Tit-kim Documen qxd


Başqa sual aydınlaşdırılır



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə26/27
tarix26.05.2018
ölçüsü0,6 Mb.
#46025
1   ...   19   20   21   22   23   24   25   26   27

Başqa sual aydınlaşdırılır: soda və şora bir neçə qaşıq əlavə edildikdən

sonra qarışdırmaqla da həll olmurlar.

Müəllim burada yekun sözünü deyir: soda və şoradan 1–2 dəfə qaşığın

ucunda suda həll edildikdə alınan məhlul hələlik doymamış məhluldur, on -

ların miqdarını artırdıqda stəkanların dibində həll olmayan maddələr qalırsa,

qarış dıqda belə həll olmursa, alınan (üstdə qalan) məhlul doymuş məhlul ad -

lanır. Onların hər ikisi həm də qatı məhlullardır. Əhəngin məhluluna duru və

doymuş məhlul demək olar.

Maddələrin həllolma qabiliyyəti həllolma əmsalı deyilən kəmiyyətlə ifadə

olunur:


Müəyyən temperaturda 1 (və ya 1000 ml) suda həll olan maddənin qramla

kütləsi onun həllolma əmsalı adlanır.



Riyazi ifadəsi

Suyun sıxlığı 1 q/ml olduğundan o həcmcə verildikdə onu suyun kütləsi

kimi də yazmaq olar.

Həll olmasına görə maddələri 3 qrupa bölürlər:

1. Həllolma əmsalı (Kh) 10 q/l-dən böyük olanlar – yaxşı həll olan mad -

dələr: Na və K-un bütün duzları və s.

2. Kh = 0,1 – 0,01q/l olanlar – az həll olan maddələr: Ca(OH)

2

, CaSO


4

və s.


3.  Kh  0,01q/l-dən az olanlar praktik həll olmayan maddələr (BaSO

4

,



CaCO

3

, AgCl və s.)



Maddələrin həll olmasına temperatur və təzyiq təsir edir. Əksər bərk mad -

də lərin həll olması temperaturla düz, qazların həll olması isə tərs mütənasibdir.

Təzyiqin yüksəlməsi qazların suda həll olmasını artırır. Yəni qazlar soyuq suda

və yüksək təzyiqdə daha yaxşı həll olurlar.

Asılqanlar barədə şagirdlər dərslikdən oxuyub məlumat alırlar.

Bu məlumatlardan sonra şagirdlərin bilik və bacarıqları möhkəmləndirilir.

Təşkil olunmuş qruplar 24-cü mövzunun sonundakı sualları müəllimin tərtib

et diyi həllolma əmsalına aid məsələləri həll edirlər. 



Həllolma əmsalına aid məsələ tipləri:

1. 40°C 130 doymuş məhlulda 80 kalium-yodid (KJ) olduğunu bilərək

həmin temperaturda KJ-in həllolma əmsalını hesablayın.

2. Kalium-nitrat (KNO

3

) duzunun 60°C-də həll olma əmsalı 1200 q/l,  0°C-də



isə 300 q/l-dir. İsti məhlulu  0°C-dək soyutsaq, məhluldan neçə qram duz ay -

rı lacaqdır?



77

  Çap üçün deyil

  Çap üçün deyil

  Çap üçün deyil




3. 40°C-də alınmış KNO

3

-ün 326 doymuş məhlulunun suyu tam buxar -



lan dırıldıqda  126  quru duz alınmışdır. 40°C-də KNO

3

-ün həllolma əmsalı



neçə imiş?

Hər qrupa iki sual-tapşırıq verilir. Cavablar müzakirə olunur və qiymət lən dirilir. 



Qrupların qiymətləndirilməsi meyarları: həllolmanın mahiyyətinin

izahı; məhlul və asılqanlar barədə əsas anlayışların şərh edilmə səviyyəsi;

həllolma əmsalının izah edilmə səviyyəsi; həllolma əmsalına aid məsələ həll

etmək bacarığı; qrupda əməkdaşlıq.



Mövzu 30. Məhlulların qatılığının ifadəsi. Həllolmuş maddənin

kütlə payı. Məhlulun molyar qatılığı

Аlt standart: 1.3.2., 3.1.1.

Məqsəd:

Şagird:

– məhlulun qatılığı anlayışını izah edir;

– məhlulun qatılığının həll olmuş maddənin kütlə payı ilə ifadə olunmasını

şərh edir;

– həll olmuş maddənin kütlə payı ilə məhlulun qatılığının ifadə olun ma sı -

nın əsas məsələ tiplərinə aid nümunələr həll edir.



Təlim forması: kollektivlə, qruplarla iş

Təlim üsulu: dialoji şərh, beyin həmləsi, müzakirə

İnteqrasiya: Riy.-V sinif: 1.2.1., 1.2.5., 1.3.1.; F.: 2.1.4.

Resurs: dərslik, didaktik materiallar (müxtəlif məsələ tipləri)

Dərsin gedişi: Dərs müəllimin şərhi ilə başlayır.

Məhlulların qatılığı müxtəlif üsullarla ifadə oluna bilər. Praktikada geniş

tətbiq edilən üsullardan biri doymamış məhlullarda qatılığın həll olan mad də -

nin kütlə payı ilə ifadə olunmasıdır. Bu ifadənin maraqlı şəkildə aydın laş -

dırılması üçün sinfə belə məsələ verilir (motivasiya):

Sizə iki məhlul verilir, onun birində a) 50 şəkər 250 suda, o birində isə

b) 10 şəkər 50 suda tam həll edilmişdir.

Tədqiqat sualı: Dadına baxmadan hansı məhlulun daha şirin olduğunu

necə təyin edə bilərsiniz?

Şagirdlərin mülahizələri müza kirə olunur və ümumi fikrə gəlinir ki, bunun

üçün hər iki məhlulun ümumi kütlə sin də nə miqdarda (neçə qram) şəkər həll

olduğu hesablanmalıdır. 

78

  Çap üçün deyil

  Çap üçün deyil

  Çap üçün deyil




Müəllim: – Kütlə payı ilə həm riyaziyyat dərslərində, həm də kimyəvi for-

mula görə he sab lamalar aparanda tanış olmusunuz. Ümumi kütləyə görə xü-

susi kütlənin hesab lanması kütlə payı adlanır. Məhlulların qatılığı ilə əlaqəli

olan məsələlər də biz məhlulun ümumi kütləsində həll olmuş maddənin neçə

qram oldu ğu nu hesablayacağıq. Bu da həll olan maddənin kütlə payıdır.

Hesablamalarda aşağıdakı düsturlardan istifadə olunacaqdır:

(1)

(2)


Burada  

ω və ω %  həll olan maddənin kütlə payı, mx-həll olan maddənin

kütləsi, m

M

– məhlulun kütləsidir.

Məsələnin şərtində məhlulun kütləsi yox, həcmi verilərsə, onda məhlulun

sıxlığı da məlum olmalıdır. Bu halda 

olacaqdır.

Praktikada «faizli məhlul», «məhlulun faizlə qatılığı» ifadələri də işlənir.

Məsələn, 10%-li məhlul və ya məhlulun faizlə qatılığı 10%-dir deyilir. Bu, o

deməkdir ki, belə məhlulun 100 qramında 10 həll olmuş maddə vardır. Bunu

bilərək həll olan maddənin kütlə payını riyazi düsturla deyil, riyazi tənasüb

qurmaqla daha asan və tez hesablamaq olar.

Hər iki üsulla bir məsələnin həllinə baxaq: 5 şəkər 45 suda həll edil -

miş dir. Məhlulda şəkərin kütlə payını faizlə hesablayın.



Məsələnin şərti:

m(şək. ) = 5 q

m(H

2

O) = 45 q



m(məhl. ) = ?

m(şək. ) = ?

Həlli:

1) m



M

= 5 + 45 = 50 q

2) Düsturla hesablama: 

79

  Çap üçün deyil

  Çap üçün deyil

  Çap üçün deyil




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə