Neyrocərrahiyyə


) Gərgin residiv spontan pnevmotoraks zamanı aşağıdakılardan hansı göstərişdir?



Yüklə 1,25 Mb.
səhifə16/17
tarix20.09.2017
ölçüsü1,25 Mb.
#1014
1   ...   9   10   11   12   13   14   15   16   17

908) Gərgin residiv spontan pnevmotoraks zamanı aşağıdakılardan hansı göstərişdir?
A) Torakotomiya

B) Plevra boşluğunun aktiv aspirasiyası ilə birgə drenləşdirilməsi

C) Plevral punksiya

D) Torakoskopiya

E) Plevra boşluğunun Bulau tipli drenləşdirilməsi
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
909) Hansı maddə ilə plevrodez apararkən ən möhkəm bitişmə müşahidə olunur?
A) Yodla

B) Autoqanla

C) Talkla

D) Tetrasiklinlə

E) NaCl-un hipertonik məhlulu ilə
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
910) Ağciyərin ağırlaşmamış exinokokkozunda hansı üsul ən çox icra olunur?
A) Birmomentli exinokokektomiya

B) İkimomentli exinokokektomiya

C) Ağciyərin atipik rezeksiyası

D) Pulmonektomiya

E) Lobektomiya, bilobektomiya
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
911) Ağciyərin exinokokkozunun gedişini ağırlaşldıran piopnevmotoraksın xüsusiyyətləri hansılardır?
A) Şokun klinik mənzərəsi

B) Plevradaxili qanaxma ilə birgə rast gəlinməsi

C) Anafilaktik reaksiyanın, əksər hallarda övrənin inkişafı

D) Gərgin «qaz» sindromunun tez inkişaf etməsi

E) Qeyd edilən ağırlaşmanın inkişafı zamanı vəziyyətin pisləşməsi
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
912) Ağciyərin preinvaziv xərçəngi aşağıdakı hüdudlardan hansını keçməyən şişdir?
A) Səthi epitelial qatı

B) Epitelial səfhənin bazal membranını

C) Bronx divarının selikaltı qatını

D) Bronxun əzələ qatını

E) Bronx divarını
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
913) Ağciyər şişinin daha tez-tez rast gəlinən metastazvermə yolu hansıdır?
A) Limfogen və implantasion

B) Limfogen və hematogen

C) Bütün metastazvermə yolları eyni dərəcədə

D) Hematogen və implantasion

E) Limfogen
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
914) Ağciyərin xoşxassəli şişləri arasında ən çox rast gəlinəni hansıdır?
A) Mioma

B) Nevrinoma

C) Fibroma

D) Hamartoma

E) Adenoma
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
915) Ağciyərin bədxassəli hamartoması morfoloji olaraq nəyə aid edilir?
A) Sarkomaya

B) Karsinomaya

C) Teratomaya

D) Apudomaya

E) Xərçəngə
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
916) Ağciyər xərçəngi hansı mənşəli bədxassəli şişdir?
A) Mezenximal

B) Epitelial

C) Mezotelial

D) Bronxlardan və ağciyərdən inkişaf edən istənilən hestogenezə malik

E) Ağciyər toxumasında yerləşən istənilən şişdir
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
917) Ağciyər xərçənginin hansı klinik-anatomik formaları ayırd edilir?
A) Endobronxial, peribronxial, parenximatoz

B) Kökətrafı, parenximatoz, qarışıq

C) Ekzofit, endofit, parenximatoz

D) Düyünlü, infiltrativ, qarışıq

E) Mərkəzi, periferik, atipik
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
918) Ağciyərin mərkəzi xərçənginin erkən mərhələsinə hansısı aiddir?
A) T1N0M0 mərhələsində olan xərçəng

B) T1-2N0M0 mərhələsində olan xərçəng

C) Intraepitelial xərçəng

D) Gizli xərçəng

E) Rentgen-neqativ xərçəng
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
919) Şişin aşağıdakı strukturlardan hansına sirayət etməsi ağciyər xərçənginin cərrahi müalicəsinə mütləq əks-göstərişdir?
A) Tək venaya

B) Perikarda

C) Fəqərə cisimlərinə

D) Döş qəfəsi divarına

E) Diafraqmaya
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
920) Traxeyanın əməliyyatdan sonrakı «son» defekti dedikdə hansı başa düşülür?
A) Traxeostomik fistula

B) Diametri baş bronxa bərabər və ya ondan böyük olan traxeoplevrotorakal fistula

C) Traxeoplevral fistula

D) Istənilən diametrli traxeoezofageal fistula

E) Traxeal fistula
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
921) Traxestomiyanın traxeotomiyadan fərqi nədir?
A) Traxeyaya cərrahi yaxınlaşmanın həyata keçirilməsi

B) Traxeya mənfəzinə kanyulanın yeridilməsi

C) Həyata keçirilməsinin müddəti

D) Həyata keçirilməsinə göstəriş

E) Traxeyanın kəsilmə üsulu
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
922) Bronxların yad cisimlərinin ən çox yerləşdiyi lokalizasiya hansıdır?
A) Sol baş və linqulyar bronxlar

B) Sağ və sol aşağı pay bronxları

C) Sağ ara və sol linqulyar bronxlar

D) Sağ və sol baş bronx

E) Sağ baş, ara və aşağı pay bronxları
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
923) Döşdaxili ur zamanı əməliyyata göstəriş hansı hallarda yaranır?
A) Vəzin bədxassəli şişə çevrilmələri

B) Tireotoksikoz simptomlarının aşkar edilməsi

C) Qeyd edilən patologiya aşkar edilən bütün hallar

D) Divararalığı və boyun orqanlarının kompressiyasının inkişafı

E) Kardio-reaspirator sindromların və disfagiyanın inkişafı
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
924) Miasteniyanın konservativ müalicəsinin əsas prinsipləri hansılardır?
A) Asetilxolin defisitinin korreksiyası və autoimmun proseslərin ləngidilməsi

B) Immunkorrektorların istifadəsi

C) Kalium, kalsium preparatlarının və vitaminlərin təyini

D) Antibiotikoterapiya

E) Əvəzedici hormonal terapiya
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
925) Miastenik timomalarda tez-tez rast gəlinən və təhlükəli əməliyyatdan sonrakı ağırlaşma hansıır?
A) Böyrəküstü vəzinin çatmamazlığı

B) Mediastinit

C) Miastenik kriz və spontan tənəffüsün pozulması

D) Perikardit

E) Yuxarı boş vena sindromunun güclənməsi
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
926) Mediastinit nədir?
A) Divararalığında şiş və iltihab mənşəli istənilən patoloji prosesdir

B) Divararalığının mikrob florası, eləcə də mexaniki travma, kimyəvi maddələr və fiziki amillər tərəfindən törənən kəskin və xroniki iltihabıdır

C) Divararalığında spesifik və qeyri-spesifik flora tərəfindən törədilən istənilən kəskin iltihabi prosesdir

D) Divararalığının birləşdirici toxumasının irinli iltihabıdır

E) Perikardın və divararalığının birləşdirici toxumalarının vərəm mənşəli iltihabıdır
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
927) Kəskin irinli mediastinit zamanı əsas etibarilə göstərişləri hansıdır ?
A) Divararalığının açılması və tamponadası

B) Divararalığının açılması, sanasiyası, drenləşdirilməsi və sonradan lavajı

C) Divararalığının açılması, tamponadası və drenləşdirilməsi

D) Divararalığının qapalı drenləşdirilməsi və konservativ terapiya

E) Konservativ müalicə
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
928) Xilotoraks zamanı döş axarının döş şöbəsinə standart müdaxilə yolu hansıdır?
A) Zədələnmə tərəfdə arxa torakotomiya

B) Sternotomiya

C) Sağ tərəfdə yan torakotomiya

D) Stemmer üsulu ilə mediastinotomiya

E) Zədələnmə tərəfdə yan torakotomiya
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
929) Travmatik xilotoraks zamanı əməliyyat məsələsini həll etmək üçün daha rasional müddət hansıdır?
A) 7-10 gün

B) Diaqnozun qoyulması anı

C) 14-21 gün

D) 3 həftədən sonra

E) 10-14 gün
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
930) Qida borusu dəliyinin sürüşən yırtığı paraezofageal yırtıqdan nə ilə fərqlənir?
A) 50% hallarda diafraqmanın relaksasiyası ilə birgə rast gəlinir

B) Heç vaxt boğulmur

C) Tez-tez boğulur

D) 70-75% hallarda parasternal yırtıqla birgə təsadüf olunur

E) Həmişə ezofagitlə müşayiət olunur
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
931) Qabırğaarası torakotomiyadan sonra postoperasion yaranın irinləməsi aşağıdakılardan hansının inkişafına görə təhlükəlidir?
A) Qabırğanın osteomielitinin

B) Sepsisin inkişafı

C) Irinli mediastinitin

D) Plevrotorakal fistulanın

E) Plevranın empiemasının
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
932) Ağciyərin rezeksiyasından sonra qəfləti letal nəticələrin əsas səbəbi hansıdır?
A) Miokard infarktı

B) Ağciyərdən venoz qanın axınının pozulması

C) Ağciyər arteriyasının trombozu

D) Kiçik qan dövranında hipertenziya

E) Ağciyər arteriyasının tromboemboliyası
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
933) Ağciyər arteriyasından embolektomiyanın effektivliyi neçə faiz təşkil edir?
A) Bütün əməliyyat olunanların 10%-ə qədərini

B) Bütün əməliyyat olunanların 1-2%-ni

C) Bütün əməliyyat olunanların 30%-dən çoxunu

D) Bütün əməliyyat olunanların 10-15%-ni

E) Bütün əməliyyat olunanların 20%-dən çoxunu
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
934) Qanhayxırma nədir?
A) Istənilən miqdarda təmiz və ya dəyişilmiş qanın öskürəklə xaric olması

B) Bəlğəmlə təmiz halda 50 ml-ə qədər qanın xaric olması

C) Bəlğəmdə yalnız yeni eritrositlərin tapılması

D) Sutka ərzində 300 ml-ə qədər yeni və /və ya dəyişilmiş qanın öskürəklə xaric olması

E) Qan qarışığı, o cümlədən mikroskopik qan qarışmış bəlğəmli öskürək simptomu
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
935) Ağciyər qanaxması nədir?
A) Sutka ərzində 200-400 ml qanın öskürək zamanı xaric olması

B) Bir dəfəyə 50 ml-dən artıq qanın öskürək zamanı xaric olması

C) Sutka ərzində 50 ml-dən artıq qanın öskürək zamanı xaric olması

D) Sutka ərzində 500 ml qanın öskürək zamanı xaric olması

E) Qanhayxırma şəklində xarici təzahürə malik qanın traxeobronxial ağaca və ya ağciyər toxumasına birincili daxil olması
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
936) Aspergillomalar zamanı seçim əməliyyat hansıdır?
A) Ağciyərin lobektomiya həcminə qədər rezeksiyası

B) Pulmonektomiya

C) Ağciyərin atipik rezeksiyası

D) Aspergillomanın presizion xaric edilməsi

E) Ağciyərin tipik seqmentar və biseqmentar rezeksiyası
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
937) QİÇS-in gedişinin tez-tez rast gəlinən klinik forması hansıdır?
A) Ağciyər

B) Naməlum etiologiyalı (disseminəolunmuş mikobakterial infeksiya) qızdırma ilə assosiasiya olunun variant

C) Generalizəolunmuş Kapoşi sarkoması

D) Daha çox MSS-nin zədələnməsi ilə

E) Ishallı mədə-bağırsaq
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
938) Ağciyər qanaxmasını həm öz mənşəyinə, həm də fəsadlarına görə hansına aid etmək lazımdır?
A) Daxili

B) Xarici-daxili

C) Daxili-xarici

D) Qarışıq

E) Xarici
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
939) Hazırda ağciyərin infitrativ vərəminin klinik-rentgenoloji variantlarından hansı müstəqil forma kimi ayırd edilir?
A) Lobit

B) Kazeoz pnevmoniya

C) Perisissurit

D) Assmanın girdə infiltratı

E) Rubinşteynin buludşəkilli infiltratı
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
940) Ağciyər hipretenziyasının və ağciyər ürəyinin obyektiv göstəricilərini hansı üsülla əldə etmək olar?
A) Yuxarı ətrafların və ya boynun venoz kötüklərinin kateterizasiyası ilə

B) Ağciyər arteriyasının kateterizasiyası ilə

C) Flebokardial zondlama ilə

D) Aortokardial zondlama ilə

E) Ağciyər venasının selektiv kateterizasiyası ilə
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
941) Ağciyər ventilyasiyasının adekvatlığının vacib göstəricisi hansıdır?
A) PvCO2

B) SaO2


C) PaCO2

D) PvO2


E) PaO2
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
942) Ağciyər qanaxmasına görə icra edilən əməliyyat zamanı giriş narkozu üçün aşağıdakı preparatlardan hansı daha məqsədəuyğundur?
A) Sombrevin+fentanil

B) Viadrin

C) Tiopental-natrium

D) Ketamin

E) Heksenal
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
943) Ümumi kombinəolunmuş anesteziyanın əsas komponentləri hansılardır?
A) Huşun və reflekslərin olmaması

B) Relaksasiya və reflekslərin olmaması

C) Analgeziya və huşun olmaması

D) Analgeziya, relaksasiya, huşun olmaması

E) Analgeziya və relaksasiya
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
944) Pulmonektomiyadan sonra tək ağciyərin olması zamanı üstünlük verilən intubasiya hansıdır?
A) Endotraxeal intubasiya

B) Ağciyərin zədələnmiş şöbəsini blokada etməklə intubasiya

C) Traxeostoma vasitəsilə intubasiya

D) Əməliyyatın ayrı-ayrı mərhələlərində yüksəktezlikli ağciyərin süni ventilyasiyası ilə endobronxial intubasiya

E) Yüksəktezlikli ağciyərin süni ventilyasiyası
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
945) Bronxplevral fistulaya görə aparılmış əməliyyat zamanı üstünlük verilən intubasiya növü hansıdır?
A) Traxeostoma vasitəsilə intubasiya

B) Zədələnmiş ağciyəri kənarlaşdırmaqla iki-kanallı boru ilə intubasiya

C) Endotraxeal intubasiya

D) Yüksəktezlikli ağciyərin süni ventilyasiyası

E) Sağlam ağciyərin birkanallı boru ilə endobronxial intubasiyası
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
946) Asfiksiya nəticəsində kəskin tənəffüs çatmamazlığının qəflətən inkişafı zamanı hansını həyata keçirmək lazımdır?
A) Traxeyanın intubasiyası

B) Traxeyanın fenestrasiyası

C) Traxeotomiya və ya traxeostomiya

D) Konikotomiya və ya krikotomiya

E) Sanasion bronxoskopiya və intubasiya
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
947) Əgər ürək-ağciyər reanimasiyasını iki nəfər həyata keçirirsə, onda ventilyasiya ürəyin qapalı masajı nisbəti necə olmalıdır?
A) 1:15

B) 3:15


C) 1:10

D) 2:15


E) 1:5
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
948) Ağciyərin metastatik şişləri arasında kimyəvi terapiyaya yüksək həssas olanı hansı metastazdır?
A) Xaya

B) Yoğun bağırsaq

C) Qalxanabənzər vəz

D) Sidik kisəsi

E) Böyrəklər
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
949) Ürəyin izoləolunmuş yaralanması zamanı optimal cərrahi müdaxilə yeri hansıdır?
A) Mono üsulu ilə torakotomiya

B) Solda V qabığaarası sahə üzrə ön torakotomiya

C) Loskut müdaxilələri (Podrez, Koxer və s)

D) Solda IV qabırğaarası sahə üzrə ön-yan torakotomiya

E) Milton üsulu ilə sternotomiya
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
950) Makleod sindromu və spontan pnevmotoraksın differensial diaqnostikası üçün hansını yerinə yetirmək məqsədəuyğundur?
A) Bronxoskopiya

B) Manometriya ilə aparılan plevral punksiya

C) Bronxoqrafiya

D) Rentgenotomoqrafiya

E) Angiopulmonoqrafiya
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
951) Cərrahiyyə klinikasında bronxoektaziya xəstəliyinin diaqnostikası zamanı ən informativ və vacib müayinə üsulu hansıdır?
A) Rentgenotomoqrafiya

B) Bronxların KT və MRT-müayinəsi

C) Ağciyər ventilyasiyasının və qan dövranının radionuklid müayinə metodları

D) Bronxoqrafiya

E) Bronxoskopiya
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
952) Ağciyər şişinin hormonal aktivliyi ilə əlaqədar olan paraneoplastik sindromlara aşağıdakılardan hansında daha çox rast gəlinir?
A) Kiçik hüceyrəli xərçəngdə

B) Yastıhüceyrəli xərçəngdə

C) Bronxoalveolyar xərçəngdə

D) Karsinoiddə

E) Bədxassəli hamartomada
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
953) Funksional operabel xəstədə hamartoma diaqnozu aşağıdakılardan hansının vacibliyini diktə edir?
A) Operativ müalicəni

B) Kimyəvi-şüa terapiyasını

C) Şüa terapiyasını

D) Dinamiki müşahidəni

E) Kimyəvi terapiyanı
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
954) Ağciyərin xoşxassəli hamartoması olan xəstədə əməliyyatın optimal həcmi hansı olmalıdır?
A) Genişləndirilmiş lobektomiya

B) Şişin enukleasiyası

C) Pazvari rezeksiya

D) Lobektomiya

E) Seqmentektomiya
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
955) Ağciyərin rentgen-neqativ mərkəzi şişinin aşkar edilməsi metoduna hansı aiddir?
A) Pozitron emission ssintoqrafiya

B) Kompüter tomoqrafiya

C) Perfuzion ssintoqrafiya

D) Bəlğəmin sitoloji müayinəsi

E) Ultrasəs exolokasiyası
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
956) Ağciyəfrin xərçəngi zamanı bəlğəmdə şiş hüceyrələrinə hansı halda daha çox rast gəlinir?
A) Kiçik hüceyrəli xərçəngdə

B) Adenokistoz xərçəngdə

C) Adenokarsinomada

D) Iri hüceyrəli xərçəngdə

E) Yastı hüceyrəli xərçəngdə
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
957) Aşağıdakı xəstələrdən hansında ağciyər xərçənginin gedişi daha tez-tez spesifik plevritlə ağırlaşır?
A) Kiçik hüceyrəli xərçəngdə

B) Iri hüceyrəli xərçəngdə

C) Yastı hüceyrəli xərçəngdə

D) Adenokarsinomada

E) Parlaq hüceyrəli xərçəngdə
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
958) Əməliyyat zamanı xaric edilən preparatda morfoloji müayinə zamanı metastaz aşkar edilməyən hansı hallarda N0 mərhələsi müəyyən edilir?
A) 3 regionar limfa düyününündə

B) 5 regionar limfa düyününündə

C) 4 regionar limfa düyününündə

D) 6 regionar limfa düyününündə

E) 7 regionar limfa düyününündə
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
959) Ağciyər xərçənginin cərrahi müalicəsi ilə xəstəliyinin residivi diaqnozu qoyulması arasındakı interval hansi qayda olaraq təşkil edir?
A) 5-10 il

B) 6 ay


C) 6 ay- 3 il

D) 3-5 il

E) 10 ildən artıq
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
960) Venaların trombozunda hansı antikoaqulyantlardan təyin olunur?
A) Qan elementlərinin köçürülməsi

B) Venadaxili mayeləri artırmaq

C) Fibrin məhlulu

D) DNT-nın aktivliyini aşağı salmaq

E) Trombin
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s
961) Ağ ciyər arteriyasının trobemboliyası əasən hansı damarın hesabına olur?
A) Yuxarı ətrafın dərin venaları

B) Səthi yuxarı ətraf venaları

C) Səthi aşağı ətraf venaları

D) Üz venaları

E) Aşağı ətrafın dərin venaları
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
962) Aşağı ətrafın dərin venalarının tromboflebitinə nə xarakterikdir?
A) Venanın gedişi boyu ödem və hiperemiya

B) Ətrafların alabəzək rənglənməsi

C) Ətraflarda soyuma

D) Aşağı ətrafın kəskin ödemi

E) Barmaqların nekrozu
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
963) Aşağıda göstərilənlərin hansı biri tromboz faktoru deyil?
A) Varikoz genəlmə

B) Venalarda hərəkətin zəifləməsi

C) Səyrici aritmiya

D) Vena damar tamlığının pozulması

E) Fibrinolitik aktivliyin aşağı düşməsi
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
964) Marşeva sınağı nə zaman icra olunur?
A) Kəskin tromboflebitdə

B) Aşağı ətraf arteriyalarının çatmamazlığında

C) Dərin venaların keçiriciliyin yoxlayarkən

D) Kommunukant venaların yarıtmazlığında

E) Trombozda
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
965) Pretta sınağı nə zaman icra olunur?
A) Kommunikant venaların yarıtmazlığını yoxlayarkən

B) Trombozda

C) Aşağı ətrafın arteriyaların çatmamazlığını yoxlayarkən

D) Aşağı ətrafın dərin venalarının keçiriciliyini yoxlayarkən

E) Kəskin tromboflebitdə
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
966) Aşağı ətrafın səthi venalarının tromboflebitində hansı simptom tez-tez rast gəlinir?
A) Hərarətin qalxması

B) Palpasiyada kəskin ağrı

C) Distal ödem

D) Dərinin hiperemiyası və vena gedişi boyu ödem

E) Ocaqlı ağrı
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
967) Tromb əmələgəlmə ehtimalını aşağıdakılardan hansı artırır?
A) Fibrinolitik aktivlik yuxarı olduqda

B) Yanıqlarda

C) Hipodinamiyada

D) Ürəyin işemik xəstəliyində

E) Onkoloji xəstəliklərdə
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
968) Aşağı ətrafın dərialtı venalarının varikoz genəlməsinə hansılar aiddir?
A) Ətrafın trofik dəyişikliyi

B) Gözlə görünən böyümüş venalar

C) Keçici axsaqlıq

D) Qıcolmalar

E) Distal hissəvi ödem
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
969) Xəstə 50 yaşında, daşlı xolesistit, şəkərli diabet və gərginlik stenokardiyası ilə xəstədir. Məqsədəuyğundur ki, hansı aparılsın?
A) Dietoterapiya spazmolitiklərin tətbiqilə

B) Planlı cərrahi müalicə

C) Sanator-kurort müalicə

D) Yalnız həyati göstərişlərlə cərrahi müalicə

E) Şəkərli diabet və stenokardiyanın müalicəsi
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə