Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə6/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   2   3   4   5   6   7   8   9   ...   163

4

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

Dünyanın çox ölkələrində ordunun böyük hörməti olmasına baxmayaraq

BŞ-ın tədqiqatları ordunun da, tikinti,neft və qazçıxarma sənayelərində oldu-

ğu kimi,dövlət vəsaitlərinin idarə edilməsində ən çox korrupsiyaya uğramış 

sahələrdən biri olduğunu üzə çıxarmışdır

3

. Son əldə olan tədqiqatlara görə, 



hərbi sahə dövlət rəsmilərinə rüşvət verən sənayə müəsisələri içində 13-cü və 

“Dövlət Satınalma” (“State Capture”)siyahısına görə isə 8-ci yerdədir

4

.

Bu topludakı araşdırma göstərir ki, orduya olan yüksək ehtiram və ordu-



nun yüksək korrupsiya potensialı yanaşı yaşayırlar. Bu cür qeyri adi yaşama və 

cəmiyyətin qavrayışı ilə davranış nümunələri arasındakı mürəkkəb qarşılıqlı 

əlaqə, korrupsiyaya qarşı strategiyaların yaradılması və həyata keçirilməsi və 

eləcə də dürüstlüyün təmin edilməsi proqramlarına güclü təsir edir. 

Ordunun böyük hörməti olan ölkələrdə, müdafi ə nazirliyi ölkə daxilində 

geniş islahatların ilhamçısı və aparıcısı kimi çıxiş edə bilər. Digər tərəfdən

orduda şəffafl ıq olmasa və ordu ilə bağlı əhatəli ictimai müzakirələr olmasa, 

o zaman orduya olan yüksək hörmət orduda dürüstlük təmin etmə proqramla-

rının həyata keçirilməsinə maneçilik törədəcəkdir. 

Korrupsiyalaşmış sayılan ordularda anti-korrupsiya mübarizəsinin apa-

rılmasının zəruri olduğunu söyləməyə ehtiyac yoxdur. Çox vaxt bu ölkələrdə 

korrupsiya həm dövlət, həm də özəl sektorun içinə sirayət edir. Bu cür 

ölkələrdə müdafi ə institutlarının müvəffəqiyyətli islahat nümunələri, dövlətin 

digər qolları üçün də örnək ola bilər.

Bu toplunun 1-ci hissəsində demokratik və təsirli müdafi ə institutlarının 

yaradılması üzrə milli və beynəlxalq təcrübələrə və anti-korrupsiya addımla-

rına yer verilir. Növbəti fəsil orduda korrupsiya risklərini aradan qaldırmaq 

üçün strateji yanaşmaların  əsaslarını  təqdim edir. Bu yanaşma dürüstlüyü 

təmin etmək,  şəffafl ığı artırmaq və cavabdehliyi təkmilləşdirmək səylərini 

bir yerdə birləşdirir. Bu cür birləşmə korrupsiyalaşmış davranışın mənəvi 

yükünü daha da artırır, korrupsiyadan düşünülən xeyri azaldır və gözlənilən 

xərcləri və ya cəzanı artırır.

Toplunun IV hissəsində dürüstlüyü təmin etmək proqramlarının 

tərtibi və  həyata keçirilməsinin praktiki mexanizmləri müzakirə edilir. Bu 

3

  İbid,22.



4

  

 BŞ “Bribe Payers Index 2008 Table” web adresi: www.transparency.org/policy_research/



surveys_indices/bpi/bpi_2008#bpi_table. Korrupsiya səviyyəsinin 19 sənaye sahəsində 

reytinqi bu sahələrin hər birinin “dövlət satınalma” sında iştirakını əks etdirir, siyasi partiyalar 

isə dövlət rəsmilərini satın almaq yolu ilə hökümət qaydalarına, təlimatlarına və qərar qəbul 

edilmə proseslərinə təsir etməyə can atırlar.   




5

Lənətlənmiş Korrupsiya  

baxımdan,konkret ölkənin silahlı quvvələrinin ənənəvi cəhətlərini də nəzərə 

almaq əhəmiyyət daşıyır. Bu ənənələri gücləndirməklə, dürüstlüyü fərdi və 

təşkilatı baxımdan inkişaf etdirmək və korrupsiyalaşmış davranışın qarşısını 

almaq olur. Bu cür faydalı təcrübəni ölkənin başqa dövlət strukturlarına da 

yaymaq olar.



Müdafi ə Sektorunda Korrupsiyanın Mənbələri

Korrupsiya məsuliyyətli vəzifədən sui-istifadə edərək riyakarcasına qa-

zanmaqdır. Müdafi ə sektorunda korrupsiya çoxlu formalarda ola bilər: rüşvət 

və “şapka” formasında, rəqabətsiz müqavilələr imzalamaqla, və ya əsgərlərin 

maaşlarında saxtakarlıqlar etməklə. Özəl hərbi və  təhlükəsizlik  fi rmala-

rın son zamanlar artması, rüşvətin də artmasına imkan yaratmışdır. Bu özəl 

fi rmalar  məhdud  əsasnamələrlə  işə  cəlb olunur və onlar əvvəllər dövlətin 

səlahiyyətində olan təhlükəsizlik tədbirlərini yerinə yetirirlər.

Toplunun II hissəsi doqquz fəsildən ibarətdir və müdafi ə sektorunda kor-

rupsiyanın mənbələri və səbəbləri haqqındadır. Fəsillərin çoxu həm korrup-

siyalaşmış davranışı, həm də silahlı qüvvələrin əsas idarəetmə sistemlərində 

dürüstlüyü təmin etmək, şəffafl ığı və məsulliyəti təkmilləşdirmək üçün aşağı-

dakı müsbət təcrübələri də əhatə edir: kadr siyasəti və şəxsi heyəti idarəetmə, 

hərbi büdcələmə və maliyyə resurslarının idarə edilməsi, hərbi təhcizat, ofset 

sazişləri, özəlləşdirmə, hərbi sahədə dövlət-özəl tərəfdaşlığı, artıq avadanlığın 

və infrastruktur obyektlərinin istifadəsi və hərbi aktivlərin və şəxsi heyətin 

iqtisadi fəaliyyətlərə cəlb edilməsi. 12 -ci Fəsil müasir hərbi əməliyyatlar za-

manı baş verə biləcək korrupsiya risklərinə  və dürüstlük məsələlərinə  həsr 

olunduğu halda, 13- cü Fəsil isə,həll olunmamış ərazi mübahisələri mövcud 

olan ölkələrdə hərbi-xarakteli korrupsiya hallarını araşdırır. 

Aşağıda korrupsiyalaşmış  təcrübənin yayılmasına kömək edən bir çox 

bəraətverici fi kirlərin, bilavasitə ”məxvilik”, “təcililik” və “xalqın narahatlığı”-

nın siyahısı verilib. İlk baxışdan xoş görünsə də, bu cür isnad etmələr qərar 

qəbul- etmənin  şəffafl ığını  və  qərarların yerinə yetirilməsini  əngəlləyir, 

həmçinin,müdafi ə sektorunda çalışanların cavabdehliyini məhdudlaşdırır və 

nəticədə korrupsiya üçün münbit şərait yaradır.  

Müdafi ə sektorunda şəffafl ığın birinci və  ən qatı düşmənı  məxvilikdır

“Milli təhlükəsizlik maraqlarını qorumaq adı ilə ” məxviliyə isnad etmək, 

parlament nəzarətini və cəmiyyətin ordu üzərində digər nəzarətetmə forma-

larını ciddi şəkildə  məhdudlaşdırır. Hərbi təhcizat məsələlərində, məsələn, 

məxviliyə isnad etmə, çox vaxt potensial təminatçıların sayını azaldır və ya 

bir çox halda vahid mənbə ilə iş ğörülür. O təkcə rəqabətin qarşısını almır, 




Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə