Yusif Aslanov



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə7/129
tarix05.10.2017
ölçüsü2,89 Kb.
#3329
1   2   3   4   5   6   7   8   9   10   ...   129

Yusif Aslanov 
 
 
20 
Stendal, Balzak, Emil Zolya, Flober, Tolstoy, Dostoyevski, Hüqo, 
Bayron,  sonralar is
ə Karamzin, Bunin, Hamid, Cavid yaradıcılığı 
da h
əmin prinsipdən  rişələnmişdir.  Dostoyevski, Tolstoy, Hüqo 
kimi s
ənət  şedevrlərinin  əsərləri ilə  Cavidin dahiyanə  dramları 
arasında  müqayisə  və  paralellər aparmaq həmin sənətkarların 
estetik prinsipl
ərə, yüksək amal və qayələrə nə dərəcədə bağlı və 
sadiq  qalmalarını  açıq-aydın  üzə  çıxarır,  “Romantik poeziya ilə 
romantik  dramı  birləşdirərək romantik mənzum  dramaturgiyanın 
əsasını qoyan” (3, s.40) sənətkarın bəşərililiyini təsdiq edir. 
Hüseyn Cavid
ə  bu  günün  prizmasından  baxanda  onun 
yaradıcılıq  dünyası  daha  geniş,  daha  əzəmətli və  daha mənalı 
görünür. Buna gör
ədir ki, hazırda yazıb-yaradan sənət adamlarımız 
üçün onun z
əngin yaradıcılığı bir ülvilik, qüdsiyyət məbədidir. İndi 
bu s
ənət məbədi cəmiyyətimizin maarif və mədəniyyət işində, elm 
v
ə  təhsildə, gənclərimizin mənəvi-əxlaqi yüksəlişində, azadlıq  və 
humanizm ideyaları ilə zənginləşməsində tükənməz bir xəzinədir. 
Bugünki 
ədəbi-estetik mövqedən, çağdaş elmi-nəzəri prinsiplərdən 
yanaşanda  Cavidin  poetik-fəlsəfi  ənənələrinin necə  aktual və 
h
əmişəyaşar  səciyyə  daşımasının  şahidi  oluruq.  Böyük  şairimiz 
M.Müşfiqin dediyi kimi bütün insanların “Açarı qeyb olan bir xə-
zin
ə”dən - Hüseyn Cavid ideyalarından bəhrələnməsi böyük xoş-
b
əxtlikdir, kamilliyə aparan yolun sirlərini açmaq üçün bir mayaq-
dır. 
Cavidin yaradıcılığındakı fəlsəfi fikirləri duymaq, dərk et-
m
ək, görmək və düzgün qiymətləndirmək insanların xislətində, əx-
la
qında, mənəviyyatında olan daxili gözəlliyi, əqli düşüncəyə qida 
ver
ən “mərifət nuru”nu zinnətləndirməkdir. “Fəlsəfi qat bədii 
əsərdə həmişə mətnaltı qatdır, iç dünyadır, alt laydır” (8, s.3). Bunu 
duymaq, d
ərk etmək və xalqa çatdırmaq böyük məharət tələb edir. 
Bunlar dahi Önd
ər  H.Əliyevin  həyat  amalı  idi.  O,  Cavid  yara-
dıcılığına  böyük  qiymət verərək  yazırdı:  “Hüseyn  Cavidin  bütün 
ya
radıcılığı,  bütün  fəaliyyəti Azərbaycan  xalqının mədəniyyətini 
yüks
əklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən 
ibar
ət olubdur”. 


Ədəbi axtarışlar və tədris 
 
 
21 
 
ƏDƏBİYYAT 
 
1.  Əliyev  H.  1996-cı  il  oktyabrın  29-da  Naxçıvanda  böyük  ədib 
Hüseyn Cavidin m
əqbərəsinin təntənəli  açılışı  mərasimində 
nitqi. //Az
ərbaycan.-1996.-1 noyabr. 
2. Əliyev İ.Hüseyn Cavidin 125 illik yubileyi haqqında Azərbaycan 
Respublikası  Prezidentinin  sərəncamı.  //Azərbaycan, 2007.-18 
aprel. 
3.  Əfəndiyev T. Romantik dramaturgiyada tarixilik və  bədiilik. 
Filo.elm.dok. alimlik d
ərəcəsi almaq üçün təqdim edilmiş Elmi 
m
əruzə. B., 1999. 
4. Əlioğlu M. Məhəbbət və qəhrəmanlıq. B., 1979. -353 s. 
5.  Hüseyn  C.  Seçilmiş  əsərləri. V cilddə. I cild. B., “Lider” 
n
əşriyyatı, 2005.-256 s. 
6.  Hüseyn  C.  Seçilmiş  əsərləri. V cilddə. III  cild. B., “Lider” 
n
əşriyyatı, 2005.-304 s. 
7. Hüseynov R. Vaxtdan uca. B., “İşıq”, 1987.-363 s. 
8. X
əlilov S. Cavid fəlsəfəsi. “İblis”də fəlsəfi motivlər. B., “Qanun” 
n
əşriyyatı, 1996.-112 s. 
9. İsmayılov Ə. Dünya romantizm ənənələri və Hüseyn Cavid. B., 
1983.-224 s. 
10. M.C
əfər. Hüseyn Cavid. B., “Azərnəşr”, 1960.-264 s. 
11. M
əmmədov  M.  Acı  fəryadlar,  şirin  arzular.  B.,  “Gənclik”, 
1983.-192 s. 
12. R
əsuli  İradə. XX əsr Azərbaycan  dramaturgiyasında  Türkiyə 
mövzusu. B., 1998.-131 s. 
13. Z
əka Rəfiq. Cavid sənəti. B., “Bilik”, 1981.-87 s. 
 
H.C
avidin anadan olmasının 125 illiyinə  
h
əsr edilmiş “H.Cavid irsi və müasir dövr”  
beyn
əlxalq elmi konfransının materialları,  
Bakı: “Elm”, 2007, səh. 132-136 
 


Yusif Aslanov 
 
 
22 
 
H.CAVİD YARADICILIĞINA  
YENİ ƏDƏBİ-ESTETİK BAXIŞ 
 
Ədəbiyyatşünaslıqda, ədəbi-estetik fikirlərdə konkret desək 
yara
dıcılığı  2500-dən  artıq  mənbələrdə  geniş  tədqiq olunan, öy-
r
ənilən və bu sahə ilə bağlı 20-dən çox doktorluq və namizədlik dis-
sertasiyaları  müdafiə  edilən  görkəmli  şəxsiyyətlərdən biri də 
Hüseyn Caviddir. Bu faktlar bir daha t
əsdiq edir ki, onun hər bir 
misrası,  dünya  ədəbiyyatının  ən gözəl inciləri ilə  bir səviyyədə 
dayanan poeziya nümun
ələri, “Şeyx Sənan”, “İblis”, “Peyğəmbər”, 
“Topal Teymur”, “Knyaz”, “S
əyavuş”,  “Xəyyam” və  s. kimi 
d
əyərli mənzum dramları Cavid yaradıcılığının zirvə nöqtəsi, böyük 
filosofun h
əyat,  yaşayış  və  insan  haqqında  fəlsəfi  düşüncələrinin 
poetik ifad
əsidir. 
Cavid  dünyasının  tanrısı  gözəllik və  sevgi,  şah  əsəri 
insandır.  O,  öz  yaradıcılığında  “romantik poeziya ilə  romantik 
dramı birləşdirərək romantik mənzum dramaturgiyanın əsasını qoy-
du” (Əfəndiyev T.). İkinci bir tərəfdən dahilikdə sadəliyi, ideyala-
rında bəşəriliyi, yaradıcılığında sənətkarlıq yenilikləri, əruz vəznini 
ilk d
əfə Azərbaycan mənzum dramaturgiyasına gətirməyi, türk dün-
ya
sının bütövlüyü və dil birliyini yaratması, insan konsepsiyasının 
mahiyy
ətini açması kimi aktual problemləri yüksək səviyyədə həll 
etm
əsi ilə dühasının böyüklüyünü bir daha təsdiq etdi. Bu xüsusiy-
y
ətlərlə  yanaşı  düşündürən,  böyük  amallar  uğrunda  mübarizə 
aparan v
ə  bu yolda qurban gedən  əqidəsindən  dönməz  insanın 
h
əyatı  həm də  bir  tamaşa,  tərbiyə  məktəbi  olduğuna  görə  bütün 
insanlar üçün d
əyərlidir, kamillik zirvəsinə çatmaq üçün şölə saçan 
bir gün
əşdir.  
Hüseyn Cavid haqqında söylənmiş fikirlər, aparılan tədqi-
qatlar d
əyərli,  Cavidşünaslığın  inkişafında  qiymətli mənbələrdir. 
Bütün bunlar heç d
ə o demək deyildir ki, Cavidşünaslıqda tədqiq 
olun
mamış  problemlər  qalmamış,  yaxud  bu  sahədə  fundamental 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə