Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   2   3   4   5   6   7   8   9   ...   111

 

 
 
dur. Ustadımın səfəvişünaslığa aid yeni elmi konsepsiyası ilə yana-
şı, onun əski türk dövlətçilik tarixi ilə bağlı araşdırmaları əsərin ya-
zılmasında elmi istiqamət kimi qəbul edilərək, istifadə olunmuşdur. 
Mövzu ilə bağlı  bəzi məsələlər R.Mehdiyev, R.Məmmədov, 
Ş.Məmmədova, B.Ş. 
Şəbiyev, N.S.Musalı, T.N.Nəcəfli, 
M.X.Nemətova, S.B.Aşurbəyli, H.Ciddi, M.X.Heydərov,  
S.A.Məmmədovun əsərlərində də (174a; 39; 41; 200b, 46a, 47a, 47; 
144; 145; 154; 168; 169; 172) öz əksini tapmışdır. 
Qərb tədqiqatçılarından V.F.Minorski «Təzkirət  əl-müluk» 
əsərinə  şərh və  əlavələrində dövlət və idarə quruluşu ilə yanaşı, 
bəylərbəyiliklərdən də  qısa bəhs etmişdir (103). Alman alimi 
Röhrbörn isə «Səfəvilər dövründə  əyalətlərin quruluşu» (100) adlı 
yazısında ilk qaynaqlara əsasən Azərbaycan bəylərbəyilikləri, onla-
rın inzibati, hərbi və iqtisadi hüquqları ilə bağlı məsələlərə  müəy-
yən qədər toxunmuşdur. Təəssüflə demək lazımdır ki, müəllif 
əsərində müəyyən qüsurlara da yol vermişdir. Vilayətlərdə sədr ilə 
şeyx ül-islamın sinonim kimi işlənməsini göstərməklə yanaşı, o, 
vilayət sədrləri haqqında ümumiyyətlə çox az, səthi məlumat 
vermişdir.  
Rocer M.Seyvori də yazılarında (210; 211) Səfəvilərin idarə 
quruluşu haqqında olduqca az məlumat vermişdir. Amma onun xəli-
fət əl-xüləfa haqqında məlumatı çox maraqlıdır. O, mürşüd-i kami-
lin naibi olan xəlifət  əl-xüləfanı haqlı olaraq «yarım kral» adlan-
dırır. Bu təşkilatda Qızılbaş türklərin, türkmanların aparıcı rola ma-
lik olması haqqında ətraflı məlumat versə də Türk və Türkman tay-
falarının eyni kökdən olmasını nəzərdən qaçırmışdır.  
Bir çox rus tədqiqatçıları  Səfəvi dövlətinin tarixinə aid araş-
dırmalarında dövlət quruluşu,  əyalət və  şəhər idarə sisteminə yeri 
gəldikcə toxunmuşlar. Xüsusilə İ.P.Petruşevskinin əsərlərində (180; 
181)  Azərbaycan Səfəvi dövlətinin idarə sistemi ilə bağlı daha ma-
raqlı qeydlər vardır. Lakin müəllifin məqsədi idarə sistemini tədqiq 
etmək olmasa da, əsərlərində idarə quruluşuna dair elmi əhəmiyyətə 
malik bir çox məsələlərin  şərhi verilmişdir. 1949-cu ildə  nəşr 
olunmuş monoqrafiyasında Səfəvilər dövründə  xəlifət  əl-xüləfa, 
əmir əl-üməra institutları ilə bərabər Azərbaycan, Şirvan, Qarabağ, 


 

 
 
Çuxur-Səd bəylərbəyilikləri və onların idarə quruluşu barədə  də 
qısa məlumat verilir. Bu məlumatlar Azərbaycan Səfəvi dövlətinin 
idarə quruluşunu öyrənmək üçün çox böyük elmi əhəmiyyətə malik-
dir.  
V.V.Bartold və A.P.Novoseltsevin tədqiqatlarında (16; 176) 
Səfəvi dövləti tarixinin müəyyən məsələləri öz əksini tapmışdır. 
P.P.Buşev, M.S.İvanov, K.K.Kutsiya, Ş.A.Mesxia və 
N.N.Tumanoviç və İ.K.Pavlovanın əsərlərində (150; 151; 161; 162; 
167;174; 205; 176a) də Səfəvi dövlətinin quruluşuna aid məlumat-
lara təsadüf edilir. Ancaq qeyd etdiyimiz kimi, Səfəvilər dövrü ilə 
məşğul olan tarixçilərdən heç biri sırf dövlət quruluşunda Qızılbaş-
Türk əyanlarının rolu mövzusunu tədqiq etmədiyindən bu məsələyə 
əsərlərində az yer vermişlər. Lakin onların  əsərlərində dövlətin 
quruluşu ilə bağlı tədqiq edilən məsələlər mövzunun işlənməsi üçün 
istiqamətverici əhəmiyyətə malik olmuşdur. 
Türkiyə tarixçilərindən Faruk Sümər «Safevi devletinin 
kuruluşu və gelişmesində Anadolu türklerinin rolu» adlı əsərini (67) 
Səfəvi dövlətinin yaranmasında və inzibati idarə quruluşunda 
Qızılbaş-Türk etnosunun həlledici roluna həsr etmişdir. Tarixçilikdə 
Azərbaycan Səfəvi dövlətinin tarixi ilə bağlı olan «yanlış konsep-
siya» Faruk Sümərin əsərində ciddi elmi dəlillərlə təkzib edilir. O, 
yazır: «Səfəvi dövlətinin «milli bir İran dövləti» olduğu görüşünün 
indi ciddi elm adamları arasında tərəfdarı qalmamışdır» (67, 2). 
F.Sümərin  əsəri tədqiq etdiyimiz mövzu ilə birbaşa bağlı olub, 
səfəvişünaslıqda ciddi elmi əhəmiyyət kəsb edir. Lakin o, əsərində 
dövlətin mərkəzi idarə quruluşunda türk əsilzadələrin rolu ilə bağlı 
məsələlərə ötəri toxunur. Həm də Dərbənddən Həmədana, Xəzərdən 
Kayseri və Sivasa qədər Oğuz-Səlcuq etnosunun yayılma  arealını 
nəzərə almamış, burada eyni dilə, düşüncə və təfəkkürə sahib olan 
türkləri  İran və Anadolu türklərinə bölüb, dövlətin yaranmasında 
Anadolu türklərinin rolunu şişirtməklə nöqsanlara da yol vermişdir. 
Kitabın yazılmasında müasir İran tarixçilərinin də  əsərlərin-
dən istifadə olunmuşdur. Nəsrullah Fəlsəfi I Şah Abbasın həyat və 
fəaliyyətinə, daxili və xarici siyasətinə  həsr etdiyi əsərində (133; 
134; 135) «Təzkirət  əl-müluk»dan  əldə etdiyi materiallara istinad 


 
10 
 
 
edərək Səfəvi dövlət quruluşu haqqında məlumat vermiş, ancaq 
mərkəzi və yerli idarələrdə türk əsilzadələrinin roluna toxunmamış-
dır. Lakin o, tarixi gerçəkliklə hesablaşmış, Səfəvi dövlətinin mey-
dana gəlməsi və quruluşunda türk etnosunun üstün mövqeyini qəbul 
etmişdir. N.Fəlsəfi və Bastani Parizi (84) istisna olmaqla, Səfəvi 
tarixini araşdıran  İran tarixçilərinin çoxunun, o cümlədən  Əhməd 
Tacbəxş, Nizaməddin Mücir Şeybani, Məhəmməd Cavad Məşkurun 
əsərlərində (78; 137; 124) millətçilik mövqeyi, «İrançılıq konsep-
siyası» üstünlük təşkil edir. 
İ.P.Petruşevski, O.Ə.Əfəndiyev,  Ə.Ə.Rəhmani, M.X.Hey-
dərov, S.M.Onullahi, Ş.F.Fərzəliyev, Ş.K.Məmmədova, N.S.Musalı 
(181; 185; 20; 193; 194; 168; 169; 49; 24; 41; 46a) Səfəvilər 
dövrünün qaynaqlarını araşdırıb, onların haqqında  ətraflı  məlumat 
verdikləri üçün biz ayrı-ayrı  mənbələr haqqında geniş söhbət 
açmağı lüzumsuz sayırıq. Buna görə  də, ancaq mövzu ilə birbaşa 
bağlı olan mənbələrin qısa icmalını verməklə kifayətlənirik.  
Səfəvilər dövrünün farsdilli narrativ qaynaqlarından 
Sədrəddin Sultan İbrahim əl-Əminin «Fütuhat-i Şahi» adlı əsərində 
(115) Səfəvilərin  şəcərəsi, I Şah  İsmayılın uşaqlıq illəri, onun 
hakimiyyət uğrunda mücadilələri, hakimiyyətə keçdikdən sonra 
hərbi yürüşləri (1514-cü ilə  qədər), apardığı döyüşlər haqqında 
müfəssəl və elmi əhəmiyyətli məlumatlar vardır. Qaynaqda Səfəvi 
dövlətinin yaranması, I Şah  İsmayılın dövlət hakimiyyətini möh-
kəmləndirmək uğrunda mücadiləsi tədqiq olunan mövzu üçün 
xüsusi elmi əhəmiyyət kəsb edir.  
Tarixçi Xondəmirin (1475-1536) «Həbib-üs-siyər fi əxbar-i 
əfrad əl-bəşər», «Name-yi nami» adlı əsərlərində (88; 94) də mövzu 
ilə bağlı  məlumatlar az deyildir. Onun «Həbib-üs-siyər»  əsərində 
dövlətin mərkəzi idarəçiliyi barədə geniş  məlumat verilməsə  də 
vəzir, sədr, qazı,  şeyx ül-islam, xəlifət ül-xüləfa, kələntər, darğa 
barədə müəyyən qədər material vardır. Xondəmirin «Name-yi 
nami»  əsərində verilmiş  fərmanların surəti araşdırılan mövzu ilə 
bağlı olub, böyük elmi əhəmiyyət kəsb edir. I Şah İsmayılın 1522-ci 
ildə  Kəmaləddin Behzadı  Təbrizdəki saray kitabxanasına kələntər 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə