Mühazirə mətnləri 15 movzu üzrə-30 saat Hazırladı: Qida məhsulları mühəndisliyi və ekspertiza kafedrasının


Alkoqolsuz funksional içkilərin təsnifatı



Yüklə 2,17 Mb.
səhifə10/23
tarix18.04.2018
ölçüsü2,17 Mb.
#39386
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   23

Alkoqolsuz funksional içkilərin təsnifatı

Alkoqolsuzfunksional içkiləri müxtəlif nişanələrə görə təsnifləşdirirlər:

Alkoqolsuzfunksional içkilərin təsnifatının verilməsinə yaxın və uzaq xaricdə cəhdlər edilmiş, onların sistem şəklində qruplaşdırılmasına çalışılmışdır. Qərb ölkələrində funksional içkiləri istifadə istiqamətinə görə 4 əsas qrupa ayırırlar. Bunlar idmançı, enerjili, sağlam və nutrisevtiklər olmaqla fərqləndirilir (şəkil 1).

Enerjili


Nutrisevtiklər

Funksional içkilər

İdmançı üçün

Sağlamlıq üçün

İzotonik

Hipertonik

Hipotonik

ACE seriyalı

Süd əsaslı

Stimulliyatorlu

Şəkil 1. Alkoqolsuz funksional içkilərin təsnifatı (Qərb ölkələrində)
İdmançılar üçün olan içkilər işləyən əzələləri enerji ilə təmin etməli, orqanizmin iş qabiliyyətini yaxşılaşdırmalı, fiziki yüklənmə zamanı maye itkisini kompensasiya etməlidir.

Belə içkilərin tərkibinə asan mənimsənilən karbohidratlar və mineral maddələr (natrium, kalsium və maqnezium) daxildir. Çox vaxt bu qrup içkilər amin turşuları (qlütamin, karnitin, xolin, taurin) və kofeinlə zənginləşdirilir. Onları 3 qrupa bölürlər, izotonik, hipertonik və hipotonik. İzotonik içkilər karbohidratlara və lazımi qədər mayeyə malik olub, fiziki yüklənmə zamanı maye itkisini bərpa etmək imkanını yaradır.

Hipertonik işkilər pəhrizə hazırlıq komponenti kimi istifadə olunur, idmançıya sərf etdiyi enerji ehtiyatını, qida karbohidratlarını böyük miqdarda istifadə etmədən tez bərpa etməyə imkan verir.

Hipertonik içkilər orqanizmə kalori sərf etmədən (“layt” seryalı içkilər) su balansını normallaşdırmağa və bərpa etməyə köməklik edir. Enerjili içkilər əsasən gənclər üçün nəzərdə tutulur. Onlar üçün şəkərli-enerji mənbəyinin, vitaminlərin, kofeinin, taurinin və digər komponetlərin olması səciyyəvidir. Belə içkilərə misal “Qırmızı öküz”, (Avstriya), “Qırmızı xəritə” (Böyük Britaniya), “Enerjili içki İks” (Fransa) aiddir.

Sağlam içkilər kütləvi istifadə üçün nəzərdə tutulmaqla, daha məşhur içkilər sayılır. Bu içkilər vitaminlər, minerallar, doymamış yağ turşuları və qida lifləri ilə zəngin olub, ürək-damar, mədə-bağırsaq, onkoloji və digər xəstəliklərin qarşısını alır. İçkilərin əsas komponetləri, su (əsasən mineral su), meyvə-giləmeyvə şirələri, yaxud onların qarışığı, süd əsası və stimullaşdırıcı maddələrdir.

Qərbdə sağlam içkilər “ACE” seriyası altında məşhurdur. Bu içkilər onların tərkibinə daxil olan vitamin komponetlərinin adı ilə –A provitamini (beta-karotin), C və E adlanır.

İçkilər 20%-dən az olmayan şirəyə malik olur ki, bu da müxtəlif şirə qarışığından –portağal-gilas, alma-quşüzümü və s. ibarət olur.

“ACE” seriyalı içkilərə qida lifləri və doymamış yüksək dərəcədə təmizlənmiş balıq yağından alınan omeqa-3 yağ turşuları daxil olur.

Süd əsaslı içkilər, yağsızlaşdırılmış süddən və ayrandan ibarətdir. Məsələn, “Go Banana” (Almaniya) içkisi süddən və təzə banandan ibarətdir ki, bu da B qrupu vitaminləri, fol turşusu və kaliumla zəngindir.

“Mullermilch” kompaniyasının (Almaniya) südlü içkiləri məşhur olub, yağsızlaşdırılmış süddən, ayrandan, üzüm şəkərindən, E vitaminindən və B – qrupu vitaminlərindən ibarətdir.

Stimulyatorlu içkilərin tərkibinə kofein daxildir. Belə içkilərə “Orange Co” (Almaniya) aid olub, portağal, banan, limon, şirələri və yoqurt əsasında haqzırlanır. Buraya dekstroza və kofein də əlavə olunur.

Nutrisevtik içkilər yüksək qidalılıq dəyərinə və bioloji aktivliyə malik olur. Bu xüsusiyyət onların əlavə qida maddələri olan – vitaminlər, mikroelementlər, fosfolipidlər, əvəz olunmaz yağ turşuları, qida lifləri ilə və digər komponetlərlə zənginləşdirilməklə alınır. Belə içkilərə vitaminlərlə zənginləşdirilmiş meyvə-tərəvəz şirələri “V & Splash”, portağal –yerkökü “Vruit” aiddir.

Yaxın xaricdə, xüsusilə də Rusiyada funksional içkilərin təsnifatına ilk dəfə A.B.Oreşenko və A.D.Durnyovun işlərində rast gəlinir. Alimlər qeyd edirlər ki, funksional içkilərin müxtəlifliyi onların təsnifləşdirilməsində böyük çətinliklər yaradır. Bu və ya digər içkilər müxtəlif təsnifat qruplarına daxil ola bilər. Funksionallara 4 qrup içkilərə aid ümumi möhkəmləndici, profilaktik, adaptogen təsirli, xüsusi təyinatlı içkilər aid edilmişdir (şəkil 3.2).

“Quest UTS” firmasının mütəxəssisləri təbii bitki xammalından hazırlanan funksional içkiləri şərti olaraq əczaçılıq, neyroseptik, idman, enerjili və yaxşı əhval ruhiyyə yaradan içkilər kimi qruplaşdırırlar.

Əczaçılıq içkilərinə farmokoloji təsiri yoxlanılmış, terapevtik və profilaktik xüsusiyyətlərə malik olan. xəstəlik riskini azaldan içkilər aid edilir. Bu qrupa vitaminləşdirilmiş xüsusi seçilmiş vitamin tərkibli spesifik komponetlərlə zənginləşməsinə görə və əczaçılıq istiqamətli otlar kompozisiyasından hazırlanmış yüksək müalicə effektinə malik olan balzamlar aiddir.

Funksional içkilər



Ümumi qüvvətləndirici təsirli

Profilaktiki təsirli

Adaptogen təsirli

Xüsusi

təyinatlı təyinatlı

Essensial nutrientlərin hesabına optimal həyat fəaliyyətini təmin edir

Ayrı-ayrı pataloji xəstəliklərdə istifadə edilir, ekstremal təsirlərə dözümlüyü artırır

Yüksək intellektual və fiziki yüklənmədə orqanizmin optimal funksiyasını təmin edir

Ağırlaşmış,yeni əmələ gələn və korreksiya yolu ilə yaranan yeni xəstəliklərin profilaktikasını təmin edir

Nutrient və mikroelementlərə malikdir

Pəhriz üçün

Diabetə qarşı

Balanslı

Antimutagen

Somatik xəstəliklərinartma riskini azaldan içkilər

Immunstimul

laşdırıcı

Tonuslaşdırıcıı

Enerjili

Sakitləşdirici

Yırğalanmağaqarşı davamlı

Idmançı içkiləri

Müalicəvi içkilər

Hipertonik

k

İzotonik

Hipotonik

Şəkil 2. Alkoqolsuz funksional içkilərin təsnifatı (Rusiya).

Neyroseptik qrupa uzun müddətli təsirə malik, elmi cəhətdən insanların sağlamlığına təsiri sübut olunmuş inqredientlərə malik içkilər daxildir. Belə içkilərə karbohidrat mübadiləsi pozulmuş, şəkərli diabetdən və piylənmədən əziyyət çəkən insanlar üçün məxsusi olaraq hazırlanmış pəhriz içkilər aiddir.

İdman və energetik içkilər tonuslaşdırıcı effektə malik olmaqia orqanizimdə energetik prosesləri stimullaşdırır.

Yaxşı əhval-ruhiyyə yaradan içkilər müxtəlif makro və mikroelementlərə, balanslaşmış vitamin kompleksinə malik olur. Bu seriyadan olan içkilər insan orqanizmindən zərərli, toksiki maddələri çıxarır və ekoloji cəhətdən əlverişsiz regionlarda orqanizmin xəstəliklərə davamlılığını artırır.

Rusiya Elmi Tədqiqat Alkoqolsuz Pivə və Şərabçılıq Sənayesi İnstitutunun alimlərinin fikrincə sağlamlıq içkilərinə bütün alkoqolsuz içkilər çeşidini, yəni karbohidrat şərbəti, üzvi turşular əsasında, tamlı inqredientlər o cümlədən bioloji aktiv əlavələrlə birgə istehsal edilən bütün içkilər aid edilməlidir.

“Sağlamlıq içkisi” anlayışı öz-özlüyündə polikomponentli sistem olub, bitki və ya heyvan mənşəli təbii qida əlavələri ilə zənginləşdirilmiş, karbohidrata və üzvi turşulara malik olan içməli sudur.

Yeniyetmənin ümumi əsəb sisteminin möhkəmləndirilməsi üçün bədən çəkisinin formalaşması prosesinin normallaşmasını təmin edən təbii komponetlər, vitaminlər, mikro və makroelementlər, amin turşuları, qida lifləri və pektin maddələri ilə zəngin olan içkilər məsləhət görülür.

Herodietik içkilər üçün xarakterik cəhət onun tərkibində vaxtından əvvəl qocalmanın qarşısını alan maddələrin olmasıdır.

Bu maddələr orqanizmdə maddələr mübadiləsini yaxşılaşdımalı, radionuklidləri və ağır metalların duzlarını çıxarmalı, orqanizmdə oksidləşmə prosesinin qarşısını almalıdır. Belə maddələrə ilk növbədə antioksidantlar-askorbin turşusu, E vitamini, karotin və karotinoidlər, selen və flavonoidlər aiddir.

Ədəbiyyat mənbələrindən məlum olan funksional alkoqolsuz içkilərin çeşidlərinin təhlili əsasında təyinatına və tərkibinə görə aşağıdakı təsnifat verilmişdir (şəkil 4).

Funksional içkilər

Kütləvi təyinatlı

Ayrı-ayrı əhali qrupları üçün xüsusi təyinatlı

Şirəli

Dərman xammalı əsaslı



Kombinələşmiş tərkibli

Zənginləşdirilmiş

Dərman xammalından alınan şirə

Süd əsaslı

Dənli bitkilər əsaslı

Müalicəvi süfrə mineral sular əsaslı

Arıçılıq məhsulları ilə

Idmançılar üçün

İzotonik

Diabetlər üçün

herodietik

Uçaqlar üçün


Şəkil 4. Funksional alkoqolsuz içkilərin təsnifatı

Bu təsnifata görə funksional içkilər təyinatına görə 2 qrupa bölünür: kütləvi və ayrı-ayrı əhali qrupları üçün xüsusi təyinatlı içkilər.

Kütləvi təyinatlı içkilər istifadə olunan xammaldan və tərkibindən asılı olaraq şirəli, bitki və heyvan mənşəli, dərman xammalı əsaslı, kombinələşmiş tərkibli, zənginləşdirilmişlər kimi qruplara bölünür.

Kombinələşmiş tərkibli alkoqolsuz içkilər dərman bitkisi ekstraktlı şirələrə, süd əsaslı, dənli bitki əsaslı, təbii müalicəvi-süfrə mineral sularına və arıçılıq məhsulları içkilərinə bölünür.

Zənginləşdirilmiş içkilər və ya bir neçə funksional inqredientlərin ənənəvi içkilərə əlavə edilməsi yolu ilə alınan funksional içkilər olub, insan orqanizmində qida maddələrinə olan çatışmazlığın yaranmasının qarşısını almağa, həmçinin baş vermiş çatışmazlığın aradan qaldırılmasına köməklik edir.

Zənginləşdirilmiş içkilər öz tərkibində ayrı-ayrı mikronutrientlərdən (vitaminlər, makro və mikro elementlər, əvəz olunmayan amin turşuları, qida lifləri və s. maddələr) ibarət olan bioloji aktiv maddələrə malik olur. Bunlar xüsusi balanslaşdırılmış qaydada mikronutrient qarışığından, dərman və digər xammaldan alınan bioloji aktiv maddələr konsentrantından ibarət olur.

Zənginləşdirilmiş içkilər əlavə olaraq, şirələrə, dərman bitkilərinin ekstrakt və cövhərinə, süd zərdabına və s. xammala da malik ola bilər.

Ayrı-ayrı əhali qrupları üçün xüsusi təyinatlı içkilərə fizioloji dəyərli inqredientlər aiddir. Onların xüsusiyyətləri təyin edilir və elmi cəhətdən əsaslandırılır. Bu qrupda olan içkilər idmançılar, izotonik, şəkər xəstələri üçün, herodietik, uşaqlar üçün və s. ola bilər.

Funksional alkoqolsuz içkilərin çeşidi və qidalanmada onların rolu

Şirəli içkilər. Şirəli içkilər meyvə-tərəvəz şirələrindən o cümlədən qıcqırmış və ya bir neçə şirə növündən ibarətdir. Bir sıra ənənəvi şəkərli şirəli içkilər, o cümlədən – üzüm, alma, gilas, quşüzümü, çiyələk və digər şirə qarışıqları məlumdur. Bu içkilərin çeşidi kifayət qədər çoxdur.

Üzüm şirəsi əsasında “Andrieş”, “Vinoqradnıy”, “Krasnaya şapoçka”, “Pyos i kot” içkiləri istehsal olunur. Bu içkilərin tərkibində askorbin turşusu 10-15 mq/100 ml olur və içkilərin profilaktiki xüsusiyyətini artırır.

Alma şirəsi “Armudlu”, “Almalı”, “Qızıl ranet” içkilərinin tərkibində olur. “Vişnyovıy” və “Detskiy” içkilərində gilas şirəsi, “Klubnika” içkisində - çiyələk şirəsi olur. İçkilərdə şirənin miqdarı orta hesabla 9,5 % təşkil edir.

Sitrus şirələri “Zolotistıy”, “Zolotistıy apelsin”, “Qranat” və s. alkoqolsuz içkilərin əsasını təşkil edir.

Şirəli alkoqolsuz içkilər istehsalında yeni istiqamət tərəvəz şirələrinin, xüsusilə çuğundurun istifadəsidir. Çuğundur şirəsi əvvəlcədən süd turşusu bakteriyaları tərəfindən qıcqırmaya məruz qalır. Nəticədə içkidə süd turşusu toplanır və şirədə olan bioloji aktiv maddələrlə birgə insan orqanizmini müxtəlif infeksiyalardan qoruyur. İçkinin reseptinə çuğundur şirəsi ilə yanaşı alma və quş-üzümü şirəsi də qatılır. İçki radioprotektor və antikanserogen xüsusiyyətə malik olur.

Mogilyov Texnoloji İnstitutunun alimləri “Yantarnıy” və “Zarnisa” alkoqolsuz içkilərini cəfəri, çuğundur və alma şirəsindən birgə istifadə etməklə hazırlamışlar. Cəfəri və çuğundur tərkibindəki vitaminlər, mineral və pektin maddələrinin hesabına insan orqanizmindən zəhərli maddələri və radionuklidləri, ağır metalların duzlarını çıxarmaq qabiliyyətinə malik olur və bununla da orqanizmi ətraf mühitin zərərli təsirindən qoruyur. İçkilər təbii “Sosna” mineral suyunda hazırlanır. İçkilərdə dabbaq, rəng, petkin və mineral maddələrin, C vitamininin yüksək miqdarı qeyd olunmuşdur ki, bu da onun qidalılıq dəyərini və müalicəvi xüsusiyyətini artırır.

Alkoqolsuz içkilərin müasir çeşidində bir qayda olaraq şirələr, dərman bitkilərinin ekstraktları, süd zərdabı və arıçılıq məhsulları ilə birgə istifadə olunur.

Dərman bitkiləri əsasında hazırlanan içkilər. Funksional içkilərin yaradılmasında perspektiv istiqamətlərdən biri geniş əczaçılıq istiqamətli maddələrə malik olan bitki xammalından alınan cövhər və ekstraktlardan istifadə edilməsidir. İçkilərin tərkibində olan bitki ekstraktları orqanizmin tonusunu, əsəb sisteminin adaptiv imkanlarını artırmaqla orqanizmi ətraf mühitin əlverişsiz amillərinə müqavimətini gücləndirir, həmçinin antioksidant xüsusiyyətlərə malik olur.

Ənənəvi, şəkərli, texniki-dərman xammalından alınan cövhər və ekstraktlara malik olan içkilərdən “Tonuslaşdırıcı sayanlar”, “Tərxun”, “Sumax”, “Dəfnə yarpaqlı” və s. göstərmək olar.

Təbii fizioloji aktiv komponetlərlə zənginləşdirilmiş və insan orqanizmində onların müəyyən miqdar səviyyəsini yaradan içkilər, insan orqanizminə sağlamlaşdırıcı və profilaktik təsir göstərir.

İçkilərin istifadəsi orqanizmi ağır metal ionlarından təmizləyir, ion şüalanmasının neqativ təsirini, qanda xolesterinin miqdarını, toksinləri azaldır, orqanizmin ətraf mühitin əlverişsiz amillərinə qarşı davamlılığını artırır.

Belə içkilərə “Baykal”, “Peresvet”, “Tayejnıy rodnik”, “Sozvezdye”, “İspolin” və s. aiddir.

Bu içkilərdən ən məşhuru “Baykal”dır. Onun tərkibində biyan kökü və qax otunun ekstraktlı maddələri ilə limon, evkalipt, dəfnə və ağ şam ağacının efir yağları ilə müvəffəqiyyətli uyğunluğu vardır. İçkinin bütöv təbiii komponetlərinin hər biri ekstraktiv maddələrinə görə dozaları reqlamentləşdirilir.

Hal-hazırda klassik “Baykal” ilə yanaşı təbii şirinləşdirici-steviaziddən istifadə edilir. Bu içkinin kalorisi olmasa da onun tonuslaşdırıcı xüsusiyyəti vardır.

Qədim zamanlardan məlumdur ki, təzə meyvələrin şirələri nəinki xəstəlikləri müalicə edir, hətta onların qarşısını da alır. 1939-cu ildə Amerikalı naturoloq Normann Uokerin “Şirələrlə müalicə” kitabı nəşr olunmuşdur. Müəllif qeyd edirdi ki, şirələrdə 90 % su var. Bu su əsl dirilik suyudur. O, insan orqanizmində vitaminlərin, mikro elementlərin, üzvi turşuların miqdarının artmasına səbəb olur. İstənilən şirə mədə şirəsinin fəaliyyətini tənzimləyir, qanda xolesterinin miqdarını normallaşdırır və toksinləri orqanizmdən kənarlaşdırır. Şirələrin tərkibində olan fitonsidlər antimikrob xüsusiyyətinə malik olduğundan, mədədəki zərərli mikrobları məhv edə bilir. Təzə hazırlanmış şirələrdə C vitamini və kalsiumun miqdarı çox olur.



Kombinələşmiş tərkibli içkilər. Kombinələşmiş tərkibli içkilərin əsasını minimum 2 material (şirə və əlavə edilmiş komponet) təşkil edir:

  • şirələr və dərman bitkiləri;

  • şirələr və süd zərdabı;

  • şirələr və dənli bitkilərin ekstraktı.

Şirələrin və dərman bitkilərinin ekstraktının alkoqolsuz içkilərin tərkibində birgə tətbiqi, onların funksional xüsusiyyətlərini gücləndirir.

Krasnodar Elmi Tədqiqat Kənd Təsərrüfatı məhsullarının saxlanması və emalı institutu tərəfindən “Smuqlyanka” və “Oçi çornıye” içkilərinin alma şirəsi və yunan qozunun və yarpağının, süd-mum sütülü əsasında reseptini işləyib hazırlamışlar.

İçki maddələr mübadiləsini yaxşılaşdırır, orqanizmin immunitetini yüksəldir, asan mənimsənilən yoda malik olur və bütün əhali qrupları üçün məsləhət görülür, həmçinin qalxanvari vəzi, ürək-damar və ateroskleroz xəstələri üçün də faydalı sayılır.

Belə içkilərin yaradılması sahəsində aktiv tədqiqatlar Kemerovo Qida Sənayesi Texnoloji İnstitutunda da aparılır. Alimlər tərəfindən məqsədli funksional təyinatlı içkilər üçün konsentratlar seriyası işlənib hazırlanmışdır. Bu içkilər tonuslaşdırıcı, sakitləşdirici, ümumi möhkəmləndirici və s. olur. İçkilər bitki xammalı ekstraktından C vitamini əlavə edilməklə hazırlanır.

“Deler” kompaniyası funksional içkilərin innovasiya layihəsini təqdim etmişdir. Bu layihənin əsasında “meyvə+ot” konsepsiyası durur. Meyvə və otların faydalı xüsusiyyətlərinin kombinasiyaları yaxşı dada və istiqamətlənmiş məqsədli içkilər alınmasına köməklik edir.

Bu içkilər istehsalında orqanizmin müdafiə gücünü artıran “İmmun müdafiəsi” sakitləşdirici “Relaks” və “Stimulyasiya” tipli olmaqla 3 istiqamət müəyyənləşdirilmişdir.

Ailə üçün nəzərdə tutulan “İmmun müdafiəsi” tipli içki üçün meyvə kimi qara üzüm sortlarından, çiyələkdən, limon, gilas və portağaldan bitki xammalı kimi hibiskus, rudbeki çiçəyinin kökündən və cökə çiçəyindən istifadə edilməsi məsləhət görülür. Şirə, içkidə 50%-dək olur.

“Relaks” sakitləşdirici içkisinin reseptinə alma şirəsi (30%-dən çox), bitki xammalı kimi isə nanə, yaşıl çay, mayaotu, çobanyastığı və limon otu daxildir.

Qeyd etmək lazımdır ki, sakitləşdirici içkinin xammalının tərkibinin seçilməsi yaşıl çayın tonuslaşdırıcı xüsusiyyəti nəzərə alınmadan həyata keçirilmişdir.

“Stimulyasiya” içkisi fiziki və əqli əməklə məşğul olanlar üçün nəzərdə tutulmuşdur. İçkinin meyvə əsasını alma şirəsi, digər faydalı komponetlərini isə yaşıl çay, quaran, yemişan, jenşen, eleuterekokk təşkil edir.



Süd əsaslı alkoqolsuz içkilər. Süd əsaslı alkoqolsuz içkilər – istehsalı heç də yeni istiqamət deyildir. Voronej Dövlət Texnoloji Akademiyasının mütəxəssisləri az kalorili, şor zərdabı, ultrafiltratlı və təbii şirinləşdirici – steviazidli alkoqolsuz içkilər təklif etmişlər. İçkilər yeni keyfiyyətdə orqanoleptik göstəricilərə, yüksək fizioloji dəyərə, aşağı kaloriyə malikdir. Bu içkilər geniş vitamin spektrinə (B1, B2, B6, xolin) malik olurlar ki, bu da toksiki maddələrin zərərsizləşdirilməsində böyük rol oynayır. İçkilərin tərkibində eyni zamanda makroelementlər (kalsium, fosfor, maqnezium, natrium və s.), sərbəst amin turşuları, yarımdoymamış yağ turşuları, flavonoidlər və digər birləşmələr olur. Bu içkilər insanın həzm, əsəb, ürək-damar sitemlərinə müsbət təsir edir, orqanizmin xəstəliklərə müqavimətini artırır.

Mineral su əsaslı alkoqolsuz içkilər - Təbii mineral-süfrə sularının profilaktiki xüsusiyyətləri, içkinin tərkibinə meyvə-giləmeyvə və texniki dərman xammalı əlavə edildikdə daha da artır.

Kemerovo Qida Sənayesi Texnoloji İnstitutunun alimləri tərəfindən vitaminləşdirilmiş mineral su, meyvə, giləmeyvə, dərman bitki xammalı əsaslı alkoqolsuz içkinin texnologiyası təklif olunmuş və resepti işlənmişdir.



Arıçılıq məhsulları əsaslı alkoqolsuz içkilər -Alkoqolsuz içkilərin profilaktiki xüsusiyyətlərinin gücləndirilməsi arıçılıq məhsulları hesabına yaranır (bal, çiçək tozu). Bal və çiçək tozcuğunun covhəri şərbətə bənzər konsentratın komponetləridir. Konsentratın tərkibinə həmçinin jenşenin ekstraktı, qax otu, dərman xəşəmgülü və yemişan meyvələri daxildir.

Dərman xammalı müxtəlif əczaçılıq səmərəsinə malik olur. Bu onun tərkibində olan saponinlərin (jenşen, yemişan, qax otu), alkoloidlərin (jenşen), flavonoidlərin (qax otu), qlükozidlərin (jenşen, yemişan), terpenoidlərin (yemişan), həmçinin dabbaq maddələrinin (yemişan, qax otu), efir yağlarının (jenşen, xəşəmgülü), vitaminlərin (jenşen, xəşəmgülü, qax otu), mineral maddələrin (jenşen), üzvi turşuların (yemişan) olmasından irəli gəlir.

Bal və çiçək tozcuğu şərbəti, mikroelenmtlərlə, vitaminlərlə və digər maddələrlə zənginləşdirilir.

Dən xammalı əsaslı alkoqolsuz içkilər. Dən xammalı əsasında alkoqolsuz içkilər emalı çox orijinaldır. Orlov Dövlət Texniki Universitetində dənlərdən qarabaşaq, yulaf və darının emal məhsullarının ekstraktının istifadə imkanları öyrənilmişdir. Dənli bitkilərin emal məhsullarının ekstraksiyasını 2 mərhələdə dən kütləsini fermentativ hidroliz və su-spirt ekstraksiyası etməklə başa çatdırırlar. Alkoqolsuz içkilərin reseptinə dənlərin ekstraktının əlavə edilməsi, hazır məhsulun qida və bioloji dəyərinin yüksəlməsinə səbəb olur.

Qıcqırmış tərəvəz şirələrinin və dən xammalı substratlarının istifadəsinin tədqiqi də təqdirəlayiqdir. Xüsusi işlənmiş yulaf substratının və cuğundur şirəsinin süd turşusu bakteriyaları ilə qıcqırdılması içki əsası kimi istifadə edilə bilər. Məsələn, şəkər şərbəti və süd cövhəri ilə, həmçinin sərbəst istifadə üçün yulaf yüksək qidalılıq dəyərinə malikdir. Çünki onun tərkibində aşağıdakı maddələr optimal nisbətdədir: zülallar, yağlar bə karbohidratlar, həmçinin vitamin, riboflavin, piridoksin, nikotin və pantoten turşuları, biotin, E vitamini və beta-karotin.

Mətbəx çuğundurunun tərkibində vitaminlər (tokoferol, niasin, piridoksin, askorbin turşusu), makro və mikroelementlər (Ca, K, Mg, P, S, B, Y, Co, Fe, Mn, Mo, F, Se), pektin və digər maddələr vardır.

BAƏ-lə zənginləşdirilmiş içkilər -Məlumdur ki, qidalanmada mikronutrientlərin çatışmazlığı, insan orqanizminiə zərərli ekoloji şəraitin və yüksək radiasiya fonunun mənfi təsirini, onkoloji xəstəliklər riskini gücləndirir.

Dünya təcrübəsi göstərir ki, BAƏ (bioloji aktiv əlavələr) məhsulların tərkibində istifadəsi, onların qida dəyərinin artırılmasında və qidalanmada çatışmayan mikronutrientlərin sayının azaldılmasında səmərəli istiqamətdir.

Moskva Dövlət Qida Sənayesi Universitetində müalicə-profilaktika istiqamətində yeni qeyri-ənənəvi BAƏ mikroyosun spirulin plantensisdənistifadə edərək alkoqolsuz içkilər hazırlanmışdır.

Mikroyosunun içkilərin reseptində istifadə olunması vitaminin, makro və mikro elementlərin, həmçinin əvəzolunmayan amin turşularının çatışmazlığının kompensasiya edilməsinə imkan verir və funksional xüsusiyyətli məhsullar alınmasına səbəb olur.

BAƏ-in tərkibində əvəzolunmayan amin turşularının tam dəstinə malik olan zülal, vitaminlər kompleksi (B qrupu, beta-karotin), fol turşusu (niasin, tokoferol, askorbin turşusu), makro və mikroelementlər (K, P, Fe, Ce, Mg, Ca, Mo, W) və digər maddələr olur.

Mövzu 8. Qida yağlarının xarakterizəsi və funksional xüsusiyyətləri

PLAN:

Qida yağlarının təsnifatı

2. Bitki yağlarının funksional xüsusiyyətləri və xarakterizəsi

3.Bitki yağlarının kimyəvi tərkibi

4.Ərinmiş qida yağlarının funksional xüsusiyyətləri və xarakterizəsi


ƏDƏBİYYAT


  1. Кацерикова Н.В. Технология продуктов функционального питания. Кемерово.2004.-146 с.

  2. Касьянов Г.И., Шаззо Р.И. Функциональные продукты питания. – М:Просвещение, 2000. – 115 с.

  3. Теплов В.И., Белецкая Н.М. и др. Функциональные продукты питания. – М:А-Приор, 2008. – 234 с.

  4. Функциональные продукты питания. – Коллектив авторов М:Кнорус, 2012. – 303 с.

  5. Устинова А.В., Тимошенко Н.В Продукты для детского питания на основе мясного сырья".- М.: ВНИИМП, 2003. - 438 с.

  6. Смоляр В.И. Рациональное питание. Киев: Наукова думка, 1995 г. - 268 с.

  7. Гудков А.В., Гудков С.А., Козловская М.А. и др. Бифидобактерии: биологическая роль в жизнедеятельности человека и животных. Производство бифидосодержащих продуктов. – Углич: ВНитс, 1999 г. – 85 с.

  8. Гумовская И. Питание людей пожилого возраста. - Варшава: Ватра. - 1984. - 93 с.

  9. Доценко В.А., Бондарев Г.И., Мартинчик А.Н. Организация лечебно-про-филактического питания. - М.: Медицина, 1987. - 215 с.



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə