Microsoft Word xeyb?Rcapa hazir 05. 06. 2014 ancaq m?Tn xeyber igideliyev doc



Yüklə 8,02 Kb.
Pdf görüntüsü
səhifə3/53
tarix05.03.2018
ölçüsü8,02 Kb.
#30535
1   2   3   4   5   6   7   8   9   ...   53

     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 

Pirallahı – Xəzər dənizi qalxdıqdan sonra su altında qal-
mışdır. 
Pirkökü – Şamaxı rayonunda 9 yerdə tikilib. 
Pir xınalıq – Quba rayonunun Xınalıq kəndindədir. 
Pir Abdulkərim – Qobustan rayonunun Nabur kəndi 
ərazisindəir. 
Hacı  Şeyx ocağı – Hacqabulun şimal-qərbinin 8-ci km-
liyindədir 
Şeyx Şəkər piri – Salyan rayonunun Xalac kəndindədir. 
Kərbəlayi  Şəkər piri – Hacıqabulun Pirallahı  qəbirista-
nındadır. 
Dibral
 
piri – Şamaxının Dibral yaylağında...”   (11)  
Təbii ki, Xilə  ərazisində olan övliyaları  tədqiq etmək, 
araşdırmaq mövzumuzdan kənardır. Bunun üçün ciddi tədqiqat  
aparmalıdır. Yuxarıda verdiyimiz kiçik arayışla bu qədim  el  
haqqında oxucularda ümumi təsəvvür yaratmaq istədik.      
Başqa bir mənbədə: Bu əhali lap uzaq keçmişdən milli 
adət-ənənələrimizə  bələd olduğu kimi folklor, aşıq  ədəbiyyat  
nümunələri yaratmış, poeziya sərrafları – şairlər yetirmişlər.  
Bir sözlə, xiləlilərin zəngin folklor örnəkləri mövcud olmuşdur. 
Həmin folklor örnəklərinin böyük bir qismini toplaya bilmişik
aşıq və şairlərinin şeirlərindən nümunələri çap etdirmişik... 
 
Mən aşıq Xilə eylər, 
Xil eylər, Xilə eylər, 
Yar yıxıb atam evin 
Mənəsə giley eylər. 
 
*** 
Xilədi elim mənim, 
Ağzımda dilim mənim, 
El köçüb, yurd ağlayır, 
Yalındı əlim mənim. 
Yəqin ki, sonuncu bayatı rusların təzyiqi nəticəsində də-
də-baba yurudndan didərgin düşən bir sinədəftər el ağbirçəyi-
XEYBƏR  İGİDƏLİYEV 
 
 
10
nin dilindən yana-yana söyləmiş bir elm ağsaqqalının 
fəryadıdır:“El köçüb, yurd ağlayır...” 
Hazırda tarixə  şahidlik edən doğmalarının nəfəsinə ta-
marzı qalmış qədim Xilə qəbristanı bu günə çox söz söyləyir və 
ya uzun tarix danışır.  Şərəfli bir tarix, Xilə tayfasının qədim 
tarixini. 
1.Deyilənlərdən.  
Naburlu Aşıq Xanışın yaddaşından: 
“Xilə torpağı geniş əraziyə malik bir yerdir. Kənd çoxlu 
kəhrizlər, bulaqlar və yanından axan Qozluçayla zəngindir. 
Vaxtilə həmin kəndin adı “Tozluğ” olmuşdur. Xilə tayfası çox 
olduğu üçün “xil” (çoxluq) toponimindən yaranmışdır. Hazırda 
“Xilə dağı”, Xilə  qəbristanlığı elin keçmişinə canlı  şahiddir. 
Uzun illər  şirvanlıların ibadət yeri olmuşdur. Pir Abdulkərim 
türbəsi. Deyilənlərə görə, Pir Abdulkərim türbəsində uyuyan  
xilə əhlidir. 
XIX  əsrin təqribən 30-cu illərindən başlayaraq Azərbay-
canın müxtəlif bölgələri, eləcə  də  Şamaxı quberniyasının 
Xilmilli, Çuxuryurd, Dəmdəməki (Mərəzə), Nağaraxana və s. 
kəndlərinə rus və malokanlar köçürülmüşdür... “Onların (malo-
kanların – S.Q.) buraya  ilk gəlişi təxminən 1838-ci ilə aiddir. 
Bu mühacirlər Ukraynanın cənub quberniyalarından və Rusiya-
nın Volqaboyu və mərkəzi quberniyalarından gəlmişlər... Veli-
koruslar andı, kilsəni, dini mərasimi və ali hakimiyyəti qəbul 
etməyən adamlar kimi çar hökuməti tərəfindən bura sürgün 
edilmişlər. Onlar müxtəlif təriqətlərdən (malokanlar, duxobor-
lardan, yəhudipərəstlərdən, bartistlərdən, subbotniklərdən və s.) 
ibarətdir”. Onlardan bir hissəsini də Qozluda (Xilmillidə) yer-
ləşdirirlər. Xiləliləri isə öz ata-baba yurdundan köçürürlər. 
Həmin insanlar Hacıqabul, Salyan, Bakı  və s. ərazilərdə  məs-
kunlaşırlar... Hazırda Hacıqabul  şəhərinin bir məhəlləsində  
ancaq xiləlilər yaşayır.  
 *** 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
11 
Uzun illər Şirvanda apardığım tədqiqatlar nəticəsində bu 
qədim tayfanın XVIII-XIX əsr dönəmində yaşamış istedadlı 
aşıqları, el şairləri haqqında (Aşıq Barat, Aşıq Şamil, Aşıq Sol-
tanmurad, Aşıq Xanış və başqa sənətkarlardan)  xeyli məlumat, 
şeirlərindən nümunələr, folklor örnəkləri əldə etmişəm.  
Onlardan bir neçəsi ilə tanış olun:  
Aşıq Rüstəm Süleyman oğlu XVIII əsrin sonunda Xilə ela-
tında anadan olmuşdir. Atası Süleyman kişi aşıqlıq etməsə də, bu 
sənətin yol-yolacağına yaxşı  bələd olmuşdur. Övladının yaxşı 
səsi olduğunu biləndə ata oğluna aşıq sənətini öyrədir... Aşıq 
Rüstəmin həyat yoldaşı Xeyri cavan yaşında rəhmətə gedir. Hə-
yat yoldaşının vəfatından sonra aşıq Rüstəm məclislərə getmir. 
Hacıqabulun yaşlı sakinlərdən aşığın şeirlərindən nümunələr və 
bəstələdiyi “Rüstəm və Xeyri” dastanından kiçik bir parça əldə 
etmişik. Həmin  şeirlər “Şirvan aşıqları” kitabında (Bakı-2007) 
çap edilmişdir. Topludan bir nümunə təqdim edirik. 
 
BƏXTİM 
 
 
Özüm də heyran qalmışam, 
Görən gedir hara bəxtim. 
Mən çəkəni Şümür çəkməz, 
Yazılıbmış qara bəxtim. 
 
Məəttələm bu gedişə, 
Bu dərd-qəmə, bu təşvişə, 
Nə düşmüşəm bitməz işə, 
Qismət olmaz yara bəxtim. 
 
Nələr keçirdi könlümdən, 
Dağlar ağlar gileyimdən
Əziz yar çıxıbdı əlimdən, 
Düşdü tez azara bəxtim. 
 
Rüstəməm, yardan yaralı, 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
12
İtirmişəm huş, ağılı, 
Görən kim duyar bu halı? 
Tapmaz heç də çarə bəxtim. 
Qədim Xilə elinin ustad sənətkarlarından biri də Aşıq Mu-
sadır. Musa Tapdıqoğlu XIX əsrin ikinci yarısında Xilə elatında 
doğulmuşdur. O, Əngəxaranlı  Aşıq  İbrahim, Aşıq Xeyrulla və 
başqalarının müasiri olmuşdu. Onun haqqında məlumat və şeir-
lərindən nümunələri Aşıq Bəylərin, Aşıq  Şamilin yaddaşından 
əldə etmişik. Aşıq Musa sənətə getdiyi illərdə Şamaxı şəhərində 
yaşamışdır. Sonra övladlarının yanına – Xilə  qışlağına köç-
müşdür. Aşığın qəbri qışlaqdakı qədim Xilə qəbristanındadır. 
 
YOL VER 
 
Yalvarıram sənə barı, ilahi, 
Qanmaza yol vermə, qanana yol ver. 
Günahkar olmayan bir bəndə yoxdur, 
Günahın boynuna alana yol ver. 
 
Məhəmməd eşqinə, Əli eşqinə, 
Yüz iyirmi dörd min nəbi eşqinə
Məzlum, fəqir, xəstə, əlil eşqinə, 
Çox ağır dolanır zəmanə, yol ver. 
 
Nadanlardı dar günümə gülüşən, 
Eşit sən Musanı, eli elə şən, 
İmamlar yolunda didərgin düşən, 
Bağışla ol Sahibzamana, yol ver. 
 
Aşıq Möhsün də Xilə  aşıqlarındandır. O, yaradıcı  sənət-
kar olmuşdur. XIX əsrin son illərində anadan olmuş, XX əsrin 
ortalarına kimi yaşamış, Xilənin qışlaq qəbristanında dəfn 
edilmişdir. Deyilənə  görə, yay payız aylarında demək olar ki, 
Küdrü düzündə olan qışlaqlardakı – Cəyirli, Kolanı, Quşçu, 


Yüklə 8,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə