Microsoft Word xeyb?Rcapa hazir 05. 06. 2014 ancaq m?Tn xeyber igideliyev doc



Yüklə 8,02 Kb.
Pdf görüntüsü
səhifə8/53
tarix05.03.2018
ölçüsü8,02 Kb.
#30535
1   ...   4   5   6   7   8   9   10   11   ...   53

     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
29 
MƏN ONU NECƏ TANIYIRDIM 
 
Xeybər  İgidəliyev peşəkar, istedadlı jurnalist, yüksək təş-
kilatçılıq qabiliyyətinə malik şəxs idi. Müxtəlif janrlarında ma-
raqlı yazıları ilə  təkcə çalışdığı  İşıq” qəzetinin səhifələrində 
deyil, respublika mətbuatında – “Kommunist”, “Azərbaycan 
gəncləri”, “Ədəbiyyat və incəsənət”, “Bakinski raboçi”, 
“Vışka” və s. qəzetlərdə çıxış edirdi. 
Səmimi şeirlər müəllifi Xeybər müəllim eyni zamanda iti 
qələm sahibi idi. Kəskin felyetonlar, satirik yazılarla oxucu 
qəlbinə yol tapmışdı. O dövrün rüşvətxorları,  əliəyriləri, bir 
sözlə, cəmiyyətə, adamlara ziyan vuranlar onun kəskin qələ-
minə tuş gələrdilər. Bununla maraqlı bir hadisəni xatırlayıram. 
Yazı hazırlamaq məqsədi ilə getdiyi obyektdən qayıtmışdı. Söz 
sözü çəkdi. Dedi ki, bilirsiniz başıma nə  gəlib? Maraqla ona 
baxdıq. Bizi çox da intizarda saxlamadı: 
“Redaksiyada işlədiyim müddətdə yüzlərlə idarə  və 
müəssisə rəhbəri ilə görüşmüşəm. Amma bu gün qarşılaşdığım 
idarə müdiri kimi şəxsə rast gəlməmişəm. Rastlaşdığım nöq-
sanları bloknotuma qeyd etdiyimi görüb mənə yalvar-yaxar etdi 
ki, yazı hazırlamayım, yoxsa məni işdən çıxararlar. Vəzifəm əl-
dən getsə, ölsəm yaxşıdır. Dedim ki, axı bu nöqsanlara görə 
Sizi işdən çıxartmazlar...  Əl çəkmədi. Dedi ki, bilmək olmaz. 
Nəyimi əlimdən alırlarsa alsınlar, ancaq vəzifəmə dəyməsinlər. 
Vəzifə itkisindən qorxduğum kimi heç nədən qorxmuram. 
İndi özüm də bilmirəm nə edim? Ehtiyat edirəm ki, tənqi-
di yazı hazırlasam, vəzifədən çıxartmasalar da, o şəxs ciddi 
xəstələnər”. Xeybər müəllim o müəssisədən tənqidi yazı hazır-
lamadı. Amma bir neçə gündən sonra “Canımı alırsan al, ancaq 
vəzifəmi alma” adlı satirik şeirlə qəzetimizdə çıxış etdi. Həmin 
şeir oxucular tərəfindən maraqla qarşılandı. Onu da deyim ki, 
həmin idarə müdiri də o şeirdən razı qalmışdı. Axı, onun üçün 
adının çəkilməməsi lazım idi. Buna da nail olmuşdu. 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
30
X.İgidəliyevdə idarəçilik qabiliyyəti yüksək idi. Yaxşı 
yadımdadır. Şəhər mətbəəsində səriştəsiz şəxs rəhbərlik edirdi. 
Şəhər Partiya Komitəsinin orqanı olan “İŞIQ” və “MAYAK” 
qəzetləri burada çap olunurdu. Qəzetlərin çapı ya yubadılır, ya 
da keyfiyyətsiz hazırlanırdı. Digər sifarişlər də  mətbəədə 
vaxtında çap edilmirdi. Bu, haqlı narazılığa səbəb olurdu. Şəhər 
rəhbərliyi (o dövrlərə xas olan iş üslubu) geri qalan sahəyə – 
mətbəəyə  rəhbərliyi Xeybər  İgidəliyevə  həvalə etdi. Bütün 
bunlar – indi söyləyəcəklərim sanki gözlərim qarşısındadır. İlk 
gündən, təkrar edirəm ilk gündən mətbəədə ciddi intizam 
yaradıldı. Məsuliyyətsiz, keyfiyyətsiz iş görən ciddi cəza aldı. 
Az vaxtda qəzetlər vaxtlı-vaxtında çap olundu. Digər sifarişlər 
də keyfiyyətli, vaxtında yerinə yetirildi. Sifarişçilər görülmüş 
işdən razı qaldılar. Mətbəə işçiləri əmək haqlarını vaxtlı-vaxtın-
da aldılar. Bir neçə mətbəə işçisinə Xeybər müəllimin yaxından 
köməyi ilə yeni mənzil verildi. Mətbəəyə yeni avadanlıqlar gə-
tirildi. Qonşu rayon mətbəələrindən bu və ya digər işdən ötrü 
şəhərimizdəki mətbəəyə – Xeybər müəllimə müraciət olunurdu. 
Kvartallarda mükafat alınması mətbəədə adi hala çevrildi. 
Hətta kollektiv o dövrdə yüksək mükafat sayılan Azərbaycan 
Həmkarlar  İttifaqı  Şurasının Keçici Qırmızı Bayrağına layiq 
görüldü. Şəhər mətbəəsində işlər qaydasına düşdü...  
Yenidən redaksiyaya qayıtması xahişi ilə  şəhər rəhbərli-
yinə müraciət edəndə, onu əvəz edə biləcək şəxsi də onlara təq-
dim etdi. Səfalı Əzizov (rəhmətlik) uzun illər şəhər mətbəəsinin 
direktoru işlədi. Xeybər müəllimin yolunu layiqincə davam et-
dirdi. 
Peşəkar jurnalist, iti qələm sahibi Xeybər  İgidəliyevin 
xatirəsi həmişə qəlbimizdədir

Fəxrəddin Rəhimov,  
Şirvan şəhərində çıxan “İşıq” qəzetinin redaktor müavini,  
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 
 şəhər Ağsaqqallar Şurasının sədri 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
31 
XEYBƏRLİ GÜNLƏRİM 
 
Mən Xeybər  İgidəliyevlə 1950-ci ildən, hələ orta mək-
təbdə oxuyarkən tanış olub dostluq etməyə başlamışam. Bizi 
bir-birimizə bağlayan  əsasən  şeir yazmaq qabiliyyəti oldu. 
Sərin yaz-yay axşamlarında ikimiz dəmir yol vağzalından hərbi 
hissə  şəhərciyinə  qədər olan yolu söhbət edə-edə gedib gələr-
dik. Bəzən bədahətən oynaq qafiyə ilə  şeir deyərdik. Bütün 
bunlar məni Xeybərə, Xeybəri isə  mənə elə bağladı ki, daha 
bir-birimizi görməyəndə darıxmağa başlardıq. Hacıqabul 
Dəmiryolçular Klubunda keçirilən mədəni-kütləvi tədbirlərdə 
hər ikimiz mütləq şeir oxuyardıq.  
Səməd Vurğunun 1955-ci ildə Qazıməmmədə (indiki 
Hacıqabula) gəlişi böyük bir izdihama çevrildi. Klubda otur-
mağa, heç ayaq üstə durmağa da yer yox idi. Bu gözəl məra-
simdə  Səməd Vurğun öz səfərlərindən və xüsusən Moskvada 
SSRİ Yazıçılarının qurultayında “Sovet poeziyası” haqqında iki 
saatlıq məruzəsindən epizodlar danışdı. Xeybər özünü saxlaya 
bilməyib zalda ayağa durub: “Siz Azərbaycan bülbülüsüz ki, bu 
nitqi ləyaqətlə yerinə yetirdiniz” dedi. Zalda gülüşmə  və al-
qışlar qopdu. Sonra Xeybərə  və  mənə söz verildi, biz də öz 
şeirlərimizi  (Səməd Vuğuna həsr edilmiş) oxuduq. Bu an Sə-
məd Vurğun üzünü Hacıqabul Rayon Komsomol Komitəsinin 
birinci katibi Mahmud Səfiyevə
 
tutub “Siz məni görüşə 
çağırmısız, ya yarışa?” deyib güldü. Zalda alqışlar qopdu... 
Xeybər gözəl insan, bacarıqlı yoldaş, qayğıkeş qardaş idi. 
Heç kəs cürət edib onun yanında mənim haqqımda “pis” söz 
deyə bilməzdi, eləcə də mənim yanımda onun haqqında.  
Xeybərli günlərim o qədər  şirin, duzlu-məzəli və  əsra-
rəngiz idi ki, onu unuda bilmirəm.  İnanın ki, Xeybər müəllim 
dünyasını dəyişəndən sonra mən artıq vağzalın ətrafına, gəzinti 
yerlərinə çıxmağıma son qoydum. Təsadüfən yolum düşəndə də 
dərhal o yerləri tərk edib evə qayıdıram. 
 
Xeybərli günlərim sözlü, sazlıdır, 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
32
Həzin musiqili, xoş avazlıdır. 
Uzanıb gedərdi şirin söhbətlər
Gərilib durardı bütün diqqətlər. 
Hanı məni duyan, məni anlayan? 
Varmı elə adam, sənə yanmayan. 
Səməd Vurğun kimi, sən də köç etdin... 
Məni tənha qoydun, məni göynətdin. 
Adam da qardaşı atıb gedərmi?! 
Bu fani dünyaya “satıb” gedərmi?! 
Çox şükür, ilahi, çox şükür Sənə! 
Əziz qardaşımı yad etdim yenə... 
Böyük bir lütf idi, bəxş etdin mənə! 
Dərin hörmətlə,   
Hacı Cəbrayıl 
19.09.2013  
 
 
QƏLƏM ADAMI 
 
Artıq altıncı onilliyini yaşamaqda olduğum həyatımda 
yaxından-uzaqdan tanıdığım  şəxslər arasında cəmisi bir neçə 
nəfəri yaddaşımda özünə möhkəm yer eləyib ki, ömürlərinin 
son illərində  (bəlkə  də aylarında, günlərində) onlarla rastlaş-
mışam və ən səmimi münasibətimiz də onda olub. 
Belə şəxslərdən biri də Xeybər müəllim oldu. Onunla axı-
rıncı  dəfə harda və necə qarşılaşmağımızı, mənə “qardaşoğlu” 
deyərək mehribanlıqla hal-əhval tutmasını da yaxşı xatırlayıram 
(Vaxtilə atamın şagirdi olmuşdu, məni də daha çox valideynimə 
görə tanıyırdı). 
Onun mətbuat adamı olduğunu uşaqlığımdan bilmişəm, 
müəllimlik və şairliyndən isə xeyli sonra xəbər tutmuşam. Ona 
olan mənəvi borcumu da iki il əvvəl redaktoru olduğum müs-
təqil “Mədəni irs” qəzetində “Jurnalist, müəllim,  şair” sərlöv-
həli məqalə ilə ödəməyə çalışmışam. Bu məşğuliyyətlərin ha-


Yüklə 8,02 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə