Rəy verən: f.ü. f d. dos. Fazil Rüstəmov


Multikuİturalizm - fəlsəfi lüğət



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə142/144
tarix30.10.2018
ölçüsü2,71 Mb.
#76105
1   ...   136   137   138   139   140   141   142   143   144

Multikuİturalizm - fəlsəfi lüğət 

*

 



ondan sonra hesabında 40 milyon (bəzi  versiyalara görə, 

rəqəm az göstərilir) qurban olan Stalin gəlir

*

 

üçüncü yerdə iyirmi milyon insanı məhv etmiş Hitler, 



*

 

ondan sonra on milyonla Çan Kay Şi



*

 

dörd milyon yanm qurbanla Lenin gəlir; 



*

 

siyahıya  altı  milyonluq  Kamboca  əhalisinin  üçdə  birinin 



ölümünə səbəb olan Pol Pot və İenq Sari də daxil ola bilər. 

-

 



Ancaq sizin diqqətinizi bir şeyə cəlb etmək istərdim

*

 



siyahıya heç də Avropanı işğal edən, nasist Almaniyasının 

lideri Hitler öz quldur dəstəsiylə başçılıq etmir, 

*

 

Çin və sovet xalqlarının kommunistləri öndə gəlir, 



*

 

təəssüf  ki,  kommunizmin  yaxşı  yağlanmış  repressiya 



maşınının imkanları faşist rejimlərindən qat-qat genişdir

*

 



təsadüfi deyil ki. Sovet İttifaqında o, 70 ildən artıq mövcud 

oldu,  Almaniyada  isə  nasizm  cəmi  “on  iki  il  üç  ay  altı  gün” 

fəaliyyət göstərmişdir. 

-

 



XXI  əsrin  əvvəlinə  qayıdaq  -  bizim  artıq  başqa 

prioritetlərimiz var; 

*

 

bəşərij'yət,  ilk  növbədə  sülh  və  ekologiyanın  qorunması, 



yeni  xəstəliklər  və  insan  hüquqlannın  pozuntulan  ilə  mübarizə 

aparmağın qayğısına qalır. 

-

 

“Şər imperiyası” - Sovet İttifaqının dağılmasından sonra; 



*

 

sərhədlər  genişləndi,  insanların  ölkədən-ölkəyə  köçməsi 



prosesi  gücləndi,  qarışıq  nikahların  sayı  dəfələrlə  artdı,  köhnə 

ehkam və məhdudiyyətlərdən azad olan yeni nəsil meydana gəlib 

uğurla  inkişaf  etməkdədir,  İnternet  milyonlarla  insanın  vaxt  və 

ağlının sahibinə çevrilmişdir. 

-

 

Miqyasca  kiçik  ölkələrin  qarşılıqlı  mənfəətli  ticarət  və 



təhlükəsizlik,  inam  və  hüquq  bərabərliyi  prinsipləri  əsasında 

birləşmələri  əhəmiyyət  kəsb  etməyə  başlamışdır  -  dahi  Nizami 

çox əsrlər əvvəl bu barədə yazırdı: 

“Həyat nəyə gərəkdir, bir həmdəmin olmasa? 

İnsan çətin yaşayar dosta əmin olmasa”. 

427 



Yaşar Əhmədov AzərHətəmov 

-

 



Bu baxımdan, Avropa İttifaqının hansı istiqamətdə inkişaf 

etdiyi  və  bu  inkişafın  nəticələri  məsələsi  bizim  üçün  ən  önəmli 

məsələ olaraq qalır; 

*

 



0

,  adından  və  formasından  -  federasiya,  konfederasiya, 

ittifaq və ya başqa bir birlik- asılı olmayaraq, ölkələri vahid xarici 

siyasətlə - ən azı müasir dövrün əsas məsələləri üzrə, 

*

 

habelə vahid super-dövlət kimi bö)äik “oyunçulara” qarşı 



durmaq üçün - birləşdirəcək qədər yaxınlaşdıra biləcəkmi? 

-

 



Biz  artıq  kifayət  qədər  köhnəlmiş  “çağırış”  sözünü  yenə 

işlədirik, ancaq cəsarətli, böyük və icrası asan olmayan “Avropa 

İttifaqı” layihəsinin özünü yalnız belə adlandırmaq olar; 

*

 



onun  təşkili  imperiyanın  yaradılmasına  oxşamır,  çünki 

zorakılıq və məcburiyyətdən istifadə edilmir

*

 

burada tabeliyində əyalətləri olan mitropoliya ola bilməz, 



onu  Amerika  Birləşmiş  Ştatlarının  yaranması  ilə  də  müqayisə 

etmək olmaz, 

*

 

çünki  bu  quruma  daxil  olanlar  cəmi  200  il  əvvəl  geniş 



ərazilərdə məskunlaşan təsadüfi mühacirlər deyil, minillik tarixi, 

dərin mədəni, dini və hərbi ənənələri olan dövlətlərdir. 

-

 

Ona görə də Avropa İttifaqına üzv ölkələrin inteqrasiyasını 



ittifaqın bir super dövlət kimi çıxış etməsi, bu zaman onu təşkil 

edən  böyük  dövlətlərin  -  onların  heç  biri  öz  simasını, 

əhəmiyyətini  itirməyə  razılaşmayacaq  -  suverenliyinə  zərər 

yetirməyəcək şəkildə gücləndirmək çətin, az qala qeyri- mümkün 

olacaqdır. 

-

 



Digər  tərəfdən  əslində  Avropa  İttifaqı  üzv  ölkələrin 

simasını itirməsində, unifıkasiyasmda maraqlı deyildir; 

*

 

çünki  bizim  fərqlərimizin  inkar  edilməsi  Avropanın  yüz 



illərlə deyil, min illər ərzində toplanmış siyasi, mədəni və hərbi 

irsindən imtina etmək demək olardı; 

*

 

burada  fərqlərə  təhlükəsiz  şəkildə  riayət  edilməsinin 



kövrək  sərhədini  tapmaq  üçün  problemi  hər  dəfə  ətraflı  şəkildə 

düşünmək lazım gələcəkdir. 



428 


Multikulturalizm - fəlsəfi iüğat 

-

 



Əgər  “XXI  əsr  necə  olacaq  -  birqütblü  ya  çoxqütblü?”  - 

mövzusuna  qayıtsaq,  bir  şeyi  əminliklə  demək  olar;  ikiqütblü 

olmayacaq. 

-

 



XX  əsrdə  dünyanın  bu  quruluş  modeli  özünü  tamamilə 

etibardan  saldı,  çünki  onun  əsasında  hərbi-siyasi  və  ideoloji 

qarşıdurmalar var idi ki, bunlar da qanlı müharibələrlə bitdi. 

-

 



XX əsrin əvvəlində bir neçə böyük dövlətin iki antaqonist 

blokda  qruplaşmasından  sonra  Antanta  və  Üçlük  koalisiyası 

Birinci Dünya Müharibəsini alovlandırdı. 

-

 



Nəhayət artıq yalnız Avropanın deyil, digər qitələrin də bir 

qrup dövlətləri tərəfindən başlayan İkinci dünya müharibəsi yenə 

iki  blok  formalaşdı  -  faşistlər  və  antihitler  koalisiyası  -  bu 

qarşıdurmanın  nəticələrini  xatırlatdıq,  amansız  müharibənin 

nəticələri isə hələ də hiss edilməkdədir. 

-

 



“Soyuq  müharibə”nin  səbəbi  də  iki  hərbi  quruluşun  - 

NATO və Varşava sazişinin meydana gəlməsi oldu: 

*

 

bəxtimiz  gətirdi  ki,  bu  müharibənin  qan  tökülmədən 



bitməsinə  şahid  olduq,  ancaq  hər  iki  qrupun  nüvə  silahı  və 

maksimal uzaqlığa malik raketə sahib olması bəşəriyyətin məhv 

edilməsinə səbəb olardı. 

-

 



Çoxqütblü  modelin  şansları  daha  çoxdur  -  bir  neçə  güclü 

“oyunçu” nəzərə çarpacaq sürətlə formalaşmaqdadır: 

*

 

ABŞ-dan və Çindən başqa siyasi səhnənin ön plamna çıxır; 



*

 

Rusiya  Federasiyası  da  cəsur  tələblər  irəli  sürür  -  başqa 



kimdə  bu  qədər  təbii  resurslar,  müasir  silahlar  var  ki...  Rusiya 

Federasiyasının kosmosdakı yerini də unutmaq olmaz

*

 

milyarddan  çox  əhaliyə,  inkişafda  olan  iqtisadiyyat  və 



texniki tərəqqiyə malik olan Hindistan da yaddan çıxmamalıdır! 

-

 



Avropa  İttifaqı 

500  000  000 

əhalisi,  dünya  xəritəsində 

iqtisadi qüdrəti və genişlənmə perspektivləri ilə bu “oyun”da ən 

gənc oyunçu olacaqdır; 

429 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə