ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə137/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   133   134   135   136   137   138   139   140   ...   157

Əslində xeyirxah Qembər müəllimin təklifi ürəyimcə idi. Bu maraqlı adam 
haqqında çox eşitmişdim, amma onunla söhbət eləmək qismət olmamışdı. 
Uzaqdan-uzağa elə-belə tanıyırdım ağsaqqalı. Rayonda ona hamı Səməd Vurğunun 
yaxın dostlarından biri kimi hörmət və ehtiram göstərirdi. Toy məclislərində 
Mirpaşa müəllim mütləq Səməd Vurğunun və özünün yazdığı şerlərlə sağlıq 
deməyi xoşlardı. 
Səhər tezdən komsomolun birinci katibi Qasım Əliyevlə birgə o tay 
Saloğluya Mirpaşa müəllimin görüşünə getdik. 
 Mirpaşa Nəsibov söhbətinə çox-çox uzaqlardan başladı: Qazağın qədim 
tarixindən, görkəmli maarifçi Əhmədağa Mustafayevdən, şairin ulu babalarından 
bildiyini, eşitdiyini bizə söylədi. Nəhayət, mən söhbətin yönünü dəyişib seminariya 
illərinə gətirdim. Onda Mirpaşa müəllim fəxrlə dedi ki, məndə Səməd Vurğunun 
heç yerdə dərc olunmamış bir şeri var. 
- Nə vaxt yazıb? - deyə soruşdum. 
- Seminariya illərində, Dürrəyə dəlicəsinə vurulan vaxtı. Amma şeri Sizə 
verməyəcəm. Yetmiş illik  yubileyidi, özüm dərc etdirəcəm. 
- Nə  olar  -  dedim,  özünüz bilən məsləhətdir. 
Seminariya illərindən maraqlı epizodlar danışan Mirpaşa müəllim birdən nə 
fikirləşdisə: 
- Yaz - dedi, - şeri də deyim, yaz. Bu əhvalatdan sonra da şeri dərc etdirmək 
yerinə düşər. (Mirpaşa Nəsibovun danışdığı əhvalat inandırıcı olmadığına görə 
“Ulduz” jurnalının redaktoru Əhməd Cəmil ixtisar eləyib ancaq şeri saxladı, - 
Ş.N.) 
Mən şeri da yazıb götürdüm.  
 
Quş budağa gəlib qonu, 
Alacadır onun donu. 
Qərib elə düşüb yonu, 
Ay ürəyi yara Səməd. 
 
Gecə-gündüz yarı andın, 
Kərəm kimi oda yandın. 
Bivəfaya sən inandın, 
Yox dərdinə çarə, Səməd. 
 
Fələk verməz nüsrətini
İtirmisən hörmətini, 
Çək illərlə həsrətini, 
Sən, ey bəxti qara Səməd, 
 
Bakıya qayıdanda Qazax təəssüratımı - “Vurğun keçib bu yerlərdən” 
silsiləmin birini də yazıb “Ulduz” jurnalına təqdim etdim. Dostum Səyavuş 
Sərxanlı o vaxtlar nəsr şöbəsinin mudiri idi. Yazını oxuyub bəyəndi. Vərəqləyib 
şer olan səhifəni tapdı. Çox incə bir eyhamla: 


- Sarı Şəmistan, (o mənə zarafatla belə müraciət edir)  - dedi,  nəsə bu şerdən 
gözüm su içmir, düzü heç Səməd Vurğunun şerinə oxşamır. Zəif deməyə də dilim 
gəlmir. Mən toxunmayıb Əhməd müəllimə (Əhməd Cəmil) təqdim edirəm. Görək 
ağsaqqal nə deyəcək. 
Aradan yarım saat keçər-keçməz Əhməd müəllim əvvəl Səyavuşu, sonra 
məni də yanına çağırdı. Özünə məxsus ağır, ahəstə səslə: 
- Gəl, burda yaxında əyləş, oğul - dedi, dərindən nəfəs alıb - oxudum, yazını, 
çox sağ  ol, silsilənin bu hissəsini  də oxunaqlı yazmısan, maraqlı faktların var. 
Səməd Vurğunun ulu babaları haqqında olan    əhvalatlar xüsusilə xoşuma gəldi. - 
Sonra az qala pıçıltı ilə - bu şer məni açmadı, heç elə bil Səmədin deyil, - deyib 
duruxdu, fikrə getdi. 
Mən cəsarətlənib: 
- Əhməd müəllim, - dedim, - istəyirsiniz çıxardın. O boyda Səməd 
Vurğunun bir zəif şerə məncə çox da ehtiyacı olmaz... 
- Yox, niyə çıxardaq, tapıntıdır, - dedi. - Sən gəl, bir zəhmət çək, bu şeri apar 
Osman Sarıvəlliyə göstər. O, bu işin xiridarıdır. Hər halda Osman baxsa yaxşıdır. 
Onlar seminariyada birgə oxuyublar. Şer də o vaxtlar yazılıb. 
Yazını götürüb Osman müəllimgilə getdim. Nizami küçəsi ilə gedəndə 
hədiyyələr mağazasının yanında təsadüfən Osman əmi ilə üzbəüz gəldim. 
Salamlaşdıq. 
- Hara belə a bala, başı alovlu? 
- Sizə gedirdim, Osman əmi. 
- Xeyir ola? 
- Qazağa getmişdim. Səməd Vurğun haqqında bir yazı hazırlamışam.   
Mirpaşa  Nəsibov da dərc olunmamış bir şerini verib. Mən də onu yazıya 
daxil eləyib, “Ulduz”a təqdim eləmişəm. Əhməd müəllim dedi ki, balaca 
şübhəm var, şerin Səməd Vurğunun olmasına, qoy ona Osman da baxsın... 
- Hanı şer, hardadır? 
-  Budu, məndə. 
- Ver bura, gedək ittifaqa, orda baxaram.  
Osman müəllim şeri birinci dəfə oxuyub: 
- Əlbəttə, Səmədindi - dedi. - Amma xeyli başını qaldırmayıb şeri iki-üç 
dəfə yenidən oxudu, xırda bir düzəliş də elədi. - Ver, - dedi - getsin, cavanlıq 
vaxtı yazıb. Bir az da ola bilər Mirpaşa yaddaşında itirib. Onun özünün də 
bala-bala yazmağı var, yəqin ki, unutduğu misranı özündən toqquşdurub. 
Mirpaşanın cavanlıqdan özündən toxumağı, gopu var... 
- Bəs qol-zad çəkmək lazım deyil? - soruşdum. 
- Nə qol əyə, buxalter kağızı-zaddımı? Bu saat - deyib, Osman əmi dəstəyi 
götürdü.  Xoş-beşdən  sonra:   -  Əhməd, şerə baxdım, ver getsin, düzdü, bir az 
təhrifləri var, amma nə bilim, deyəsən Səmədindi. Zalım oğlunda səliqə varıydımı 
ki... 
Şer yazı ilə birgə 1976-cı ildə “Ulduz” jurnalının beşinci nömrəsində dərc 
olundu. 
Jurnal çıxan kimi həmin nömrəni götürüb sevinclə Mirqasım əmigilə getdim 
Lütviyyə xalada, Mirqasım əmi də məni mehribanlıqla qarşıladılar. Lütviyyə xala: 


 - A Mirqasım, sonra oxuyarsan, ver bir mən baxım, deyəsen Səmədin şəkli 
var, orda gözümə dəydi... 
Lütviyyə xala jurnalı alıb vərəqlədi. Səməd Vurğunun şəklini dönə-dönə 
öpüb: 
- Can, can a Səməd, hayıf olan Səməd - deyib kövrəldi. 
Çay süfrəsi arxasında Mirqasım əmi yazını oxuyurdu. Lütviyyə xala ilə mən 
də Qazaxdan, qohum və tanışlardan danışırdıq. O, Mehdi Hüseynin, Səməd 
Vurğunun, Osman Sarıvəllinin cavanlığından danışa-danışa “yadındadımı a 
Mirqasım, Səməd bizim Nazimin toyunda tamada olanda”... 
Birdən Mirqasım əmi hirslə: 
- Bu nədi, - dedi, - gör neyləmisən, mən elə bilirdim ki, Mirpaşa səni gopları 
ilə əfsunlayacaq. Bu şer Səmədin döyül, bu şer bizim seminariya müəllimimiz 
Mirzə Mehdi Vəlizadənindir. Mirqasım əmi yana-yana hirslə: - Gör bir 
neyləmisən, bütün zəhmətini də batırmısan... 
- Mirqasım əmi, düzdü, şerin Səməd Vurğunun olmamasına Əhməd müəllim 
də şübhələndi. Apardım Osman müəllim də baxdı, təsdiq elədi ki... 
- Top aparsın Osmanın başını, top. Həlvət qocalıb  ağlı  azalıb,  -  deyib 
telefona tərəf getdi. Zəng eləyib: - Əyə, Osman,  - dedi,  Nazarlıdan bir yaxşı 
müəllimimiz vardı, adı nəydi onun? Mirzə Mehdi Vəlizadə! Ay sağ ol, bə, həncəri 
sən onun şerinin Səmədin adına olmağını təsdiqləyibsən? Bə, yadında döyülmü 
onun gözəl, lirik və satirik   şerləri...   “Tələbə əfkarı” adlı divar qəzetimizdə onun 
şerlərini oxumağını nə tez unutdun? Sən də, mən də bütün seminaristlər əzbər 
bilirdik. Əyə, Şəmistanı uşaq görüb aldadıb bə, sənə nə olmuşdu?  Bilmirəm,  
neyləyirsiniz eləyin, sən də, Əhməd də, Şəmistan da oxuculardan   üzr   istəyib,   
günahınızı yuyun, yoxsa... 
Lütviyyə xala hirsli Mirqasım əmiyə təskinlik verib: 
- Dünyamı dağılıb, yıxılmışın oğlu, mən də deyirəm nə olub? Əsəbiləşib 
özünə qəsd eləmə, havayıca yerə... 
Mirqasım əmi hirslə: 
- Sən belə şeyi bilməzsən, dağılıb, əlbəttə, daqılıb. İki dağ boyda adamın 
ruhunu birdən təhqir eləyiblər. Alının papağını Vəlinin başına qoyublar... 
Lütviyyə xala ərklə danlaya-danlaya kişini ram elədi. Bir-iki stəkan çay içib 
toxdayan Mirqasım əmi: 
- Mirzə Mehdi Vəlizadə - dedi, - bizim tələbə dram dərnəyimizin rəhbəri və 
ədəbiyyat müəllimimiz idi.  Tarix-coğrafiyanı  Əli  əfəndi  (Əli Molla Vəli oğlu 
Hüseynov. Yazıçı   Mehdi Hüseynin atası - Ş.N.) deyirdi. Fars dilini    
direktorumuz Firidun bəy Keçərlinin özü keçirdi. İbrahim əfəndi Qayıbzadə 
ilahiyyat, Alay bəy Şıxlinski riyaziyyat, Əli Mustafayev nəğmə, Əhməd 
Gülməmmədov rus dili, Yusif Əfəndiyev ədəbiyyat müəllimimiz idi. 
Təsərrüfat müdirimiz Yusif ağa Vəkilovun (Səməd Vurğunun  atası-Ş.N.) 
vəfatından sonra İlyas Kazımov oldu. Çaylı kəndindən olan bu cavan oğlan yenicə 
yaranan komsomoldan gəlmişdi. Kasıb İlyasın var-yox bircə inəyi vardı. Bir gün 
1922-ci ildə Çaylı kəndindən xəbər gəldi ki, inəyi canavar yeyib. Bərk dilxor olan 
İlyas kəndə getdi. Axşamüstü çox pərişan halda qayıtdı. Qəm-qüssə içində gəzən 
İlyasa müəllimimiz Mirzə Mehdi Vəlizadə nə qədər təsəlli verdisə, qaşı-qabaqı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə