Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə152/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   148   149   150   151   152   153   154   155   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

461

 

Əlavə olaraq bir cəhəti də qeyd edək ki, türkologiyada 



“sadaq” sözünün yayılma areallarına da müəyyən qədər aydınlıq 

gətirilib: “...Eyni fikri latın dilindəki  sagita, sagitta (“ox”) sözü 

haqqında da demək olar. Bu söz kuman türkcəsindəki  sagıt  (“si-

lah”), cığatay dilindəki  sağdak  (“ox-yay qabı”)  ilə eyni mənşə-

lidir. Müqayisə olunan bu silah adlarının da türk variantları dü-

zəltmə söz kimi kök və şəkilçiyə ayrılır. Sözün ilk komponenti sağ 

bir sıra türk dillərində sa (saday), saa (yakut) variantlarında müs-

təqil söz  kimi (“silah”, “tüfəng”) işlənməkdədir... yakur dilindəki  

fonetik variantı olan saadax (“içində yay və ox olan futlyar”) 

sözünün birinci komponenti həmin dildə müstəqil leksem (saa 

“silah”) kimi indi də işlənməkdədir”

1

. Müxtəlif mənbələrə istina-



dən söylənmiş bu fikirlərdə türk dilinin zənginliyinə “sadaq” 

sözünün yayılma arealları kontekstində  işıq salınır ki, bu da 

haqqında bəhs etdiyimiz sözün türk hərbi terminləri sistemində 

xüsusi rola malik olduğunu bir daha təsdiq edir. 



Belik  (qolsuz köynək, ox qabı). Bu söz barədə  əvvəlki 

səhifələrdə geniş şəkildə bəhs edildiyi üçün burada “belik” sözünü 

yalnız mətn daxilində təqdim etməklə kifayətlənirik: “Beligindən 

bir tutam ox çıqardı, belinə soqdı” (D-225). 



Tirkeş. Oxqabı anlamlı bu söz “Kitab”ın  Drezden nüsxə-

sində  cəmi bir dəfə, həm də “Tirkəşi bağı” (oxqabının bağı) söz 

birləşməsində birinci tərəf kimi işlənib: “Aqınçılarıη tirkeşi bağı, 

üzəngisi qayışı üzülür...” (D-189). Drezden nüsxəsindən fərqli 

olaraq Vatikan nüsxəsinin “müqəddimə” hissəsində “tirkeş” 

sözünün obrazlı ifadə daxilində  işlənməsinə  təsadüf olunur (bu 

fakt “Kitab”da “tirkeş” sözünün iki dəfə  işləndiyini göstərir): 

“Dövlətlü oğul qopsa, tirkeşində tiridir. Dövlərsüz oğul qopsa, 

ocağınıη küridür” (V-3

5-6


). S.Əlizadə “Kitab”ın Drezden və Vati-

kan nüsxələrinin “müqəddimə” hissəsindəki fərqli cəhətlərdən 

bəhs edərkən yazır: “Ocağınıη közidir V-də (Vatikan nüsxəsində  

- Ə.T.) bu ifadə “tirkeşində tiridir” ifadəsi ilə əvəz olunub; sonra 

                                                            

1

  Ç.Qaraşarlı. Aralıq dənizi hövzəsinin erkən sakinləri: türklər,Bakı,2009,səh.111. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

462

 

əlavə edilmişdir: Dövlətsüz oğlı qopsa, ocağınıη küriidir” (Bakı, 



1988, səh.226). Burada xüsusi olaraq vurğulayaq ki, Azərbaycan 

qorqudşünaslığında “Kitab”ın Drezden nüsxəsindəki “Dövlətli 

oğul qopsa, ocağınıη közidir” (Ağıllı oğul olsa, ocağının gözüdür) 

atalar sözünün semantikasından kifayət qədər bəhs olunsa da, 

Vatikan nüsxəsindəki “Dövlətlü oğul qopsa, tirkeşində tiridir. 

Dövlətsüz oğul qopsa, ocağınıη küridir” atalar sözlərinə az diqqət 

yetirilib. Bu mənada bəzi detallara mətn  semantikası prizmasın-

dan nəzər salaq: bu atalar sözləri semantikasına görə əks qütblərdə 

dayanır. Çünki birinci atalar sözündə “ağıllı  oğul oxqabındakı  

oxdur”, “elini qorumağa hazırdır” mənası ifadə edilirsə, ikinci 

atalar sözündə bunun tam əksi müşahidə olunur: “ağılsız oğul 

ocaq və ya nəsil üçün utanc gətirər, hamının başını  aşağı edər”. 

Maraqlıdır ki, bu atalar sözü birbaşa “Kitab”dan doğan məntiqi 

nəticə kimi görünür. Konkret desək,  “Bəglər, tanrı bizə bir kür 

oğul vermiş” (D-134) cümləsindəki oğul və “fərsiz” , “hay-küy-

çü”,  “qışqırıqçı” anlamlı “kür” sözləri həmin atalar sözündə nəin-

ki eynilə təkrarlanır, hətta məntiqi mərkəz funksiyasında çıxış edir 

(“fərsiz”, “nankor” anlamlı “kür” sözünə digər mətnlərdə də təsa-

düf olunur: “Yarımasun-yarçımasun, sənin oğluη kür qopdı...”); 

şərt budaq cümləli tabeli mürəkkəb cümlə modelində olan bu 

atalar sözlərində eyni budaq cümlə  işlənib, daha doğrusu, birinci 

atalar sözündəki budaq cümlə (Dövlətlü oğul qopsa), ikincisində 

eynilə təkrarlanıb (“dövlətlü” sözündəki –lü şəkilçi morfemi –süz 

şəkilçisi ilə əvəzlənməklə); bu atalar sözləri təkcə semantikalarına 

yox, həm də formalarına görə biri digərini tamamlayır: şərt budaq 

cümləsinin təkrarlanması, tir (keş), tir (ox) və kür sözlərinin allite-

rativ tipli qafiyələr kimi çıxış etməsi məhz mətndəki ahəngdarlığı, 

poetik mənanı qüvvətləndirən vahidlərdir. Bir cəhəti də qeyd edək 

ki,  təqdim etdiyimiz atalar sözlərinin semantik yükü O.Ş.Gökyay, 

M.Ergin, O.F.Sertkaya, M.Tulum kimi alimlər tərəfindən, əsasən, 

düzgün müəyyənləşdirilib. Burada A.Hacıyevin bir fikrini xatırlat-

maq yerinə düşür: “Dövlətlü oğul qopsa, tirkeşinde tiridir, Dövlet-

siz oğul qopsa, ocağınıη küridür” (tirkeşinde-tirkeşində, dövletsiz-



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

463

 

dövlətsiz, küridür-küridir – Ə.T.) variantında  bərpa edilməsi 



mümkün olan qədim oğuz məsəlində “Ağıllı (uğurlu) oğul yetişsə 

(böyüsə), sadaqdakı ox kimidir. Ağılsız (uğursuz) oğul yetişsə 

(böyüsə), ailənin fərsizidir, yaramazıdır” fikri öz əksini tapmışdır 

ki, bu da  müəyyən mənada M.Tulumun son yozumu ilə səsləşir. 

Sadəcə  “kür” sözünün düzgün oxunuşunu və mənalandırılmasını 

kənarda deyil, elə eposun öz mətnində axtarmaq lazım idi”

1

.  


“Tirkeş” sözünə sonrakı dövr ədəbiyyatımızda da təsadüf 

olunur: Məsələn, Nəsiminin “Divan”ında  “sadaq” (oxqabı) sözü 

işlənməyib, “tirkeş” (oxqabı) isə “tərkəş” şəklindədir. 

Qaşunla kirpügün, yarəb, hə  fəttah yayü oqdur kim// 

Fələkdür tirinə tərkəş, mələkdür yayinə qurban. 

Bu beytdə təkcə “tərkəş” (tirkeş-oxqabı) yox, həm də “tir” 

(ox), “yay” və “ox” sözləri birbaşa obrazlılıq yaradan vasitələr 

kimi çıxış edir. Məcazlar silsiləsi məhz onların  assosiativliyi ilə 

yaradılıb. Burada bir detala da münasibət bildirmək lazım gəlir:  

“Kitab”da və  Nəsiminin dilində  işlənmiş “ox” anlamlı “tir” sözü  

bir sıra lüğət və araşdırmalarda fars mənşəli hesab edilir. Əslində 

isə “tir” sözü şumer dilinə məxsusdur: “tir (til, ti) = ox”

2



Dəmrən. Qorqudşünaslıqda “oxun iti dəmir ucluğu”, 



“oxun ucundakı dəmir ucluq” mənasında  izah olunub. “Kitab”da 

iki dəfə isim (dəmrən) kimi işlənib: “Üç yeləkli qayın oqlar atıldı, 

dəmrəni düşdi” (D-63); “Eki oxıη  dəmrənini çıqardı” (D-198). 

“Dəmrənlü” və “dəmrənsüz” sifətlərində isə kök morfemi kimi çı-

xış edib: “Dəmrənlü oxla atmağa qıyamadı” (D-199); “Dəmrən-

süz oxla, yigit, səni sınar idim” (D-200). 

“Yay” və “ox” sözləri “Kitab”ın strukturunda  obrazlılıq 

yaradan vasitələr kimi çıxış    edir.  Əlbəttə, burada onların  asso-

siativliyi ilə işlənmiş dil vahidlərinin rolunu da inkar etmək olmaz. 

“Yay” və “ox” sözlərinin bədii təsvir və ifadə vasitələrində  işti-

rakı, əsasən, aşağıdakı kimidir:  

                                                            

1

 A.Hacıyev. “Dədə Qorqud kitabı”: oxunuşlar, açımlar. Bakı, 2007, səh.16. 



2

 O.Süleymanov. Az-Ya. Bakı, 1993, səh.195. 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə