Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə190/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   186   187   188   189   190   191   192   193   ...   207

413

 

 



(  Ağ  Hüseyni  X  Çəhrayı  Kişmişi  )  ,  eləcə  də  keyfiyyətli,  tünd  rəngli  texniki 

sortlar Tirqani ( Saperavi X Qara Areni ) , Nerkatu ( Ayqeni sev. X Nerkeni ) və 

s. 

Ümumrusiya  Elmi-Tədqiqat  Üzümçülük  və  Şərabçılıq  İstutunda  ana  bitki 



kimi Madlen Anjevin, Çauş, Puxlyakovski, Nimrəng, ata bitki kimi İsgəndəriyyə 

Muskatı,  Ağ  Muskat,  Macar  Muskatı,  Hamburq  Muskatı,  Şasla,  Karaburnu  və 

başqaları  müvəffəqiyyətlə  istifadə  edilir.  İnstitutda  yaradılan  məşhul  sortlarının 

çərəz, Donskiy rannıy, Don gözəli, Lel və Novoçerkasniki göstərmək olar. 

Seleksionerlərin  Q.  T.  Soloveyin,  P.  K.  Ayvazyanın  və  D.  İ.  Tabidzenin 

növdaxili  hibridləşmədən  aldığı  sortların  fillokseraya  və  xəstəliklərə  davamlılıq 

istiqamətində böyük əhəmiyyəti vardır. 

Ümumittifaq Elmi-tədqiqat  Şərabçılıq  və Üzümçülük  İnstitutu ― Maqaraç‖ın 

yeni  sortlar  alınmasında  çoxlu  işləri  vardır.  Bu  sortlar  ən  tez  yetişən,  şaxtaya 

davamlı və yüksək dad keyfiyyətinə malikdir. Institutun seleksionerlıri tərəfində 

son  20-30  il  ərzində  Dövlət  sort  sınağına  16  sort  verilmişdir.  Bu  sortlar  əsasən 

yüksəkkeyfiyyətli  şərablar  hazırlanmasında  istifadə  olunur.  Bunlardan  Rubiovıy 

Maqaraç ( Kaberne Sovinyon X Saperavi ), Bastardo Maqaraçskiy ( Bastardo X 

Saperavi ) , Severokrımski ( Bastardo Maqaraçski X Portuqizer ) , Calita ( VİR -1 

X Saperavi ) və s. göstərmək olar.  

R.  R.  Şreder  adına  Elmi-tədqiqat  Bağçılıq,  Üzümçülük  və  Şərabçılıq 

İnstitutunda və Qırğıstanda Əkinçilik institunda Avropa-Asiya üzümlərin sortları 

arasında aparılan çarpaz tozlanmadan iri giləli süfrə üzüm sortları  ( Rizamat ) ( 

Katta-Kurqan X Parkenq ) , Kişmiş Xişrau ( Nimrəng X Qara Kişmişi ) , Ala-Tao 

(Katta-Kurqan X Karaburnu ) və s. almışdır. 

Vitis  Viniferanın  növü  daxilində  xarici  ölkələrdə  aparılan  seleksiya 

nəticəsində  süfrə  üzümlərindən  Kaliforniya  Kardinalı  (  Əhmər  bu  Əhmər  X 

Alfons Lavalle ) , Perlet ( Üzümlüklər Kraliçasi X Seqlet Gözəli ) , Macar Matyaj 

yanoşu ( Bənövşəyi Şasla X Muskat ottonel ) , İrşai Oliver ( Ağ Potori X Jemçuk 

Saba ) , İtaliya Latinası ( İtaliya X David ) , İtaliya ( Bikan X Hamburq Muskatı ) 

alınmışdır. 



Üzümün  hibridləĢməsində  baĢlanğıc  formaların  seçilməsinin  əsas 

prinsipləri.  Süni  cinsi  hibridləşmə  başalnğıc  valideyn  formaların  seçilməsi  ilə 

başlanır. Bu halda ana və ata bitkilərin irsi xüsusiyyətlərin yaxınlığı, təsərrüfat və 

bioloji  qiyməti,  fizioloji  vəziyyəti,  coğrafi  vətəni  və  qohumluq  dərəcəsi 

öyrənilməlidir. 

Üzüm bitkisin seleksiya təcrübəsi göstərilmişdir ki, irsi xüsusiyyətlərin nəslə 

keçməsində yabanı və bir sıra qoca sortlar fərqəlir. Bununla izah olunur ki, çarpaz 

tozlanmada  Amerikan  növlərinin  və  amur  üzümünün  əlamətləri  dominantlıq  ( 

sabitlik ) təşkil edir 




414

 

 



İrsiyyətdə  keyfiyyət  əlamətlərinin  müəyyən  qanunauyğunluqları  aşkar 

edilmişdir.  Məsələn,  iri  giləli  üzümlərdə  xırda  giləli  üzümlərin  çarpaz 

tozlanmasından orta giləli üzümlər alınır. Iri giləli üzümlər almaq üçün valideyn 

cütlərin ikisi də iri giləli olmalıdır.  

Tezyetişən  formaların  yaradılması  ana  bitki  kimi  çox  tez  və  tez  yetişən 

üzümlər  götürülməlidir.  Eyni  zamanda  bunlar  şimal  mənşəli  və  qısa  eketasiya 

müddətinə malik olmalıdır. 

Funksional  dişi  tipli  sortlar  öz-özünə  tozlayan  sortlarla  tozlandıqda  nəslə 

müxtəlif əlamətlər keçir. Öz-özünə tozlanan çiçəyə malik üzüm sortlarının çarpaz 

tozlanmasından öz-özünə tozlayan çiçəkli formalar alınır. 

 Toxumsuz üzüm sortlarının yaradılmasında o toxumlu sortlar ana bitki kimi 

qəbul  edilməlidir  ki,  onların  salxımlarında  normal  gilələrlə  yanaşı  toxumsuz 

gilələr də olsun. Bunlara misal olaraq Katta-Kurqanı, Nimrəngi, Çauşu, Pobedanı, 

İsgəndəriyyə  Muskatını,  Bikanı,  İtaliyanı  göstərmək  olar.  Toxumları  rudiment 

halında  olan  toxumsuz  sortlar  toxumsuzluq  istiqamətində  aparılan  seleksiya 

işlərində  perspekivli  hesab  edilə  bilməz.  Bunlara  ata  bitki  kimi  iri  giləli  sortlar 

göstərilməlidir ( Kişmiş Xişrau, Türkmən kişmişi, Qara kişmişi, Bedanə, Perlet ) 

Muskat ətirli sortları tozlandıqdıqda muskat ətri nəslə asanlıqla keçir. 

Xüsusi iqlim şəraitinə malik müxtəlif coğrafi zonalardan götürülmüş valideyn 

cütləri çarpaz tozlandıqda yeni yüksəkkeyfiyyətli sortlar alınmasını təmin edir. 

Ana  bitki  kimi  yerli  və  standart  davamlı  sortlar,  ata  bitki  kimi 

yüksəkkeyfiyyətli kənar sortlar götürülməlidir. 

Çoxillik bitki kimi üzümdə irsi əlamətlərinin formalaşması uzun illər davam 

edir. Ona görə də hibrit toxmacarın ilk illərində etibarlı elə şərait yaradılmışdır ki, 

seleksionerin arzu etdiyi əlamətlər meydana çıxsın  

Seleksiya  tapşırığına  əsasən  çarpaz  tozlanmada  valideyn  cütləri  seçilməsi 

aşağıdakı forma üzrə hibridləşmə planının tərtibi ilə başa çatır. ( forma 1)  

Çarpaz  tozlanmanın  planı  tərtib  edərkən  yaxşı  olar  ki,  hər  iki  sortun-ana  və 

ata  bitkilərin  çiçəkləmə  vaxtları  eyni  olsun.  Lakin  ata  bitki  bir  qədər  əvvəl 

çiçəkləyə  bilər,  çünki  erkəkcik  tozcuqlarının  çiçəyin  üstündə  olduğundan  artıq 

müddətdə  saxlamaq  olar.  Valideyn  cütlərdən  birində  müəyyən  səbəbdən 

çiçəkləmə  ləngiyərsə,onda  onu  polietilenlə  örtməklə  çiçəklərin  açılmasını 

tezləşdirmək mümkündür. 

HibridləĢdirmənin  texnikası  .  Qarşıya  qoyulan  tapşırığa  uyğun  olaraq 

çiçəklərin  axtalanmasına  və  izolə  torbasına  salınmasına  başlanır.  Bu  işlərin 

aparılma  texnikası  çox  sadədir.  Ilk  növbədə  ana  bitkidə  hazırlıq  işləri  aparılır. 

əksər  üzüm  sortlarının  şişəkləri  öz-özünü  tozlalan  olduğundan  çiçəklər  açılan 

kimi eyni çiçəyin erkəkcik tozcuqları dişiciyin ağzına düşərək onu mayalayır.  

Öz-özünə  tozlanmanın  qarşısını  almaq  üçün  çiçəyin  özünün  erkəkciklərini 




Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə