Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə71/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   67   68   69   70   71   72   73   74   ...   314

 

144 


Həzrətin adı Həsəndir və bu ad ona aləmlərin rəbbi, ulu Tanrı tərəfindən 

ve

rilmişdir. İmam Zeynul-Abidin (ə) buyurmuşdur: “İmam Həsən (ə) dünyaya 



gələn zaman Cəbrail (ə) Hz.Peyğəmbərin (s) yanına nazil olaraq Allahın buyu-

ru

ğunu belə çatdırdı: Əlinin (ə) sənə olan nisbəti eynilə Harunun Musaya olan 



nis

bəti  kimidir.  Harunun  oğlunun  adı  Şəbbər  (Həsən)  olduğuna  görə,  ey 

Allahın rəsulu, sən də bu uşağın adını Həsən qoy.”

195


 Hz.

Əli ibn Əbu Talibdən 

rəvayət  edildiyinə  görə  Hz.Peyğəmbər  (s) Hz.Həsən  və  Hz.Hüseynin  əlindən 

tut


du və belə buyurdu: “Kim məni, bu iki uşağı, bunlarının atalarını və anala-

rını sevərsə, qiyamət günü yüksək dərəcələrdə mənimlə birlikdə olacaqdır.”

196

 

İmam  Həsən  (ə)  hicrətin  üçüncü  ili  ramazan  ayının  15-də  (miladi  625) 



Mədinədə  anadan  olmuşdur.  Atası  əmirəlmöminin  Hz.Əli  ibn  Əbu  Talib  (ə)

anası isə dünya və axirət xanımlarının ağası Hz.Fatimə binti Muhəmməddir (s)

İmam Həsən (ə) yeddi yaşında olarkən babası Hz.Peyğəmbər (s), ondan yetmiş 

beş  gün  sonra  isə  anası  Hz.Fatimə  (s.ə)  vəfat  etmişdir.  İmam  Həsən  (ə) 

təxminən otuz il atası Hz.Əli (ə) ilə birlikdə olmuş, atasının xilafəti dövründə 

baş vermiş Cəməl, Siffeyn və Nəhrəvan döyüşlərində yaxından iştirak etmişdir. 

Hz.

Əli (ə) vəfat edən zaman öz tərəfdarlarını yanına çağırıb Hz.Həsəni (ə) 



özün

dən  sonra  imam  və  xəlifə  təyin  etdikdən  sonra  İlahi  elmin  sirlərini, 

Hz.Pey

ğəmbərin vədlərini və digər mirasları ona təslim etmişdir. Şeyx Tusinin 



rəvayətinə  görə  bu  mirası  və  kitabları  Hz.Əli  (ə)  İraqa  gedərkən  Mədinədə 

Hz.Pey


ğəmbərin  (s)  xanımı  Ümmü-Sələməyə  tapşırmışdı.  Sonralar  İmam 

Həsən (ə) Mədinəyə gedərkən bu mirasları ondan təhvil almışdır. 

Hz.

Əli (ə) vəfat edəndən sonra ramazan ayının 21-də İmam Həsən (ə) Kufə 



məscidində  minbərə  çıxıb  geniş  bir  xütbə  söylədikdən  sonra  özünü  camaata 

təqdim edərək belə buyurdu: “Ey camaat mən sizin iman gətirdiyiniz Peyğəm-

bərin  nəvəsiyəm.  Biz  Əhli-Beyt  o  Həzrətə  (s)  hamıdan  yaxınıq,  biz  bir  olan 

Allahın buyuruğuna əsasən bütün günahlardan və bəd əməllərdən pak və məsu-

muq. (Burada İmam Həsən (ə) Qurani-Kərimin “Əhzab” surəsinin 33-cü ayə-

sinə işarə etmişdir. Ayədə deyilir: 



Ey əhli-beyt! Həqiqətən, Allah sizdən (hər 

cür) çirkinliyi (pisliyi, günahı) aparmaq və sizi pakdan pak etmək istər!”). 

İndi mən sizə xəbərdarlıq edirəm ki, mən o Həzrətin (ə) itrəti (əhli-beyti) 

və Allahın əmri ilə xalqa təyin edilmiş imamıyam, sizin mənə itaət etməyiniz 

vacibdir. Hz.

Peyğəmbərdən sonra dünyanın ən üstün adamı olan Hz.Əli (ə) bu 

ge

cə vəfat edib, onun yerində İslama rəhbərlik etmək üçün Allahın təyin etdiyi 



vəsiy mənəm. Mənəm Fərzəndi-Bəşir (cənnətə bəşarət verən), mənəm Fərzən-

di-


Nəzir (cəhənnəmdən qorxudan), mənəm Fərzəndi-Siraci-munir.” 

Bu xütbədən sonra camaat Hz.İmam Həsənə (ə) beyət edərək onu xəlifə ki-

mi tanıdı. Bu hadisə ramazan ayının 21-i, hicrətin qırxıncı ili baş verdi. Beyət-

dən sonra ətraf məntəqələrə valilər təyin edən İmam Həsən (ə), Abdullah ibn 

195

Şeyx Tusi, Təhzibul-əhkam. 



196

Tirmizi, Mənaqib-21. 

                                                           



  

145 


Ab

bası  da  Bəsrəyə  hakim  göndərdi.  Bu  hadisədən  xəbər  tutan  Müaviyə  ibn 

Əbu Süfyan dərhal Bəsrəyə və Kufəyə casuslar göndərdi ki, o yerlərdə baş ve-

rən hadisələrdən xəbərdar olsun. Casusları ələ keçirərək boyunlarını vurduran 

İmam  Həsən  (ə)  Müaviyə  ibn  Əbu  Süfyana  məktub  yazaraq  ondan  beyət  et-

məsini  istədi.  Bu  məktubun  cavabında  Müaviyə  nalayiq  sözlər  yazmaqla  bə-

rabər İmam Həsənə (ə) müharibə elan etdi. Bu zaman Kufədə olan bəzi müna-

fiq


lər də Müaviyə ibn Əbu Süfyanla əlbir olub İmam Həsənin (ə) əleyhinə təb-

li

ğat aparır və xalqı imama qarşı qaldırırdılar. 



Müaviyənin müharibə etməkdə ciddi olduğunu görən İmam (ə) ona qarşı 

on  iki  min  nəfərlik  ordu  topladı.  İmamın  (ə)  göstərişinə  əsasən  bu  orduya 

əmisi oğlu Ubeydullah ibn Abbas başçı təyin edildi. Qeys ibn Səd və Səid ibn 

Qeys  isə  Ubeydullaha  canişin  təyin  edildilər.  Şam  ordusu  ilə  Kufə  ordusu 

Məskin  adlı  məntəqədə  qarşı-qarşıya  gəldi.  Qısa  müddət  ərzində  Müaviyə 

İmam Həsənin ordu başçısı olan Ubeydullah ibn Abbasa bir milyon dirhəm 

verərək  onu  səkkiz  min  tərəfdarı  ilə  birlikdə  öz  tərəfinə  çəkdi.  Qalan  dörd 

min nəfərə isə Qeys ibn Səd başçılıq etməyə başladı. Ubeydullah ibn Abbası 

ələ almaqla kifayətlənməyən Müaviyə İmamın (ə) ordusunu zəiflətmək və or-

d

u arasında şayiə yaymaq üçün öz casuslarını imamın başçılıq etdiyi orduya 



göndərdi. Onlar İmamın (ə) başçılıq etdiyi orduda belə bir şayiə yaydılar ki, 

Qeys  ibn  Səd  Müaviyə  ilə  müqavilə  bağlayıb,  eyni  zamanda  Qeysin  də  or-

dusu  arasında  şayiə  yaydılar  ki,  İmam  Həsən  (ə)  Müaviyə  ilə  sülh  bağla-

mışdır. 


Həmin vaxt Mədaində olan İmam Həsən (ə) topladığı ordu ilə birlikdə Sə-

ba

ta doğru hərəkət edirdi. Səbat yolunda olarkən əslən xəvaricdən olan Cərrah 



ibn Sənan tərəfindən ağır yaralanan İmam Həsən (ə) yenidən Mədainə qayıtdı. 

Baş verən hadisələrdən istifadə edən Müaviyə vəziyyəti tam olaraq ələ aldı. Or-

dusunu 

itirib tək qalan İmam Həsən (ə) Müaviyə ibn Əbu Süfyanın sülh təklifi-



ni  qəbul  etməyə  məcbur  oldu.

197


 

Deməli,  əgər  İmam  Həsən  (ə)  sülhü  qəbul 

edib

sə, bundan başqa çarəsi olmayıb. Necə ki, Təbəri və digər tarixçilər yazır-



lar: “Həsən ibn Əli (ə) yalnız ordusu onun başından dağılıb tək qaldığı halda 

sül


hü qəbul etməyə razı oldu.”

198


 

İmam Həsənlə (ə) Müaviyə arasında bağla-

nan sülhün şərtləri bunlardır: 

1) 


Xilafət  Müaviyə  ibn  Əbu  Süfyana  bu  şərtlə  verilir  ki,  o,  hökuməti 

Allahın kitabı və Peyğəmbərin sünnəsi əsasında idarə edəcək. 

2) 

Müaviyə özündən sonra canişin təyin etməyəcək və ondan sonra haki-



miy

yət İmam Həsənə (ə) məxsusdur. Əgər onun başına bir iş gələrsə İmam Hü-

seyn 

(ə) xəlifə olacaq. Yəni, bu sülh müvəqqətidir, İmam Həsən (ə) demədi ki, 

biz xilafəti tərk etdik və hökumət sənin olsun, istədiyin işləri gör. Bu müqavilə 

Müa

viyənin vaxtında etibarlıdır və ondan sonra öz mahiyyətini itirir. Bununla 



197

Tarixi-


Yaqubi, II cild, səh-205. 

198


Tarixi-

Təbəri, II cild, səh-95; Usdul-ğabə, II cild, səh-14. 

  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə