Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə66/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   62   63   64   65   66   67   68   69   ...   314

 

134 


tar.”

171


 

Müfəzzəl  ibn  Ömər  İmam  Sadiqdən  (ə)  “siratəl-mustəqim”  haqqında 

so

ruşduqda bu cavabı almışdır: “Sirat yolu Allahın mərifətini tanıdan yoldur. 



Si

rat iki dənədir – biri dünyada, digəri isə axirətdədir. Dünyadakı sirat-itaətin 

va

cib olduğu məsum imamlardır. Demək hər kəs onu tanıyıb və ona itaət edər-



sə siratəl-mustəqimə hidayət olmuşdur. Axirətdəki sirat isə Cəhənnəmin üzə-

rin


dən keçmək üçün atılmış körpüdür.”

172


  

36.“Ali-


imran” surəsi, 103-cü ayə: 

“Hamılıqla Allahın ipinə möhkəm sarı-

lın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi ne-

mətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O sizin qəlblərinizi (islam 

ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz 

oddan  bir  uçurumun  kənarında  ikən  O  sizi  oradan  xilas  etdi.  Allah  Öz 

ayələrini  sizin  üçün  bu  şəkildə  aydınlaşdırır  ki,  haqq  yola  yönəlmiş  olası-

nız!” Bir çox təfsir və hədis alimlərinin rəyinə əsasən “Allahın ipinə sarılın”dan 

məqsəd  Əhli-Beytdir.  Məşhur  əhli-sünnə  alimi  Qunduzi  Sələbiyə  əsaslanaraq 

İmam Sadiqdən (ə) nəql etdiyi hədisində “Bizik Allahın ipi. O ip ki, Allah bu 

ayəni bizim haqqımızda nazil etmişdir (hamınız Allahın ipinə möhkəm sarılın)” 

buyurulur.

173


 

“Mənaqib” adlı kitabda Mazandarani qeyd etdiyimiz ayə haqqında 

ibn Abbasdan belə nəql edir: “Biz Hz.Peyğəmbərin (s) yanında olduğumuz bir 

vaxt


da bədəvi ərəblərdən bir nəfər gəldi və ondan soruşdu: “Ya Rəsulallah! “Ha-

mınız Allahın ipinə möhkəm sarılın” deyildiyini eşitdik. Allahın ipi nədir ki, ona 

sarılaq?”  Bu  zaman  Hz.Peyğəmbər  (s)  Hz.Əlinin  (ə)  əlindən  tutaraq  buyurdu: 

“Bu Allahın sağlam ipidir, ona sarılın ki, yolunuzu azmayasınız.” 

37. 

“Nəml” surəsi, 89-cu ayə: 



“Hər kəs (Rəbbinin hüzuruna) yaxşı əməl-

lə gəlsə, onu bunun müqabilində daha yaxşı bir mükafat (Cənnət) gözləyir. 

Be

lələri o gün dəhşətli qorxudan da əmin olarlar.” Bir çox təfsir kitabların-

da  yaxşı əməl Əhli-beytlə əlaqələndirilmişdir. Əbu Abdullah Cədəli deyir ki, 

Hz.

Əli (ə) mənə buyurdu: “İstəyirsənmi sənə “Hər kəs saleh iş görsə, onu bu 



əməldən də yaxşı bir mükafat gözləyəcək.” ayəsinin təfsirini deyim?” Dedim: 

“Bəli,  sənə  qurban  olum!”  Həzrət  buyurdu:  “Yaxşı  əməl  biz  Əhli-beytə  mə-

həbbət, pis əməl isə bizə kin-küdurət və ədavət bəsləməkdir!” Sonra Həzrət bu 

ayəni tilavət etdi.”

174

 

 



Hz.

Adəmin (ə) tövbəsi 

“Bəqərə” surəsinin 37-ci ayəsində buyurulur: 



“(Nəhayət) Adəm Rəbbin-

dən (bəzi xüsusi) kəlmələr öyrənərək (Həvva ilə birlikdə o kəlmələr vasitə-

silə) tövbə etdi. Doğrudan da, O (Allah) tövbələri qəbul edəndir, mərhə-

mətlidir.” Allahın Adəmə (ə) tövbə üçün öyrətdiyi “kəlmələr”in nədən ibarət 

138


Hakim Həsqani, Şəvahidut-tənzil, I cild. səh-58, hədis: 87, 88, 89; Şeyx Ubeydullah Hənəfi, 

Ərcəhul-mətalib, səh-58, Lahur çapı.  

172

Təfsiri-Burhan, I cild, həmin ayənin təfsiri. 



173

Yənabiul-məvəddət, I cild, səh-118-119. 

174

Hakim Həsqani, Şəvahidut-tənzil, I cild, səh-425, hədis: 581.  



                                                           


  

135 


ol

ması  ilə  bağlı  təfsirçilər  arasında  ixtilaflar  vardır.  Bəzilərin  rəyinə  əsasən 

bunlar dualar, raz-

niyazlar, o cümlədən, balığın qarnında həbs olunan Hz.Yuni-

sin 

(ə) duasından ibarətdir: “Ey mənim Rəbbim! Həqiqətən, mən özümə zülm 

et

dim, məni bağışla. Çünki Sən bağışlayanların ən yaxşısısan!” Amma Hz.Pey-



ğəmbər  (s)  və  səhabələrdən  nəql  olunan  rəvayətlərdən  məlum  olur  ki,  Allah 

Hz.


Adəmin (ə) tövbəsini Hz.Muhəmmədin, Hz.Əlinin, Hz.Fatimənin, Hz.Həsə-

nin və Hz.Hüseynin haqqına and verdikdən sonra qəbul etmişdir. 

Məşhur təfsir alimi Cəlaləddin Siyuti İbn Abbasdan belə nəql edir: “Mən 

Hz.


Peyğəmbərdən  (s) soruşdum:  “Adəm  peyğəmbərin  Allahdan  öyrəndiyi  və 

onun vasitəsilə tövbə etdiyi kəlmələr nə idi?” Həzrət (s) buyurdu: “O, Allahı 

Mu

həmməd, Əli, Fatimə, Həsən və Hüseynin haqqına and verərək tövbə etdi 



və Allah da onun tövbəsini qəbul etdi.”

175


 

Bu haqda daha geniş məlumat əldə 

et

mək  üçün  İbn  Məğazəlinin  “Mənaqib”,  Əllamə  Qunduzinin  “Yənabiul-mə-



vəddət”, Beyhəqinin “Dəlailun-nubuvvət”, Bədəxşinin “Miftahun-nicah”, Dey-

ləminin “Musnədul-firdovs” və Abdullah Şafeinin “Mənaqib” kitablarına mü-

ra

ciət edə bilərsiniz. 



 

Hz.

Əli haqqında Peyğəmbər (s) hədisləri 

1.  “

Qədiri-Xum”  hədisi:  Hicrətin  onuncu  ili  zilhiccə  ayının  18-ci günü 

Hz.Pey


ğəmbər (s) vida həccindən qayıdarkən Qədiri-Xum adlı məntəqədə belə 

buyurdu: “Mən kimin mövlası və rəhbəriyəmsə, Əli də onun mövlası və rəhbə-

ri

dir.” O Həzrət (s) bunu üç dəfə təkrar etdi. Sonra başını səmaya qaldırıb belə 



dua etdi: “İlahi! Onun dostunu Sən də dost bil, onun düşmənini Sən də düşmən 

bil. Onu sevəni Sən də sev, onu qəzəbləndirənə Sən də qəzəbli ol, dostlarına 

mək  et,  onu  tək  qoyub  xar  edənləri  Sən  də  xar  və  zəlil  et,  haqqı  həmişə 



onun

la qərar ver və onu haqdan ayırma!” Sonra buyurdu: “Burada olanlar bu 

xəbəri burada olmayanlara çatdırsınlar!” 

Hz.


Peyğəmbərin  (s)  xütbəsi  sona  yetdi.  Hələ  camaat  dağılışmamışdı  ki, 

vəhy mələyi nazil olub, Hz.Peyğəmbərə (s) bu ayəni çatdırdı: “Bu gün dininizi 



ka

mil etdim, sizə olan nemətimi tamamladım” 

Hz.


Peyğəmbər (s) buyurdu: “Allahu Əkbər! Allah öz dinini kamil etdi, ne-

mətini  bizə  tamamladı.  Mənim  risalət  və  peyğəmbərliyimdən,  məndən  sonra 

isə Əlinin vilayət və xilafətindən razıdır!” Bundan sonra hacılar Hz.Əliyə (ə) 

doğru gəlməyə başladılar və onu bu məqama nail olduğuna görə təbrik etdilər. 

Onu  təbrik  edən  tanınmış  şəxslərdən  Ömər  ibn  Xəttab  cəmiyyətin  qarşısında 

be

lə dedi: “Afərin sənə, ey Əbu Talibin oğlu! Sən mənim, bütün mömin kişi və 



qa

dınların mövlası və rəhbəri oldun.” Bu zaman İbn Abbas dedi: “Allaha and 

ol

sun! Bu əhd-peyman hamının boynunda qalacaqdır.” Bu mütavatir hədis aşa-



ğıdakı islami mənbələrdə də təsdiqlənmişdir: 

1. 


Fəxrəddin Razi, Məfatihul-ğeyb, XI cild, səh-139 

175


Əddurrul-mənsur, I cild, səh-60. 

  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə