Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə3/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   2   3   4   5   6   7   8   9   ...   151

Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

9



Respublikasının gömrük siyasətinin iqtisadi təhlükəsizliyin qorunmasına 

istiqamətlənmişdir. 

 Tarixin  müxtəlif dövrlərində Azərbaycandan digər ölkələrə aparılan 

yüklərdən toplanan rüsum və vergilər  əsas gəlir mənbələrindən biri idi. 

Zaman keçdikcə gömrük işi həm hüquqi, həm də xidmətin təşkili baxımdan 

təkmilləşir, tabeçilik və idarəçilik strukturundan asılı olaraq inkişaf edirdi. 

Azərbaycanın qonşu dövlətlərlə gömrük münasibətlərinin inkişafına bir çox 

subyektiv amillər təsir etsə də, qədim dövr və orta əsrlərdə, tarixin yeni və 

ən yeni dövr mərhələsində gömrük münasibətləri  əsasən cəmiyyətin 

iqtisadi-siyasi tələblərinə uyğun inkişaf etmişdir. İyirminci yüzillikdə isə bu 

münasibətlər daha əhəmiyyətli xarakter daşımış  və gömrük işi sahəsində 

geniş hüquqi-normativ bazanın yaranmasına gətirib çıxarmışdır. Keçmişdə 

olduğu kimi, indi də xarici ticarətin inkişafı beynəlxalq əmtəə mübadiləsi və 

beynəlxalq gömrük münasibətlərinin daha da təkmilləşdirilməsinə  səbəb 

olur. Çünki iqtisadiyyat yalnız xalqlar və dövlətlərin qarşılıqlı maraqlarını 

nəzərə almaqla inkişaf edə bilər.  

Müstəqillik dövründə xarici ticarət  əlaqələrinə gömrük nəzarətinin 

həyata keçirilməsi və gömrük sərhədlərinin mühafizəsi problemi Azərbay-

can Respublikası üçün tamamilə yeni bir vəzifə idi. Belə ki, SSRİ dövründə 

Azərbaycanın və ittifaqa daxil olan digər respublikaların xarici aləmə  və 

ümumdünya bazarına çıxışı xarici ticarət üzərində hökm sürən dövlət 

inhisarı “pərdəsi” ilə bağlanmışdı. SSRİ-nin tərkibində olduğu illər ərzində 

respublikamız demək olar ki, müstəqil xarici iqtisadi fəaliyyət göstər-

məmişdi. Nisbi qapalılıq vəziyyəti xarici bazarın tələbatının öyrənilməsinə, 

ölkə iqtisadiyyatının rəqabət qabiliyyəti yüksək olan malların istehsalı  və 

ixracının artımına süni əngəl yaradırdı. Məhz buna görə də,  

1991-ci ildə müstəqilliyini elan edən Azərbaycan Respublikası bazar 

iqtisadiyyatı  şəraitində  zəruri təcrübəsi yox idi, eyni zamanda xarici və 

daxili bazarda da fəal rəqabətə hazır deyildi. Digər tərəfdən, müstəqillik 

dövrünün ilk illərində siyasi hakimiyyətin tez-tez dəyişməsi, Ermənistanla 

müharibənin mənfi sosial və iqtisadi nəticələri, keçmiş sovet respublikalar 

arasında formalaşan ticarət-iqtisadi əlaqələr sisteminin dağılmasından əmələ 

gələn durğunluq halları vəziyyəti daha mürəkkəbləşdirmişdi. Bütün bunlarla 

bərabər, zəngin mineral ehtiyatlara malik Azərbaycan dünyanın aparıcı 

dövlətlərinin, o cümlədən ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, 



Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

10



Yaponiya, Çin, eyni zamanda qonşu dövlətlər – Rusiya, Türkiyə  və  İranın 

diqqətini özünə  cəlb edirdi. Azərbaycanın təbii sərvətlərindən gəlir  əldə 

etmək cəhdi onsuz da Xəzər regionunda əzəli rəqib olan bu dövlətlərin və 

onları  təmsil edən transmilli şirkətlərin maraqlarının toqquşmasına gətirib 

çıxarmışdı. 

Tarixdən məlumdur ki, heç bir dövlət özünün iqtisadi suverenliyi və 

iqtisadi təhlükəsizliyi təmin etmədən mövcud ola bilməz. Buna görə də, hər 

bir müstəqil dövlət öz milli qanunvericiliyində gömrük işinin təşkilinə 

mühüm  əhəmiyyət verir. Azərbaycan Respublikası da bu mənada istisna 

təşkil etmir. Azərbaycan Respublikası müstəqillik  əldə etdikdən sonra 

dövlət quruculuğu sahəsində  təxirəsalınmaz vəzifələrdən biri də ölkənin 

iqtisadi maraqlarının və  mənafelərinin qorunması, səmərəli xarici-iqtisadi 

fəaliyyət və idxal-ixrac əməliyyatlarına dövlət nəzarət sisteminin yaradıl-

ması, sərhədlərin iqtisadi təhlükəsizliyinin təmin edilməsi idi.  

Qısa zaman kəsiyində ölkənin milli gömrük xidmətinin yaradılması 

bütün kəskinliyi ilə qarşıda dururdu. Belə bir şəraitdə, Azərbaycanın dövlət 

suverenliyinin mühüm atributlarından biri olan Dövlət Gömrük Komitəsi 

1992-ci il yanvarın 30-da yaradıldı. Lakin o zamanın mürəkkəb ictimai-

siyasi vəziyyət və buraxılan səhvlər bir müddət gömrük orqanlarının sağlam 

əsaslar üzərində qurulmasına imkan vermədi. Gömrük sistemində səriştəsiz 

rəhbərlik, rüşvətxorluq və korrupsiya faktları baş alıb gedirdi. Məhz bu 

səbəblərə görə, Gömrük Komitəsi bir müddət respublikanın iqtisadi təhlükə-

sizliyinin təmin edilməsi kimi mühüm vəzifənin öhdəsindən gələ bilmədi. 

Azərbaycanın gömrük xidmətinin tarixinin doğru-düzgün araşdırılması 

müxtəlif inkişaf mərhələlərində müasir Azərbaycan cəmiyyətinin bir sıra 

nəzəri və praktik problemlərini nəzərə almağı  tələb edirdi. Xarici iqtisadi 

fəaliyyət üzərində onilliklər boyu sürən dövlət inhisarının aradan qalxması 

ilə dövlət quruculuğu işində gömrük işinin rolu və əhəmiyyəti mütləq nəzərə 

alınmalı idi. 

Milli gömrük siyasətinin işlənilib hazırlanması XX yüzilliyin 90-cı 

illərindən başlanan radikal iqtisadi islahatlardan, o cümlədən inzibati-

amirlik sistemindən bazar iqtisadiyyatına keçidin təmin edilməsindən, 

iqtisadiyyatın bütün sahələrində köklü dəyişikliklərin həyata keçirilmə-

sindən birbaşa asılı idi. Tarixi təcrübə sübut edir ki, heç bir dövlət iqtisadi 

təhlükəsizliyi və suverenliyini təmin etmədən mövcud ola bilməz. Dövlətin 



Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

11



iqtisadi fəaliyyətinin mühüm tənzimləyicisi, dövlət büdcəsinin formalaş-

masının aləti və iqtisadi maraqların müdafiəçisi kimi gömrük siyasətinin 

əhəmiyyəti cəmiyyətdə yüksək qiymətləndirilir. Gömrük işi Azərbaycan 

dövlətinin iqtisadi inkişafının və xarici ticarət fəaliyyətinin  əsas elementi 

olaraq qalır və qalacaqdır. Təcrübə göstərir ki, gömrük sistemi bir çox 

cəhətdən ictimai rəyə söykənməklə inkişaf edir. Cəmiyyətin bütün sosial 

təbəqələri ölkənin iqtisadi təhlükəsizliyinin qorunmasında eyni dərəcədə 

maraqlıdır. Bütün bunlar Azərbaycan dövlətinin gömrük işi sahəsində top-

ladığı tarixi təcrübənin elmi cəhətdən hərtərəfli araşdırılmasını zəruri edir. 

Azərbaycan Respublikasında milli gömrük sisteminin təşəkkülü və 

formalaşması, gömrük işinin məzmunu və mahiyyəti ölkənin sosial-iqtisadi 

inkişafının 3 əsas mərhələsi ilə sıx bağlı olmuşdur: 



Birinci mərhələ  – 1991-1993-cü illər – ölkəni bürüyən vətəndaş 

qarşıdurmalarının və separatçılıq meyllərin gücləndiyi, iqtisadi xaos və 

tənəzzülün, parçalanıb dağılmaq, məhv olmaq həddində olduğu dövr. 

Azərbaycan Respublikasını siyasi-iqtisadi qeyri-sabitlik bürümüş, Ermənis-

tanın silahlı qüvvələri Azərbaycan  ərazisinin 20 faizini işğal etmiş, etnik 

təmizləmə nəticəsində 1 milyondan çox azərbaycanlının yaşayışı acınacaqlı 

vəziyyətə düşmüşdü. Keçmiş müttəfiq respublikalar arasında onilliklər 

ərzində formalaşmış qarşılıqlı mübadilənin birdən-birə  kəsilməsi, sürətlə 

artan inflyasiya və qiymətlərin sıçrayışlı yüksəlişi baş verdi. Sovet impe-

riyası dağıldıqdan sonra Azərbaycan da daxil olmaqla hər bir müstəqil 

respublika özünün xarici iqtisadi-ticarət fəaliyyətinin əsas istiqamətlərini, o 

cümlədən, gömrük, maliyyə-valyuta siyasətini işləyib hazırlamağa başladı. 

1992-ci ildə Azərbaycan Respublikası da öz milli valyutasını (manat) 

dövriyyəyə buraxdı. Milli Bank manatın Rusiya rubluna nisbətini və rəsmi 

“bazar məzənnəsi”ni, o cümlədən, müəssisələr üçün “kommersiya məzən-

nəsi”ni müəyyənləşdirdi.  

Ölkənin xarici iqtisadi əlaqələrin genişlənməsi idxal olunan məhsul-

ların həcmini və çeşidini xeyli artırdı. Bu proses milli sənayenin inkişafına 

mənfi təsirini göstərdi. Digər keçmiş sovet respublikaları kimi Azərbaycan 

da bu problemlə üzləşdi. Ümumi keçid dövründə bütövlükdə  cəmiyyət 

həyatının qeyri-sabitliyi müstəvisində təsərrüfatın müxtəlif sahələrinin ciddi 

tənəzzülü, ölkənin ümumi daxili məhsulunun (ÜDM) getdikcə azalması, 

istehsal-xidmət müəssisələri və obyektlərinin fəaliyyətinin tədricən zəiflə-



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə