanaq pullar bağışlar, 
Bir də dəstə-dəstə qullar bağışlar. 
O camdan ki, Cəmşid qıymaz özünə, 
Bəxş edər qullardan hər gün yüzünə. 
Hələ yer üzündə yoxdur bir insan 
Onun xələtindən geyməsin nişan. 
O, müşgü qır kimi paylar hər yana, 
Çini bir hədiyyə verər mərdana. 
O, bircə fərmanla bir qala alar, 
Bircə qəsidəyə ölkə bağışlar. 
Hesabsız, ölçüsüz nemətləri var, 
Dərya qucağına sığışmaz onlar. 
Qəlbi çox genişdir, ora nəzər qıl, 
Çınqıllar kimidir əlində qızıl. 
Kimin xəzinəsi artsa dünyada, 
Şirvanşah puluyla çoxalır o da. 
Milçəyi doydursa bizim hökmüdar, 
Mahmudun filindən qüvvətli olar
53

Fil boyda təxtinin sayəsində, bil, 
Içilən qədəhi götürməz bir fil. 
Şahımız dənizdir, Fəratdır, lakin, 
Dəryası axandır, Fəratı sakin. 
O gün ki, bar verər böyük hökmüdar. 
Ən böyük bir novruz bayramı olar. 
Səyindən, bəxtindən yazdım görmədən, 
Nə yazım təxtdəki əzəmətindən? 
O, dağ arxasından çıxan bir aydır, 
Yanında ulduzlar alay-alaydır. 
Günəş çeşməsidir böyük hökmüdar, 
Onunla canlanır bizim çəmənzar. 
Göyün yerə enmiş bir səhəridir, 
Allahın mərhəmət şəfəqləridir. 
Hər göz ki, o nuru görər cahanda, 
O yaman gözlərdən olar amanda. 
Yarəb mən ki, Üveys adını aldım, 
Məhəmməd eşqinə mən sadiq qaldım
54

Məhəmməd sifətli o şah həzrəti 
Versin xəyalımda olan neməti. 
 
 


_______________ Milli Kitabxana _______________ 
43 
 
PADŞAHA XİTAB 
 
Sən, ey can aləmi, ey aləmə can! 
Ey insan qəlbini güldürən insan! 
Günəşin taxtından tacın ucadır, 
Cəmşidin taxtından taxtın qocadır. 
Sənin idrakınla dünya abaddır, 
Sənə qul olmaqla insan azaddır. 
Sənin fərmanınla bütün ölkələr 
Azad nəfəs alır, düzdür bu xəbər. 
Bir sən əzizlədin bütün dünyanı, 
Sənindir dünyanın hökmü, fərmanı, 
Islamın bəzəyi olmuşdur xütbən, 
Xəlifə puludur sənin bu sikkən. 
Biz sənin duanla öpsək torpağı. 
Qızıl güllər açar qanqal yarpağı. 
Bir sənin sikkəni vursalar daşa, 
Qızıl-gümüş olar yer başdan-başa. 
Nədir o səndəki şanlı əzəmət? 
Keşikçin olmuşdur sənin səadət. 
Mehtərin olmuşdur fələk, hər zaman, 
Arpa-saman alır o anbarından. 
Nədir, mən dediyim bu arpa-saman? 
Bu arpa-sünbüldür, saman-kəhkəşan. 
Sən səhər yelinin ətrini çaldın, 
Bu xoş təbiəti havadan aldın. 
Həyat çeşməsidir bu səxavətin, 
Dünyanı doydurur sənin dövlətin. 
Bu əlvan çiçəkli nazənin bahar 
Sənin ayağını öpmək arzular. 
Məşriqi, məğribi alan könüllər 
Sənin hüzurunda qul olmaq dilər. 
Zəfər əli kimi tac bağışlarsan, 
Günahı, tanrı tək, sən bağışlarsan 
Bu dünya səninlə olmuş bərqərar, 
Sənə bütün aləm keşikçi durar. 


_______________ Milli Kitabxana _______________ 
44 
 
Sən qabaqda getsən, yol çırağısan, 
Arxada qalanda el dayağısan. 
İşıqsan yollara məşəllər kimi, 
Şəfəqin aydındır son səhər kimi. 
Səndədir işlərin hökmü, divanı, 
Hökmün dolandırır bütün dünyanı. 
Kimsə bu dünyada ən baş hökmüran 
Özünü qul sayır qarşında, inan. 
Ağlın, iradənin gücü var səndə, 
Onlar iş aparır sənin ölkəndə. 
Məqsəd nişanəsi yaranmışsa vaxt, 
Bir sənə inanıb, sığınır hər vaxt, 
Qələbəm düşməni qaçıra bilir, 
Bu, sənin sayəndə əldə edilir. 
Səndəki göz nuru sayılan sancaq 
Dövlətdən, nüsrətdən yaranmış ancaq 
Hər kimlə döyüşsən, onu dağlarsan, 
Min igid belinə qurşaq bağlarsan. 
Onun vücudundan tökülməmiş qan, 
Başını qarşında yerə salarsan. 
Cahanda hər kimə yetirsən nəzər
Səadət taxtında gəlib, əyləşər. 
Onun taleini sən şad edərsən, 
Xarab ölkəsini abad edərsən. 
Böyüklük, ucalıq səndədir deyə, 
Xoşbəxtlik gətirdin bu Nizamiyə. 
O da sarayının keşikçisidir, 
Sayəndə özünü bəxtiyar bilir. 
Gör, hüma quşunun gülür varlığı, 
Sonsuzdur bu quşun bəxtiyarlığı. 
Bu quş ki, eşqinlə qidalanır, bil, 
Sənin kölgəndədir, pərişan deyil. 
Səba quşları ki, ötür hər səhər
Şahın duasıdır dilində əzbər. 
Böyükdür cahanda şöhrətin, namın, 
Zəfərdir, fəthdir yalnız məqamın. 
Ucalsın calalın, ağ olsun baxtın, 


_______________ Milli Kitabxana _______________ 
45 
 
Zəfərlə bəzənsin sarayın, taxtın. 
Il boyu şadlanır sayəndə aləm, 
Aləm ayrılmasın sayəndən bir dəm. 
Səadət daima sənə yar olsun, 
Səninlə bir yerdə o da var olsun. 
Verirəm dostlara şad xəbəri mən, 
Şahın, şahzadənin mərhəmətindən. 
 
 
ŞAHZADƏNİN TƏRİFİ VƏ OĞLUMUN ONA 
TAPŞIRILMASI 
 
Səhərin qırmızı gövhəri erkən 
Zülmətdən bir işıq zahir edərkən, 
Mənim xəzinəmin gövhəri olan
O belimdən gələn, qəlbimə sultan 
Öz ata tacına gövhərlər saçdı, 
Şirvanşah oğlundan mənə söz açdı, 
Dedi: - Adamsızam, qırılmaz bağla 
Məni şah oğlunun lütfünə bağla. 
Qoy onun əhdinə bağlanım bu dəm, 
O gənc bir ustaddır, mən öyrənənəm. 
Kərəmi kamala yetişən zaman 
Dərs alsın o sənin kəlamlarından. 
O az yaşlıdırsa, bir hökmüdardır, 
Onda yenilməyən iradə vardır. 
Vətən göylərinin ulduzudur bu, 
Şahın vücududur-ölkənin ruhu. 
Yerlərin, göylərin Yusifidir tək, 
Zaman vəliəhdi bir odur, gerçək. 
Məclisi, büsatı, sevdası yeni, 
Padşah Mənuçehrin, bəlkə də, eyni. 
Bu iki dünyanın o can sirdaşı, 
Ağılda, idrakda şahların başı. 
Bu yeddi ölkəyə varis qəhrəman, 
Bu dörd gövhərin də sirrini açan. 
Böyük insanların gözlərinə nur, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə