Yusif Aslanov


Ədəbi axtarışlar və tədris



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə6/129
tarix05.10.2017
ölçüsü2,89 Kb.
#3329
1   2   3   4   5   6   7   8   9   ...   129

Ədəbi axtarışlar və tədris 
 
 
17 
əsaslandırılsın. Bunun üçün Cavid, şübhəsiz ki, öz təbii istedadına, 
qeyri-adi z
əkasına,  idrakına  borcludur.  “H.Cavidi  olduğu  kimi 
anlamaq, bilm
ək və  duymaq üçün hər  şeydən  əvvəl onun təbliğ 
etdiyi ideyaları başa düşmək lazımdır” (4, s.189). Onun həyat amalı 
xalqını  azad  və  xoşbəxt görmək  idi.  Şairin  fikrincə,  yaşamaq  nə 
q
ədər gözəl olsa da, yaratmaq və  həyatda, tarixdə  əbədi qalmaq 
daha göz
əl və önəmlidir: 
 
Yaşamaq gərçi xoş əməl! 
Yaşatmaq daha gözəl!..        (5, s.224) 
 
H.Cavid  yaradıcılığının  əsas məğzi,  ideyası  türkçülük 
ideyalarıdır. Var-dövlətə, cah-cəlala, altuna  yox, milli şüura, milli 
qürura v
ə  mədəniyyətə  sahib  olmaq  lazımdır  ki,  türk  dünyasını 
m
əsud, “qaplan” görəsən  düşüncələri  Hüseyn  Cavidin  damarında 
axan  qandır.  Türk  əxlaqının  mücəssəməsi olan Ulu Metenin 
“V
ətəndən istər  bir  qarış  qədər olsun yer verməyə  heç kəsin 
s
əlahiyyəti yoxdur” nəsihəti də onun yaddaşına yazılmışdı, “məhv 
olsa da, enm
əz”  –  deyən filosof şairin  türk  dünyasına  sonsuz 
m
əhəbbətinin ifadəsinə çevrilmişdir: 
 
Turana qılıncdan daha kəskin ulu qüvvət, -  
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!.. (6, s.27) 
 
Dahi s
ənətkarların  ömür  yolu  yaratdığı  əsərlərin ömrü ilə 
ölçülür. Bu estetik meyardan  yanaşdıqda aydın olur ki, Cavid bir 
s
ənətkar ömründə neçə-neçə sənətkar ömrü yaşamışdır. Bu, əlbəttə, 
şair xoşbəxtliyidir. Bu baxımdan “istedadla Tanrı vergisi qarşısında 
h
ər şey aciz qalır” fikri əsassız deyilməmişdir. Məhz bu istedadın 
say
əsində  “Ana”, “Afət”,  “Şeyx  Sənan”, “Uçurum”, “Topal 
Teymur”, “İblis”, “Peyğəmbər”, “Xəyyam” və s. sənət inciləri sanki 
birn
əfəsə  yazılmışdır.  Klassikaya,  əbədiyaşar  düha  sahiblərinə 
istinad etdikd
ə, sələflərdən  yaradıcı  öyrəndikdə, uzaqdan daha 
əzəmətli görünən  dağlara  arxalandıqda  məhz özün də  əzəmətli 


Yusif Aslanov 
 
 
18 
olursan. Dahi Aristoteld
ən üzü bəri gələn ədəbi prinsiplərə  riayət 
etdikd
ə, təbii ki, sən özün də  dahilərə  qovuşmaq  səlahiyyəti 
qazanırsan.  Azərbaycan və  bütün  türk  dünyasının  öyünə  bildiyi 
Hüseyn Cavid kimi… 
“Şən könlümü azadə  dilərdim”  –  deyən Cavid haqqa
ədalətə, ruhani yüksəkliyə - Allaha qovuşmaq ideyasını yaşadırdı. 
H
əqiqəti,  saflığı,  düzlüyü  və  Allahı  qüdsi  bir  duyğu  ilə  sevmək 
onun 
əsərlərinin ideya-bədii mündəricəsini təşkil edirdi: 
 
Nerd
ə parlasa haq, şərəf, vicdan, 
Eyilik, doğruluq, gözəllik, inan, 
Orda var sevgi, orda var iman 
Orda var şübhəsiz böyük yaradan.       (6, s.162) 
 
Cavidin  dilinin t
əsirliyi,  emosionallığı,  zənginliyi barədə 
H.Zeynallının,  C.Cabbarlının,  M.Arifin,  M.Cəfərin,  Ə.Sultanlının, 
C.C
əfərovun, Y.Qarayevin, Y.Seyidovun, M.Adilin kitab və 
m
əqalələrində geniş bəhs olunsa da, bu problemin yeni metodoloji 
baxışlar mövqeyindən öyrənilməsinə ehtiyac duyulur. “Caviddə su 
kimi duru, almaz kimi saf, parlaq v
ə oynaq bir lisan” (C.Cabbarlı) 
olması  “Cavidin  dilinin  mürəkkəb  olması”  fikrinin  əsassız 
olduğunu təsdiq edən fakt kimi qiymətlidir. Dahi şair-dramaturqun 
söyl
ədikləri indi də öz dəyərini itirmir: “Ana dili nə qədər lazım isə, 
hökum
ət dili də o qədər vacibdir”, “Ana dilində təhsil, elm üçün 
m
əsafələr teyy edib, məsarifə  qatlanmalıdır”,  “Dildən, tarixdən, 
kökd
ən xəbərsiz qalmaq bir millət üçün çox böyük qəflətdir”, “Dili, 
t
əlimi və tərbiyəni anlamayan bir müəllim fəzilət yerinə rəzalət öy-
r
ədər”, “Bir millətin lisanı mövcudiyyətinin ən parlaq bürhanıdır” 
v
ə s. 
Cavidin ideya v
ə  sənət prinsipləri həyatı  dərk etmək, in-
sanın  qəlb  dünyasının  pəncərəsini açmaq və  ürək döyüntülərinə 
qulaq asıb insanı kəşf etmək idi. Dostoyevski, Bayron, Höte, Şelli 
v
ə Klinger  yaradıcılığı ilə Cavid sənəti arasında mənəvi  yaxınlıq, 
doğmalıq görünür. Bunların faciələri ilə Cavidin dramları arasında 


Ədəbi axtarışlar və tədris 
 
 
19 
müqayis
ə və paralellər aparmaq, tədqiqatları dərinləşdirmək müasir 
ədəbiyyatşünaslığın başlıca vəzifəsidir.  
Dünya 
ədəbiyyatı  və  mədəniyyətini mütaliə  edən, orta 
əsrlər və  intibah dövrünü gözəl bilən, Avropa maarifçiliyi və  ro-
mantik s
ənət  konsepsiyasının  mahiyyətinə  və  estetik fikirlərinə 
d
ərindən yiyələnən H.Cavid romantik sənətin zirvəsinə  yüksəl-
mişdi.  Bir  tərəfdən də  antik dövr mədəniyyətini, habelə  Platon, 
Aristotel f
əlsəfəsini, qədim  yunan  teatrını,  Esxil,  Sofokl,  Evripid, 
Şekspir  kimi  sənətkarların  faciə  əsərləri ilə  tanışlıq  onu  sənətin 
zirv
əsinə yüksəltmişdi. Bualo, Molyer, Lessinq, Didro, Hegel, Be-
linski,  Çernışevski,  Dobrolyubov, Dostoyevski, Bayron, Ler-
montov, Höte, Ə.Hamid kimi dahi sənətkarları, bir sözlə, Şərqi və 
Q
ərbi gözəl bilən və onların sintezini öz əsərlərində tətbiq və təsdiq 
ed
ən Cavid, demək  olar  ki,  öz  qarşısında  yeni  ədəbi və  fəlsəfi 
üfüql
ərin  açılmasını  görür,  buna  qəlbən  inanırdı.  Cavidin  estetik 
m
əramı bu idi ki, zamana, məkana tabe olmaq əsas şərt deyil və 
inqilaba,  bolşevizmə  yarınmaq,  onu  yalnız  tərənnümlə  məşğul 
olmaq da m
əqbul sənət yolu hesab olunmur. Lazımdır ki, Homer, 
Esxil, Nizami, Şekspir kimi kiminsə diktəsinə və sifarişinə məhəl 
qoymayasan, tabe olmayasan. Yalnız azad sənətkar şah əsər yarada 
bil
ər. Cavidə görə məhz bu cür sənətkarlar həyatda çirkinliyi yox, 
göz
əlliyi, idealı  görə bilər,  ayağı  yerdən  qırılmayan  romantikanın 
qanadları ilə dünyanı və həqiqəti dərk edər.  
“S
əma,  Tanrı  şairi”  olmaq  insanlığı,  real  aləmi unutmaq 
deyil, 
əksinə, Göydən, yüksəklikdən, “Zərrin şəfəqlərdən” aşağını, 
yeri görm
ək  xoşdur.  Belə  olduqda Yer planetinin eybəcər və 
çirkinlikl
ərindən, rəzalət və  nadanlıqlarından  uzaq  olarsan,  səndə 
xoşbəxt gələcəyə, “dilbər həyata” inam artar və insanı da ucalığa, 
kamilliy
ə  səsləyər, nikbinliyə, hərəkət və  dinamikaya  rəvac 
ver
ərsən. İstər şair, rəssam ol, fərq etməz, həyatı, təbiəti göründüyü 
kimi 
əks etdirə bilməzsən. Əsas məsələ dünyanı görə biləcəyin kimi 
görm
əkdir. Olanları, yox ola biləcəkləri görmək, duymaq sənətkar 
hün
əridir. Bu, intibah dövrünün də prinsipləri olmuşdur. Realizm və 
romantizm üçün d
ə bu estetik prinsiplər əsas meyar kimi götürülür. 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə