Microsoft Word zamanin sinagi-26. 10. 16. doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə44/50
tarix30.12.2017
ölçüsü2,49 Kb.
#18714
1   ...   40   41   42   43   44   45   46   47   ...   50

B u l u d x a n   X ə l i l o v  
 
212 
getsin. Özləri üçün işlədirlər. Öz işlərini onların vasitəsilə 
irəli aparırlar. Tez - tez istedadlı adamlara yalançı vədlər 
verirlər. Bu yalançı vədlərlə onların (istedadlı adamların) 
başını qatırlar. Bəzən istedadlı adamları bu cür məhv 
edirlər. 
 
* * * 
Pis adamların çörəyi dizinin üstündə olur. Onlar 
çörəyə qiymət vermirlər. Kəsdikləri çörəyə hörmət 
qoymurlar. Düz çörək, duz çörək onları birləşdirmir. 
Yaxşı adamlar çörəyə qiymət verirlər. Çörək 
kəsdikləri adamlara qiymət verirlər. Düz çörək, duz çörək 
onları birləşdirir. 
 
* * * 
İslam aləmində din müsəlmanları və onların ölkələ-
rini bir-biri ilə birləşdirmir. Bunun səbəbini axtarmaq 
lazımdır. 
 
* * * 
Deyilənə görə, İsi Məlikzadə Əli Vəliyevə deyir ki, 
Əli müəllim, sizin gəncliyinizi xatırladan, gəncliyinizə 
oxşayan bir oğlan var. Həmin oğlan jurnalist –şair Malik 
Fərrux imiş. Malik Fərrux ucaboy, yaraşıqlı bir oğlan 
imiş. Bu sözü Əli Vəliyevə deyəndə o, otaqdan çölə  çı-
xırmış. Otağa geri qayıdanda deyir ki, İsi, məni hər itə
qurda oxşatmayın. 
 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
213
* * * 
Söz həm də ona görə ucuzlaşıb ki, adamı söz de-
məyə məcbur edirlər. Belə ki, hərə öz cızmaqarası barədə 
söz demək üçün səni dildən - dişdən salır. Məcbur edir ki, 
onun məqaləsi, kitabı barədə boğazdanyuxarı söz deyəsən. 
Belə  də olur. Nəticədə söz qiymətdən, dəyərdən düşür. 
Söz ucuzlaşır. Sözü beləcə yavaş - yavaş ucuzlaşdırırıq. 
Bu gün sözü ucuzlaşdıran bir məsələ  də saysız - 
hesabsız kitab təqdimatlarının çoxalmasıdır. Bu təqdi-
matlar o qədər çoxalıb ki, boğazdanyuxarı söz deyənlərin 
meydanı genişlənib. Onlar nə istəyirlər deyirlər, nə 
istəyirlər yazırlar. Təki onların qarşısında təqdim olunan 
kitablar olsun. Onlar təqdimat mərasiminə  yığışdıqları 
kitabın bəzən heç üzünü də açmırlar, içində nə var onu da 
oxumurlar. Ancaq sözü ucuz edərək ucuz da danışırlar. 
İstənilən bir kitab təzəcə  təqdim olunursa, həmin kitab 
oxunmamış necə  təriflənə bilər, necə  təhlil oluna bilər? 
Bu, sözü dəyərdən salan bir iş kimi hamımızın başını 
qatıbdır. Bəzən vaxtımızı belə  mənasız işlərə  sərf 
etməklə, ağına - bozuna baxmadan boğazdanyuxarı söz 
deməklə sözümüzü də, özümüzü də ucuzlaşdırırıq. 
 
* * * 
Müasir dövrün insanları  nədənsə tez bir zamanda 
məşhur olmaq, tanınmaq, nüfuz qazanmaq, əzab - əziy-
yətə qatılmaq istəməmək arzusundadırlar. Belə yerdə 
deyirlər: “Allah belələrindən saxlasın”. 
 


B u l u d x a n   X ə l i l o v  
 
214 
* * * 
Ucsuz - bucaqsız səhralarda torpağın cızdağı çıxır. 
Günəş  şüaları torpağı elə yandırır ki, yazıq torpaq bir 
damcı suya möhtac qalır. Bəzən görürsən ki, bomboz 
torpaq cadar-cadar olub, bomboz torpaq elə bil yanıb 
külə dönüb. 
Günəş  şüalarının torpağı yandırması torpaqda çat-
laqlar yaradır. Torpaq belə olanda acgözlüklə su istəyir, 
yağışa möhtac olur. Torpaqdakı çatlaqlar-çatlar elə bir 
torpağın bağrını yarır, ürəyini deşir. Belə olanda torpağın 
suya ehtiyacı olur. Yağış yağanda belə çatlaqlar-çatlar 
birləşir. Yağış o çatlaqların-çatların arasına dolur, torpağı 
yumşaldır. Qurumuş torpaq dənələrini bir-birinə bir-
ləşdirir. Ona görə  də  bəzən el arasında belə deyirlər: Nə 
olub, yağış yağıb torpaqdakı çatlaqlar-çatlar birləşib. 
 
* * * 
Təbiətin başına olmazın oyun açırıq. Guya ki, tə-
biəti özümüzə tabe edirik. Unuduruq ki, təbiət bizdən əv-
vəl mövcud olub. Biz ona uyğunlaşmalıyıq. Təbiəti süni 
şəkildə  dəyişə - dəyişə özümüz dəyişirik. Özümüz süni-
ləşirik. 
İnsanın təbiət üzərində hakim olmaq iddiası eqoiz-
midir. Bu eqoizmi təbiət insana bağışlamır. 
 
* * * 
İnsan təbiətə də, ilin fəsillərinə də uyğunlaşmalıdır. 
Hər fəslin imkanlarından düzgün faydalanmalıdır. 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
215
Bəzən insanın gündə neçə saat yatması barədə hə-
kimlər fikir söyləyirlər. İnsanın özü də, bədəni də təbiətin 
bir parçasıdır. Ona görə  də insan təbiətə uyğunlaşaraq 
yatmalıdır. Belə ki, qaranlıq çökəndə insan yatmalıdır. 
İşıqlaşanda insan yuxudan durmalıdır. Hələ keçmişdə 
saat olmadığı dövrdə  qədim insanlar da bu cür yatıb və 
yuxudan durublar. Məsələn yayda tez işıqlanır və gec 
qaranlıq çökür. Deməli, insan buna uyğun olaraq yatmalı 
və durmalıdır. Yaxud qışda tez qaranlıq çökür və gec 
işıqlanır. Yenə  də insan buna uyğun olaraq yatmalı  və 
durmalıdır. Beləliklə, bədənin yatmağa və işləməyə olan 
tələbatı da bu cür ödənilməlidir. 
 
* * * 
Səbr Allahın insana vergisidir. 
 
* * * 
İnsanın  əlindəki barmaqlar ovucda birlik yaradır. 
Barmaqların ovucda qatlanaraq birləşməsi birlikdir, 
yumruqdur. 
 
* * * 
İnsan qorxu hisslərinin təsiri altında başqasına 
yaxşılıq etməməlidir. Yaxşılıq insanın iç dünyasından 
gəlməlidir. Yaxşılıq insani bir keyfiyyət olmalıdır. 
 
* * * 
Dərdi dərd üstünə  yığıb dərddən imarət tikənlər 
var. 


B u l u d x a n   X ə l i l o v  
 
216 
* * * 
Bəzi insanlar köhnə vərdişlərindən əl çəkmirlər. 
 
* * * 
İnsanların xeyli bir qismi özünü və başqalarını görə 
bilmir. Məsələn, birisi ağzında siqaret səninlə üz - üzə 
dayanır. Tüstünü üzünə üfürür, siqaretinin külünü az qala 
sənin üz - gözünə və üstünə tökür. Özünün isə heç vecinə 
olmur. 
 
* * * 
Daşlar daş olub divarları bəzəyənə qədər başlarına 
nələr gəldiyini kim bilir?! 
 
* * * 
Görəsən nazımızı  çəkənlər çoxdur, yoxsa nazını 
çəkdiklərimiz çoxdur?! 
 
* * * 
Dünyaya gələnlərlə bu dünyadan gedənlərin fərqi 
nədədir?! 
 
* * * 
Biz hadisələrin harasındayıq? Kənarındayıq, 
içindəyik, yoxsa hadisələr içimizdədir?! 
 
* * * 
Zaqatala  ərazisində  məskunlaşmış axvaxlar öz 
dilini qoruyur. Axvaxlar Dağıstan ərazisində 5 kənddə də 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə