Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   2   3   4   5   6   7   8   9   ...   70

_______________ Milli Kitabxana _______________ 
10 
 
lan gənc  əslində  Məcnundur. Çöldə  Məcnunla dost olan, ona toxunmayan, 
əksinə, onu qoruyan vəhşilər isə həmin quduz itlərdir. 
Nizami bu fikirdədir ki, mövcud cəmiyyət, onun insanları  həmin yırtıcı 
itlər saxlayan və xoşu gəlməyən adamları o itlərə atıb parçaladan padşaha 
bənzəyir, nəinki bənzəyir, elə onun özüdür. Bu baxımdan hekayənin sonunda 
Nizaminin dediyi aşağıdakı sözlər təsadüfi deyildir: 
 
Bunu söyləməkdə bir məqsədim var,  
Səxavət qələdir, o, can qoruyar.  
Məcnun bəslədikcə o heyvanları,  
Çəkdi dövrəsinə bir can hasarı.  
Hasar ətrafında gəzən hər heyvan  
Məcnunun işinə yaradı hər an.  
Məcnuna bənzəsən insanlıqda sən,  
Dünyada nə qüssə, nə qəm çəkərsən. 
 
Nizaminin təsvirində zülmkar şahın yırtıcı itlərə atdığı  gəncə nisbətən 
Məcnun daha yüksək insani sifətlərə malik olduğu kimi onu dəli, Məcnun 
adlandırıb çöllərə salan, məhvinə  səbəb olan cəmiyyət də  həmin zalım 
padşahdan daha zalım, daha eybəcərdir. Quduz itlər saxlayan padşah 
tərəfindən itlərə atılan gənc  şahın xasiyyətini bildiyinə görə itlərə baxanla 
dost olur, çünki şahın bir gün onu da itlərə atacağına şübhə eləmir. 
Ancaq Məcnunun heyvanlara qayğı göstərməsində, onlara yem 
verməsində, ya da ahu və maralı ovçuların torundan xilas etməsində heç bir 
təmənna və məqsəd yoxdur. Onun bu hərəkətləri böyük sevginin, insanlığın 
təzahürüdür. Nofəlin Leylini almaq üçün apardığı müharibə  uğursuzluqla 
qurtarandan sonra yenə çöllərə üz tutan Məcnun ovçuların toruna düşən ahu 
və maralı azad eləyir, onlarla dərdləşir: 
 
Ata öz oğlunu əzizləyən tək  
Məcnun da maralı əzizləyərək,  
Tutub sığalladı o dildarını,  
Bağladı heyvanın yaralarını...  
Dedi: "Həsrət çəkən dağlar maralı,  
Sən də mi yarından düşdün aralı?  
Ey çöl qoşununun gözəl sarbanı,  
Dağlar döşündəki çadırın hanı?  
Xoş ətrin canandan gətirir xəbər,  
Gözün sevgilimin gözünə bənzər. 
 


_______________ Milli Kitabxana _______________ 
11 
 
Nizami Məcnundakı insanlığın, idrakın, sevginin nə qədər güclü, fədakar, 
təmənnasız olduğunu, onun "idrak yolundakı  əngəlləri" necə  qətiyyət və 
cəsarətlə qaldırıb kənara atdığını öz ecazkar sənətinin əlvan boyalarıyla açıb 
göstərir. 
Orta  əsrlər  şəraitində qadınların oyanması, insanlığını  dərk etməsi və 
faciəsi Leyli surətində  əks etdirilmişdir. Məcnun kimi sevən, yanan, duyan, 
onun kimi şəhid olan Leyli Məcnunun qadın tayıdır. Leylinin də faciəsi 
köhnəliyin öz yerini yeniliyə könüllü vermək istəməməsi üzündən, onun 
yeniliyə qarşı  qəddar və amansız olmasından yaranır. Orta əsr feodalının 
mütləq hakimiyyətinin hələ güclü olduğu, lakin sarsılmağa başladığı bir 
dövrdə Leylinin faciəsi təbii idi. Zaman onun insanlığını, hisslərini, mənəvi 
sərbəstliyini hələ qəbul etmir, bu barədə eşitmək belə istəmirdi: hələ ona əşya 
kimi baxır, onu bazara çıxarır, kim çox qızıl versə, ona da satırdı. Zaman belə 
qanun qoymuşdu ki, qadının düşünməyə, duymağa, sevməyə, seçməyə 
ixtiyarı yoxdur, əgər o, müstəqil düşüncəyə malik olsa, namussuz hesab 
edilər, başı kəsilib itə atılardı, ancaq qanundan kənar istəyinə çatmağa imkan 
verilməzdi. O, əbədi dustaq - əbədi zindanda kədər və göz yaşları içində 
boğulan, dərdlərindən danışmağa, hisslərini söyləməyə ixtiyarı olmayan bir 
kölə idi. Leyli zahirən zəmanəsinin tələblərinə baş  əyən,  əslində isə ona 
məğrur bir sükutla meydan oxuyan, onun istədiyi, dediyi kimi olmayan, 
şərrin zülmət gecəsində günəş kimi parlayan, içində insanlığın əbədi məşəlini 
gəzdirən bir insan kimi yaşayır. Hamıdan, hər kəsdən eşqini gizlətməyə 
çalışan Leyli hisslərin güclü tufanını özündən gizlətməyə, onu tamam 
susdurmağa, öldürməyə qadir deyildi və bunu Leyli özü də istəmirdi. Leyli 
istəmirdi ki, kölə  vəziyyəti ilə barışan başqa qadınlar kimi olsun, düşmən 
dünyanın oyuncağına çevrilsin. O, zahirən belə yolla getsə  də, həqiqətdə 
əsrinin qadınlarından seçilir. 
Əgər Məcnun mühitlə barışmadığını bildirərək çöllərə düşür, heyvanlar 
arasında yaşayırsa, düşməndən Məcnun, divanə adı almaqdan çəkinmirsə, 
Leyli də İbn Səlama həqiqi arvad olmamaqla, öz eşqinə sədaqətini qorumaqla 
özünü təsdiq edir. Poemanın ilk səhifələrindən başlamış ölümünə qədər Leyli 
sonsuz bir həsrətlə  Məcnunu axtarır, onu görmək, onun şeirlərini eşitmək 
istəyir. Dərya-dərya qəmli göz yaşları tökən Leylinin daim gözü yollarda, 
qulağı  səsdədir. Dam üstə  çıxıb oğrun-oğrun yollara baxması, düşmən 
tənəsindən qorxub gecələr odlu ahlar çəkməsi,  şam kimi yanması, acı-acı 
ağlaması,  
 
  


_______________ Milli Kitabxana _______________ 
12 
 
tüstüsüz ocaq kimi alovlanması onun məhəbbətinin güclü olmasından xəbər 
verir. Məcnunla bərabər Leylinin də adı dillərə düşür, bazardan gələn uşaqlar 
belə Leyli ilə Məcnunun məhəbbət qəzəllərini oxuyur, onların şeirlərini bir-
birinə çatdırırlar. 
Leyli  şeir yazmaqda, odlu, səmimi duyğularını  sənətkarlıqla ifadə 
etməkdə də Məcnundan geri qalmır. Leyli Məcnunu ölənə qədər bir an belə 
unutmur. Yaz vaxtı qızlarla gəzməyə çıxan Leyli bir küncə çəkilib Məcnun 
üçün göz yaşı tökür. Leyli Məcnuna nisbətən eşqini dəlicəsinə, coşğun 
büruzə vermir, o bəzən özünü Məcnundan daha artıq Məcnun adlandırsa, 
qadın olduğunu da etiraf edir. O, dərdlərini ürəkdə  çəkməyi, zahirdə isə 
özünü başqa qadınlar kimi aparmağı bacarır. 
Məcnun başqa qızla evlənmək təklifini qəbul eləmir, bu təklifi edənlərə 
acığı, qəzəbi tutur. Lakin Leyli belə deyil. O özünü o dərəcədə toxtaq, 
təmkinli aparır ki, başqasını sevdiyini ata-anasına demir, onu İbn Səlama ərə 
verəndə etiraz etmir. Leylinin arxasınca bir çox adamlar düşüb var-dövlət 
hesabına onu satın almağa can atırdılar. Nizami Leylini bu şəkildə almağa 
çalışanları  dəllal adlandırır. Belə  dəllallardan biri də  qızılı qum kimi səpən 
İbn Səlam idi. Leyli İbn Səlama getməyə ona görə etiraz etmir ki, qadın 
ismətini, adını qoruya bilsin. Qadına münasibət orta əsrlərdə o qədər ciddi, 
sərt, o qədər ağır idi ki, Məcnuna layiq bir qız olmaq üçün də Leylinin əsas 
çıxış yolu bu idi. Leyli özünü Məcnundan artıq divanə saysa da, zaman onun 
qanadlarını daha qısa kəsmişdir: 
 
Bəxtinin ulduzu batan aşiqdən  
Min dəfə şiddətli divanəyəm mən.  
O hədəf oldusa bu dərdə, yasa,  
Bir qadın deyildir o heç olmasa.  
Sevda yollarında göstərir hünər,  
Kimsədən nə qorxar, nə də çəkinər.  
Zavallı mənəm ki, ürəyimdə qəm,  
Dərdimi heç kəsə aça bilmirəm.  
Qorxuram əhvalım pərişan ola,  
Yaxşı adım belə çox yaman ola. 
 
Bu parçada Leylinin eşqi də, faciəsi də çox dəqiq şərh edilmişdir. Qadın 
olmaq, qorxub çəkinmək, yaman ad qeydinə qalmaq, dərdi heç kəsə aça 
bilməmək onu Məcnunla ayaqlaşmağa qoymur. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə