Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə151/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   147   148   149   150   151   152   153   154   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

458

 

həm də  eşq, məhəbbət tanrısı  mənası  kəsb etmişdir”



1

. Müəllif 

“oxu daşa dəymək” ifadəsinin yaranması ilə bağlı fikirlərini belə 

ümumiləşdirir: “Görünür ki, qədimlərdə atılan oxun nişana, butaya 

dəyməməsi olduqca mənfi qiymətləndirilir,  şəxsin qabiliy-

yətsizliyini əks etdirirdi. Odur ki, “oxu daşa dəymək”, “oxu boşa 

çıxmaq” tərkibləri, “bəxti, taleyi gətirməmək mənası  kəsb etmiş-

dir”


2

“Kitab”ın dilində “ox”un təyinedicisi kimi çıxış edən  söz-



lər də kifayət qədərdir. Bu sözlərin hər biri “ox”un kodları kimi 

çıxış edir, “ox” barədə dolğun təəssürat yaradır. O.Ş.Gökyay bu 

tip vahidlərdən bəhs edərkən diqqəti daha çox  tərkibində “yelək” 

(lələk) sözü işlənmiş “ağ yeləklü  ötkün ox” “üç yeləklü ox” kimi 

ifadələrə yönəldir: “Burada geçen yelek, atıldığı sırada,  mivherin-

den  şaşarak hedefi aşmaması  için okun arkasına takılan tüylerin 

adıdır. Böylelikle okun rüzgara karşı mukavemeti artırılır ve he-

defi aşması önlenir. Türkler bunun işün kuğu, kartal, ak ve benekli 

güverçin tüyleri kullanırlar”. (İstanbul, 2000, səh.CCCLX). A.Ha-

cıyev “yeləklü (lələkli) sözünün mətndəki işlənmə  məqamlarını 

sistemli  şəkildə araşdırıb: “...bir məqamda ayrılıqda, digər dörd 

məqamda isə -lü şəkilçili sifətin tərkibində  işlənən bu söz qədim 

oğuzların böyük sevgi ilə mədh etdikləri qayın ağacından  düzəl-

dilmiş ucu qızıl dəmrənli (başlıqlı) oxlarının arxasına taxılan quş 

lələyini adlandırmışdır...”

3

. Araşdırmalar göstərir ki, M.Kaşğarinin 



“Divan”ında  quş lələyinin, quş tükünün oxa yapışdırılması aydın 

şəkildə ifadə edilib: “ol okka yük yapçurdı = o, oxa quş tükü 

yapışdırdı... yüksək tağ = yüksək dağ, hündür dağ. Hər hansı bir 

şey hündür, yüksək və uzun olsa, ona “yüksək” deyilir. Bu quş 

tükü mənasına gələn “yük” sözündən alınmışdır, çünki onun 

təbiətində yüksəlmək vardır (III cild, səh.109). Maraqlıdır ki, 

M.Kaşğarinin “Divan”ında “yilim” sözü də məhz quş tükü anlamlı 

                                                            

1

 M.Adilov. Niyə belə deyirik. Bakı, 1982, səh.77. 



2

 Yenə orada. 

3

 A.Hacıyev. “Dədə Qorqud kitabı” : oxunuşlar, açımlar. Bakı, 2007, səh.124 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

459

 

“yük” (yelək, lələk) mənasında verilib: okka yilim yapçundı=oxa 



yapışqanla quş tükü yapışdırıldı” (III cild, səh.117). 

Türkologiyadakı  bu cür fikirlərə və daha çox da “Kitab”a  

istinad edərək “ox”un təyinedicisi kimi işlənmiş sözlər barədə 

aşağıdakıları söyləmək olar:  

− qarğu dillü  qaim ox (qarğı dilli bərk ox). “Ol gün qarğu 

dillü qaim oxlar atıldı” (D-132). Bu nümunədəki dillü sözü  

“ox”un dəmir ucluğuna sarınan “qayış” mənasındadır. “Dillü”  sö-

zü M.Kaşğarinin “Divan”ında “tili” şəklindədir: “tili”: ox təmrəni 

üstünə sarınan qayış (III cild, səh.218);  

− ağ yeləklü ötkün ox (ağ lələkli  kəskin ox). “Ağ yeləklü 

ötkün oxdan qayıqmıyan” (D-184); 

− əlüklü oxlı (lələkli oxlu). “Avcuna sığmayan əlüklü oxlı” 

(D-221). S.Əlizadə  “əlüklü oxlı” birləşməsinin M.Erginin  nəşrin-

də “elüklü oğlı”,  H.Araslının nəşrində isə “əlikli oğlı” şəklidə ve-

rilməsini məqbul hesab etmir: “...Lakin bu sözlər konkret məna 

vermir. Yalnız abidələrdə “lələk”  əvəzinə “yelək//elik//elük” va-

riantlarının işləndiyi nəzərə alınarsa, V.V.Bartoldun həmin bir-

ləşməni “lələkli oxlu” kimi başa düşdüyünü doğru hesab etmə-

liyik” (Bakı, 1988, səh.248). Müəllif haqlıdır. Belə ki, “Kitab”ın 

dilində “yelək” həm də “ox lələyi” mənasında  işlənib  (yuxarıdakı 

nümunədə aydın şəkildə görünür). Bu mənada “əlük” “yelək” sö-

zünün fonetik variantlarından biri kimi götürülə bilər. Burada bir 

detalı xatırlatmaq  lazım gəlir: qədim türklərin “ox lələyi” kimi 

daha çox qartal lələyindən istifadə etməsi “Oğuznamə”dəki de-

yimlərdə aydın şəkildə görünür: “Qartala oq toqunmuş, oq yeləgin 

göricək “bana bəndən oldı” demiş” (sonrakı səhifələrə bax). 

 − üç yeləklü qayın oq (üç lələkli qayın ox). “Üç yeləkli 

qayın oqlar atıldı, dəmrəni düşdi” (D-63);  

 − qayın dalı yeləgindən sum altunlu ox (qayın budağından 

yonulmuş ox, lələkli, qızılı möhürlü ox). “Qayın talu yeləgindən 

sum altunlu mənim oxum!” (D-207). Oxun təyinedicisi  kimi iş-

lənmiş bu sözləri O.Ş.Gökyay belə şərh edir: “...Yeleginden baş-

layarak bütünü som altın yıldızlı ok diyə anlamak doğru olur” 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

460

 

(İstanbul, 2000, səh.CCCLX). Bu  qeydlər mətnin semantik yükü 



ilə səsləşir; 

− qayın ox (qayın ağacından düzəldilmiş ox). “Qayın oxı 

atanlar kar qılamadı” (D-221); 

−  dəmrənlü ox (dəmir ucluqlu ox). “Dəmrənlü  oxla 

atmağa qıyamadı” (D-199);  

−  dəmrənsüz ox (dəmir ucluqsuz ox). “Dəmrənsüz oxla, 

yigit, mən səni sınar idim!” (D-200)... 

Göründüyü kimi, “Kitab”dakı birləşmələrin bir qismində 

“ox” real olaraq (qayın ox, dəmrənlü ox...), bir qismində isə 

obrazlı (...yeləgindən sum altunlu ox) şəkildə  təqdim olunub. Bu 

da belə bir fikri  reallaşdırır: hərb sənətini həm də poetik siqlətli 

ifadələrlə canlandırmış türk xalqı böyükdür. 

Qorqudşünaslıqda “ox”la bağlı olan sözlərdən (sadaq, be-

lik, tikeş, dəmrən...) sistemli şəkildə bəhs edilmədiyi üçün onların 

hər birinin ayrılıqda  öyrənilməsini gərəkli hesab edirik. Bu tip 

sözlər isə, əsasən, aşağıdakıları əhatə edir: 



Sadaq. Qorqudşünaslıqda düzgün olaraq qeyd edilir ki, 

“Kitab”ın dilində “oxqabı”, “ox torbası” anlamlı üç söz işlənib: 

sadaq, belik, tirkeş. Bunlardan birincisinə “Kitab”da üç dəfə rast 

gəlinir: “Sadığında səksən oqıη vergil maηa!” (D-49; “Sadaqından 

toqsan oxın yerə tökdi” (D-191-192); “Sadaqda oxum kişin dilər” 

(D-248).  İlk iki cümlədə sadağa səksən və ya doxsan oxun 

yerləşdirilə bilməsi konkret olaraq ifadə olunub ki, bu da “sadaq”ı  

tutumuna görə fərqləndirməyə, işarələndirməyə xidmət edir. 

“Sadaq” sözü türk mənşəli Azərbaycan toponimləri siste-

mində (Borçalıda: Sadaqlı oykonimi), eləcə  də bayatılarımızda 

mühafizə olunur: 

 

Sadağı tər, oxu tər, 



Sadaq saxlar oxu tər. 

Kipriklərin tərpətmə, 

Qəm tünlükdü ox itər. 



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə