The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə26/41
tarix30.12.2017
ölçüsü5,15 Kb.
#18708
1   ...   22   23   24   25   26   27   28   29   ...   41

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
77 
 
O,  əyilib  atasının  baĢının  altındakı  yaprıxmıĢ  yastığı  düzəltdi.  Üzünə  dikilmiĢ  gözlərdəki 
ifadə, ürəyinin baĢını göynətdi. 
-Ata!, Mənimkilər məni belə çağırırlar. Amma mən sənə papa deyərdim. Səndən nə gördüm 
ki.  Nə atalıq,  nə  “papalıq”. Bilirsən, bura  gələndə  içim  keçmiĢə  görə  o qədər nifrətlə  dolu  idi ki,... 
Daha  heç  nə  qalmadı.  Mənə  gün  vermədiniz.  Ġyirmi  qəpik  kino  pulundan  ötrü  bu  qapıya  o  qədər 
dirənmiĢəm... Ayaqqabıların astanada ola-ola, o qədər -“atan evdə yoxdur”- yalanını eĢitmiĢəm... Ən 
pisi isə bilirsən nə  idi: Bütün  bunları  sənin  bildiyinə  əmin idim amma hər dəfə, hər dəfə gələrdim. 
Axı  mən  sənin  oğlun  idim.  Bacımla  mən  diri-  didərgin  olarkən  bu  kəndin  küçələrində,  sən  özgə 
balalarının  yançaqlarını  böyüdürdün.  Hanı  onlar?!...  Bilirsən?!...-  gözlərinin  yaĢı  sel  kimi 
yanaqlarından axıb yorğanın üstünə tökülürdü- Bilirsən, indi varlı adamam, hər Ģeyim var: maĢınım, 
evlərim,  dükanlarım...  UĢaqlarıma,  sənin  mənə  vermədiyin  hər  Ģeyi  verirəm.  Arvadımla  dəfələrlə 
ayrılmaq məqamına gəlmiĢik. Hətta eyni sənin kimi, baĢqa qadınlar xoĢuma gəlib. Amma içimdəki o 
istəkləri  boğmuĢam.  Bilirsən  niyə?!...  QorxmuĢam.  QorxmuĢam  ki,  eyni  mənim  kimi  onlar  da  ata 
anlayıĢına nifrət edərlər. Ġndi bunları sənə deməyin nə mənası...  
Qapının  cırıltısını  eĢidəndə  özünü  cəld  yığıĢdırıb  gözlərinin  yaĢını  sildi.  Qadın,  əlindəki 
məcməyini  çarpayının  yanındakı  kiçik  stolun  üstünə  yerləĢdirdi.  Fincanlardan  birinə  qənd  atıb 
qarıĢdırdı. 
-Ay  bala,  uĢaqların  nə  təhərdi?  YaxĢıdılarmı?-cavab  gözləmədən  otaqdan  çıxıb  getdi  və  bir 
az sonra əlində cırıq bir dəsmalla geri döndü. Bu dəsmalla xəstənin köpüklənmiĢ ağzını silmək üçün 
əlini onun baĢının altına dayaq verib qaldırdı. 
-Yenə  ağlamısan,  ay kiĢi? Niyə  ağlayırsan? Hamı öləcək  də. Dili batandan hər  gün belədir. 
Hər  gün  ağlayır.  Arzudan  ötrü  darıxırsan,  deyəsən.  Deyəcəm  ki,  gəlsin.-  çayı  kiĢiyə  içirdib  davam 
etdi,-  Gedib  qonĢunun  telefonundan  zəng  edirəm.  Arzum  Bakıda  olur,–  qadın  yenə  onun 
uĢaqlığından nifrət etdiyi yumĢaq, yastı səsi ilə qızından danıĢmağa baĢladı.Qadın danıĢdıqca, onun 
gözünün qabağına Arzu ilə Kazımın  necə gözəl  geyinməyi  və  əllərindəki  yumĢaq bulkalar  gəlirdi. 
Onda  bu  otaqlar,  daha  iĢıqlı,  daha  təmiz,  daha  zəngin  idi.  Onda  yuvalarını  dağıtmiĢ  bu  qadın  da 
gözəl idi. 
-Çayın soyudu, ay bala. 
-Mən gedim. Erkən yola çıxmalıyam. Atamı xəstəxanaya aparın. 
Cibindən  bir  qalaq  pul  çıxarıb,  stolun  üstünə  qoydu.  Onun  bu  hərəkətindən  sonra  atasının 
gözlərindən  yenə  yaĢ  axmağa  baĢladı.  YaxınlaĢıb  atasının  üzündən  öpdü.  Bu  dəfə  iyrənmədən, 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
78 
 
çimçəĢmədən öpdü. Qalxıb otaqdan çıxmaq istəyirdi ki, içəri girən birini gördü. Bir anlıq duruxdu. 
Ġçəri girən, öncədən hər Ģeyi bilirmiĢ kimi birbaĢa onun üstünə yeridi. 
-Bıy,  xoĢ  gəlmisən.  Sənin  gəldiyini  çayxanadakılar  dedilər.  EĢitmiĢəm,  böyük  adamlardan 
olmusan. Mən mamaya dedim”gəlməz”. Dedim, amma mərci uduzdum. 
Onu  tanıdı.  Gec  də  olsa  tanıdı.  Səsindən  tanıdı.  Kazım  idi:  Ögey  qardaĢ,  əsas  oğul.  O, 
ağzındakı  sözləri  saqqız  kimi  gəvələyərək  araq  qoxusu  ilə  onun  üzünə  püskürürdü.  Eynilə 
cavanlıqakı kimi, sanki baĢdan ayağa kimi içki hovuzuna girib-çıxmıĢdı. Zaman onu da bu məkan 
kimi “ütüləmiĢdi”.  
-Hmm. Həə gəldim.- O, Kazımın gözlərinin, özündən asılı olmadan pula dikildiyini görəndə 
ürəyi bulandı. O gözlərdəki tamah canavarını görəndə, atasının heç bir xəstəxanaya aparılmayacağını 
da anladı. Qəlbini basmıĢ sıxıntından tez qurtulmaq üçün gediĢini tezləĢdirmək istədi: 
-Mən getməliyəm. Həqiqətən gecdi.- bunu deyərək yerindən qalxdı. 
-Nə getmək? Hələ otur, bir yuz-yuz vuraq.... 
O,  Kazıma  fikir  vermədən  atasını  yenidən  öpdü.  Aralanmaq  istəyəndə  atasının,  onun 
paltosunun ətəyindən  yapıĢdığını gördü. Anladı  ki, bircə dəqiqə də artıq qalsa nəinki atasını qoyub 
gedə  bilməyəcək,  hətta  onu  özü  ilə  aparacaq.  Gözünün  yaĢını  güclə  saxlayaraq  atasının  üzünə 
baxmadan, onun paltonun  ətəyinə  kilidlənmiĢ barmaqlarını güclə araladı. Ani olaraq gözü, atasının 
üzünə  sataĢanda,  orada:  “məni  bu  yadların  içində  qoyub  getmə”-yalvarıĢını  oxudu.  Onun  əlini 
qaldırıb  sinəsi  üzərinə  qoyaraq  cəld  otaqdan  çıxdı.  Addımlarını  tezləĢdirib,  həyətdən  sürətlə  çıxdı. 
Nə  üstünün  palçıq  olmasına  fikir  verdi,  nə  də  kiməsə  sağ  ol  demək  ağlına  gəldi.  MaĢına  tam    qaz 
verib oranı iĢıq sürəti ilə tərk etmək istədi.  
Ona  elə  gəlirdi  ki,  nə  qədər  çox  sürəti  artırsa,  içindəki  bu  ağır  iĢgəncədən  daha  tez 
qurtulacaq. Ġstədi yolüstü qəbirstanlığa dönüb anasını da ziyarət etsin. Lakin bir də yolun yarısında, 
harada  olduğunu  anıĢdıra  bildi.  MaĢını  yolun  kənarında  saxlayıb  yerə  düĢdü.  Bir  siqaret  yandırıb 
maĢına  söykəndi.  Göyün  üzü  sanki  onun  ürəyi  kimi  iki  yerə  parçalanmıĢdı.  Bir  tərəf  qapqara 
buludlarla  qapanmıĢ,  digər  tərəf  isə  o  biri  yarısından  xəbərsiz  kimi  par-par  yanan  ulduzlarla 
bəzənmiĢdi.  O,  güclə  yarıya  qədər  çəkdiyi  siqaretini  yerə  atıb  ayağı  ilə  əzdi  və  maĢınına  minib 
ulduzlu səmanın altı ilə sürüb qaranlığa qarıĢdı. 
 
 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
79 
 
                                                     QORXU 
Kəndə zülmət qaranlıq çökmüĢdü. Səmadakı bir- iki ulduz istisna olmaqla, sanki dünyanı 
qaranlıq öz bətnində gizlətmiĢdi.  
Sərkar da bu qaranlıq aləmin yuxu adlı ötəri dünyasında idi. Yenə yuxuda qəbirstanlıq görürdü. 
Yuxusu qapqara idi. Bu qara yuxunun içində yalnız baĢdaĢları ağarırdı. Tək qalmıĢdı . Saysız –
hesabsız qəbirdaĢlarının arasında tamamilə tək idi. Birdən qəfildən qəbirlər aralandı və içindən 
diĢiağara qalmıĢ skeletlər onun üstünə cumdular.” Ay aman “- deyə əti kəsilmiĢ tək çığıraraq 
yerindən dik qalxdı. Bir anlığa harada olduğunu anıĢdıra bilmədi. Əlini sürətlə üzünə, saçlarına 
gəzdirərək hələ canlı olduğunu özünü inandırmaq istədi. Sonra həmiĢəki soba qoxusundan öz 
evində olduğunu xatırladı. Kəsif təzək qoxusunu zövqlə sinəsinə çəkərək, əl havasına balıĢının 
altındakı  alıĢqanı axtarıb tapdı. AlıĢqanı tapan kimi, vaxt itirmədən  onun zəif iĢığı ilə neft 
lampasının elə çarpayının ayaq tərəfində olduğunu gördü.” Hamısını bu viranın qızı edir. Yuz 
dəfə demiĢəm , yuz dəfə demiĢəm ki, bu lampanı yanılı qoy, yat! Nə xeyri. VurulmuĢ elə bil 
palıd kötüyüdür. Bu boyda səs eliyirəm burada, gör heç vecinədir?!...QıĢ yuxusuna getmiĢ ayı 
kimi fısafıs, yatayat........”-bu fikirlərlə lampanı alıĢdırıb çarpayının yanındakı stula qoydu.  
Yan otaqdan ufultu səsləri qulağına çatanda , atasının xəstə olduğunu acı-acı xatırladı. 
On il idi ki, atası xəstə idi. On il idi  demək olar ki, hər gecə Sərkar atası ilə ölüb,dirilirdi. 
Atasının ölüm kabusu,  atası ölməmiĢ Sərkarın üzərinə çökmüĢdü. Yenə çal saçlarını qarıĢdıra-
qarıĢdıra atasının ufultusunu “həmiĢəkindəndir”-deyə özünə təsəlli verdi. Lakin ufultu və zarıltı 
getdikcə daha da Ģiddətlənirdi. Sərkara ən qəribə gələn  isə bu səs –küy artdıqdıca arvadının 
yerində narahat Ģəkildə qıvrılması idi. Qəfildən qonĢu otaqdan səs kəsilən kimi, arvadı yerindən 
dik qalxaraq çarpayıdan yerə sıçradı. Gözucu Sərkara tərəf baxaraq, xalatını geyinməyə baĢladı. 
O, Sərkarın üzünə diqqətlə baxdığını sezdi və sakitcə: 
-Atan keçindi. 
- Haradan bilirsən?- Sərkar səsindəki titrəyiĢi gizlətməyə çalıĢaraq arvadından soruĢdu.  
- Gördüm.  Onun canının necə alındığını gördüm. Mən gedirəm xalamın yanına . 
- Sən xəstəyə baxa-baxa sərsəmləmisən. Anamı narahat etmə!  Yəqin kiĢinin ağrıları 
kəsdi ona görə də, səsi gəlmir.-deyərək Sərkar hirslə çarpayıdan qalxaraq onun qarĢısını kəsməyə 
çalıĢdı. 


Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə