Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə171/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   166   167   168   169   170   171   172   173   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

519

 

Bu isə o deməkdir  ki, qəhrəmanın adı ilə ona məxsus silahın adı 



alliterativ tipli qafiyələr kimi çıxış edir. 

Epitet. yüzi dönməz qılıc.  “Yüzi dönməz qılıcum  ələ al-

dım”; qara polat uz qılıc. “Qara polat uz qılıcum  əlümə alayın-

mı?”;  sum altunlu ox. “Qayın talı yeləgindən sum altunlu mənim 

oxım!”; alla qollu sapan. “...ala qollu sapanın əlinə aldı”... Bu epi-

tetlərdə  qılıc, ox və sapan sözlərinin məntiqi mərkəz  funksi-

yasında  çıxış etdiyi açıq-aydın şəkildə görünür. 



Təşbeh. başı top  kibi kəsilmək. “...başlar kəsildi top kibi” 

(burada “qılıc” sözü ellipsisə uğrayıb); “Qurulu yaya bəηzər çatma 

qaşlum!”; “Ala qollı sapanımca gəlməz maηa”; “İldız kibi parla-

yıb gələn kafəriη cidasıdır”... Bu cür təşbehlərin yaranmasında 

qılıc, sapan və cida kimi sözlərin rolunu inkar etmək olmaz. 

Metafora. “Ağca tozlu qatı yayım zari-zari iηlər// Sadaqda 

oxum kişin dilər”. Bu cür metaforaların poetik çəkisi  əvvəlki 

səhifələrdə geniş şəkildə işıqlandırılıb. 

Mübaliğə. qılıcla qılını kəsə bilməmək. “Qara polad uz qı-

lıclar kəsən qılını kəsdirmədi”; “Çobanın üçyaşar tana dərisindən 

sapanıη ayasıydı... Hər atanda on iki batman taş atardı”; “Qayın 

oxı atanlar kar qılamadı”; “Qarğu cida oynadanlar ildirəmədi”... 

“Kitab”ın dilində bu cür mübaliğələr intensivliyi ilə fərqlənir. 

Ellipsis. “...bu çoban bizim həpimiz qırar olamı?” Burada 

“sapan” sözünün ellipsisə uğramasını əlavə faktlarla təsdiqləməyə 

ehtiyacı yoxdur; “Baş kəsmədiη, qan dökmədiη”. Bu cümlədə isə 

“qılıc” sözü ellipsisə uğrayıb (əvvəlki səhifələrə bax). 



İnversiya. “çəkəyim yayı, atayım oxı”. “Bəglər, siziη  

eşqiηizə çəkəyim yayı, atayım oxı” (əvvəlki səhifələrə bax)... 

Poetik siqlətli bu ifadələrdə yay çəkən, ox atan, qılınc ça-

lan, gürz vuran, cida oynadan türk bəylərinin, türk xanımlarının 

ruhu yaşayır.  Əsrlərin sınağından süzülüb gələn, ruhumuzu, qan 

yaddaşımızı silkələyən bu ifadələrdə qədim türkün hərb sənəti ilə 

poetik təfəkkürü bir-birinə çulğaşmış vəziyyətdədir. Sanki hər biri 

“Çal qılıncını, xan Qazan!” ifadəsinə istinadən yaradılıb! Sanki 

hər birinə “Çal qılıncını, xan Qazan!” ifadəsi işıq salıb!!!



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

520

 

                                 



                     İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 

 

1. Abbasov İ. Ulu nəğməmizin adı. «Ədəbiyyat və incəsənət» 



qəzeti, 7 fevral 1992-ci il. 

2. Abdinova S. “Kitabi-Dədə Qorqud” dastanlarının dilində feli 

birləşmələr. NDA, Bakı, 2007. 

 3. Abdulla A. Dədəm Qorqud işığında. «Ədəbiyyat və incəsənət» 

qəzeti, N 52. Bakı, 1978. 

 4.  Abdulla B. Salur Qazan. Bakı, 2005. 

 5. Abdulla B. “Kitabi-Dədə Qorqud”da rəng simvolikası. Bakı, 

2004. 


 6.  Abdullayev K. Gizli Dədə Qorqud. Bakı, 1991. 

 7. Abdulla K. Mifdən yazıya və yaxud gizli Dədə Qorqud. Bakı, 

2009. 

8.  Abdullayev Ə. Azərbaycan dili məsələləri. Bakı, 1992. 



9. Abdullayev Ə.  Azərbaycan dilində r~z nisbəti Azərbaycan 

dilçiliyi müntəxəbatı. III c., Bakı, 2013. 

10.  Abdullayev Ə. Aktual üzvlənmə və mətn. Bakı,1999. 

11. Abdullayev N., Məmmədov Z. Nitq mədəniyyətinin  əsasları. 

Bakı, 2005. 

12. Adilov M. Niyə belə deyirik. Bakı, 1982. 

13.  Adilov M, Verdiyeva Z., Ağayeva F. İzahlı dilçilik terminləri. 

Bakı, 1989. 

14. Adilov M., Paşayev A. Azərbaycan onomastikası. Bakı, 1987. 

15. Adcı M. Qıpçaq çölünün yovşanı (tərcümə edəni prof.Tofiq 

Hacıyev). Bakı, 1997. 

16. Ağayeva F. Azərbaycan dilinin intonasiyası. Bakı,1978. 

17. Ağahüseyn Anatolluoğlu. Xınayaxdı  mərasimi «İncə» oyun 

tamaşası. «Qobustan», N 4. Bakı, 2005,səh.87-90. 

18. Axundov A. Felin zamanları. Bakı, 1961. 

19. Axundov A. Azərbaycan dilinin tarixi fonetikası. Bakı, 1973. 

20. Axundov A. Azərbaycan dilinin fonetikası. Bakı,1984. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

521

 

21. Axundov A. Azərbaycan dilinin qədim abidəsi. “Dede Korkut 



ve Geçmişten Geleceğe Türk Destanları”. Uluslararası Sem-

pozyumu. Ankara, 2011. 

22. Axundov A. Qeyri-qəti gələcək. Azərbaycan dilçiliyi müntə-

xəbatı, II cild, Bakı, 2013. 

23. Allahmanlı M. Qədim türk dastanları hadisə  və motiv oxşar-

lığında. “Dədə Qorqud”. Elmi-ədəbi toplu, Bakı, 2006, s.35. 

24.  Anar. Dədə Qorqud dünyası. “Sizsiz”. Bakı, 1992. 

25. Araslı H. Kitabi-Dədə Qorqud. Azərbaycan  ədəbiyyat tarixi 

problemləri. Bakı, 1998.     

26. Azərbaycan dilinin qərb qrupu dialekt və şivələri. Bakı, 1967. 

27. Azərbaycan dilinin izahlı lüğəti. I cild, Bakı, 1964; II cild, 

1980; III cild, 1983. 

28. Azərbaycan klassik  ədəbiyyatında işlədilən  ərəb və fars 

sözləri lüğəti. Bakı, 1981. 

29. Azərbaycan sovet ensiklopediyası. IV cild,  Bakı, 1980; V 

cild, 1981. 

30. Bahəddin Ögəl. Türk mifologiyası. I cild, Bakı, 2006. 

31. Bağırov Q. Azərbaycan dilində fellərin leksik-semantik 

inkişafı. Bakı, 1971. 

32. Bayramov İ. Qərbi Azərbaycan toponimləri. Bakı, 2005. 

33. Bayramov A. Kitabi-Dədə Qorqud və Qafqaz. Bakı, 2001. 

34. Bayramova Ş. Hacı  Kərim Sanılının  pedaqoji fəaliyyəti və 

maarifçilik görüşləri. Bakı, 2014. 

35. Бартольд В.В. Турецкий эпос и Кавказ. «Книга моего Деда 

Коркута». М.-Л., 1962. 

36. Bəşirov  K.    Mürəkkəb  quruluşlu Azərbaycan toponimləri. 

Bakı, 2008. 

37. Bəşirov K. Oğuz qrupu türk dillərində qrammatik morfemlər. 

Bakı, 2009. 

38. Bəşirov K. Azərbaycan dilində sinonim qoşa sözlərin lüğəti. 

Bakı, 2012.  

39. Bünyadov T. Atçılıq. Azərbaycan etnoqrafiyası. Bakı, 2007, 

s.286. 



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə