Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə4/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32231
1   2   3   4   5   6   7   8   9   ...   49

etdirilməsi haqqında əldə etdiyi nəzəri biliyi gündəlik həyatla uyğunlaşdırmaqda kömək
göstərməlidir. Fənni öyrənərkən onda əhəmiyyətli vətəndaşlıq qabiliyyət-vərdişləri inkişaf
etdirilməlidir: Öz mövqeyini formalaşdırmaq və müdafiə etmək; öz hərəkətini tənqidi
qiymətləndirmək; fərqli fikrə, milli, dini və mədəniyyətə malik insanlara hörmət etmək; ictimai
faydalı işlərdə iştirak etmək və qanuna hörmət etmək.
Mülki təhsil şagirdə identik inkişafda, özünü dərk etmədə kömək göstərməlidir. Onun tədrisi
nəticəsində yeniyetmə özünün və ya başqalarının müxtəlif kontekstdə üzvlüyünü dərk etməyi və
şəxsiyyət kimi anlamağı bacarmalıdır; o, azadlığı həm hüquq və ya eyni zamanda məsuliyyət
kimi qavramalı və cəmiyyəti də müxtəlif maraqlara, dəyərlərə, tələbatlara malik subyektlərin
qarşılıqlı əlaqəli kompleks vahid kimi dərk etməlidir. Ən başlıcası isə, mülki təhsilin köməyi ilə
şagird özünün gələcək maarif və ya əmək yolunu müəyyənləşdirməlidir.
Mülki təhsilin köməyi ilə şagird ətraf mühitinin mühafizəsinin zəruriliyini başa düşəcək və
onun cəmiyyətin sabit inkişafı ilə əlaqəsini başa düşəcək; sabit inkişafın müasir dünyanın xilas
edilməsi üçün nə dərəcədə əhəmiyyətli olduğunu aşkar edəcəkdir; şagird elə bir ətraf mühitin
yaradılmasında fəal iştirak etməyi öyrənməlidir ki, orada xoşməramlılıq, insan ləyaqətinə hörmət
etmək, qarşılıqlı yardım, fikir mübadiləsi həyat qaydasına çevrilmişdir.
Mülki təhsilin tədrisi prosesində şagird: Gürcüstanı bir dövlət kimi dərk etməli; özünü onun
vətəndaşı kimi tanımalı; mülki, siyasi, iqtisadi, mədəni həyatda iştirak etmək forma və
vasitələrini öyrənməli; dövlətin hüquqi bazasının əhəmiyyəti kimi demokratiyanı, konstitusiyanı,
Milli və beynəlxalq qanunvericiliyi başa düşməli; özünün və başqasının hüquqları və vəzifələri
arasında mövcud olan əlaqəni dərk etməli və özünün və başqasının hüquqlarını müdafiə etmək
üçün konkret addımlar atmağı bacarmalı; insan/uşaqların hüquqlarının əhəmiyyətini dərk etməli
və onları müdafiə etmək üçün həyata keçiriləsi konkret hərəkətlər etməyi bacarmalı; insanların
spesifik qruplaşmalarının hüquqlarını müdafiə etməyin əhəmiyyətini dərk etməli və onları
müdafiə etmək üçün konkret addımlar atmağı bacarmalıdır.
Orta pillə
Tarix, coğrafiya və mülki təhsilin tədrisi ümumi təhsilin üçüncü orta pilləsində məktəbin
baza pilləsində şagird tərəfindən əldə edilmiş bilik və bacarıqları, icbari və özünün seçdiyi fənləri
daha dərindən öyrənməyə, elmi tədqiqatın ümumi spesifikasına yiyələnməyə əsaslanır.
Tarix
Gürcüstan və dünya tarixi biliyi şagirdin vətənpərvər və siyasi cəhətcə savadlı vətəndaş
kimi formalaşmasının ilkin şərtidir. Tarixi öyrənmək şagirdə aşılamalıdır ki, tarix qırılmaz bir
prosesdir və müasir cəmiyyət üçün ən əhəmiyyətli siyasi, sosial və əxlaq problemləri


əhəmiyyətli dərəcədə əsrlər və minilliklər boyu baş vermiş dəyişikliklərlə şərtlənir. Tarixin
tədrisi şagirddə həmçinin problemi həll etmək qabiliyyətini inkişaf etdirməlidir.
Bu vəzifələrin yerinə yetirilməsi tələb edir ki, şagirdin tarixi düşüncəsi olsun: o, tarixi
dövrü dərk etməyi bacarmalıdır (tarixi dövrün təsviri zamanı hadisələri o dövrdə yaşamış
insanların gözü ilə görə bilsin; keçmişdə baş vermiş hadisələrin nəinki təkcə bugünkü baxışdan,
həm də o dövrün dəyərlərinin və görüşlərinin nəzərə alınması ilə qiymətləndirə bilsin); tarixi
hadisələr arasında mürəkkəb səbəb-nəticə əlaqələrini müəyyənləşdirə və təhlil edə bilsin; tarixi
hadisələrin səbəblərinin və nəticələrinin fərqli qiymətləndirilməsini müqayisə və təhlil etsin ;
qanunauyğunluqlar barədə öz mülahizəsini əsaslandıra bilsin;  müstəqil tarixi tədqiqatı bacarsın
(tarixi tədqiqat-axtarış məqsədinin müəyyənləşdirilməsi  və planlaşdırılması; yazılı, vizual, ədəbi
mənbələrin axtarılması; tarixi sənədlərin təhlili; tarixçilərin fərqli görüşlərini müqayisə etmək;
keçirilmiş tədqiqatın əsasında tarixi mövzunun yazılması).
Coğrafiya
Bu pillədə şagird dünya ölkələrinin əsas xüsusiyyətlərini, onlarda cərəyan edən müxtəlif
prosesləri və hadisələri öyrənəcəkdir; təbiəti qorumanın və ümumiyyətlə, sabit inkişaf
problemlərini, bu məsələlərə münasibətdə alternativ yanaşmaları, onların həllinin mümkün
yollarını, qlobal problemlərin coğrafi xüsusiyyətlərini müzakirə və təhlil edəcək; bilik və təcrübə
ilə təchiz olunmuş hər bir insanın və cəmiyyətin ətraf mühitin sağlamlaşdırılmasına, onun
davamlılığının qorunub-saxlanmasına necə böyük xidmət göstərə biləcəyini dərk edəcəkdir.
Orta pilləni başa çatdırdıqdan sonra şagird ətraf mühitdə baş verən hadisələri müşahidə
etmək əsasında əhalinin əsas tələbatlarını və problemlərini müəyyənləşdirməyi bacarmalı  və
problemlərin həlli yollarını tədqiq etməyi və bu barədə mülahizə yürütməyi bacarmalıdır.
Coğrafi tədqiqatı planlaşdırmağı, tədqiqat keçirməyi və onun nəticəsini həm yazılı, həm də şifahi
şəkildə təsvir etməyi bacarmalıdır; tədqiqat prosesində vizual material (xəritə və ya başqa coğrafi
vasitələr) yaratmalıdır.
___________________
.
Məcburidir ki, tarixi dövrü dərk etmə qabiliyyətinin formalaşdırılması ibtidai və baza məktəbi pilləsində
başlansın.

Bu məqsədə nail olmaq üçün şagirdin dərslikdən başqa müxtəlif tarixi materiala əli çatması zəruridir.

Şagird başa düşməlidir ki, şəxsiyyətin azad iradəsi və seçim etmək qabiliyyəti vardır. O, dərk etməlidir ki, tarix
başqa yollada inkişaf edə bilərdi. Bu halda onda belə bir təəssürat yaranmamalıdır ki, gələcək əvvəlcədən
müəyyənləşdirilmişdir və şəxsiyyətin hərəkətinin və onun  etdiyi seçimin əhəmiyyəti yoxdur.
Mülki təhsil


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə