Nazim Eminov



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə7/53
tarix18.05.2018
ölçüsü5,08 Kb.
#44904
1   2   3   4   5   6   7   8   9   10   ...   53

18 
Az.KTİETİ, Elmi Əsərləri 2017/3 səh. 92-95 
 
UOT: 316.422:332.1 
 
KƏND TƏSƏRRÜFATINDA İNNOVASİYA FƏALİYYƏTİNİN 
MALİYYƏLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ 
 
F
ətəliyeva Aynur Oruc qızı  
AKTN KTİETİ-nun fəlsəfə hazırlığı üzrə doktorantı 
 
XÜLASƏ 
Aqrar sferada innovasiya f
əaliyyətinin  inkişafı  ilə  bağlı  həyata keçirilən tədbirlər müəssisələri 
r
əqabətqabiliyyətli, elmtutumlu məhsullar  istehsalına  yönəlməklə,  yeni  texnologiyaların  tətbiqinə, 
elmi-texniki t
ərəqqinin  imkanlarından  daha  səmərəli  istifadəyə  istiqamətləndirir.  Bu məsələlər 
maliyy
ə təminatı sistemi ilə bilavasitə bağlıdır. Kənd təsərrüfatı müəssisələrinin fəaliyyətində daxili 
v
ə  xarici maliyyə  mənbələri  mühüm  rol  oynayır.  Ona  görə  də  kənd təsərrüfatında  innovasiya 
f
əaliyyətinin  geniş  miqyaslı  inkişafı  və  onun maliyyə  təminatı  üçün  investisiyalaşma  prosesinə 
kompleks şəkildə diqqət yetirmək lazımdır. 
Açar sözl
ər: innovasiya, maliyyərəqabət, səmərə, stimullaşdırma, təkmilləşdirmə. 
 
K
ənd təsərrüfatında  innovasiya  fəaliyyətinin  inkişafı  bu  sahədə  mövcud müəssisə  və 
t
əsərrüfatların  daxili  və  xarici bazarlarda fəaliyyəti ilə  birbaşa  bağlıdır.  Ölkənin  aqrar  sferasında 
innovasiya f
əaliyyətinin  inkişafı  ilə  bağlı  həyata keçirilən tədbirlər, qəbul edilən proqram və 
konsepsiyalar bu prosesin sür
ətləndirilməsi üçün daha əlverişli zəmin yaratmaqdadır. İqtisadiyyatın 
bu  mühüm sah
əsində  innovasiya fəaliyyətinin  inkişafı  müəssisələri rəqabətqabiliyyətli, elmtutumlu 
m
əhsullar istehsalına  yönəlməklə,  yeni  texnologiyaların  tətbiqinə, elmi-texniki tərəqqinin imkan-
larından  daha  səmərəli və  geniş  şəkildə  istifadəyə  istiqamətləndirir  (2).  İnnovasiya fəaliyyətinin 
inkişafı  yeni  məhsul  istehsalı  ilə  yanaşı,  istehsal  olunan  məhsulların  keyfiyyət göstəricilərinin 
yüks
əlməsində də öz əksini tapır, onların bazarın istehlak tələblərinə uyğunlaşmasına əsaslı təsir edir. 
K
ənd təsərrüfatı müəssisələrinin innovasiya fəaliyyətinin səmərəliliyi müasir tələblərə uyğun məhsul 
istehsalının  təşkilini,  xərclərin minimuma endirilməsini və  əldə  edilən mənfəətinin səviyyəsinin 
artırılmasını şərtləndirən başlıca istiqamətlərdəndir. Qeyd edilənlər innovasiya fəaliyyətinin təşkilinin 
v
ə inkişaf perspektivlərinin müəyyənləşdirilməsində xüsusi əhəmiyyət kəsb edir. Araşdırmalar aqrar 
sferada innovasiya f
əaliyyətinin  inkişafında  aşağıdakı  istiqamətlərə  xüsusi diqqət  yetirilməsinin 
vacibliyini ön
ə çəkir:  
-
 
m
əhsul istehsalında xammal və resurslardan səmərəli şəkildə istifadə edilməsi; 
-
 
elmi-texniki t
ərəqqinin istehsalata tətbiqi  səviyyəsinin yüksəldilməsi
-
 
maddi-texniki resurslarla t
əminat səviyyəsinin yüksəldilməsi; 
-
 
investisiya  qoyuluşlarının  artırılması  və  investisiyaya  daha  çox  ehtiyaclı  sahələrin tələbatının 
öd
ənilməsinə üstünlük verilməsi; 
-
 
innovasiya potensialının yaxşılaşdırılması və inkişafının təmin edilməsi (3). 
K
ənd təsərrüfatında innovasiya fəaliyyətinin inkişafı investisiya fəallığının yüksəldilməsinə ciddi 
t
əsir göstərir. Müasir şəraitdə bu amil zəruri investisiya və kapital qoyuluşlarına olan tələbatın bazar 
t
ələbi ilə əlaqələndirilməsini zəruri edir.  
K
ənd təsərrüfatında  innovasiya fəaliyyətinin  inkişafı  onun  əsas xüsusiyyətlərinin nəzərə 
alınmasını  tələb etməklə  elmi-texniki tərəqqini sürətləndirəcək sahələrin və  onların  maliyyələşmə 
potensialının  artırılmasına  dəstəyin gücləndirilməsinə  önəm verilməsini zəruri edir.  Məhsul 
istehsalına  yeni  texnologiyaların  tətbiq  olunması  imkanlarının  artırılması  innovasiya  fəaliyyətinin 
informasiya  bazasının  təşkilini,  eləcə  də  ölkədə  elmi-texniki informasiya mübadiləsinin çevik və 
t
əkmil sisteminin yaradılmasını  ön  plana  çəkir.  Bundan  başqa  kənd təsərrüfatının  inkişaf  xüsusiy-
y
ətlərindən  asılı  olaraq,  prioritet və  innovativ layihələrin maliyyələşdirilməsi müxtəlif maliyyə 
m
ənbələrinin istifadəsi üçün səmərəli və güzəştli şəraitin yaradılmasını zəruri edir.  


19 
Araşdırmalardan  məlum olur ki, kənd təsərrüfatı  müəssisələrinin innovasiya strukturunun 
inkişafı,  onların  fəaliyyətinin müasir tələblər  baxımından  təşkili,  idarəetmə  sisteminin 
t
əkmilləşdirilməsi kimi məsələlərin həlli ilə  birbaşa  bağlıdır  (1).  Bu  isə  özündə  maliyyə  təminatı 
sisteminin n
ə  dərəcədə  əhəmiyyət kəsb etdiyini göstərir. Maliyyələşmə  həm daxili, həm daxili 
m
ənbələr  hesabına  həyata keçirilir. Kənd təsərrüfatı  müəssisələrinin fəaliyyətində  daxili maliyyə 
m
ənbələri mühüm rol oynayır. Belə ki, kənar mənbələrdən istifadə zamanı müəssisələr əksər hallarda 
ciddi probleml
ərlə üzləşir. İnnovasiya fəaliyyətinin geniş miqyaslı inkişafı və onun maliyyə təminatı 
üçün daxili v
əziyyət nəzərə alınmaqla, investisiyalaşma prosesinə xüsusi diqqət yetirmək zəruridir.  
İnnovasiya fəaliyyətinin inkişafında və onun səmərəli maliyyələşmə sisteminin yaradılmasında 
vacib m
əsələlərdən biri də innovasiya modelinin yaradılmasıdır. Mövcud model iqtisadi inkişafa təsir 
edib, istehsal v
ə  xidmət sahələrində  yüksək elmi-texniki tərəqqi proseslərinə, təkmil texnoloji 
avadanlıqların  tətbiqinə  əlverişli  mühit  yaradar.  İnnovasiya  modelinin  yaradılmasına  kompleks 
yanaşmaya xüsusi diqqət yetirilməlidir. İnnovasiya modelində aktiv investisiya qoyuluşlarının iştirakı 
aşağıdakı amillərlə xarakterizə olunur: 
-
 
sosial-
iqtisadi  inkişaf  səviyyəsindən  asılı  olaraq,  yüksək  texnologiyaların  tətbiqinin 
d
əstəklənməsi; 
-
 
elmin v
ə innovativ inkişafın stimullaşdırılması.  
İqtisadi  ədəbiyyatlarda  iqtisadiyyatın,  elmi  tədqiqatların  və  innovasiya tədbirlərinin daha 
perspektivli maliyy
ələşmə sahələri kimi aşağıdakılara diqqətinin artırılması zəruri hesab edilir: 
-
 
yeni və ekoloji cəhətdən təkmil texnologiyalar; 
-
 
istehsal prosesinin və idarəetmə sisteminin müasir tələblər baxımından təşkili (4); 
-
 
yeni nəsil cihazların, texnologiyaların və s. istehsalı; 
-
 
daha təkmil ekoloji sistemin yaradılmasına xidmət edən avadanlıq və texnologiyaların istehsalı. 
İnnovasiya maliyyələşməsi kənd təsərrüfatında iqtisadi inkişafın keyfiyyət dəyişikliklərinə səbəb 
olmaqla,  resurslardan daha q
ənaətlə və səmərəli istifadəyə, intellektual səviyyəli əməyin inkişafına, 
n
əticədə isə ölkədə makroiqtisadi göstəricilərin yüksəlməsinə əhəmiyyətli təsir göstərə bilər.  
İnnovasiya  fəaliyyətinin maliyyələşməsinin səmərəli  sisteminin  yaradılması  mövcud 
qanunvericilik bazasının təkmilləşdirilməsi ilə birbaşa bağlıdır. Belə  yanaşma yalnız innovasiya və 
elmi-
texniki yönümlü hüquqi bazanın yaradılması ilə deyil, həmçinin investisiya və bu sahə ilə bağlı 
iqtisadi,  ekoloji  qanunların  təkmilləşdirilməsi ilə  də  əlaqələndirilməlidir. Müvafiq hüquqi bazada 
innovasiya f
əaliyyətinin maliyyələşmə  mexanizminin  yaradılması  əsas götürülməklə  həmin 
f
əaliyyətin  inkişafına,  stimullaşmasına  yönəlmiş  tənzimləyici  müddəaların  da  əlavə  olunması 
z
əruridir.  
İnnovasiya  sferasının  və  onun maliyyələşmə  sisteminin  inkişafı,  stimullaşdırılması  ilə  bağlı 
t
ədbirlər innovasiya fəaliyyətinin inkişafı, onun maliyyələşmə sisteminin, hüquqi-normativ bazasının 
t
əkmilləşməsi, maliyyə-kredit və büdcə resurslarından istifadədə geniş və səmərəli güzəştlərin təmini, 
k
ənd təsərrüfatı  müəssisələrinin maliyyə-təsərrüfat fəaliyyətinin müasir tələblər  baxımından  təşkili 
kimi mühüm m
əsələləri nəzərdə tutur. Ümumiyyətlə, kənd təsərrüfatında innovasiya fəaliyyətinin və 
onun maliyy
ələşmə  sisteminin müasir tələblər  baxımından  təşkilində  aşağıdakı  məsələlərə  xüsusi  
diqq
ət yetirilməlidir: 
-
 
mövcud hüquqi-
normativ bazanın innovasiya və elmi-texniki tərəqqinin inkişafına yönəlməsi ilə 
bağlı təkmilləşdirilməsi; 
-
 
innovasiya, elmtutumlu v
ə rəqabətyönümlü müəssisələrin stimullaşdırılması; 
-
 
innovativ resurslardan istifad
ədə və innovasiya fəaliyyətinin maliyyələşməsində bank-kredit və 
büdc
ə resurslarının istifadəsi ilə bağlı cəlbedici mexanizmin yaradılması. 
K
ənd təsərrüfatında innovasiya fəaliyyətinin stimullaşdırılmasında əsas amillər olan çevik əmək 
v
ə  maliyyə  bazarının  yaradılmasına  da  xüsusi  diqqət yetirilməsi vacibdir. Bu həm səmərəli 
maliyy
ələşmə, həm də  onun məqsədyönlü istifadə  istiqamətlərini yaratmaqla elmtutumlu və 
r
əqabətyönümlü məhsul  istehsalının  və  satışının  mərhələlərini  tamamlamış  olur.  İnnovasiya 
f
əaliyyətinin maliyyələşdirilməsi, bu sahəyə  investisiya  yatırımı  mexanizmi  aşağıdakı  amilləri 
özünd
ə  ehtiva edir:  
-
 
maliyyələşmə ilə bağlı risk kapitalının təşəkkülü, risklərin qiymətləndirilməsi;  


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə