Tit-kim Documen qxd



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə18/27
tarix26.05.2018
ölçüsü0,6 Mb.
#46025
1   ...   14   15   16   17   18   19   20   21   ...   27

3-cü qrup

a) Ca + O

2

→ ? sxemində sual işarəsinin yerinə tələb olunan oksidin for-



mulunu yazın, reaksiya tənliyini əmsallaşdırın.

b) 71 P

2

O

5



neçə moldur?

4-cü qrup

a) Litium və maqnezium  metallarının oksigenlə reaksiya tənliklərini tərtib

edin.

b) 16 SO



2

birləşməsi neçə moldur?



5-ci qrup

a) Fosfor (III) və kükürd (IV) elementlərinin oksigenlə reak siya tənliklərini

tərtib edin.

b) 32 kükürd qazı (SO

2

) normal şəraitdə neçə litr həcm tutur?



Tapşırıqların cavablandırılmasına 7–8 dəqiqə, onların müzakirəsinə isə

12–14 dəqiqə vaxt sərf edilir. Müzakirələr qrupların qiymətləndirilməsi ilə

nəticələnir (hər bir qrupun cavabının müzakirəsindən sonra onun fəaliyyətinə

şagirdlərlə birlikdə qiymət verilir).



Qiymətləndirmə meyarları: oksigenin kimyəvi xassələrinə aid reak -

siya la rın təsviri; bu reaksiyaların tənliklərinin tərtibi; «oksid», «ok sidləşmə»

və «yanma» reaksiyaları anlayışlarının izahı, qrupda əməkdaşlıq, təq 

-

dimetmə.



Mövzu 19. Ozon. Oksigenin tətbiqi və təbiətdə dövranı

Аlt standart: 1.1.1.,  2.2.1.,  3.2.1.,  4.1.2.

Məqsəd:

Şagird:

– ozonun təbiətdə ultrabənövşəyi şüaların təsiri ilə və laboratoriyada ozo -

na tor adlanan cihazda oksigendən alınması reaksiyalarını təsvir edir,

reaksiya tənliklərini yazır;

– ozonun oksigenə nisbətən kimyəvi fəallığını və onun səbəbini izah edir;

– ozonun tətbiqi və əhəmiyyətini şərh edir;

– qaz və maye halındakı oksigenin tətbiq sahələrini göstərir, dövranına aid

sxem tərtib edir.



Təlim forması: kollektivlə, qruplarla iş

53

  Çap üçün deyil

  Çap üçün deyil

  Çap üçün deyil




Təlim üsulu: müsahibə, dərslik üzərində iş, suallara cavab axtarılması

İnteqrasiya: B.: 3.2.2.; H.b.: 4.2.1.  

Resurs: dərslik, oksigenin tətbiqi və dövranına aid sxemlər və şəkillər,

ozon molekulunun modeli. 



Dərsin gedişi: Aşağıdakı suallara cavab almaqla dərsin mövzusu ilə əlaqəli

biliklər aktuallaşdırılır, şagirdlərlə birlikdə suallara cavab axtarılır:

– allotropiya nədir? Oksigen elementinin allotropik şəkildəyişmələri olan

oksigen qazı və ozon qazının fiziki xassələrində hansı fərqlər var?

– oksigeni laboratoriyada hansı maddələrdən almaq əlverişlidir? Cavablar

dinlənildikdən sonra ozon qazının təbiətdə olması, təbiətdə və ozonator ciha -

zında alınması, kimyəvi aktivliyi barədə qısa məlumat verilir, reaksiya tənlik -

lə ri şagirdlərlə birlikdə tərtib olunur, ozonun ən mühüm tətbiq sahələri qeyd

edi lir. Sonra bütün sinif şagirdlərinə dərslikdən (mövzu 15) oksigenin tətbiqi

və tə biətdə dövranına aid mətni öyrənmək tapşırılır. Buna 7–8 dəqiqə vaxt

verilir. Vaxt bitdikdə təşkil olunmuş qruplara mətnin sonundakı suallar

əsasında aşa ğıdakı qaydada tapşırıqlar verilir:



1, 3 və 5-ci qruplara

1, 3-cü sualları cavablandırın.



2, 4 və 6-cı qruplara

2, 4-cü suallara cavab verin.

Eyni suallara cavab hazırlayan qruplar bir-birindən aralı otururlar. Ca vab -

ların hazırlanmasına 10–12 dəqiqə vaxt ayrılır. Vaxt bitdikdən sonra qruplar

ca vablarını lövhədən asırlar. Cavabları bütün şagirdlər və müəllim nəzərdən

keçirir, tələb olunduqda izahat üçün suallar verilir.

Əvvəlcədən tərtib edilmiş meyar cədvəli əsasında qrupların işi qiymət lən -

dirilir.


Qiymətləndirmə meyarları: Ozonun alınması və xassələrinin şərhi, ok-

sigen və ozonun tətbiqi haqqında məlumat, oksigenin təbiətdə dövranı, ça lış -

ma ların həlli, qrupda əməkdaşlıq, təqdimat.

Yekunda müəllim dərsdə fəal və zəif iştirak edən şagirdləri qeyd edir. Elan

olunur ki, növbəti dərsdə tənliklər üz rə məsələlər həll edəcəyik, o biri dərsdə

isə yoxlama yazı işi keçiriləcəkdir. Zəif öyrənilən mövzuları və əsas anlayışları

təkrar etmək lazımdır.

54

  Çap üçün deyil

  Çap üçün deyil

  Çap üçün deyil




Mövzu 20. Kimyəvi tənliklərə görə hesablamalar

Аlt standart: 2.2.1., 2.2.2.

Məqsəd:

Şagird:

– kimyəvi tənlik üzrə hesablamağın alqoritmini mənimsədiyini nümayiş

etdirir;

– reaksiyaya daxil olan maddələrdən birinin kütləsi, maddə miqdarı və

həcmi (n.ş) verildikdə alınan maddələrin və reaksiyaya daxil olan digər

ma də nin kütləsinin, miqdarının və həcminin (n.ş) hesablanması məsələ

tiplərini həll edir;

– reaksiyaya daxil olan maddələrin kütləsi və alınan maddənin kütləsi və

ya həcmi verildikdə məhsulun çıxım faizinin hesablanması tipdə məsə -

lə ləri həll edir.



Təlim forması: cütlərlə və qruplarla iş

Təlim üsulu: izahat, praktik tapşırıqların yerinə yetirilməsi, müzakirə

İnteqrasiya: Riy. -VI sinif: 1.3.1., 2.2.2

Resurs: kimyəvi tənliklərə görə hesablama tipləri və alqoritm, dərslik,

məsələ və test kitabları 



Dərsin gedişi:

Əvvəlcə motivasiya yaradılır:

Kimyəvi tənliyi tərtib edərkən hansı şərtlərə əməl olunmalıdır? Cavablar

dinlənilir və aşağıdakı kimi ümumiləşdirilir:

– tənliyin sol və sağ tərəflərdə yazılan maddələrin formulunun düzgünlüyü

ele mentlərin valentliyinə əsasən yoxlanılır;

– hər iki tərəfdə maddələrin tərkibindəki atomların sayı əmsallar vasi tə -

silə bərabərləşdirilir. Müəllim qeyd edir ki, məsələnin mətnində bəhs edilən

reaksiya tənliyi düzgün tərtib edilmədikdə məsələnin doğru cavabını almaq

olmaz.


Tədqiqat sualı: Kimyəvi tənliyə görə məsələ həll etdikdə hansı ardı cıl -

lığa (alqoritmə) əməl olunmalıdır?



Müəllim: – Tənlik üzrə hesablama məsələsi həll etdikdə aşağıdakı ardıcıl -

lıq da iş aparılır:

1. Məsələ mətnində təsvir olunan reaksiyanın tənliyi tərtib edilir, formul -

la rın və əmsalların düzgün olmasına diqqət yetirilir.



55

  Çap üçün deyil

  Çap üçün deyil

  Çap üçün deyil




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə