Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə86/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   82   83   84   85   86   87   88   89   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

262

 

olunur: “Dün yoq, ötəki gün eviη bundan keçdi” (D-47). Bu 



cümlədəki “ötəki gün” birləşməsi “o biri gün” mənasındadır. 

Yarınkı. “Sabahkı” anlamlı bu sözə  “Kitab”da az təsadüf 

olunur: “Yarınkı gün  zəman dönib, bən ölib sən qalıcaq tacım-

taxtım saηa vermiyələr...” (D-125). Bir cəhəti də qeyd edək ki, 

“yarınkı” sözü “Kitab”da yalnız I növ təyini söz birləşməsinin 

birinci tərəfi kimi işlənib. 

 

 



Temporal qoşmalar 

 (zaman  məzmunlu qoşmalar) 

 

“Kitab”da zaman anlayışının ifadə olunmasında soηra, əvvəl, 



bərü və s. kimi qoşmaların da rolu qabarıq şəkildə görünür. Həm 

qoşma, həm də zaman zərfləri kimi işlənmiş bu tip vahidlərin hər 

birinə mətn daxilində diqqət yetirək: 

Bərü. Bu söz “Kitab”da zərf və qoşma kimi müşahidə olu-

nur: zərf kimi – “Bərü gəlgil, başum bəxti, evüm təxti!” (D-12); 

qoşma kimi. “Ərə varalıdan bərü dəxi qarnım toymadı” (D-8). Bu 

cümlədəki “bərü” qoşması -dan çıxışlıq hal şəkilçisi qəbul etmiş 

feli bağlamadan (-alı  şəkilçili feli bağlama) sonra işlənməklə za-

man mənasının reallaşmasına xidmət edir. Daha dəqiqi, feli bağ-

lama ilə birlikdə  hərəkətin başlanğıc zamanını bildirib. Müasir 

ədəbi dilimiz üçün səciyyəvi olmayan “bərü” qoşmasını H.Mirzə-

zadə belə səciyyələndirir: “Bərlu qoşması müasir canlı danışıq  di-

lində və ya dialektlərimizdə feli bağlama şəkilçisi -əli, -alı ilə əvəz 

edilərək zaman məzmununu mühafizə edir: alandan bəri (bərlu) – 

alalı; oxuyandan bəri (bərlu) – oxuyalı və s.” 

1



Soηra. “Son+ğaru” modelinin inkişafı  əsasında yaranmış 



bu söz “Kitab”da təkcə  gələcək zaman məzmunlu zərf yox, həm 

də qoşma kimi üstün mövqedə çıxış edir: zaman zərfi kimi: “Soη-



ra  oğlana gərək olur, a bəglər!” (D-126); qoşma kimi: Öylədən 

                                                            

1

 H.Mirzəzadə. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı, 1990, səh.196. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

263

 

soηra (öynədən sonra). “Öylədən soηra evinə gəldi” (D-8); andan 



soηra (ondan sonra) “Andan soηra Qazan ilə işimiz xeyir ola!” (D-

295). Bəzi cümlələrdə “soηra” qoşmasının ellipsisə uğraması mü-

şahidə olunur. Məsələn, “Emdi mən varayım, əlin-ayağın bağlıya-

yım, andan siz gələsiz” (D-266) cümləsində “andan” sözündən 

sonra “siz” sözü işlənib. Əslində isə belə olmalı idi: “andan soη-

ra”. Həmin cümlənin sadələşdirilmiş şəkli də dediklərimizi təsdiq-

ləyir: “İndi mən gedim, əl-ayağını bağlayım, ondan sonra siz 

gələrsiz”

1

.   


Əvvəl. Ərəb mənşəli “əvvəl” sözü “Kitab”da iki məqamda 

özünü göstərir: keçmiş zaman məzmunu ifadə edən zərf kimi. 

“Qızlarıη yolu əvvəldir,  əvvəl  sən at!” (D-199); keçmiş zaman 

məzmunlu qoşma kimi. “Oğuzıη ögincə bundan əvvəl kimsə köç-

məzdu” (D-214). Bu cümlədəki “əvvəl” qoşması çıxışlıq hal şəkil-

çisi qəbul etmiş sözlə birlikdə (bundan) hadisənin baş verdiyindən 

əvvəlki zamanı, konkret desək, keçmiş zamanı ifadə edir.  

Dəkin. Çoxmənalı “dəkmək” felindən törəmə hesab olunan 

bu qoşma “Kitab”da intensivliyi ilə  fərqlənir: “Şimdiyə  dəkin 

Qazanıη evin bilə yağma edərdik” (D-292); “Qırq günə  dəkin  

sıravardı geyəgüz” (D-89)... Birinci nümunədəki “dəkin” qoşması  

hərəkət və  əlamətin qurtaracaq zamanını, ikinci  nümunədə isə 

müəyyən zaman kəsiyini ifadə edir. Amma burada onu da qeyd 

etmək yerinə düşür ki, “dəkin” qoşması hər iki halda zaman zərfli-

yinin yaranmasında iştirak edib. “Kitab”dakı “dəkin” qoşması 

müasir  ədəbi dilimizdə  şəkilçiləşib, konkret desək, -dək  şəklində 

sabitləşib. 

“Kitab”da eyni mənanı ifadə edən iki qoşmanın paralel 

işlənməsinə təsadüf olunur: “Öyləyədəncə gəzdi” (D-8). Buradakı 

-dən və -cə qoşmaları “günorta” anlamlı “öylə” sözündən sonra  

işlənməklə müəyyən bir zaman həddini ifadə edir. Bu qoşmaların 

“Kitab”dakı funksiyasına, eyni zamanda müxtəlif şəkillərdə trans-

kripsiya olunması kimi məsələlərə S.Əlizadə tarixi-linqvistik müs-

                                                            

1

 Kitabi-Dədə Qolrqud. Bakı, 1988, səh.211. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

264

 

təvidə aydınlıq gətirib: “Öyləyədəncə... Drezden nüsxəsində za-



man mənalı  “öylə” ismi ilə “dən”, “cə” (cən)  qoşmalarının para-

lelizmi  və  şəkilçiləşib zərf  əmələ gətirməsi daha inandırıcıdır. 

V-də (Vatikan nüsxəsi – Ə.T.) isə “dəgincə” feli bağlaması 

işlədilmişdir”

1

. Müəllif haqlıdır. Amma “öyləyədəncə”  “öynəyə-



dək” formasında sadələşdirilə bilirsə, deməli, -dən və -cə morfem-

ləri müəyyən zaman həddini bildirən qoşmalar kimi izah oluna 

bilər. 

Yuxarıdakı  qoşmaların ismin halları ilə işlənmə səviyyəsi-



ni belə qruplaşdırmaq olar: yönlük hal tələb edənlər (-dəkin, -dən, 

-cə); çıxışlıq hal tələb edənlər (bərü, soηra, əvvəl). 

 

Zaman məzmunlu bağlayıcı sözlər 

 

Q.Kazımov haqlı olaraq qeyd edir ki, “elmi ədəbiyyatda 

bağlayıcı sözlər mənşə etibarilə yalnız nisbi əvəzliklərlə məhdud-

laşdırılır. Verilən  fakt və nümunələr isə bağlayıcı sözlərin əvəzli-

yin başqa növləri və başqa nitq hissələri ilə bağlı olduğunu gös-

tərir. Misallara diqqət yetirək: o gündən ki, nə zaman ki ...”

2

. “Ki-


tab”dakı bağlayıcı sözlərə, o cümlədən zaman məzmunlu bağla-

yıcı sözlərə  də  məhz bu kontekstdə yanaşmaq lazım gəlir. “Ki-

tab”da zaman budaq cümləli tabeli mürəkkəb cümlələr rəngarəng-

liyi ilə diqqəti cəlb edir. Bu tip tabeli mürəkkəb cümlələrdə budaq 

cümlənin baş cümləyə bağlayan vasitələr sırasında bağlayıcı söz-

lər də qabarıq şəkildə müşahidə olunur. Müasir dilimizdə olduğu 

kimi, “Kitab”dakı bağlayıcı sözlər də,  əsasən, budaq cümlələrin 

əvvəlində işlənib: qaçan (haçan). “Qaçan Qazan evin yağmalatsa

həlalınıη əlin alur, tışra çıqar, andan yağma  edərdi” (D-291);  qa-

çan kim (haçan ki). “Qaçan kim Budaq atsa,  Beyrək “Əlüη var ol-

sun! – dedi” (D-107); ol vəqt kim (o vaxt ki, o zaman ki). “Mərə 

Qılbaş, ol vəqt kim Üç, Boz oq yığnaq olsa, ol vəqt Qazan evin 

                                                            

1

 Kitabi-Dədə Qorqud. Bakı, 1988, səh.228. 



2

 Q.Kazımov.Müasir Azərbaycan dili. Bakı, 2000, səh.309. 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə