Mühazirə №1 : ÇOXİLLİk paxlali yem otlarinin öYRƏNİLMƏSİ Mühazirəçi: aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Hüseynov A. R


Sortları: Sudanotunun 20- dən artıq sortu rayonlaşdırılmışdır. Ən çox yayılan sortları Brodskaya-2, Çernomorka və s. - dir. Azərbaycanda (2013-cü il



Yüklə 0,94 Mb.
səhifə3/13
tarix20.10.2017
ölçüsü0,94 Mb.
#5734
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   13

Sortları: Sudanotunun 20- dən artıq sortu rayonlaşdırılmışdır. Ən çox yayılan sortları Brodskaya-2, Çernomorka və s. - dir.

Azərbaycanda (2013-cü il) Şirokolistnaya - 2 sortu 1977-ci ildə rayonlaşdırılmışdır. Kabardin- Balkar Dövlət k/t təcrübə stansiyasında 1977-ci ildə yaradılmış orta yetişən sortdur.

Yaşıl yemdə zülalın miqdarını artırmaq məqsədilə sudan otunu yerli şəraitdən və toxumun miqdarından asılı olaraq lərgə və ya yazlıq çöl noxudu ilə qarışıq səpirlər. Qarışıq səpin sonrakı bitkilər üçün yaxşı sələf sayılır. Sudan otunu lərgə ilə qarışıq halda iki üsulla səpirlər:

a) lərgəni erkən yazlıq bitkilərlə bir vaxtda cığıraçanlarla 7-8 sm dərinliyə, onun cərgə aralarına isə torpaq isinən kimi (təxminən mayın 5-10-da) sudan otu səpirlər;

b) lərgəni 8 sm dərinliyə, cərgələrin eninə isə 3-5 sm dərinliyə sudan otunu səpirlər.

Qarışığın səpin normaları aşağıdakılardır: meşə-çöl zonasında – 20 kq sudan otu və 80 kq lərgə və ya 20 kq sudan otu və 60-70 kq lərgə.

Sudan otunu kövşən yerinə, yaşıl yem və ya ot üçün yığılan payızlıq çovdar, çöl noxudu-vələmir və başqa qarışıqlardan sonra əkmək məqsədə uyğundur.

Rütubətli və isti havada sudan otunu, arpa, buğda və ya noxuddan sonra səpmək olar. Kövşən yerinə əkin üçün torpağı torpaq şəraitindən asılı olaraq becərirlər. Əvvəlcə üzləmə, şumlama, sonra malalama və vərdənələmə aparılır.

Kövşən yerində əkin apapkən səpin normasını 15-20% artırırlar. Qida maddələri ilə zəngin yaşıl kütlənin yüksək məhsulunu sudan otu ilə yazlıq çöl noxudu və ya lərgənin kövşən yerinə qarışıq səpinlərindən götürürlər. Gübrələri əsas bitki altına verirlər.

Sudan otunun axırıncı cərgəarası becərmə vaxtı nutun (noxudun) cərgə aralarına səpini, həmçinin yazlıq bitkilərə eyni vaxtda əlavə əkini yaxşı nəticə verir.

Sudan otunun səpin norması yaşıl yem üçün əkində olduğu kimidir.

Onun əsas becərildiyi rayonlarda yaşıl yem üçün yığımına süpürgə buraxma dövründə başlamaq lazımdır. Faraş yığım proteinlə zəngin daha qidalı yem verir. Bundan başqa, çiçəkləməyə qədər biçilən sudan otu daha tez və yaxşı böyüyür. İkinci biçin, adətən, birincidən 30-35 gün, üçüncü isə ikincidən 35-40 gün sonra aparılır; üçüncü biçindən 10-15 gün sonra xoranı otarma üçün istifadə edirlər.

Otun daha yaxşı böyüməsini təmin etmək üçün 7-8 sm hündürlükdə biçmək lazımdır. Yaxşı ikinci və üçüncü biçin almaq məqsədilə əkini asan həll olan azot gübrələri ilə yemləmək məsləhət görülür.

Ot üçün biçilmiş kütləni əvvəlcə sərili halda, sonra xotmanlarda qurudur, daha sonra isə tayalara vururlar. Silos üçün, adətən, axırıncı biçindən istifadə edirlər. Sudan otu istər təmiz, istərsə də başqa otlarla qarışıq halda yaxşı siloslanır.

Toxum üçün sudan otunu toxumlar əsas gövdədə yetişdikdə, kombaynlarla yığırlar. Bəzən yığım iki dəfəyə aparılır. Əvvəlcə kombaynla toxumlarla birlikdə süpürgələri, sonra isə adi yığan maşınlarla qalan küləşi yığırlar.

Kalış (sorqo)

İstifadə olunma xarakterinə görə 3 əsas növə ayrılır: dənlik, şəkərlik və süpürgəlik. Siloslama və ot üçün başlıca olaraq şəkər kalışından istifadə olunur ki, bunun da gövdə və yarpaqlarında 12%-ə qədər şəkər olur. Bu bitki quraqlığa dözümlü, istilik sevən və yüksək məhsuldardır. Kalışa suvarma yaxşı təsir edir, lakin o, torpaq şəraitinə xüsusi tələbkarlıq göstərmir, həm qumlu, həm də ağır gilli torpaqlarda yaxşı inkişaf edir.

Kalış əsasən yem bitkilərinin növbəli əkinlərində əkilir. Tarla növbəli əkinlərində dənli kövşən və ya kulis bitkisi kimi istifadə olunur. Birillik paxlalı otlar və onların qarışıqları, çoxillik otların çevrilmiş layı və cərgəarası becərilən bitkilər kalışın yem əkinləri üçün yaxşı sələf sayılır. Kalışdan sonra torpaqda qida maddələri azaldığından yalnız çöl noxudu-vələmir qarışığı və ya başqa birillik otlar səpirlər. Odur ki, yaşıl kütlənin yüksək məhsulunu almaq üçün torpağa üzvi və mineral gübrələr verirlər. Qara torpaqlarda dondurma şumu altına 1 ha-ya təsiredici maddə hesabı ilə 50-60 kq fosfor gübrələri verirlər.

Yüngül torpaqlarda kalium gübrələri azot və fosfor gübrələri ilə birlikdə ən yaxşı effekt verir. İkinci və üçüncü biçindən sonra xoranı 1 ha-ya 30-40 kq P2O5 miqdarında superfosfatla yemləmək məqsədə uyğundur.

Toxumu torpağın üst qatı 10-120 C-yə qədər isindikdə səpirlər. Onu 3-5 sm dərinliyə nəmli torpağa basdırırlar. Əgər səpin quru torpağa və quru havada aparılmış olarsa, torpağı vərdənələmək lazımdır.

Silos və yaşıl yem üçün şəkər kalışının faraş Dnepropetrovski, Yantar Minezotnıy sortlarından, həmçinin onların hibridlərindən istifadə olunur.

Silos üçün kalışı enli cərgəli üsulla (cərgə araları 60-70 sm) hər hektara 10-15 kq miqdarında səpirlər. Yay ərzində 2-3 dəfə traktorlu kultivatorlarla cərgəarası becərmə aparılır. Yaşıl kütləni silos üçün dənin mum yetişkənliyinin başlanğıcında kombaynla yığırlar.

Cavan kalış qidalı yaşıl yemdir. Onu iri buynuzlu qaramal, qoyun və atlar iştaha ilə yeyirlər. Kalışla yemləməyə onun boyu 50-60 sm-ə çatdıqda, süpürgə buraxmağa 15 gün qalmış başlamaq və süpürgə buraxma dövründə qurtarmaq lazımdır.

Ayaqaltı yemlə otarmada heyvanların zəhərli maddə ilə - durrinlə zəhərlənmə halları müşahidə olunur. Durrin bitkilərdə quraqlıq və soyuq vaxtı, həmçinin azot gübrələrini normadan artıq verdikdə böyümənin dayanması nəticəsində əmələ gəlir.

Kalışın, tüklü çöl noxudu və başqa bitkilərlə kövşən yerinə qarışıq səpinləri payızlıq bitkilərdən sonra yaxşı inkişaf edir.

Kövşən yerinə əkinlə yanaşı kalışdan nutun və lərgə-vələmir qarışığının cərgə aralarına əlavə əkin bitkisi kimi də istifadə edirlər. Bu halda kalışın səpin norması 15-20% artırılır.

Qarışıq səpinlərdən (kalışla səpin lərgəsi) də geniş istifadə olunur. Bu cür qarışıqlarda proteinin miqdarı təmiz səpinlərə nisbətən xeyli artıq olur, bundan başqa bitki kütləsinin məhsuldarlığı artır.

Kalışın səpin norması qarışıqlarda 20-25% azaldılır, paxlalı bitkilərin səpin norması isə təmiz halda səpin normasının 60-65%-ni təşkil edir.

Qarışığı bir dəfəyə adi dənli bitki toxumlarını səpən maşınlarla bir qutudan və ya bir-birinə qoşulmuş iki toxumsəpən maşınla səpirlər, özü də hər toxumsəpən bir bitkini o birinin cərgəarasına səpir. Kalışı silos və toxum üçün kombaynlara yığırlar.



Moqar

Moqar – qiymətli yem bitkisidir. O, tez yetişən və yüksək məhsuldar olduğundan qaratorpaq zonalarda geniş yayılmışdır. Onu qaratorpaq olmayan zonanın cənub rayonlarında da becərməyə başlayırlar. Moqarı ot, yaşıl yem, silos, yemlik dən üçün və kövşənlik bitkisi kimi də becərirlər. Biçindən sonra pis böyüyür.

Moqarın kökləri çox dərinə işlədiyindən o, quraqlığa asan dözür. Yarpaqlanmış gövdələri 1-1,3 m hündürlüyə çatır. O, qumsal və qumlu torpaqlarda yaxşı boy atır, lakin bataqlaşmış və rütubətli yerlərdə pis inkişaf edir. Əvvəlcə zəif böyüyür və torpaq lazımınca hazırlanmadıqda alaq otlarının təsirinə məruz qalır.

Cənub rayonlarında onu kövşənlik bitkisi kimi əkirlər. Çox zibillənmiş yerlərdə həmişə enli cərgəli səpin üsulu tətbiq olunmalıdır.

Moqar üzvi və mineral gübrələrə çox həssasdır. Buna baxmayaraq həmin bitki altına bilavasitə təzə peyin vermək məsləhət görülmür, çünki alaq otları inkişaf edir, əkin isə sürmə ilə xəstələnir.

Yaşıl yem üçün moqarı təmiz halda və ya çöl noxudu, lərgə və ya soya ilə qarışıqda iki müddətdə səpirlər. Səpin quru ot üçün başdan-başa, toxum üçün isə gencərgəli üsulla aparılır. Səpin norması nəmlik az olan rayonlarda hektara 8-12-15 kq, nəmliklə təmin olunmuş yerlərdə isə 20 kq-a qədərdir. Toxumları 2-3 sm, torpağın üst qatı quru olduqda isə 4-5 sm dərinliyə basdırırlar. Quru havada əkini vərdənələyir və yüngül malalarla malalayırlar. Yaşıl yemdə zülalın miqdarını artırmaq məqsədilə moqarı birillik paxlalılarla qarışıqda səpirlər. Çöl rayonlarında 12 kq moqar və 50 kq soya, meşə-çöl rayonlarında 15 kq moqar, 75 kq çöl noxudu səpirlər. Paxlalılarla moqarın toxumlarını qarışdırıb toxumsəpən maşından səpirlər.

Yüksək qidalı yem almaq üçün moqarın yığım müddəti həlledici rol oynayır. O, qida maddələri ilə kollanma fazasında daha zəngindir.

Moqarı ot üçün adi otbiçən maşınlarla biçirlər. Biçilmiş kütlə tez quruyur, lakin şeh və ya suvarmadan sonra çalındıqda o, tez kiflənir və xarab olur.

Moqarı toxum üçün, sünbülcüklər qonurlaşdıqda və onların toxumları bərkidikdə yığırlar; toxumlar tökülmür.

Moqarın çöl noxudu, lərgə, xəşənbül və başqa paxlalı bitkilərlə qarışıq səpinləri böyük təsərrüfat əhəmiyyətinə malikdir. Qarışıq səpinlər daha qidalı, zərif kütlə verir və bundan başqa növbəti bitkilər üçün gözəl sələfdir.


Birillik qaramuq (rayqras)

Turşuluq və artıq nəmliyə asan dözür, lakin qurudulmuş və gübrələnmiş gilli və gillicə torpaqlarda daha yüksək məhsul verir.

Qaramuq qısa vegetasiya dövrünə malikdir (toxumlar 70-90 gündən sonra yetişir); çalındıqdan sonra tez böyüyür və yay ərzində 2-3 dəfə məhsul verir. Təmiz səpinlərdə üç biçindən 250 s-ə qədər şirəli və zərif kütlə yığırlar, qarışıq səpinlərdə məhsuldarlıq hər hektardan 300 s-ə qədər artır.

Birillik qaramuq adətən, yem növbəli əkinlərində birillik paxlalı bitkilər və çoxillik çəmən otları ilə qarışıqda səpirlər və səpin ili də istifadə edirlər.

Payızlıq cərgəarası becərilən bitkilər qaramuq üçün yaxşı sələf ola bilər, onun paxlalı otlarla qarışıq əkinləri isə digər bitkilər üçün yaxşı sələfdir. Qaramuq çoxillik otların seyrəkləşmiş əkinlərinə əlavə əkir və yem növbəli əkinləri üçün yeni istifadəyə verilmiş torpaqlarda ilkin bitki kimi istifadə edirlər.

Birillik qaramuq saçaqlı kök sisteminə malikdir ki, bu da torpağın xırda topalı strukturunu bərpa edə bilir.

Torpağı qaramuq üçün becərmə eynilə başqa birillik bitkilərdə olduğu kimidir. Qaramuq üzvi və mineral gübrələrə, xüsusilə də biçindən sonra peyin şirəsi ilə yemləməyə çox həssasdır.

Səpin faraş müddətlərdə aparılır. Toxumlar +1-40 C-də cücərir, cücərtilər zəif şaxtalardan da ziyan çəkmir.

Qaramuq təmiz halda və digər paxlalılarla qarışıqda səpilir. Onun toxumları az tökülən olduğundan, onları yonca toxumlarını təmizləyən maşınlarda işləyir və ön qutusunda qarışdırıcı valı olan dən-ot toxumsəpənləri ilə səpirlər. Toxumları adi cərgəli üsulla (cərgə araları 15 sm) 2-3 sm dərinliyə səpirlər. Yaşıl yem üçün becərdikdə səpin norması 25-30 kq, çoxillik otlarla qarışıqda 15-18 kq təşkil edir.

Qaramuğun toxum üçün becərilməsi yaşıl yemdə olduğu kimidir. Növbəli əkində toxumluq əkinləri, cərgə araları 12-15 sm olmaqla adi cərgəli üsulla yaxşı gübrələnmiş sələf bitkiləri sahələrinə yerləşdirmək lazımdır. Enli cərgəli əkində bitki sürətlə kollanır, toxumlar isə eyni vaxtda yetişmir. Səpin norması bir hektara 25-30 kq-dır. Toxumluq sahələri bitkinin orta zoğunda toxumlar tam yetişkənlik fazasına çatdıqda qısa müddətdə kombaynla yığmaq və ya adi maşınla yığıb tam qurutmaq, döymək lazımdır.

Qaramuğun toxum məhsuldarlığı kifayət qədər yüksək və sabit olmaqla, bir hektardan orta hesabla 5-6 s təşkil edir. Toxumdan başqa, əlavə olaraq hər hektardan 20 s-dən 30 s-ə qədər qiymətli küləş götürmək olar.

Afrika darısı

Bu bitki Ukraynanın və Şimali Qafqazın quraqlıq zonalarında, Orta Asiya respublikalarında və Qazaxıstanda yaxşı boy atır. Onu yaşıl yem, silos, az hallarda isə ot və yemlik dən almaq üçün becərirlər. İstilik sevən bitki olmaqla, aşağı temperatura davamsızdır. -2-30 C şaxtada məhv olur.

Düzən yerlərdə ağır gilli və turş torpaqlarda pis boy atır və duzlaşmaya qarşı davamsız olur.

Afrika darısı cənub rayonlarında da yaxşı böyüyür, 2-3 biçin verir. Yüksək aqrotexnikada becərdikdə silosluq kütlənin məhsuldarlığı hər hektardan 800-1000 s-ə, toxum məhsuldarlığı isə orta hesabla 20 s-ə çatır.



Mühazirə № 4 : “Birillik paxlalı yem bitkiləri

Mühazirənin planı:

1. Birillik paxlalı yem bitkilərinin təsərrüfat əhəmiyyəti və məhsuldarlığı.

2. Gülülün botaniki və bioloji xüsusiyyətləri.

3. Çöl noxudunun botaniki və bioloji əhəmiyyəti.

4. Gülül və çöl noxudunun aqrotexnikası.

İstifadə olunan ədəbiyyat


  1. Behbudov H.Ə. “Azərbaycanın yemçilik təsərrüfatı”, Bakı, Azərnəşr, 1991.

  2. Behbudov H.Ə. “Yemçilik”, Bakı, Azərnəşr, 1971.

  3. Hacıyev V. C. “Mədəni otlaqlar və biçənəklər”, Bakı, Azərnəşr, 1980.

  4. Hümbətov H. S., Hüseynov A. R. Yem otları, Bakı: “Elm və təhsil” 2013, 184 s.

  5. Hümbətov H. S., Şabanov M.C., Verdiyeva R.C. Şirəli yem bitkiləri. Bakı: 2013, 152 s.

  6. Xəlilova H.M. “Bitkiçilik üzrə laboratoriya məşğələləri”. Bakı, “Maarif”, 1973. 368 s.

  7. Məmmədov Q. Y., İsmayılov M. M. Bitkiçilik, Bakı, 2012, 356 s.

  8. Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılan ot bitkiləri. Kirovabad, 1984.

  9. Tağıyev T.M. Otlaq və biçənəklərin səthi yaxşılaşdırılması. Kirovabad, 1982.

  10. Masterova V.P., Ananina N.N. “Yem istehsalının əsasları”, Bakı, “Maarif”, 1978. 214 s.

  11. Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılmış yem bitkiləri. Kirovabad, 1975.

  12. Ten A. Г. «Koрмопроизводство», Москва, Колос, 1982. 463 с.

  13. Андреев Н.Т. «Луговое и полевое кормопроизводство», Москва, Колос, 1984.

  14. Бугай С. М.. Растениеводство. Москва, 1963, 517 с.

  15. Вавилов П. П. Растениеводство. Москва, 1986, 512 с.

  16. Посыпанов Г. С. и др. Растениеводство. Москва, «Колос», 2006, 611с.

  17. Тюльдков В. А. «Практикум по луговому кормопроизводству», Москва, Агропромиздат, 1986, 255 с.

Birillik paxlalı yem bitkiləri

Təsərrüfat əhəmiyyəti və məhsuldarlığı. Azərbaycanda birillik paxlalı yem bitkilərindən ən çox yayılanı və təsərrüfat əhəmiyyəti olanı çöl noxudu və gülüldür. Bu bitkilərdən alınan yüksək qidalı və tez həzm olunan yemi bütün kənd təsərrüfatı heyvanları həvəslə yeyirlər. Noxud və ya gülülün həm təmiz, həm də digər taxıl fəsiləsinə aid olan bitkilərlə qarışıq əkinləri becərilir. Bu bitkilərin tez yetişməsi və soyuğa davamlı olmaları onları müxtəlif dövrlərdə əkib becərməyə imkan verir. Aran rayonlarının suvarma şəraitində bu bitkilərdən pambıqdan sonra becərməklə yüksək yaşıl kütlə məhsulu götürmək mümkün olur. AzETPİ-nin təcrübələri göstərir ki, çöl noxudunu pambıqdan sonra becərdikdə aprelin 25-nə qədər hər hektardan 250-300 sentner yaşıl kütlə götürülür. Bu isə, əlavə almaqla yanaşı, torpağın münbitləşdirilməsində mühüm rol oynayan aqrotexniki tədbirdir.

Çöl noxudunun və gülülün həm dənləri, həm yaşıl kütləsi və quru otu zülallarla, mineral duzlarla və vitaminlərlə zəngin olan qiymətli yemdir. Çöl noxudunun dənlərini un, qaba üyüdülmüş dən halında yaxud kombinə edilmiş yemlərin tərkibində istifadə edirlər. Ona görə də bu bitkilərin əkinlərini genişləndirmək və məhsuldarlığını yüksəltmək çox mühüm əhəmiyyətə malikdir.

Gülülün küləşinin tərkibində 15% su, 8,5% kül, 6,5% protein, 2,2% yağ, 41,5% sellüloza, 41,3% azotsuz ekstraktiv maddələr, toxumlarının tərkibində isə 30% protein, 58,8% azotsuz ekstraktiv maddələr olur. 100 kq küləşində 23,2, 100 kq dənində isə 116 yem vahidi olur. Çöl noxudunun dənində sinil turşusu ola bilər, buna görə də onu yem üçün istifadə etdikdə bunu nəzərə almaq lazımdır.

Gülül bitkisinin və çöl noxudunun kökləri ilə hər hektar sahədə 80-100 kq azot toplanır. Bu xüsusiyyətinə və alaq bitkilərini zəiflətdiyinə görə adı gedən bitkilər taxıl, çuğundur, günəbaxan, kartof və digər bitkilər üçün həm də qiymətli sələf sayılırlar.

Gülül yaşıl gübrə məqsədilə də becərilir. Onun kövşənlik əkinləri də yüksək məhsul verir. Çöl noxudu-yulaf qarışığını tarla növbəli əkinlərində herik şumlarında əkmək daha məqsədəuyğundur.

Səpin gülülünün hər hektarından 200-250 sentner yaşıl kütlə və ya 25-60 sentner quru ot məhsulu götürülür. Toxum məhsulu isə 15-50 sentner/


hek olur.

Azərbaycan şəraitində payızda səpilmiş bitkilər qışı yaxşı keçirir və yazda hər hektardan 100 sentnerə qədər quru ot məhsulu verir.



Gülülün botaniki və bioloji xüsusiyyətləri. Ölkəmizdə gülülün 85 növü yayılıb. Daha çox əhəmiyyətə malik olan növü səpin və ya yazlıq gülülüdür.

Bitkinin mil kökü torpağın dərin qatlarına keçir. Gövdəsi zərif, yerə yatan, qabırğalı, üzəri tüklü və ya çılpaq olur. Gövdənin hündürlüyü 50-100 sm olur. Cütlələkşəkilli mürəkkəb yarpaqları olur.

Hər saplaq üzərində 4-8 cüt enli yarpaqcığı olur, saplaq bığcıqlarla qurtarır. Çiçəkləri oturaq şəkildə yarpaq qoltuğunda iki-iki əmələ gəlir. Ləçəklər əsasən bənövşəyi, ağ, yasəməni rəng olurlar.

Öz-özünə, və ya həşəratla çarpazı tozlanır. Paxlaları 4-10 toxumlu olub, yetişəndə açılıb töküləndirlər. Toxumları yuvarlaqdır. 1000 toxumu 40-60 qramdır. Rəngi qara, şabalıdı və s. olur.

Bitkinin toxumları 2-30 C-də cücərir. Cücərtiləri 5-60 C şaxtaya tab gətirirlər. Yarovizasiya mərhələsini 5-70 C temperaturda keçirir. Cücərmədən 40-60 gün sonra çiçəkləyir, 55-70 gündən sonra ot üçün biçilir, toxumları isə 75-120 gündən sonra yetişir.

Uzun gün bitkisidir. 450 mm yağmur düşən zonalarda dəmyə becərilə bilir.

Gülülün qışlıq və ya payızlıq yarpaq növünün də təsərrüfat əhəmiyyəti böyükdür. Bu növün yazlıq və payızlıq formaları vardır. Gövdəsi çox şaxələnən, yerə sərilən, üzəri sıx tüklə örtülü, 1-1,5 m hündürlüyündə olur. Üzərində 6-8 cüt lansetvari yarpaqcığı olan mürəkkəb yarpağı vardır. Saplağı 3-4 bığcıqla qurtarır. Paxlasında 4-8 ədəd şar formalı, qara və ya şabalıdı rəngli xırda toxumları olur. 1000 toxumunun çəkisi 25-30 qram olur. Əsasən ot üçün becərilir. Biçildikdən və ya otarıldıqdan sonra yenidən göyərir.

Gülül sortları (2013). Lqovskaya 31-292, Nemçinovskaya-72, Orlovskaya-4.



Çöl noxudunun botaniki təsviri və bioloji xüsusiyyətləri. Çöl noxudunun da bioloji xüsusiyyətləri gülülünkünə oxşardır. Gövdəsi nazik və qaba olub hündürlüyü 50-100 sm arasında olur. Gövdəsinin içi yarımdolu, səthi seyrək tüklü olur. Cavan gövdələrin sayı 8-11, buğumaralarının sayı 8-26 olur. Gövdənin rəngi boz-narıncı olur.

Yarpaqları tək lələkvari, uzunsov lentşəkilli, eni 0,5-1,3 sm, uzunluğu 2-3 sm olur. Paxlası iynəşəkilli, nəhayəti əyilmiş, eni 0,4-1 sm, uzunluğu 4-5 sm-dir. Çiçəkləri açıq-bənövşəyi rəngli olub, buğumlararasında dik dayanır. Çiçəklərinin uzunluğu 1,4-4 sm olur. Toxumları oval şəkilli, tutqun çəhrayı rənglidir. Dəni qonur ləkələrlə örtülü olub, məxməri rəngə çalır. Hər paxlasında 2-6 toxum əmələ gəlir. 1000 toxumunun çəkisi 60-80 qram olur. Səpindən 8-10 gün sonra cücərtiləri alınır. Cücərdikdən 32-45 gün sonra çiçəkləyir, çiçəklədikdən 32-36 gün sonra toxumları yetişir.



Gülül və çöl noxudunun aqrotexnikası. Növbəli əkində bu bitkilərin sələfi payızlıq və yazlıq dənli taxıl, tərəvəz, bostan, şəkər çuğunduru, pambıq və s. bitkilər ola bilər. Bu bitkilərin özləri dənli taxıl bitkiləri üçün qiymətli sələf hesab edilirlər. Gülül və çöl noxudu səpmək üçün torpağın becərilməsi sistemləri sələflərdən asılı olaraq müəyyən edilir. Əgər dənli taxıl bitkiləri sələf qəbul edilibsə, onların məhsulu yığıldıqdan sonra tarla 5-7 sm dərinliyində üzlənir, sonradan suvarılır. Alaq otlarının toxumları cücərti verdikdən sonra üzləmə təkrar edilir. Əsas şumdan əvvəl hər hektara 5-10 ton çürümüş peyinlə 2 sentner superfosfat və 1 sentner kalium sulfat qarışığı səpilir. Sonra 25-27 sm dərinliyində şum aparılır. Şumdan sonra suvarma zonasında tarla arat edilir. Arat yetişdikdən sonra sahəyə 5-7 sm dərinliyində səpinqabağı kultivasiya və onun dalınca mala çəkilir.

Yüngül mexaniki tərkibli torpaqlarda səpsuvar aparılır. Cərgələrarası becərilən bitkilər (qarğıdalı, sorqo) sələf qəbul edilibsə, tarla üzlənmədən birbaşa şumlanır. Azərbaycanın əksər zonalarında şum sentyabrın əvvəllərində aparılır. Şumdan sonra sahə kətmənli olarsa tarlanı diskləmək və malalamaq lazımdır.

Pambıq, şəkər çuğunduru və kartofdan sonra əsas şum əvəzinə tarla 12-15 sm dərinliyində üzlənir. Bu bitkilərin məhsulu gec yığıldığından sahəni arata qoymağa vaxt qalmır, əks təqdirdə payız səpin müddəti gecikir. Ona görə də səpsuvar edilir.

Səpin müddətləri. Gülül və çöl noxudunu respublikamızın aran suvarma şəraitində sentyabrın 20-dən oktyabrın 30-na qədər səpmək lazımdır. Yaz səpinləri isə fevralın 15-dən martın 15ə qədər keçirilməlidir.

Dağ və dağətəyi zonalarda payız səpini sentyabrın axırına qədər keçirilməlidir.



Səpin üsulları və normaları. Noxud və gülül toxumları başdan başa darcərgəli və ya gencərgəli səpin üsulu ilə səpilə bilər. Birinci üsulda səpin keçirmək üçün SUB-48 markalı taxıl toxumu səpən maşınlardan istifadə olunur. Bu halda cərgə araları 7,5 sm olur. Noxudun səpin norması 1,6-1,8 milyon/hek qəbul edilir.

Dən məhsulu götürmək üçün hər hektara 1-1,2 milyon cücərən toxum səpilməsi məsləhət görülür. Toxumların iriliyindən asılı olaraq səpin norması çəkicə 120-340 kq arasında dəyişir.

Gencərgəli səpin üsulunda cərgəaraları 45 sm götürülür. Bu üsulla səpin apardıqda 1000 ədəd toxumun çəkisi 120-130 qram olan AzETPİ-1508 və 1528 nömrəli sortları üçün səpin norması 60-120 kq qəbul edilir.

Toxumların səpin dərinliyi ağır torpaqlarda 4-5 sm, yüngül torpaqlarda isə 6-7 sm qəbul edilir.

Gülülün toxumları xırda olduğundan səpin dərinliyi torpaqlardan asılı olaraq 3-4 və 5-7 sm qəbul edilir. Səpin üsullarından asılı olaraq hər hektara 2,0-3,5 milyon cücərən toxum səpilir. Gülülü vələmirlə qarışıq səpdikdə çəkicə iki hissə gülül, bir hissə vələmir toxumu ilə qarışdırılıb səpilir. Təmiz səpinlərdə gülüldən toxum istehsal etmək üçün toxumların iriliyindən asılı olaraq hər hektara 60-70 kq dən səpilir.

Gülül, çöl noxudu bitkilərinin əkinlərinə qulluq işləri və məhsul yığımı

Hər iki bitkinin əkinlərinə eyni qulluq işləri tətbiq edilir.

Ağır qranulometrik tərkibli torpaqlarda cücərtilər alınmamış torpaq səthində qaysaq əmələ gələrsə, cərgələrin köndələninə mala çəkmək lazımdır. Əgər arata səpilməyibsə, səpsuvar aparılır. Payız quraq keçibsə, dekabr-yanvar aylarında əkinləri suvarmaq lazımdır. Yazda qönçələmə və çiçəkləmə fazalarında da əkinlər suvarılmalıdır. Əgər əkinlər toxum üçündürsə toxum dolan dövrdə də suvarma aparılmalıdır. Gencərgəli səpin üsulu ilə səpilmiş sahələrdə cərgə arasını 2 dəfə kultivasiya etməklə alaqlar məhv edilir, torpaqlar yumşaldılır.

Ən çox yayılmış zərərvericiləri yonca sovkası, noxud mənənəsi, çəmən kəpənəyi, yonca uzun burunu və s.- dir. (2-3 kq/ha dendrobatsilin, entobakterin).

Xəstəliklərdən ən çox pas, unlu şeh, bakterioz, askoxitoz, pernosporioz və s.-dir. Mübarizə tədbiri yonca bitkisində olduğu kimidir. Mübarizə məqsədilə kimyəvi preparatlardan istifadə olunur.

Gülüldən quru ot götürmək üçün onu bitkidə paxlaların əmələ gəlmə dövründə yığmaq lazımdır. Yaşıl kütlə məhsulu götürmək və ya otarmaq üçün bitkinin çiçəkləmə fazası daha əlverişlidir.

Gülül və noxud məhsulu silos hazırlanacaqsa yığım paxlaların kütləvi əmələ gəlmə dövründə aparılmalıdır.

Noxud və gülül bitkilərində bütün paxlalar eyni vaxtda yetişir. Aşağı mərtəbədəki paxla və toxumlar daha tez yetişir. Odur ki, toxum məhsulunun yığımına aşağı və orta mərtəbədəki paxlalar qonurlaşan zaman başlamaq lazımdır. Yetişmiş paxlalar çatlayıb toxumları töküldüyündən yığımı gecikdirmək olmaz. Toxum itkisini azaltmaq üçün yığımı havanın sərin olduğu səhər və ya axşamçağı aparmaq lazımdır.

Gülül və noxudun toxum məhsulunu yığmaq üçün əvvəlcə bitkiləri JBA-3,5 markalı otbiçən maşınla biçib tirələrə yığırlar. Biçilmiş noxud kütləsi taxılyığan kombaynlarla (SK-4, “Niva” və s.) döyülür. Bunun üçün kombaynı quraşdırır, barabanla dekaarası boşluğu toxumların ölçüsünə uyğun nizamlayır və barabanın dövrlər sayını 600-700-ə endirirlər.

Döyülmüş toxum OS-1, OS-3 markalı dən çeşidləyən maşınlardan keçirilib çeşidlənir və təmizlənir. Təmizlənmiş və qurudulmuş toxumlar saxlanmaq üçün anbara təhvil verilir. Toxum saxlanacaq anbarlar qabaqcadan dərmanlanıb dezinfeksiya edilməlidir.



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə