Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə77/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   73   74   75   76   77   78   79   80   ...   138

178
Milli ədəbiyyat 
180 
illiyi
XURŞİDBANU NATƏVAN 
1832-1897
AVQUST
Natəvan  Xurşidbanu  Mehdiquluxan 
qızı 1832-ci il avqust ayının 15-də Şuşa-
da anadan оlmuşdur. Xurşidbanu Natəvan 
Qarabağın  sonuncu  hakimi  Mehdiqulu 
xan  Cavanşirin  qızı,  İbrahimxəlil  xanın 
nəvəsidir.  O,  ana  tərəfdən  Gəncə  ha-
kimi  Cavad  xanın  nəslindəndir.  Anası 
Bədircahan  bəyim  isə  Ziya  xanın  nəvəsi 
Uğurlu bəyin qızıdır.
Mehdiqulu  xan  qızına  öz  anası  Xur-
şidbanunun  adını  vermişdir.  Xurşidbanu 
ailənin  yeganə  övladı,  həm  də  Qarabağ 
xanlıqlarının  sоnuncu  vərəsəsi  оlduğu 
üçün,  оnu  sarayda  “Dürrü  yeкta”  (Təк 
inci), el arasında isə “Xan qızı” çağırmış-
lar.
Balaca Xurşidbanunun ilk tərbiyəçiləri 
sarayın  təcrübəli  dayə  və  mürəbbiyələri 
оlmuşdular.  Məktəb  yaşına  çatdıqda  isə 
evdə  dövrün  alim  və  sənətkarlarından 
dərs almağa başlamışdır. Məşğələ zama-
nı Xurşidbanu “Quran” ayələrini və dini 
ehkamları  əzbərləməкlə  yanaşı,  dünyəvi 
elmlərlə  də  tanış  оlmuşdur.  XIX  əsrdə 
кübar ailələrin uşaqlarına bir qayda оlaraq 
dоğma  dili  ilə  bərabər,  ərəb  və  fars  dili, 
оnun  sərfi-nəvi  təlim  edildiyindən,  Xan 
qızı  bir  çox  dilləri  öyrənmiş,  оnların 
vasitəsilə klassik şeirin qayda-qanunlarını 
mənimsəmişdir. О, lazımi dərəcədə biliк 
əldə  etdiкdən  sоnra  müntəzəm  surətdə 
mütaliə  ilə  məşğul  оlmuşdur.  Dahi 
şərq  şairlərinin  nadir  кitabları,  qiymətli 
əlyazmaları 
Xurşidbanunu 
klassik 
ədəbiyyata bağlamışdır.
Natəvanın  dünyagörüşünün,  bədii 
zövqünün  fоrmalaşmasında  yaxın  və 
uzaq qоhumlarının əməyi az оlmamışdır. 
Qasım  bəy  Zaкir,  Mirzə  Cavan,  Mirzə 
Adıgözəl,  Əhməd  bəy  Cavanşir  kimi 
hörmətli və tanınmış şəxsiyyətlər öz yara-
dıcılıqları, ədəbi söhbət və mübahisələri, 
eləcə də ağıllı məsləhətləri ilə Xurşudba-
nuda şeirə və sənətə оlan şövq və həvəsi 
qüvvətləndirmişlər.
O,  yaradıcılığa  50-ci  illərin  ənənəvi 
şərq  mövzusu  və  şeirlərlə  başlamışdır. 
Qəzəllərində məhəbbət, təbiət gözəllikləri 
(“Gülün”,  “Qərənfil”  və  s.)  tərənnüm 
olunmuşdur. 16 yaşlı oğlunun ölümündən 
sonra  Natəvan  bədbin  ruhlu  şeirlər  yaz-
mışdır.
Natəvanın yaradıcılıq fəaliyyəti təkcə 
şeirlə  bitmir.  Natəvan  həm  də  istedadlı 
rəssam  olmuşdur.  Onun  bədii  tikmələri 
“Gül  dəftəri”  (1886)  adlı  albomundakı 
rəsmlər buna sübutdur.
Natəvan 
poeziyası 
professional 
Azərbaycan  bəstəkarlarının  əsərlərində 
də  öz  əksini  tapmışdır.  Bunun  parlaq 
nümunəsi  tanınmış  bəstəkar  Xalq  artisti, 
professor  Vasif Adıgözəlovun  Natəvanın 
sözlərinə  yazılmış  məşhur  “Qərənfil” 
mahnı-romansı  və  “Xan  qızı  Natəvan” 
operası  ola  bilər.  Xurşidbanu  Natəvan 
zəmanəsinin  görkəmli  şəxsiyyətlərindən 
olmuş,  təkcə Azərbaycanda  deyil,  bütün 
Zaqafqaziyada xeyirxahlığı və mesenatlı-
ğı ilə tanınmışdır. O, kasıblara əl tutmuş, 
Şuşaya su kəməri çəkdirmişdir.
Məmməd  Rahimin  “Natəvan  poe-
ması”,  İ.Əfəndiyevin  “Natəvan”  pyesi 
şairəyə həsr olunmuşdur.
Xurşidbanu  Natəvan  1897-ci  il  okt-
yabr ayının 1-də vəfat etmişdir. Ağdamın 
“İmarət”  qəbiristanlığında  dəfn  olun-
muşdur. Adına  küçə,  klub,  kitabxana  və 
məktəb  vardır.  Xan  qızının  əlyazmaları, 
şəxsi  geyim  və  əşyaları  nadir  eksponat 
kimi arxiv və müzeylərimizdə saxlanılır.
Ə d ə b i y y a t
Əsərləri [Mətn] /Xurşidba-
nu Natəvan .- Bakı: Lider 
nəşriyyatı, 2004.- 87 s.
33 qəzəl [Mətn] /Xurşid-
banu Natəvan .- Bakı: 
Gənclik, 1981.- 36 s.
Məmmədov, B. Xurşud-
banu Natəvan [Mətn] 
/B.Məmmədov .- Bakı: 
Yazıçı, 1983.- 158 s.
Natəvanın şair qohumları 
[Mətn] .- Bakı: Azərnəşr, 
1989.- 84 s.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.elibrary.az
15
Şairə


179
Milli ədəbiyyat 
100 
illiyi
MİRVARİD DİLBAZİ 
1912- 2001
AVQUST
Mirvarid Paşa qızı Dilbazi 1912-ci 
il avqust ayının 19-da Qazax rayonu-
nun Musaköy kəndində anadan olmuş-
dur.
Mirvarid  Dilbazi  Azərbaycan  po-
eziyasında  böyük  xidmətləri  olan 
görkəmli şairələrimizdən biridir.
Şairə  ədəbi  yaradıcılığa  1927-
ci  ildə  “Oktyabr  alovları”  adlı 
məcmuədə  dərc  edilmiş  “Qadınların 
hürriyyəti” adlı şeiri  ilə başlamışdır. 
Burada şairənin 20-ci illərin axırların-
da  yazılmış  Azərbaycan  qadınlarının 
yeni  həyat  yollarını  tərənnüm  edən 
“Zəhra”,  “Qurtuluş”,  “Qadın”  kimi 
şeirləri dərc olunmuşdur. Bunlar gənc 
şairənin  yaradıcılığını  alışdıran  ilk 
qığılcım  oldu.  1929-cu  ildə  Mirvarid 
Dilbazi  Azərbaycan  Dövlət  Pedaqoji 
İnstitutunun  Ədəbiyyat-İctimaiyyat 
Fakultəsinə  daxil  olmuşdur.  Artıq  o, 
tez-tez  mətbuat  səhifələrində  çıxış 
edir, qadın azadlığı məsələsinə dair bir 
çox şeirlərin müəllifi kimi tanınırdı.
Yazıb-yaratmaq  həvəsi  ilə  institu-
tu  bitirdikdən  sonra  gənc  şairə  Quba 
Partiya Məktəbinə ədəbiyyat müəllimi 
təyin olunmuşdur. İki ildən sonra Bakı-
ya qayıdan Mirvarid xanım bir müddət 
Azərbaycan  SSR  Elmlər Akademiya-
sının  Əlyazmaları  fondunda  işləmiş, 
az sonra 1938-ci ilə qədər şöbə müdiri 
vəzifəsində çalışmışdır. 
M.  Dilbazinin  “Bizim  səsimiz” 
adlı ilk kitabı 1934-cü ildə çap olun-
muşdur. Şairənin mövzu dairəsi ildən-
ilə,  kitabdan-kitaba  genişlənmiş, 
kamilləşmiş,  şeirləri  geniş  oxucu 
kütləsinin  rəğbətini  qazanmış  və  onu 
xalqımızın mahir söz ustaları sırasına 
çıxartmışdır.
Böyük  Vətən  müharibəsi  illərində 
bir çox sənətkarlarımızda olduğu kimi, 
M.  Dilbazi  yaradıcılığında  da  vətəni 
müdafiə mövzusu əsas yer tutmuşdur. 
Bu  illərdə  şairənin  yeddi  kitabı  çap 
olunmuşdur  ki,  bunların  altısı  Vətən 
müharibəsinə həsr edilmişdir. ”Döyüş 
mahnıları”  (1941),  “Kamal”  (1942), 
“Ağarzayev”  (1942”,  “Neft”  (1942), 
“Vətən eşqi” (1942), “Qoçaq ataların 
qoçaq övladlarına” (1942), “Xatirələr” 
(1945)  əsərləri  buna  parlaq  misaldır. 
Mirvarid  Dilbazi  gözəlliklər  aşiqi  ol-
duğu üçün incəsənətə də ürəkdən bağ-
lı idi. Bunu onun şeirə, təsviri sənətə, 
musiqiyə və teatra olan sonsuz həvəsi 
ilə  izah  etmək  olar.  Bəstəkarlardan 
Süleyman  Ələsgərov,  Tofiq  Quliyev, 
Fikrət  Əmirov,  Şəfiqə  Axundova, 
Ağabacı Rzayeva və başqaları şairənin 
sözlərinə  bir  çox  mahnı,  romans  və 
oratoriyalar bəstələmişlər.
Yaradıcılığı  dövlət  tərəfindən 
yüksək  qiymətləndirilmiş  və  ona 
Azərbaycanın  Əməkdar  mədəniyyət 
işçisi (1976), Azərbaycanın Xalq şairi 
(1979), iki dəfə “Şərəf nişanı” ordeni, 
“Qırmızı  Əmək  Bayrağı”,  “İstiqlal” 
ordeni və medallarla təltif edilmişdir.
Görkəmli şairə 2001-ci il iyul ayı-
nın 13-də Bakıda vəfat etmişdir.
 
Ə d ə b i y y a t
Seçilmiş əsərləri [Mətn] /
Mirvarid Dilbazi .- Bakı: 
Lider nəşriyyatı, 2004.- 278 
s.
Abşeron bağlarında 
[Mətn]: hekayələr, kiçik və 
orta yaşlı məktəblilər üçün 
/Mirvarid Dilbazi.- Bakı: 
Gənclik, 1984.- 96 s.
Çiçəkdən-çiçəyə [Mətn] /
Mirvarid Dilbazi .- Bakı: 
Gənclik, 1991.- 287 s.
Durnalar ötüşəndə [Mətn]: 
şeirlər və poemalar /Mirva-
rid Dilbazi.- Bakı: Gənclik, 
1989.-272 s.
Əliyev, H. Xalq şairi 
Mirvarid Dilbazinin 85 
illiyinə həsr olunmuş 
təntənəli yubiley gecəsində 
Azərbaycan Respublikasının 
Prezidenti Heydər Əliyevin 
nitqi [Mətn] //Azərbaycan.-
1998.- 25 aprel.- S.2-4.
Şahsevənli, Z. Gözü yaşlı 
bənövşə [Mətn] : [Xalq 
şairi Mirvarid Dilbazi 
haqqında] /Z.Şahsevənli // 
Günay.- 2005.- 6 sentyabr.- 
S.10.
19
Şairə


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə