Rəyçilər: Qasımov Alış Məmiş oğlu hüquq elmləri doktoru, professor Əliyev Mayis Nəbi oğlu



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə34/59
tarix14.09.2018
ölçüsü1,59 Mb.
#68629
1   ...   30   31   32   33   34   35   36   37   ...   59

ƏSMƏR
 ƏLIYEVA
 
müddotli  dövlotçilik  ononobrinin  mövcudluğu,  dövlotin  siyasi  quruluşu, 
dövlət orqanlarının şəffaflığı və s. faktorlarla bağlıdır. Məhz bu səbəbdən 
Latın Amerikası və Asiya dövlətlərinin bir çoxu düzünə vergilərə nisbətən 
dolayı vergilərə üstünlük verir. 
Lakin düzünə vergilərin çatışmayan cəhətləri də mövcuddur. Məsələn, 
yuxarıda qeyd edildiyi kimi onların yığılması böyük xərclərlə nəticələnir və 
vergiqoymanın  qənaətliliyi  prinsipinin  pozulmasına  gətirib  çıxarır.  İngilis 
mütəxəssislərinin hesablamalarına görə bu xərclər ölkə səviyyəsində yığılan 
vergilərin  2,5-4,4%-ni  təşkil  edir.  Bundan  başqa,  düzünə  vergilərin 
inflyasiya proseslərinə qarşı reaksiyası zəifdir. Pulun öz dəyərini itirməsi ilə 
insanların nominal gəlirləri artırsa da, real gəlirləri eyni qalır, lakin rəqəmlər 
artdığı  üçün  vergi  ödəyicisi  artıq  yüksək  gəlir  əldə  edənlərin  siyahısına 
düşür və vergini daha yüksək faizlə ödəməli olur. 
Bütün  bunlar  belə  nəticəyə  gəlməyə  imkan  verir  ki,  bu  və  ya  digər 
ölkədə  düzünə,  yaxud  dolayı  vergilərə  üstünlük  verilməsi  həmin  konkret 
şərtlərlə  izah  olunur  və  həmin  vergi  modellərindən  hər  biri  konkret 
vəziyyətdə məqsədəuyğundur. 
Bundan  başqa,  dolayı  vergilərin  tətbiqi  psixoloji  amillə  də  bağlıdır. 
Belə ki, düzünə vergilərdən fərqli olaraq, dolayı vergilər malın qiymətində 
gizlənir və onu hesablamaq və aylıq və ya illik gəlirdəki payını müəyyən 
etmək o qədər də asan olmur. Düzünə vergilərdə isə bunun əksinədir. 
ƏDV  respublikamızda  «Əlavə  dəyər  vergisi  haqqında»  Azərbaycan 
Respublikasının 31 dekabr 1991-ci il tarixli qanununun qüvvəyə minməsi 
ilə tətbiq olunmağa başlanmışdır. Hazırda isə ƏDV- nin tətbiq olunması ilə 
bağlı  münasibətlər  Azərbaycan  Respublikasının  2000-ci  il  11  iyul  tarixli 
qanunu ilə təsdiq edilmiş AR VM ilə tənzimlənir. 
104 


OSMOR ƏLİYEVA 
AR  VM-nin  159.1-ci  maddosindo  göstərilir  ki,  malların  təqdim 
edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi və vergi tutulan idxal 
vergitutma  obyektidir.'  Nəzəri  baxımdan  Ok)V-ni  iki  yerə  bölmək  olar: 
daxili istehsaldan, xidmətlərdən, işlərdən tutulan ƏDV və xaricdən gətirilən 
mallardan  tutulan  ƏDV.  İkinci  halda  verginin  tutulub  büdcəyə 
köçürülməsini  gömrük  orqanları  gömrük  rəsmiləşdirilməsi  zamanı  həyata 
keçirirlər. 
AR  VM-nin  153-cü  maddəsi  ƏDV-nin  leqal  anlayışını  özündə  əks 
etdirir. Həmin maddəyə görə, ƏDV vergi tutulan dövriyyədən hesablanan 
verginin  məbləği  ilə  bu  məcəllənin  müddəalarına  uyğun  olaraq  verilən 
hesab-fakturalara  və  ya  idxalda  ƏDV-nin  ödənildiyini  göstərən  sənədlərə 
müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.“ 
ƏDV  mallar  (ƏDV-dən  azad  olunan  mallar  istisna  olmaqla)  ölkə 
ərazisinə  daxil  olduqda  gömrük  orqanları  tərəfindən  gömrük 
rəsmiləşdirilməsi  həyata  keçirilən  zaman  digər  gömrük  ödəmələri  ilə 
birlikdə  hesablanır  və  gömrük  orqanları  tərəfindən  dövlət  büdcəsinə 
köçürülür.  Qeyd  edək  ki,  idxalda  ƏDV  dövlət  büdcəsi  üçün  əhəmiyyəti 
böyükdür və bütövlükdə Azərbaycan kimi  avro- kontinental vergi sistemi 
modelini  seçən  dövlətlər  üçün  xüsusilə  əhəmiyyətlidir,  çünki  belə 
dövlətlərdə dolayı vergilərin dövlət büdcəsində payı çoxluq təşkil edir. 
ƏDV  digər  gömrük  ödəmələri  kimi  malın  gömrük  dəyərindən 
hesablanır. Lakin burada bir məsələni xüsusi olaraq qeyd etmək lazımdır ki, 
ƏDV  tutulması  üçün  vergi  tutulan  idxalın  dəyəri  malların  Azərbaycan 
Respublikasının gömrük qanunvericiliyinə uy- 
‘ Azorbaycan Respublikasının Vergi Mocollosi. Hakı: Hüquq odobiyyatı, 2009, s. 364 
- Azorbayean Respublikasının Vergi Mocollosi. Bakı: Hüquq odobiyyalı, 2009, 
s. 356 
105 


ƏSMvlR ƏLİYEVA 
ğun  olaraq  müoyyon  cdilon  vo  mallar  Azərbaycan  Respublikasına 
gotinlorkon  ödonmoli  olan  rüsumlardan  vo  vergilərdən  (ƏDV  nəzərə 
alınmadan)  ibarətdir.'  Yəni  ƏDV,  malın  gömrük  dəyərinə  ƏDV  istisna 
olmaqla, bütün digər ödəmələr (aksiz vergisi, gömrük rüsumları və s.) daxil 
edilərək ümumi məbləğdən hesablanır. Ölkə ərazisinə gətirilən hər bir mal 
üçün  ƏDV  ayrıca  hesablanır  və  verginin  ümumi  məbləği  ayrı-ayrı  vergi 
bazaları üzrə hesablanmış ƏDV-nin cəminə uyğun müəyyən olunur. 
İdxalda ƏDV-nin ödəyiciləri ƏDV tutulan malları idxal edən şəxslərdir. 
ƏDV tutulan mallar dedikdə ölkə ərazisinə gətirilən və AR VM və digər 
qanunvericilik aktları ilə ƏDV-dən azad olan malların siyahısında olmayan 
mallar  başa  düşülür.  ƏDV-dən  azad  olan  malların  siyahısı  iki 
yolla-beynəlxalq  aktlar  və  milli  qanunvericilik  vasitəsilə  müəyyən  oluna 
bilər.  Dövlətin  tərəfdar  çıxdığı  beynəlxalq  aktlarda  bu  və  ya  digər  halda 
malların sərhəddən keçirilməsi zamanı ƏDV-dən azad olma nəzərdə tutula 
bilər və ya dövlətin milli maraqlarına uyğun olaraq öz mülahizəsinə görə bu 
və ya digər malları və ya bu vo ya digər şəxsləri ƏDV-dən azad edə bilər. 
ƏDV-dən  güzəştlər  özü  də  iki  fonnada  mövcud  ola  bilər:  ƏDV-  dən 
azad olma vo ya ƏDV-nin «0» dərəcə ilə tutulması. ƏDV-dən azad olma 
dedikdə ölkəyə gətirilən və ya ölkə ərazisində istehsal edilən müəyyən qrup 
malların, iş və ya xidmətlərin ƏDV-yə cəlb edilməməsi başa düşülür. Bu 
mal, iş və xidmətlərin siyahısı AR VM- nin 164-cü maddəsində verilmişdir. 
Həmin maddəyə əsasən aşağıdakı idxalın növləri ƏDV-nə cəlb edilmir: 
-  milli  və  ya  xarici  valyutanın  (numizmatika  məqsədlərindən  başqa), 
həmçinin qiymətli kağızların göndərilməsi və ya idxal edilməsi
‘ Azorbaycan Respublikasının Vergi Moeollosi. Bakı: Hüquq odobiyyatı, 2009, 
s. 369 
106 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə