Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   2   3   4   5   6   7   8   9   ...   111

 
11 
 
 
təyin etməsi haqqında fərmanın surəti də bu qaynaqda öz əksini 
tapmışdır.  
XVI  əsrin tarixi qaynaqları içərisində  «Şah Təhmasibin 
təzkirəsi» (56) adlı əsərin də xüsusi yeri vardır. 1524-1560-ci illərdə 
Səfəvi dövlətində baş vermiş hadisələri  əks etdirən həmin  əsərdə 
dövlətin inzibati quruluşu, vilayətlərə hakim təyinatı ilə bağlı elmi 
əhəmiyyətli məlumatlar üstünlük təşkil edir.  
Xacə Zeynalabidin Əli  Əbdi bəy I Şah Təhmasibin qızı 
Pərixan xanıma ithaf etdiyi «Təkmilətül-əxbar» adlı  əsərini (28; 
117) 1570-ci ildə  Ərdəbil  şəhərində yazmışdır. Ümumtarix əsəri 
olan bu kitab dünyanın yaranmasından, yəni Adəmdən 1570-ci ilə 
qədər geniş bir dövrü əhatə edir. Əsərdə I Şah  İsmayıl və I Şah 
Təhmasib dövründə mərkəzi və yerli idarələrdə müxtəlif vəzifələrə 
təyinatlar, Qızılbaş  əmirlərinin dövlət idarələrində roluna aid 
qiymətli materiallar vardır.  
Mir Yəhya bin Əbdüllətif Qəzvinin (1481-1555) Bəhram 
Mirzəyə ithaf etdiyi "Lübbət - təvarix" (138) adlı ümumtarix  əsəri 
dörd bölmədən ibarət olub birinci bölüm Həzrəti Peyğəmbər  və 
Həzrəti  Əliyə, ikinci bölüm islam öncəsi  şahlarina, üçüncü bölüm 
islam dönəmi  şahlarina, dördüncü bölüm isə  Səfəvilərə  həsr edil-
mişdir. Dördüncü bölümdə Səfəvi sülaləsi, Səfəvi dövlətinin yaran-
ması, I Şah İsmayıl və I Şah Təhmasib dövrünün (1540-cı ilə qədər) 
siyasi tarixi hadisələri haqqında qiymətli məlumatlar verilmişdir. 
Mənbənin sonuncu bölümü Həmidrza Məhəmmədnejad tərəfindən 
türk dilinə  tərcümə olunmuş  və 2011-ci ildə Ankarada nəşr edil-
mişdir (59a). 
Xurşah ibn Qubad əl-Hüseyninin «Tarix-i elçi-ye Nizamşah» 
(95), Qəzvin qazısı  Əhməd ibn Məhəmməd  əl-Qaffarinin 1562-ci 
ildə yazıb qurtardığı  və 1564/6-cı illərə  qədərki hadisələri özündə 
əks etdirən «Tarix-i cahanara» (120)  əsərlərində Azərbaycan və ona 
qonşu ölkələrin dövlət quruluşu haqqında maraqlı  və  həm də 
olduqca dəyərli məlumatlar vardır. Bu əsərlərdə dövrün bir çox 
dövlət məmurlarının qısa tərcümeyi-halı da verilmişdir.  
Budaq Qəzvininin «Cəvahir əl-əxbar» adlı ümumtarix əsərin-
də (85) də mövzu ilə əlaqədar maraqlı materiallar az deyildir. Əsər 


 
12 
 
 
Adəmdən 1576-cı ilə qədərki dövrü əhatə edir. Həmin əlyazmanın 
nadir nüsxəsi Saltıkov-Şedrin adına Peterburq Kütləvi Dövlət 
Kitabxanasında Dornun katoloqunda mühafizə olunur.  
Mövzuya aid mühüm mənbələrdən biri də Azərbaycanın 
Rumlu elindən olan Həsən bəy Rumlunun «Əhsən ət-təvarix» (77) 
əsəridir. Bu əsərin sonuncu cildində 1494-1577-ci illər arasında baş 
vermiş tarixi hadisələr  əks olunmuşdur. Mənbədə  Səfəvilərin 
Osmanlı, Babur və  Şeybanilərlə qarşılıqlı münasibətləri və müna-
qişələri təsvir olunmuşdur. Eyni zamanda Osmanlı, Babur və 
Şeybani dövlətləri və onların fəthləri haqqında da məlumatlar veril-
mişdir. 
«Əhsən  ət-təvarix»də Azərbaycan Səfəvi dövlətinin mərkəzi 
və yerli idarə quruluşunda müxtəlif vəzifələrdə olmuş Qızılbaş-Türk 
əsilzadələri haqqındakı  məlumatların tədqiq olunan mövzu üçün 
mühüm elmi əhəmiyyəti vardır.  Əsərin «ölüm hadisələri» bölüm-
lərində illər üzrə  vəfat etmiş  əmirlər, din xadimləri haqqında da 
məlumatlar verilmişdir. Əsərin elmi əhəmiyyəti ondan ibarətdir ki, 
müəllifi  şahidi olduğu hadisələrlə yanaşı, dövrün qaynaqlarından 
əldə etdiyi məlumatlara da  geniş yer vermişdir. 
Dövrün  ən maraqlı qaynaqlarından biri də Mahmud 
Nətənzinin 1599-1600-cü illərdə yazıb bitirdiyi «Nəqavat əl-asar fi 
zikr-ül-əxyar» əsəridir (129). Mahmud Nətənzi «Nəqavat əl-asar fi 
zikr-ül-əxyar»  əsərində siyasi hadisələri sadalamaqla kifayətlən-
məmiş, həm də onların səbəblərini dəqiq və  yığcam aydınlaşdır-
mağa çalışmışdır. Bu əsərdə mövzu ilə  əlaqədar elə materiallar 
vardır ki, onlar dövrün digər mənbələrində yoxdur.  
Mövzu ilə bağlı  ən dəyərli qaynaqlardan biri də  Fəzli 
İsfahanınin 1617-ci ildə bitirdiyi «Əfzəl  ət-təvarix»  əsəridir (118). 
Əsərin II cildi Şah I Təhmasibin  hakimiyyətinin ilk günlərindən 
1587-ci ilə  qədərki dövrü əhatə edir. Hələlik bu əsərdən tədqi-
qatçılar az istifadə etmişlər və qaynaqda surəti olduğu kimi verilmiş 
fərmanların bəzisi arxivlərdə, muzeylərdə yoxdur. Müəllif əsərin bir 
hissəsini Qarabağda olarkən yazmışdır.  
Qazi Əhməd Quminin (1546-1617) «Xülasət ət-təvarix» əsə-
rində (119) də Səfəvilərin dövlət aparatı, əyalət və şəhərlərdə idarə 


 
13 
 
 
sistemi, yüksək vəzifəli  şəxslər, o cümlədən vilayət bəylərbəyi, 
kələntərlər, darğalar, qazılar, sədrlər,  şeyx ül-islamlar, möhtəsiblər 
barədə məlumat vardır. O, özü də müəyyən müddət qazı vəzifəsində 
işləmişdir. Qazı  Əhməd ibn Mir Münşi  Şərəf  əd-Din 1546-cı ildə 
Qumda anadan olmuş, on yaşında ikən atası ilə birlikdə  Məşhədə 
getmiş, orada səkkiz il yaşamış, xəttatlıq öyrənmiş, 1566-cı ildən 
sarayda yüksək vəzifələrdə çalışmışdır. 1605-ci ildən ömrünün 
sonuna qədər isə Hindistanda yaşamışdır. Vəfat tarixi dəqiq məlum 
deyildir.  
Azərbaycanın mərkəzi idarələrində çalışan məmurlar, vilayət 
və şəhər hakimləri, dini təsisatlar barədə çox qiymətli məlumatlarla 
zəngin olan qaynaqlardan biri də  İskəndər bəy Münşinin (1560-
1634) «Tarix-i alamara-yi Abbasi» əsəridir (80). Bu əsər dövrün 
digər mənbələrindən fərqlənir. İskəndər bəy Münşi Səfəvi hökmdar-
larından I Şah  İsmayıl, I Şah Təhmasib, II Şah  İsmayıl, Sultan 
Məhəmməd və I Şah Abbasın hakimiyyətləri dövründəki hadisələ-
rin bəhsinə yekun vurduqdan sonra, dövrün müxtəlif dini və dün-
yəvi vəzifələrində çalışmış şəxslərin soykökü ilə yanaşı, qısa tərcü-
meyi-halını da vermişdir.  İskəndər bəy Münşinin Azərbaycan 
Səfəvi dövlətinin idarə quruluşu ilə yaxından tanışlığı onun Təbriz, 
Ordubad və başqa  şəhərləri gəzməsi, hadisələrin  əksəriyyətinin 
iştirakçısı və müşahidəçisi olması ilə bağlıdır.  
Görkəmli  Azərbaycan tarixçisi İəgəndər bəy Münşi Türkma-
nın farsca yazdığı "Tarix-i alamara-yi Abbasi" adlı üçcildli əsərinin 
birinci cildi AMEA-nın müxbir  üzvü, tarix elmləri doktoru, 
professor Oqtay Əfəndiyev və tarix elmləri namizədi Namiq Musalı 
tərəfindən Azərbaycan dilinə  tərcümə olunub, ön söz və  şərhlərlə 
2009-cu ildə çap edilmişdir (29a).  
I  Şah Abbasın sarayında baş münəccim olmuş  Cəlaləddin 
Məhəmməd Münəccim Yəzdinin «Tarix-i Abbasi» (131) əsəri I Şah 
Abbas (1587-1629) dövrünün çox böyük elmi əhəmiyyət kəsb edən 
mənbələrindəndir.  Əsərdə 1576-1611-ci illərin tarixi hadisələri öz 
əksini tapmışdır. Mənbədə dövlətin mərkəzi və yerli idarələrində 
müxtəlif vəzifələrdə çalışan Qızılbaş-Türk  əsilzadələri haqqında 
qiymətli məlumatlara təsadüf edilir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə