SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə87/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   83   84   85   86   87   88   89   90   ...   98

______________Milli Kitabxana_______________ 

367 


 

  

Aygün baxır bir uşağa, bir də ərinə,  



Şikayətçi deyil artıq öz taleyindən.  

İnanmışdır Əmirxanm vədələrinə,  

Gözlərində bir təbəssüm dil açır birdən: 

 

- Taqsırını öz boynuna aldın mərdana,  



Mən də sənn günahını bağışlayıram!  

(Sağ ol, bacım! Sağ ol sən, ey qəhrəman ana!  

Mən də sənin bu qəlbini alqışlayıram.) 

 

XVII 



 

Neçə ayın səadəti qonaq gələrək,  

İlk baharın nəsimi tək əsdi o evə...  

Gəlinciyin sinəsində sevindı ürək,  

Öz ərini, uşağını bərk sevə-sevə. 

 

Yaz açılır, ev-eşiyi düzəldim deyə,  



Öz əliylə təmizlədi pəncərələri...  

Şadlığından sığışmadı yer ilə göyə,  

Bahar dostu, şeir dostu o gözəl pəri. 

 

Üzə güldü otaqların hər səliqəsi,  



Gül-çiçəklə o bəzədi yaşıl eyvanı.  

Hansı şeyə toxundusa onun nəfəsi,  

Elə bil ki, ətir saçdı bir dağ reyhanı. 

 

Səməni do qoydu gəlin bayramqabağı:  



Pal-paltarı, qab-qacağı çəkdikcə suya  

Gülə döndü özünün də əli, ayağı,  

Nəfəs aldı ilk baharı o duya-duya. 

 

Körpəsinə paltar tikdi ana əlləri, 



Gah üzündən, gah gözündən öpdü sevincək. 

Uzandıqca uşaqcığın sarı telləri, 

Öz ətrini yaydı evə gül qönçəsi tək. 

 

Arabir də pianoda nəğmələr çalıb,  



Musiqilə layla dedi öz körpəsinə.  

O, yarımçıq hünərindən ilhamlar alıb,  

Dönə-dönə qulaq asdı üz nəğməsinə. 

 



______________Milli Kitabxana_______________ 

368 


 

XVIII 

 

Aygün Əmirxanla bir axşam yenə  



Oxumaq üstündə bərk sözə gəldi.  

Hər biri haqq verdi öz dediyinə,  

Onlar qılınc kimi üz-üzə gəldi: 

- Axı mən insanam, məqsədlərim var, 

Əl götür, Əmirxan, bu tərsliyindən. 

Məni məngənə tək sıxır dörd divar, 

Qul yaranmamışam bir kişiyə mən... 

Niyə tay-tuşumla ayaqlaşmayım?  

De, kimdən əskikdir mənim hünərim?  

Yenəmi ayları, illəri sayım,  

Nə var ki, qısqancdır, qorxaqdır ərim?.. 

Aygün! Bu inaddan sən əl götür, gəl! 



Tutaq ki, doğrudan çox hünərin var; 

Axı, sən anasan, hər şeydən əvvəl, 

Gül kimi uşağın, bir də ərin var... 

Olmaz ki, meylini evə salasan? 

Öz ilhamını da bizdən alasan? 

- Necə? Sevməyirəm mən sizi məgər? 

Tutaq ki, sevirsən dünyalar qədər, 



Axırı nə olsun? Gündə bir səhnə, 

Gündə bir qastrol, bir müsamirə... 

Bəs soyutmayacaq səni evindən? 

Xeyr, öz eşqimə and içmişəm mən: 



Ucalıb göylərə dəysə de başım, 

Bir sən olacaqsan ömür yoldaşım,  

İndi nə deyirsən? 

- Onda 


qulaq 

as, 


Örtülü bazarın dostluğu olmaz.  

Mənim nə rütbəm var, nə böyük adım,  

Nə də ki, sən deyən bir istedadım.  

Bir də bilirəm ki, nə qədər sağam,  

Elə bu boyda da mən qalacağam...  

İndi fərz edək ki, doğrudan da sən 




______________Milli Kitabxana_______________ 

369 


 

  

Bir bəstəkar olub yüksələcəksən,  



O vaxt nəzərində, keçdikcə illər,  

Mən kiçiləcəyəm bir nöqtə qədər...  

Əlbəttə, sən məndən soyuyacaqsan,  

Gülmə! Çiy süd əmib deyirlər insan;  

Belədir... Sən bunu indidən düşün,  

Məni sevirsənsə doğrudan, Aygün,  

Böyüklük fikrini ürəyindən at,  

Məşhur olmağı da başından çıxart.  

Getsən, birdəfəlik gedəsən gərək...  

Mənim bu qərarım dəyişməyəcək! 

 

* * * 


 

Yenə də getmədi gəlin evindən,  

Ancaq xəstəlındi o gündən bəri.  

Onu ürəyindən oxladı, bilsən,  

Öz qısqanc ərinin acı sözləri. 

"Getsən, birdəfılik gedəsən gərək..."  

O necə dilinə gətirdi bunu?  

Mın indi, mən indi ayıldım, gerçək,  

Bildim Əmirxanın kim olduğunu... 

O məni sevsəydi ürəkdən əgər,  

Bu sözlər dilinə gələrdimi heç?  

Uğursuz bir eşqin (keçsə də illər)  

Sönüb kül olacaq odları tez-gec... 

Bir ay gece-gündüz o gözəl nigar  

İztirab içində yandı şam kimi.  

Müqəddəs qəlbində yanan arzular  

Söndü təhqir olmuş bir ilhaın kimi. 

Şəhla gözlərindən qəm yağa-yağa  

Döşləri quruyub kəsildi süddən.  

Gecələr ac qalıb ağladı çağa,  

Ana balasını duymadı bəzən... 



______________Milli Kitabxana_______________ 

370 


 

  

Düşdü Əmirxanın canı qorxuya,  



Bəzən soyuqladı alnındakı tər...  

Elə bil gəmisi qərq oldu suya,  

Başında sıxlaşdı ağır fikirlər. 

Söydü, dönə-dönə özünü söydü,  

Dar oldu kainat gözlərinə, dar;  

Hərdon də hirslənib başına döydü...  

Sonradan ayılır qısqanc olanlar. 

Bəzən əlindəki gözəl neməti  

İtirəndən sonra ayılır insan...  

Əmirxan! Duydunmu sən bu dəhşəti  

Yenəmi aləmdə kor qalacaqsan? 

(Oxucum, faciə gözləmə bu dəm,  

Gəlin də, çağa da sağ qalasıdır.  

Mən matəm şairi ola bilmərlm,  

O ana ürəyi dağ qalasıdır! 

Uçura bilərmi onu hər külək?  

Yenə gün doğacaq onun üzünə.  

Sənin də gözlərin gülümsəyərək,  

Salam göndərəcək o el qızına. 

Ürək də sinəmdə dil açıb deyir:  

Qəhrəman ölərsə, şair sevinməz.  

Yalnız səadətlə ucalar şeir...  

Nə var bu aləmdə həyata əvəz?! 

Odur, bax... seyr elə o xəstəni sən,  

Bir qızartı gəlir yanaqlarına;  

Elə bil üstündən boranlar keçən  

Xəstə bir ağacın budaqlarına  

Yaşıl yarpaqların nəfəsi gəlir,  

Buzları ərimiş kiçik bir suyun  

Yenə də ətrafa xoş səsi gəlir;  

Siz də bu aləmi yaxından duyun!..) 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə