Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə7/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   2   3   4   5   6   7   8   9   10   ...   105

t
əqvim” təqdim  etmişdir.  28  iyul  1954-cü ildə  BMT-nin 
İqtisadi  və  Sosial    şurasının  18-ci  sessiyasında  yeni  təqvim 
layih
əsi müzakirə  olunaraq BMT-nin  Ali  Assambleyasında 
baxılmaq  üçün  təqdim edilir... Lakin istənilən təqvim  islahatı 
n
əticəsində  hadisələr,  şəxsiyyətlərin  doğum  tarixləri ciddi 
qarışıqlıqla üzləşəcək... 
Qriqorian t
əqvimi İtaliyada, İspaniya və Portuqaliyada 15 
oktaybr 1582-
ci, İngiltərədə 14 sentyabr 1752-ci, Rusiyada 14 
fevral 1918-ci ild
ə  qəbul olundu. Türkiyə  qriqorian təqvimini 
1927-
ci ilin yanvar ayının 1-də qəbul etdi. Yulian təqvimindən  
qirqorian t
əqviminə  keçid, əsasən, 11 gün fərqlə olduğundan
b
əzi ölkələrdə  bəlli tarixlər  olmamışdır.  Məsələn, Böyük 
Britaniya 1752-
ci  ilin  sentyabr  ayının  2-dən  sonra  birbaşa  
ert
əsi gün  14 sentyabra qədəm qoydu. Ona görə də, bu ölkənin 
tarixind
ə  1752-ci ilin sentyabrının 3-ü, 4-ü, 5-i, 6-sı, 7-si, 8-i, 
9-u... 13-
ü olmamışdır. Eyni halla digər ölkələrin  tarixində də 
rastlaşırıq. Məsələn, Misirin  qriqorian təqviminə 1928-ci ilin 
17 sentyabrının  ertəsi gün  keçməsilə  ölkə tarixində 1928-ci 
ilin 18, 19, 20... sentyabr tarixl
əri yoxdur...  
1960-
cı ildə 1961-ci ilin yanvarında yeni təqvim islahatı 
üçün hazırlıqlar gedir, layihə  ayrı-ayrı ölkələrə müzakirə üçün 
gönd
ərilirdi. Layihəni SSRİ, Hindistan, Fransa, Yuqoslaviya və 
dig
ər ölkələr təsdiqlədilər. ABŞ və Britaniya isə əleyhinə çıxdı. 
Çünki bazar günün
ə  düşməli olan dini bayramlar (Pasxa, 
Xristosun  doğumu)  başqa  günlərə  düşdü.  Bu  gün  ateizimdən 
uzaqlaşan, dinin qoynuna sıxılan ölkələr də artıq yeni təqvimin 
əleyhinə olacaq və bu ideya utopikliyini qoruyacaq... 
Bel
əliklə, təqvimlərin  hazırlanması,  hansı  məqsədə 
xidm
ət etməsi göstərdi ki, 21 mart Avropa ölkələrinin bir 
çoxunda yeni il kimi q
əbul  olunmuşdur.  Təqvimin 
23 
 


yaranmasında dinlərin, vergi yığımının, savaşların, təsərrüfatın 
t
əsiredici amillər olduğu da göz önündədir. Sonradan 1 yanvar 
yeni il kimi q
əbul ediləndə, hətta bəzi qərb ölkələri buna qarşı 
çıxmışlar. Bütün bunları diqqətlə araşdıranda, görürük ki, həm 
21 mart, h
əm də  1 yanvar tarix boyu müxtəlif  şəxslərin 
siyas
ətinə  xidmətdən tarixlər  olmuşdur.  Hətta  bu təqvimlərin 
q
əbulu  zamanı  ölkənin,  xalqın  tarixindən itirilən, silinən, 
yaşanmayan günlər, illər də olmuşdur. Bu gün belə dünya üçün 
yeni t
əqvimlər təklif olunur... Lakin istənilən halda halda hər 
yeni t
əqvim köhnə təqvimdə baş verənlərin təhrif olunmasına 
g
ətirib  çıxardır.  Stil  dəyişikliyi,  13  günlük  sürüşdürmə 
n
əticəsində  bir çox hadisələrlə  bağlı  dolğun  məlumat almaq, 
hadis
ələri təhlil etmək müəyyən qədər çətinlik yaradır... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24 
 


 
TÜRK XALQLARININ 
MÖVSÜM MƏRASİMLƏRİ 
 
M
əlumdur ki, ayrı-ayrı  ölkələrdə  yaşayan  türk  xalqla-
rının  mərasimlərilə, adət-ənənələrilə  Azərbaycan  xalqının 
m
ərasimlərinin, adət-ənənələrinin müqayisəli öyrənilməsi 
etnoqrafiya  elmimizin  geniş  araşdırmalar tələb edən 
probleml
ərindən biridir. Sirr deyil ki, geniş  əraziləri  əhatə 
ed
ən zəngin türk mədəniyyəti Böyük Çöldə, eləcə də atının 
ayağı  dəydiyi digər yerlərdə  yaşayan  xalqlara  da  təsir 
göst
ərmiş və bu təsir bir çox hallarda qarşılıqlı olmuşdur. Bu 
baxımdan  günümüzdə  ayrı-ayrı  dil  və  mədəniyyətə  sahib 
xalqlarda, etnik v
ə  etnoqrfik qruplarda türk mədəniyyətinin 
izl
ərini görmək mümkündür.  
Milli özün
əqayıdış,  özünüdərketmə  prosesi güclən-
dikc
ə, xalqlar arasındakı əlaqələr yeni əhəmiyyət kəsb edir. 
Son  zamanlar  qloballaşma  adı  altında  bir  çox 
m
ədəniyyətlərin birləşdirilməsi prosesi nəzərdə  tutulsa da, 
günümüzd
ə  baş  verən  əksər hadisələr bəzi xalqların  öz 
m
ədəniyyətlərinə, soyköklərinə  daha da  sıx bağlandıqlarını, 
özünüt
əsdiqə çalışdıqlarını, etnik kökə qayıdış prosesinin də 
n
əzərdən qaçırılmadığını göstərir. Bu, eyni etnik qrupa daxil 
olan  xalqlar  arasında  özünü  daha  qabarıq  göstərir, 
araşdırmalar  zamanı  tarixi-etnoqrafik tədqiqatlara üstünlük 
verilir. Tarixi-etnoqrafik t
ədqiqatların  obyekti  kimi  xalq 
m
ədəniyyətinin ayrı-ayrı komponentləri, özəlliklə də maddi-
m
ənəvi tərəflər əsas götürülür.  
Tarixi etnoqrafiya özü  etnoqrafiya elminin bir bölm
əsi 
kimi XX 
əsrdə  yaranmışdır.  Lakin  tarixi-etnoqrafik 
25 
 


t
ədqiqatların  kökü  XIX  əsrin 60-70-ci illərinə  təsadüf edir. 
Bel
ə ki, evolyusionizmi tənqid edən bir sıra qərb etnoloqları 
m
əhz bu dövrdə  tarixi-etnoloji  araşdırmalara  üstünlük 
verm
əyə başlayırlar. Beləliklə də, XX əsrin ikinci yarısından 
tarixi etnoqrafiya bir bölm
ə kimi etnoqrafiya elmində, eləcə 
d
ə keçmiş Sovetlər Birliyinin etnoqraflarının tədqiqatlarında 
özün
ə  yer  tapdı  [212, s.62-63].  Xalqın  maddi-mənəvi 
materiallarının  araşdırılmasında  əsasən müqayisəli-tarixi 
metoda üstünlük verilm
əsinin  bir  sıra  mətləblərə  aydınlıq 
g
ətirmək  iqtidarında  olduğu  düşünülür.  Monoqrafiyadakı 
müqayis
əli-tarixi  araşdırmalarda  tarixi müqayisələrin üç 
növünd
ən (tarixi-tipoloji, tarixi-genetik, tarixi-diffuzioz) 
biri, konkret olaraq tarixi-genetik müqayis
ə  üsulu önə 
ç
əkilir. Bu üsuldan hələ  XIX  əsrdə  geniş  istifadə 
olunmuşdur.  XX  əsrin  sonlarına  doğru  qərb elmində  tarixi 
etnoqrafiyada müqayis
əli-tarixi üsuldan mədəni-genetik 
araşdırmalarda  daha  geniş  istifadə  olunmağa  başlanmışdır. 
Bu  araşdırmalar,  əsasən, bir etnos çərçivəsində  aparılırsa, 
daha d
əqiq, daha maraqlı nəticələr əldə olunur.  
Müqayis
əli-tarixi üsuldan antik elmdə  Herodotun da 
istifad
ə etdiyi məlumdur [212, s.211-216]. Coğrafi kəşflər 
XVI 
əsrdə  bu  üsulun  daha  da  genişlənməsinə  şərait 
yaratdı.  XVIII  əsrdə C.-F.Lafitonun, Y.D.Vegelenin, XIX 
əsrdə 
L.Morqanın, 
E.Teylorun, 
C.Mak-Lennanın, 
C.Frezerin,  ABŞ-da D.Stüardın,  L.Uaytın,  M.Fridin, 
M.Salinsin,  keçmiş  Sovetlər Birliyində  S.P.Tolstovun, 
L.P.Potapovun,  S.V.İvanovun,  M.V.Kryukovun,  eləcə  də 
dig
ərlərinin  əsərlərində  müqayisəli-tarixi  üsul  öz  geniş 
əksini  tapmışdır  [212, s.215-216]. Qərb  ədəbiyyatında 
sad
əcə  müqayisəli metod  adlandırılan  müqayisəli-tarixi 
26 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə