Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   2   3   4   5   6   7   8   9   ...   70

_______________ Milli Kitabxana _______________ 
22 
 
Öz adın oğluyun adıylə birdir. 
Aləm "Əbülqasım Məhəmməd" deyir. 
Ağıl ki, görünməz bir xəlifədir
Qüvvəti, qüdrəti sözlərindədir. 
Məhəmməd eşqiylə yanmasa ürək, 
Eşqin çəmənində açılmaz çiçək. 
Tanrı dostlarına sənsən şahsüvar, 
Yeddi göy üstündə bir məclisin var. 
Səxavət mülkünün sənsən ağası, 
Dünya məqsədisən, məqsəd dünyası. 
Mənalar mülkünün ilk qaynağısan, 
Dirilik suyunun baş bulağısan. 
Sənin torpağınla bəzəndi Adəm
Nurinlə parladı hər iki aləm. 
Sən ki, öz "atını" sürdün dövrana, 
O, yeddi atıyla çatmadı sana. 
Günəş can atırdı səcdənə, gerçək, 
Ona bəhanəydi məğribə getmək. 
Ulduzlar başına dolanır dəm-dəm, 
Yalnız bu arzuyla fırlanır aləm. 
Varlıq büsatında varmı bir insan, 
Qarşında olmasın yer ilə yeksan? 
Sənin iksirinlə rəngləndi torpaq, 
Bu dünya səninçin yaranmış ancaq. 
Böyüksən, qarşında kiçikdir hamı, 
Bütün möhtacların sənsən ilhamı. 
Kainat taxtının padişahısan, 
Həyat ölkəsinin şahlar şahısan. 
Yaşıl göy səninçin bir ordugahdır, 
Qəmzən bir fərmandır, hörüyün çadır. 
Bu beş vaxt namazdır əsli tövbənin, 
Beş növbə təblidir qapında sənin
11

Quruldu diniyin beş binövrəsi, 
Yüz min zülm evinin kəsildi səsi. 
Bu evə yeddi səqf yaratdın yenə, 
Tapşırdın onu da dörd xəlifənə
12

Siddiq sədaqətə olmuşdur rəhbər


_______________ Milli Kitabxana _______________ 
23 
 
Faruqi fərq-dən uzaq bildilər
13

O, allahdan qorxan həyalı qoca
14

Tanrının şiriylə həmdərs olunca, 
Dördü də bir yolun sarbanı oldu, 
Dördü də bir ləkin reyhanı oldu. 
Bu dörd xəlifəylə güldü məmləkət, 
Hər ev dörd divarla qurular, əlbət. 
Bu dördlük birləşdi qoca dünyada, 
Bu dördbucaq evi gətirdi dada. 
Sən, dinin evinə dörd dirək vurdun, 
Ona bu qaydayla dörd çatma qurdun. 
Sənin qaşın kimi haman dörd nəfər 
Gah ayrı düşdülər, gah birləşdilər. 
Yerin əl bağlayan bu halqasından 
Bircə sıçrayışla ərşə qalxırsan. 
 
 
PEYĞƏMBƏRİN MERACI 
 
Sən, ey mənaların meracı olan, 
Sənin meracındır sonsuz asiman. 
Yeddi xəzinəni açaraq bir dəm
Dörd gövhər üstünə basmısan qədəm
15

Sığmadın zamanın dar sinəsinə, 
Ucaldın göylərin son zirvəsinə. 
Gecə qara bayraq tutduğu zaman 
Oldu qara atın mənzilə rəvan. 
O vaxt qanad açdı sənin ayağın, 
Göyün xəlvət yeri oldu dayağın. 
Bu fani dünyadan sən yüksələndə, 
Sən, Ümmi-Haniyə qonaq gələndə
16

Cəbrayıl gətirdi sənə şad xəbər, 
Dedi: - Qulluğuna hazırdır göylər, 
Göylərdə mələklər səf-səf düzəlmiş, 
Bütün göy aləmi seyrinə gəlmiş. 
Oyan, yuxu vaxtı deyildir, haray, 


_______________ Milli Kitabxana _______________ 
24 
 
Sənin tək günəşə müntəzirdir ay. 
Yerini Ütarid bilməyəcəkdir
17

Sənin düşərgahın daha yüksəkdir. 
Şabaş sinisini qaldırmış Zöhrə
18

Deyir: "Şərq batacaq al şəfəqlərə". 
Günəş də incəlib olmuşdur hilal. 
Yolundan çəkilmiş sanki bir xəyal. 
Mərrix qulluqçudur yataq evinə
19

Üzəngidən tutan uşaqdır sənə. 
Müştəri yoluna doğandan bəri
20
 
Yanıb qamaşdırır yaman gözləri. 
Keyvan qulağına halqa taxaraq
21

Qul kimi qaldırmış bir qara bayraq. 
Bu cürə qulların köməyilə sən 
Getdiyin yolları xoş keçəcəksən. 
Qədr gecəsidir bu gecə, tələs
22
 
Onun qədrini bil, gecikmə əbəs. 
Bu gecə hüsnüdür əbədiyyətin, 
Merac gecəsidir bu Məhəmmədin. 
O gecə nə qədər xoşbəxtdi, bilsən, 
Gündüz tək parladı ilk qədəmindən. 
Bu qara torpağa qoyub da pərgar, 
Gəzdin göy üzünü sən diyar-diyar. 
Ildırım "Buraq"ı, mindin dünyada
23

Sənin gedişindən yumşaldı o da. 
O bakir yaranan taxt üstündə sən 
Bir səadət kimi açmışdın yelkən. 
Minib bu tək ata göylərdə çaxdın, 
Cüt atlı ruzgarı dalda buraxdın. 
Fələklər bağına girən zaman sən, 
Ağlı, qırmızılı xoş meyvələrdən 
Qapına minlərcə salxım yollandı, 
Sənin gözündəydi eşqin son andı. 
Qalxanda göylərin yeddi qatına, 
Nə pərçəm, nə də bir tac qurdun ona
24

Yırtıldı göylərin bulut qabağı, 
Sınıb parçalandı ayın tabağı. 


_______________ Milli Kitabxana _______________ 
25 
 
Tovus qanadlılar çıxıb göylərdən, 
Qarşında qol-qanad tökdülər birdən. 
Cəbrayıl səninlə gedə bilmədi
25

Allaha tapşırıb, yaxşı yol, dedi. 
Mikayıl yer verdi sənə başında
26

Israfil qul kimi durub qarşında
27

Özünü kölgə tək ayağa saldı, 
O da yarı yolda yorulub qaldı. 
Bir "Rəfrəf" səninlə mənzilə vardı
28

O, "Sidrə" taxtına səni apardı
29

"Sidrə"nin üstündən keçən zaman sən 
Hədis dəftərini yazdın əlinlən. 
Yeddi qat göylərdən keçib yüksəldin, 
Yüksəlib ən uca zirvəyə gəldin. 
"Sübbuh" söyləyərək göy sakinləri
30

Kölgəyin nurində çimdi min pəri. 
Ərşin çadırından uçdun yenə sən, 
Üzünü göstərdin yetmiş pərdədən. 
Çıxdın tərəflərin zülmətlərindən
Yüksəyin, alçağın zəhmətlərindən. 
Qurtardın paltarın ağırlığından, 
Tacı da, taxtı da atdın o zaman; 
Xeyməni götürüb iki aləmdən, 
Tanrı gərdəyini eylədin vətən. 
Həm böyük allahı ziyarət etdin, 
Həm də haqq sözünün sirrinə yetdin. 
Sənin eşitməyin, bir də görməyin 
Ağıldan, idrakdan uzaqdır, yəqin. 
Açdın ürəyini sən sərin-sərin, 
Adına layiqdir istədiklərin. 
Verdi istəyini böyük yaradan,  
Sən razı qayıtdın tanrı yanından. 
Alnın nar gülü tək açıldı yenə, 
Kərəm fərmanını aldın əlinə. 
Sənin xatirinə o böyük tanrı 
Əfv etdi biz kimi günahkarları. 
Şahımız, kölgəndə tutmuşuq qərar


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə