Microsoft Word xeyb?Rcapa hazir 05. 06. 2014 ancaq m?Tn xeyber igideliyev doc



Yüklə 8,02 Kb.
Pdf görüntüsü
səhifə7/53
tarix05.03.2018
ölçüsü8,02 Kb.
#30535
1   2   3   4   5   6   7   8   9   10   ...   53

     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
25 
 
 
 HAQQINDA YAZILANLAR, 
  DEYİLƏNLƏR, XATİRƏLƏR 
 
 
 
JURNALİST, MÜƏLLİM, ŞAİR 
 
eybər müəllimin 40 ilə yaxın bir müddəti əhatə elə-
yən əmək fəaliyyətinin əsasını onun jurnalistlik və 
müəllimlik işi təşkil etdiyindən, onu böyük müvəf-
fəqiyyətlə  qələm adamı adlandırmaq olar. Bura 
onun həvəskar şairliyini də əlavə etsək, onda həmin qiymətlən-
dirmənin düzgünlüyü daha da artmış olar... 
İyirmi ildən artıq zaman ərzində  qəzetçiliklə  məşğul 
olmuş bu şəxs rayonumuzun tarixinə  ən uzunömürlü peşəkar 
jurnalistlərdən biri kimi düşə bilmişdir. Onun bu sahədəki 
fəaliyyətinin  ən qısa xülasəsi isə belədir: 1962-65-ci illər – 
“Yüksəliş  uğrunda” qəzetində  (Əlibayramlı, indiki Şirvan) 
ədəbi işçi; 1965-68-ci illər – “İşıq” qəzetində  (Əlibayramlı) 
şöbə müdiri; 1960-70-ci illər – Əlibayramlı  şəhər mətbəəsinin 
direktoru; 1970-71-ci illər – “İşıq” qəzetində ədəbi işçi; 1978-ci 
il – “Mayak” qəzetində (Əlibayramlı) redaktor müavini; 1978-
79-cu illər - “İşıq” qəzetində məsul katib və tərcüməçi. 
Xeybər  İgidəliyevin jurnalistlik işindən danışarkən onun 
Azərbaycan KP MK-nın orqanı olan “Kommunist” qəzetinin 
müxbir postunun üzvü olaraq 1970-85-ci illərdə (fasilələrlə) 
Kür Su Kəmərinin çəkilişi ilə bağlı yazdığı silsilə məqalələrdən 
söz
 
açmamaq mövzunu yarımçıq qapamaq anlamına gələ bilər. 
Öz zamanı üçün ölkənin  əsas zərbəçi tikintilərindən olmuş 
Talış-Bakı Su Kəmərində gedən işlərin işıqlandırılmasının nə 
qədər məsuliyyətli və eyni zamanda, şərəfli iş olduğu oxucuya 
özlüyündə aydın olmalıdır. 

XEYBƏR  İGİDƏLİYEV 
 
 
26
1960-65-ci illərdə Azərbaycan (indiki Bakı) Dövlət 
Universitetinin jurnalistika fakültəsində qiyabi ali təhsil almış 
Xeybər müəllim peşəkar qəzetçi olsa da, həyatının on ildən 
artığını  həm də pedoqoji işə  həsr edib. Əmək fəaliyyətinə  də 
1957-ci ildə elə Hacıqabul (o vaxtkı Qazıməmməd) stansiyası 
13№-li dəmir yolu məktəbində pioner baş  dəstə  rəhbəri işi ilə 
başlayıb və 3 il bu işdə çalışıb. Ardınca daha beş il (1960-65) 
həmin məktəbdə Azərbaycan dili və  ədəbiyyatı müəllimi 
vəzifəsini yerinə yetirib. 1974-78-ci illərdə Əlibayramlı  şəhər 
10 №-li məktəbdə müəllim və Təlim-tərbiyə işləri üzrə direktor 
müavini işləmiş Xeybər müəllim üçün redaksiyadan sonra 
ikinci ən doğma əmək məkanı məktəb olub. 
İdeoloji işin ön planda olduğu sovet dövründə yaşayıb-
işləmiş Xeybər müəllimin  əmək fəaliyyətinin bir hissəsi də 
həmin sahə ilə bağlı olub. 1971-74-cü illərdə Əlibayramlı Şəhər 
Partiya Komitəsinin təbliğat-təşviqat  şöbəsinin müdiri olmuş 
qəhrəmanımız, bir də  həyatının ahıl çağında (1990-92-ci illər-
də, artıq post-sovet dövrünə keçid illərində) yeni yaradılmış 
Hacıqabul rayonunda əvvəlcə Xalq Deputatları Soveti İcraiyyə 
Komitəsində  təşkilat  şöbəsinin təlimatçısı  və ümumi şöbənin 
müdiri, sonra isə Rayon İcra Hakimiyyəti aparatında təlimatçı 
və Humanitar məsələlər şöbəsində baş məsləhətçi vəzifələrində 
işləyib. 
Bədii yaradıcılıq Xeybər müəllimin həyatında xüsusi yer 
tutub və ayrıca bir yazının mövzusu ola bilər. Bu yazıda isə 
yalnız məqaləmizin səbəbkarının yazmağa başlamasında həll-
edici rol oynamış bir hadisədən bəhs etmək istəyirik. 
...1955-ci ildə hacıqabullularla görüşə  gəlmiş xalq şairi 
Səməd Vurğunu bədii sözlə salamlamaq o vaxt təzə-təzə 
yazmağa başlayan və hər birinin cəmi 18 yaşı olan iki gəncə – 
Cəbrayıl Xıdırovla Xeybər  İgidəliyevə tapşırıldı.  
Özünün “Şairə salam” şeirini oxuduqdan sonra böyük 
şairdən yaradıcılıq xeyir-duası alan Xeybər yazıb-yaratmağa 
daha da həvəslənmiş, qələmini  şifahi və yazılı  şeirin müxtəlif 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
27 
janrlarında sınamışdır. Elə yazımızı da onun şeirlərindən 
birindən parça ilə bitirmək istəyirik. 
Amma buna qədər onu da əlavə edək ki, dörd il əvvəl, 
Xeybər müəllimin doğumunun 70-ci ildönümü münasibəti ilə 
qəzetimizin təsisçisi Mübariz müəllimlə birlikdə yubiley təd-
birinə hazırlıq görsək də, bizdən asılı olmayan səbəblərdən bu, 
baş tutmadı. Ümid edək ki, gələn il, yazımızın qəhrəmanının 
anadan olmasının 75 illiyində belə bir tədbiri gerçəkləşdirmək 
mümkün olacaq. Bu, həmyerlilərinin bir neçə il bundan əvvəl 
aramızdan getmiş Xeybər Zəfər oğlu  İgidəliyevə hörmət və 
məhəbbətinin ifadəsi olardı. 
Əzəl gündən var-dövlətə 
Nə mən uydum, nə sən uydun. 
Könül verdik məhəbbətə, 
Nə sən doydun, nə mən doydum. 
 
Sənsiz, vallah, həyat heçdir, 
Tale bizi həmdəm seçdi. 
Ömür necə gəldi-keçdi, 
Nə sən duydun, nə mən duydum. 
 
Dözdük bəzən yana-yana 
Bu sevdanın acısına. 
Biz çəkəni başqasına 
Nə sən qıydın, nə mən qıydım.  
 
Getdi o hüsn, o yaraşıq, 
Gözümüzdə sönür işıq, 
Qocalmışıq, qarımışıq, 
Nə sən oydun, nə mən buydum
Məhəmməd Hüseyn oğlu 
“Mədəni irs” qəzeti, 08, 09 iyul-avqust 2011  
 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
28
PEŞƏKAR JURNALİST 
 
acıqabulda jurnalistikadan, jurnalistdən söz düşəndə 
birinci növbədə yada Xeybər  İgidəliyev düşür. 
Yəni peşəkar, ali təhsilli jurnalist kimi Hacıqabulun 
tarixində özünə layiqli yer tutmuşdur.  
Xeybər müəllimin həyatı, həmçinin məktəblə, təhsillə 
bağlı olmuşdur. Vaxtilə  mənim oxuduğum 13№-li dəmir yol 
məktəbində (1959-1967-ci illərdə) Xeybər müəllimi tanımış, 
sevmişəm. O, 1957-ci ildən 3 il məktəbdə pioner baş dəstə rəh-
bəri, 1960-1965-ci illərdə Azərbaycan dili və ədəbiyyatı müəl-
limi vəzifəsində işləmişdir. Uşaqlıqdan şeirə, ədəbiyyata mara-
ğım olduğu üçün, Xeybər müəllimlə təmasda olmuşam. Mənim 
şeirlərimi, hekayələrimi oxumuş, bəzilərini məktəb divar 
qəzetində vermişdir. Hətta o dövrdə mən “Dağlarda döyüş” adlı 
pyes də yazmışam. Xeybər müəllim onu oxuyub, məni xeyli 
tərifləmişdi. 
Sonrakı dövrlərdə, Xeybər  İgidəliyev “İşıq” və “Mayak” 
qəzetlərində işləyərkən onunla təmasda olur, həmin qəzetlərdə 
məqalələr çap etdirirdim. 
Mən həmçinin bilirdim ki, Şirvanın  əksər sənətkar 
aşıqları Xeybər  İgidəliyevin qoşmalarından istifadə edir və ifa 
edirlər. Deyilənə görə, onun qoşmalarının bir qismini özünün-
küləşdirən də olmuşdur. 
Mənim bir qələm əhli, bir şair kimi Xeybər müəllimə bö-
yük hörmətim vardı.  
O, oturuşunu, duruşunu bilən ağayana bir insan idi.  
Hacıqabulda,  Əlibayramlıda hamı onu tanıyır və hörmət 
edərdi. Xeybər  İgidəliyevin  əziz xatirəsi indi də onu tanıyan-
ların qəlbində yaşayır.  
Mübariz Xəlilov, 
Hacıqabul Rayon Pir Hüseyn Xanəgahı 
Tarix-Memarlıq Qoruğunun direktoru 
 
H


Yüklə 8,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə