ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə139/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   135   136   137   138   139   140   141   142   ...   157

Səyalı xala: 
- Eləyərəm,  niyə eləmirəm  - dedi. Süleyman əmimin nəvəsi də xoş gəlib
onun dostu da... Osman müəllim söhbətinə ilk gəncliyindən, Səməd Vurğunla, 
Möhsüm Poladovla, Şəmistan Əyyubovla, Allahverdi Namazovla, Mirqasım 
Əfəndiyevlə, İbrahim Mirzəyevlə tanışlığından başladı. Seminariyadakı təhsil 
illərindən maraqlı əhvalatlar danışdıqca mən də qısa qeydlər götürdüm. Dostum 
Seyfəddin isə şair Osman Sarıvəllinin bolluca foto-şəkillərini çəkdi. Bu nadir 
fotoşəkillərdə, 1976-cı ilin sentyabrından bizə yadigar qaldı. Verilişin 
hazırlanmasından bir həftə əvvəl rəhbərliyə məlumat verdim ki, burda Osman 
Sarıvəlli də çıxış eləməyə söz verib. Osman müəllimə görə sədr Elşad Quliyev 
bizim verilişə səxavətlə limitdən kinolent verdi. Veriliş efirdə səslənəndən sonra 
həmin süjetin kino-lentini götürdüm. İndi də özümdə həmin verilişi yadigar 
saxlayıram. 
Osman əmi ötən günləri yada saldıqca başını bulayır, yanıqlı-yanıqlı gənclik 
dostlarından danışırdı. İnqilab illərində, otuz yeddinin acı tufanlarında itirdiyi və 
günahsız həbs olunanlardan söz düşəndə o, Dağkəsəmənli igid Şəmistan 
Əyyubovun vaxtsız ölümünə heyfsləndi. Asta, ağır səslə Səməd Vurğunun bir bənd 
şerini əzbər dedi: 
 
Biz az döyüşmədik qoca dünyada, 
Qorxub çəkinmədik isti qanlardan. 
Atımız ölüncə getdik piyada, 
Çıxdıq o qarışıq imtahanlardan. 
 
Sonralar o ağır illəri xatırlayan professor Mehdixan Vəkilov yazırdı: “Səməd 
Vurğunla Osman Sarıvəllinin həyat, mübarizə və yaradıcılıq yolları bu illərdən 
(1930-cu illər) başlayaraq birləşir. Əlbəttə, mən, seminariya illərini demirəm. 
Onların arasında yaranan səmimiyyət, fədakarlıq və mənəvi yaxınlıq ömürləri boyu 
davam etmişdir. Bu iki ədəbi simanın dostluğu, qədim yunan əsatirində söylənən, 
Homer nəğmələrində oxunan əfsanəvi dostluğu xatırladır. 
- Osman müəllim, - dedim - Səməd Vurğunun gənclik illərindən   hansı 
epizodu tez-tez xatırlayırsınız? 
- Eh - dedi, ay oğul, birdimi, beşdimi... 1929-cu ildə Səməd Vurğun, Əkrəm 
Cəfər, bir də mən Moskvaya Maksim Qorki adına “Ali Ədəbiyyat kursları” nda 
oxumağa getdik. Bizi - Azərbaycan proletar yazıçılarını çox böyük hörmət və 
izzətlə qəbul elədilər. Yataqxanada yer paylananda Səmədi itirdim. Axşam el 
yatanda gəlib çıxdı. Komendantdan yerzad ala bilmədi. “Osman, bu axşam başayaq 
yataq, sabaha özümə yer alacam”. Bu minvalla ay yarıma yaxın mənimlə baş-ayaq 
yatan Səməd özünə yer almadı. Axırda da nə desə yaxşıdır: “Əyə, Osman, vallah, 
sənə elə öyrəşmişəm, heç ayrılmaq istəmirəm”. 
- Sən atanın goru - dedim, məndən əl çək, səhərə qədər bir böyrü üstə 
yatmaqdan qabırğalarım əzilib. 
Gördüm Səməd öz kefindədi, mənim isti, yumşaq, halalca çarpayımdan 
getmək istəmir. Onda məcbur olub özümə gün ağladım, köhnə bir çarpayı tapıb, 
sınıq-salxaq yerini təmir elədim. Səmədin “çarpayısı” ilə yanaşı qoydum. 


Moskvadan danışdıq, oğul, yadıma bir əhvalat da düşdü. Onu da deyim ki, 
Qazax seminariyasında da, Moskvada da mən Səmədlə bir sinifdə, bir kursda 
oxumuşam. 
Moskvada oxuyanda ikimiz də İvan Turgenevin yaradıcılığından kurs işi 
yazıb, imtahan verməli idik. Mən günümü kitabxanalarda keçirir və Turgenevin 
əsərlərini oxuyurdum. Ən çox da yazıçı haqqında olan tədqiqatları mütaliə edir, 
yaradıcılığını öyrənirdim. Amma Səməd adlı adam nə kitabxanaya gəlir, nə də kurs 
işi yazırdı. Bütün günü şəhərdə gəzməkdə, öz kefində idi. Axşamlar da uşaqları 
başına yığıb skripka çalardı. Bəzi hallarda məndən kitabxanada nə oxuyub 
öyrəndiyimi soruşardı, danışdıqlarıma diqqətlə qulaq asardı. Özünün dediyinə 
görə, Turgenevin iki əsərini oxumuşdu: “Asya” və “Bahar suları”. 
İmtahan günü gəlib çatdı. Mənim danışdıqlarımdan Turgenevin 
yaradıcılığını öyrənən Səməd “əla” qiymət qaldı. Mən isə “kafi”. O zaman da ikicə 
qiymət vardı: “kafi” və “əla”. 
- Ay oğul, Səmədlə belə günlərimiz çox olub, lap çox. Mənim indi huşum 
qalmayıb - deyib, əlini ağ saçlarının üstünə qoydu. “Bax, ağrının hamısı burdadır, 
beyin də ki, ağrıdı, heç nə... düşünməyin, fikrin motoru, mühərriki budu, bu... 
Xeyli sükutla dayandı. Dostum Seyfəddin ona yaxınlaşıb: 
- Osman  müəllim,  - dedi, yorğunluqdandır, işləməyi bir az azaldın, nə 
qədər işləmək olar. Sizin indi istirahət vaxtınızdır. Allah canınızı sağ eləsin, onsuz 
da Siz xalqımız üçün çox iş görmüsünüz. 
O, Seyfəddinə təfərünclə baxıb: 
- Oğul, - dedi. - İstər şair olsun, istərsə yazıçı. Gecə də, gündüz də 
işləməlidir. Atalar deyir ki, at ölənə qədər otlayır. Demək şair, yazıçı da son 
nəfəsinə qədər yazmalıdır. 
Seyfəddin stolun üstündən götürdüyü “Səməd Vurğun” foto-albomunu ona 
göstərib soruşdu: 
- Bu kitabı tez-tezmi oxuyursunuz? 
- Burda oxumağa bir şey yoxdu. Rəhmətlik Səmədin, mənim, bizim  
dostlarımızın yaxşı şəkilləri var burda. Darıxanda vərəqləyib Səmədlə keçirdiyim 
günlərin azlığına heyfslənirəm. 
Osman əmi kitabı vərəqləyəndə Seyfəddin onun müxtəlif rakuslardan şəklini 
çəkdi. Biz getmək üçün yığışdıq. Osman müəllim də ayağa durdu. Asta addımlarla 
yaxınlaşıb mənimlə üzbəüz dayandı, sağ əlini ərklə çiynimə qoyub: 
- Yaxşı, - dedi. - a Körpülü balası, bayaqdan sən sual döşəyirsən, mən də 
cavabını verirəm. İndi sən mənim bircə sualıma cavab ver görüm. Sizin kənddə 
körpü varmı? 
- Yox - dedim. 
- Bə, niyə kəndinizin adı Körpülüdür? 
- Deyirlər, XVIII əsrdə Sınıq körpünün bir qolu uçub dağılıbmış, bizim 
kəndin də qoçaq kişiləri onun tikintisində fəal iştirak ediblər. Onda Şıxlı varıymış, 
Körpülü yox. Körpünün tikintisində işləyənlər Şıxlıdan ayrılıb gəlib indiki 
Körpülüdə məskən salıblar. Amma Osman əmi, bu nə dərəcədə dəqiqdi, yalandı, 
bilən yoxdu... 
Osman müəllim mənalı-mənalı gülümsünüb: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə