SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə36/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   32   33   34   35   36   37   38   39   ...   98

______________Milli Kitabxana_______________ 

154 


 

 

Həmişəlik əsarətdən.  



Qoy var olsun bu dünyada azad könül, azad bahar, 

Qayıtmasın o zindanlar! 

Qapımızda casus duran, 

İnsanlara qan udduran 

O zamanlar, o zamanlar!..  

Qələm çəkdik keçmişlərm o qaralmış üzünə biz! 

Qoy var olsun bu nəslimiz! 

Mehribanam hər yoldaşa. 

İyirmi i1 vurdum başa, 

Qəlbim isti, qanım təmiz.  

Adım yazdır, yazılmamış taleyimə nə dərd, nə qəm... 

Səhərlərin ney səsiyəm; 

Könlümdədir sədəfli saz; 

Soran olsa: - Nədir bu yaz? 

Deyin: - Sovet ölkosiyom!  

Qış nə deyir? - Mən faşistəm, yaranmışdır üzüm qara. 

Zülm edərəm insanlara; 

Qan içirəm, həzz alıram, 

Bu dünyanı mən salıram 

Boranlara, tufanlara.  

Mən tökərəm çəmənlərə, gülşənlərə soyuq qarı, 

Talan olur elin varı; 

Diş ağardıb güləndə mən, 

Kəfən geyib gələndə mən 

Bağlayıram qapıları.  

Adım qışdır, əzəl gündən bir qardaşam canavara. 

Paltarım ağ, içim qara. 

Dərd andırır hər mənzərəm, 

Şaxtanı mən gətirirəm 

Səhərlərə, axşamlara.  

Saraldıram bülbüllərin yuvacığı - yarpaqları, 

Dondururam torpaqları. 

El demişkən - qara qışam, 

Mən uğursuz yaranmışam, 

Soldururam çəmənzarı.  

Atam boran, balam ölüm, budur mənim öz sənətim, 




______________Milli Kitabxana_______________ 

155 


 

  

Yamanlıqlar təbiətim. 



El bilir ki, amansızam, 

Neron kimi vicdansızam, 

Yoxdur qəlbim, məhəbbətim.  

Adım qışdır, özüm faşist, mən gələndə sular donar

Səhralara quzğun qonar. 

Nə duyğum var, nə ürəyim; 

Əsən kimi sərt küləyim 

Yarpaq tökər boylu çinar.  

Mən gələndə görünməyir göydə süzən qaranquşlar - 

Yaz gününə yar olmuşlar; 

Dilim: "Boran, boran!" deyər, 

Baxıb mənə "ilan" deyər 

İncə ruhlu yaranmışlar.  

Adım qışdır, özüm faşist, mən aləmi saldım səsə. 

Gündə min yol kəsə-kəsə 

Əsəcəkdir boranlarım. 

Ağır-ağır zamanlarım, 

Günəş məni əritməsə...  

Şair deyər: - Bu qara qış qurda qardaş yaranalı, 

Yemək istər istiqbalı. 

Çox sevirik canımızdan, 

Ətimizdən, qanımızdan, 

Bizim böyük istiqbalı... 

1937 


  


______________Milli Kitabxana_______________ 

156 


 

 

AYIN ƏFSANƏSİ (AYBƏNİZ) 



 

Ay gözəllik çadırını açıb, buludlarda,  

Yenə bizim ay başına dolaharkən buludlar da  

Gözlərimə göz dikərək gəlib baxdı pəncərəmdən,  

Bu gözəllik elçisinə heyran olub dedim ki, mən: -  

Nədən az-az görünürsən? 

Cavabımda susdu bir az.  

Sonra xumar baxışilə canlar alan o sərvinaz  

Gözlərimə yenə baxdı,  

O dinmədı... Utancaqdır...  

O bəlkə də öz qəlbini başqasına açacaqdır?!  

Lakin onun sifətində bir solğunluq nişanı var,  

Məncə onun bu dərdini dərd çəkanlər duyub anlar...  

Dedim: - Susma, gözəlim Ay!  

Deyiləm ki, mən özgəsi!  

Mənə tanış yaranmışdır şadlıq neyi, hicran səsi.  

Əzəl gündən dolanmışam  

Yer üzünü qarış-qarış;  

Məndən gizli bu dünyada bir sinədə söz qalmamış.  

Sevinənlər, dərdlənənlor öz qəlbini açar mana,  

Mənim varlıq nəfəsimdən torpaqlar da gələr cana,  

Çünki insan yaranmışam. 

Yenə baxdı üzümə Ay, 

Arxasınca qoşun çəkib buludlar da gəldi lay-lay.  

Sonra, bir az gülümsəyib dilə gəldi  

Ay da bu dəm: O dindikcə ağ kağıza inci düzdü qızıl qələm.  

Dedi: - Az-az görünməyim nədən sizə ağır gəlir?  

Dedim: - Çünki bu dünyada gözəlliklə söz yüksəlir  

Gözəlliksiz bir sənətin nə duyğusu, nə canı var.  

O dırmalar qulaqları, balta kimi odun yarar  

Ay üzümə yenə güldü...  

Tez açıldı qaş-qabağı,  

İşıqlandı səhər kimi xəyalımın söz otağı.  

Dedi: - Az-az görünməyim küskünlükdən nişanədir.  

Dedim: - Bir az açıq danış, bu sözünün sirri nədir?  

Dedi: - Sən ki, dillənsən, düşmədinmi məni başa?  

Dedim: - Bəzən varlığıma hakim olan bir tamaşa  

Uçurduqca yer üzündən xəyalımın qanadını,  

Unuduram hər canlının, hər cansızın öz adını. 



______________Milli Kitabxana_______________ 

157 


 

Cəhalətin 

pəncəsində boğulduqca qəlbim yenə,  

Bir kor kimi boylanıram bu mənalar aləminə  

O vaxt mənim şüurum da, xəyalım da qaçır məndən,  

Qayıq qalır fırtınada, dalğalara düşür yelkən...  

Ay yenə də gülümsədi... Saçlarını dağıdaraq,  

Dedi: - İnsan. qəlbindoki sadəliyə, saflığa bax!  

Sən ki, bizim ilk görüişdə öz sirrini dedin mənə;  

Mən də bütün varlığımı açacağam bu gün sənə.  

Dedim: - Buyur, şad olaram! 

Sarılaraq Ay boynuma, 

Bir günahsız quzu kimi gəlib girdi o qoynuma.  

Dedi: - Mənim küsməyimin başlıca bir səbəbi var,  

Qoy eşitsin bu sirrimi şair olub, söz yazanlar...  

Bilirsən ki, mən gözələm, dastanlara düşmüş adım,  

Yarandığım gündən bəri bağlanmamış qol-qanadım.  

Bir qocaman şahidiyəm bu varlığın əzəl başdan,  

Çünki mənmi varlığımı da yoğrulmuşdur sudan, daşdan.  

Çox gəzmişəm bu dünyanı oba-oba, oymaq-oymaq,  

Kim istəyir bu neməti öz əlindən yerə qoymaq.  

Mən doğanda göy üzünə, qaçıb gedir qaranlıqlar,  

Gözəlliklə əkiz olan bir qüvvətim, qüdrətim var.  

Mənim böyük camalımdan ilham alır bütun aləm,  

Mən də insan xəyalı tək gündüzlərin aşiqiyəm.  

Lakin bizim şairlərdən incimişəm sözün düzü,  

Onlar bəzən düz görməyir nə gecəni, nə gündüzü.  

Onlar elə zənn edir ki, gözəllik bir oyuncaqdır,  

Hər "sevirəm!" deyən gəncə o da aşiq olacaqdır...  

Elə mənim özümə də qəlb açmışlar min bir kərə,,  

Mən nə deyim? Nə ad verim o ötərgi vədlərə?  

Onlar baxıb ilham almış yalnız mənim zahirimdən,  

Lakin onlar bilməmişdir bir nəçiyəm batində mən.  

Onlar məni bənzədərək min gəlinə, min də qıza,  

Arabir də oxşatmışlar hər ötərgi vəfasıza.  

Hətta böyük Puşkin belə bir vaxt mənə söz atmışdır,  

O da məni göy üzündə ağılsıza oxşatmışdır.  

Lakin duyan olmamış ki, mənim öz aləmim vardır,  

Bu səbəbdən ürəyimdə dünya boyda qəmim vardır. 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə