Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə85/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   81   82   83   84   85   86   87   88   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

259

 

cəmi bir dəfə Qazan obrazının dilində  işlənib: “... bən ölib sən 



qalıcaq tacım-taxtım saηa vermiyələr, – deyü soηımı aηdım, ağla-

dım...” (D-125). 



Vədə.  Ərəb mənşəli, “bir işin görülməsi üçün iki tərəfin 

razılığı ilə müəyyən edilmiş “vaxt, müddət” anlamlı “vədə” sözü 

“Kitab”da müstəqil  şəkildə yox, frazeoloji vahidlər daxilində 

işlənib: vədə irmək (ömrü tamam olmaq...). “Əcəl vədə irməyincə 

kimsə ölməz” (D-3); Vədə qoymaq (vaxt qoymaq). “Ulu dügüninə 

vədə qodı” (D-94). “Vədə eyləmək” (vəd etmək, söz vermək) 

tərkibi felindəki “vədə” isə “vəd” mənasındadır. “...qızımı  aηa 

verirəm deyü vədə eyləmişdi” (D-173). Sonuncu nümunədə vaxt, 

zaman mənası mətn kontekstində anlaşılır. 

Vəqt. Müasir ədəbi dilimizdə “vaxt” formasında sabitləşmiş 

bu söz “Kitab”da ərəb dilindəki fonetik tərkibinə uyğun işlənib. 

“Vəqt” sözünün “Kitab”da işlənmə  məqamları  əsasən aşağıdakı 

kimidir: 

− bir neçə dəfə “vəqt+in” modelində işlənib ki, bu da “vaxt-

da” mənasına uyğun gəlir: “Savaşdügiη  vəqtin kəndüηi tutdura-

san” (D-143). “Kitab”ın 1988-ci il Bakı nəşrində belə sadələşdiri-

lib: “Vuruşarkən özünü tutdurasan”

1

. Buradakı “vuruşarkən” feli 



bağlaması “vuruşduğun vaxtda” mənasındadır;  

− birləşmə daxilində “ol” işarə  əvəzliyi ilə birlikdə keçmiş 

zaman məzmunu ifadə edib: ol vəqt (o zaman, onda, o vaxt). “…ol 

vəqt Qazan evin yağma edərdi” (D-293);  

− “ekindü” sözündən sonra  işlənməklə “günorta üstü” məna-

sını reallaşdırıb.  Bu da, qeyd etdiyimiz kimi, günün hissələrinin 

adları sırasına daxildir: “...Mərə qocalar, ekindü vəqti munı maηa 

çevirəsiz, yiyəm” (D-226); 

− birləşmə daxilində “qocalıq” sözündən sonra  işlənməklə 

zaman məzmunu ifadə edir: “Qocalığım vəqti aldırduğım yalηuz 

oğul! – dedi” (D-141). Burada temporallığın leksik (qocalıq, vəqt), 

morfoloji (-duğım: keçmiş zaman məzmunlu feli sifət şəkilçisi) və 

                                                            

1

 Kitabi-Dədə Qorqud. Bakı, 1988, səh.172. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

260

 

sintaktik vasitələri (feli birləşmə:qocalığım vəqti aldurduğım – 



qocalığımda itirdiyim) sintez şəklindədir. 

Zəman. Ərəb mənşəli, “zəmanə, dövr” anlamlı bu söz “Ki-

tab”da mənbə dildəki fonetik tərkibinə uyğun işlənib. “Kitab”ın 

birinci cümləsində üçüncü sözün məhz “zəman” olması onun in-

tensivliyini şərtləndirən bir detal kimi götürülə bilər: “Rəsul əley-

hissəlam zəmanına yaqın Bayat boyından, Qorqut ata diyərlər, bir 

ər qopdı” (D-2). “Zəman” sözünün digər işlənmə  məqamları isə, 

əsasən, belədir: 

− birləşmə daxilində “axır” sözündən sonra işlənməklə mü-

əyyən zaman hüdudunu ifadə edir: “Axır zəman olıb qiyamət 

qopınca bu didügi Osman nəslidir” (D-2); 

−  Oğuz cəmiyyəti ilə bağlı müəyyən bir zaman kəsiyini 

reallaşdıran vahid kimi çıxış edir: “Oğuz zəmanında bir yigit ki 

evlənsə, ox atardı” (D-89); 

− birləşmə daxilində “ol” işarə  əvəzliyi ilə birlikdə keçmiş 

zaman mənasını ifadə edir: “Ol zəmanda Oğuz yigitlərinə nə qəza 

gəlsə, uyxudan gəlürdi” (D-191); 

− zaman anlayışlı frazemin tərkibində müşahidə olunur: zə-

man dönmək (günü gəlmək, vaxtı çatmaq). “Yarınkı gün zəman 

dönib, bən ölıb sən qalıcaq tacım-taxtım saηa vermiyələr...” (D-

125); 


−qeyri-məhsuldar -la şəkilçisini qəbul etməklə (zəmanla) 

“zaman gəlmək” mənasını ifadə edir: “Zəmanla Oğuz genə 

yaylaya köçdi” (D-215)... 

Yuxarıdakı nümunələr bir daha təsdiq edir ki, ərəb mənşəli 

“zəman” (zaman) sözü “Kitab”da xüsusi çəkiyə malikdir. Digər 

tərəfdən, onu da qeyd etmək lazım gəlir ki, “Kitab”ın poetik struk-

turunda “zəman” (zaman) sözünün vəqt (vaxt), dəm, əyyam, vədə 

kimi sinonimləri də qabarıqlığı ilə seçilir. Bu cəhət M.Ə.Sabirin 

poetik dilində də üstün mövqedə görünür. Şairin dilindəki zaman 

anlayışlı sözlərə, eləcə  də “zaman” sözünün sinonimlərinə müx-

təlif prizmalardan yanaşan R.Məhərrəmova yazır: “...Zaman, dövr, 

dövran sözləri  dilimizin mütləq  sinonimlərindəndir. Xüsusilə da-




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

261

 

nışıq dilində zaman və dövr sözləri əsaslı dəyişiklik olmadan bir-



birini  əvəz edib işlənir.  Şifahi  ədəbiyyatda, xüsusən nağıllarda 

zaman, vaxt (keçmiş zamanlarda, keçmiş vaxtlarda) ədəbi dildə 

isə dövr, əsr sinonimləri işlənir. Sabirin satiralarında dövr anlayışı 

müxtəlif məna çalarlığı ilə zaman-əyyam-dövr-dövran-əsr ilə  də 

ifadə olunmuşdur: “Getdi o zaman xalq sizə eyləyə hörmət... Ax 

keçən əyyam olasan indilər!...”

1

. Bütün bunlar bir daha göstərir ki



“zaman” sözünün sinonimliyi ədəbi dilimizin zənginliyi, həm də 

təkmilləşməsi ilə bağlıdır. 



 

 

Temporal sifətlər  

(zaman məzmunlu sifətlər) 

 

Araşdırmalar göstərir ki, “Kitab”da temporal sifətlər isim və 

zaman zərfləri ilə müqayisədə üstün mövqedə görünmür və cəmi 

bir neçə sözü əhatə edir. Bu sözlərin hər birini ayrılıqda nəzərdən 

keçirək: 

Ağlı-qaralı. Bu söz “Kitab”ın 1988-ci il Bakı nəşrində müs-

təqil leksik mənaya malik düzəltmə sifətlər kimi verilib: “Ağlı, 

qaralı seçən çağda”

2

. Mətnin semantik yükü isə “ağlı, qaralı” dü-



zəltmə sifətlərini bir leksik mənanı ifadə edən mürəkkəb söz kimi 

düşünməyə imkan verir.Təsadüfi deyil ki,“ağlı-qaralı”nı O.Ş.Gök-

yay da məhz mürəkkəb söz kimi təqdim edir: “Aklı karalı – alaca, 

iki renk, gece ile sabah arası”

3

. “Kitab”da eyni sintaktik bütöv da-



xilində iki dəfə  təkrarlanmış “ağlı-qaralı” sözü günün hissələrin-

dən birinin adı hesab oluna bilər. 



Ötəki. “Kitab”da “gün” sözü ilə birlikdə, daha doğrusu, I 

növ təyini söz birləşməsinin birinci tərəfi kimi işlənməsi müşahidə 

                                                            

1

 R.Məhərrəmova.  Mirzə Ələkbər Sabirin söz dünyası. Bakı, 2006, səh.138. 



2

 Kitabi-Dədə Qorqud. Bakı, 1988, səh.34. 

3

 O.Ş.Gökyay. Dedem Korkudun kitabı. Ankara, 2000, səh.160. 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə