MüƏLLİm peşƏkarliği və pedaqoji SƏRİŞTƏLİLİYİn müASİr problemləRİ


Mü əllimin tərbiyəçilik vəzifəsi



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə40/149
tarix10.02.2022
ölçüsü1,32 Mb.
#83653
1   ...   36   37   38   39   40   41   42   43   ...   149
2018-1050-5

2. Mü
əllimin tərbiyəçilik vəzifəsi. 

əllim həm də tərbi-
y
əçi, tərbiyə verəndir. Bu onun ən əsas funksiyalarından biridir. 

əllimin tərbiyəvi təsiri çox güclüdür. Xüsusən ibtidai sinif-
l
ərdə  şagirdlər müəllimi qeyd-şərtsiz qəbul edir, onun bütün 
tapşırıqlarını  yerinə  yetirməyə  çalışır  və  onun dediklərini  ən 
düzgün, 
ən ağıllı hesab edirlər. Əslində bubelə də olmalıdır.  

əllimin tərbiyəçilik vəzifəsi başlıca olaraq onun apardı-
ğı dərs prosesində, təlim zamanı reallaşır. Bəzən elə düşünənlər 
olur ki, mü
əllimin tərbiyəçilik  işi  onun  şagirdlərlə  müəyyən 
t
ərbiyə işləri aparmasından ibarətdir. Sinif rəhbəri kimi onlarla 

əyyən tərbiyə  işlərini həyata keçirməsidir. Bunlar da vacib-
dir. Lakin 
ənvacibi odur ki, müəllim təlim prosesinin tərbiyəvi 
imkanlarını üzə çıxara bilsin və onun təsirinə nail ola bilsin. 
D
ərs və  bütövlükdə  təlim prosesi tərbiyə  imkanları  ilə 
z
əngindir. Müəllimin dərsin daxilindəki tərbiyəvi ünsürləri üzə 
çıxarıb şagirdlərə çatdırması buprosesdə əsas yer tutur. Müəlim 
yeni mövzunun t
ədrisinə  hazırlaşarkən  bu  hazırlıq  içərisində 
d
ərsin tərbiyəvi  funksiyasının  reallaşdırılmasına  xüsusi  fikir 


66 
verm
əli və onun şagirdlərə çatdırılmasına çalışmalıdır. 
Ümumt
əhsil məktəblərində  tədris fənlərinin xarakteri 
el
ədir ki, hər bir dərsin özündə tərbiyəvi ünsürlər vardır. Lakin 
görk
əmli rus pedaqoqu  N.İ.Piroqovun  belə  bir fikrini yaddan 
çıxarmaq olmaz ki, bu ünsür çox zaman dərində olur və bəzən 
s
əthi, müşahidəçi üçün görünməz qalır. Bundan istifadə etməyən 

əllim isə  K.D.Uşinskinin  dediyi  kimi  “Uşaqlar  üzərində  ən 
başlıca  və  gerçək təsir vasitələrini  itirmiş  olur”.  Buna  görə  də 

əllim dərsin bu cəhətini yaddan çıxarmamalı və onun tərbiyə-
vi  imkanlarını  nəzərdən  qaçırmamalıdır.  Lakin dərsin tərbiyəvi 
funksiyası  təkcə  onun məzmununda olan potensial imkanlarla 
m
əhdudlaşmır. Dərs, təlim prosesi özü-özlüyündə həm də tərbi-
y
ə  prosesidir. Burada mövcud olan qaydalar, dərsin düzgün 
t
əşkili, aparılması, şagirdlərin dərs boyu fəalliyyətə cəlb edilmə-
si  üsulları,  müəllim-şagird  münasibətləri, pedaqoji əməkdaşlıq, 
d
ərsdə  müəllimin  davranışı,  onun  şəxsi nüfuzu və  nümunəsi, 
şagirdlərin nizam-intizamı,  verilən  tapşırığın  məsuliyyətinin 
d
ərk edilməsi, tələblərin reallaşdırılması və s. amillər də tərbiyə-
y
ə güclü təsir göstərir. Buna görə də təlim prosesində müəllim 
h
əm də tərbiyəçilik funksiyasını reallaşdırır ki, bunun da səmə-
r
əliliyi onun peşəkarlığından və səriştəliliyindən çox asılıdır. 

əllim həm də  sinif rəhbəridir, dərsdənkənar tərbiyəvi 
işlərin bilavasitə təşkilatçısı və rəhbəridir. Bu istiqamətdə tərbi-
y
ə işlərinin səmərəli olması onun pedaqoji məharətindən, səriş-
t
əsindən  çox  asılıdır.  Müəlim, sinif rəhbəri tərbiyə  işlərinin 
metodikasına,  texnologiyasına  daha  dərindən bələd olduqda 
onun apardığı tərbiyə işlərinin təsiri də bir o qədər güclü olur.  
V.A.Suxomlinski yazırdı: “Şagirdlərlə yalnız dərsdə-müəl-
lim stolunun bir t
ərəfində  o, digər tərəfində  şagirdlər olmaqla 
görüşən  adam  uşaq  ruhunu  bilmir,  uşağı  tanımayan  adam  isə 
t
ərbiyəçi ola bilməz. Belə adam üçün uşaqların fikirləri, hissləri 
v
ə  arzuları  həmişə  bağlı  olur.  Müəllim stolu bəzən elə  bir  daş 
divara çevrilir ki, h
əmin divarın arxasından o öz “düşməninə”- 
şagirdlərə qarşı “hücuma” keçir; lakin çox vaxt bu stol mühasi-


67 
r
əyə  alınmış  qalaya  çevrilir  və  “düşmən” həmin  qalanı  təngə 
g
ətirməklə fəth edir, orada gizlənmiş“hərbi rəis” isə özünü əlləri 
v
ə ayaqları bağlı hiss edir” (23, 7). 
Lakin t
əəssüf ki, məktəbə, təhsilə, müəlliməmüasir yanaş-
maların  olduğu  və  yeni tələblərin verildiyiindiki dövrdə  də 
m
əktəblərimizdə  belə  müəllimlər  vardır.  Belə  şəraitdə  isə  nə 
yaradıcı düşüncədən, nə də əməkdaşlıqdan söhbət gedə bilməz. 

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə