1. Təhsil sistemi haqqında anlayış Az. Res-da təhsil sisteminin quruluşu, ar-nın Təhsil Qanunu Təhsil sisteminin prinsipləri



Yüklə 411,69 Kb.
səhifə1/17
tarix26.10.2023
ölçüsü411,69 Kb.
#131515
  1   2   3   4   5   6   7   8   9   ...   17
2 MÜHAZİRƏ



2 MÖVZU
AZƏRBAYCAN RESPUBLİKASINDA TƏHSİL SİSTEMİ
PEDAQOJİ FƏALİYYƏTİN STRUKTURU
Plan:
1.Təhsil sistemi haqqında anlayış
2.Az.Res-da təhsil sisteminin quruluşu, AR-nın Təhsil Qanunu
3.Təhsil sisteminin prinsipləri
4.İnteqrasiya və unifikasiya problemləri
5.Pedaqoji fəaliyyət təşkilati-idarəetmə prosesi kimi
6.Ali məktəb müəlliminin funksiyaları, ona verilən tələblər, pedaqoji ustalığı, özünütəkmilləşdirməsinin yolları, attestasiyası və.s.
Təhsil sistemi - hakimiyyət orqanlarının rəhbərliyi ilə öl­kə daxilində qarşılıqlı asılılıq və ardıcıllıqla fəaliyyət gös­tərən təhsil-tərbiyə müəssisələrinin kompleksindən ibarət mürəkkəb bir təsisatdır.
Təhsil, tərbiyə və inkişaf kateqoriyaları bir-birilə vəh­dətdə təhsil sistemi daxilində həyata keçirilir. Bu sistem mü­rəkkəb bir qurum təşkil edərək insanın şəxsi və ictimai həyata hazırlığını təmin edir.
Təhsil sisteminin bir sıra özünəməxsus əlamətləri var. Bunlar aşağıdakılardır:

  • təhsil sistemi hər bir xalqın milli xüsusiyyətləri nəzərə alınmaqla iqtisadi, siyasi, elmi, texniki, mədəni inkişaf səviy­yəsinə uyğun qurulur, cəmiyyətin və dövlətin mənafeyinə xidmət edir;

  • təhsil sistemi ölkə daxilində mövcud olan bütün təhsil-tərbiyə müəssisələrini əhatə edir və onların qarşılıqlı əlaqə və asılılıqda fəaliyyətini təmin edir;

  • təhsil sistemi idarə olunan mürəkkəb və dinamik qurumdur;

  • təhsil sistemi Təhsil Qanunu ilə təsdiq olunur;

  • təhsil sistemi cəmiyyət üzvlərinin milli mənlik şüurunun, intellektual və emosional sferalarını inkişaf etdirir, onların əməyə, ictimai fəaliyyətə, şəxsi həyata hazırlığını təmin edir; •

  • təhsil tendensiyalarına verilən tələblər dövlətin təhsil Sahəsindəki strategiyası ilə müəyyənləşdirilir;

  • təhsil sistemi təhsilin məzmununun müasir standart- ara uyğun modernləşdirilməsini təmin edir;

  • təhsil standartı yaratmaq və tətbiq etməklə dövlət; özünün təhsil sistemi üzərində rəhbəredici rolunu həyata keçirir.

Təhsil sistemi üstqurum hadisəsidir. Bu səbəbdən də hər bir ölkənin milli kaloriti, iqtisadi və ictimai quruluşunu müvafiq təhsil sistemi vardır və dövlət tərəfindən müəyyən
edilmiş prinsiplərə əsaslanır.

AZƏRBAYCAN RESPUBLİKASINDA TƏHSİL SİSTEMİNİN QURULUŞU


Azərbaycanda təhsil sistemi vahiddir və bütün müəssisələri arasında qarşılıqlı əlaqə, vəhdət, ardıcıllıq mövcuddur. Bu ardıcıllıq təhsilin müxtəlif pillələri arasında aydın şəkildə təzahür edir və təhsil sistemində fasiləsiz təmin edir.

Yüklə 411,69 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə