51. Böyük Britaniya E. Bleerin Baş nazir olduğu dövrdə: daxili və xarici siyasəti. Olster problemi və onun həlli istiqamətində görülən tədbirlər



Yüklə 32,91 Kb.
səhifə1/11
tarix30.05.2023
ölçüsü32,91 Kb.
#114146
  1   2   3   4   5   6   7   8   9   10   11
muasir son 10


51.Böyük Britaniya E.Bleerin Baş nazir olduğu dövrdə: daxili və xarici siyasəti. Olster problemi və onun həlli istiqamətində görülən tədbirlər.
1994-cü ilin mayında C.Smitin ölümündən sonra partiyada dəyişiklər davam etdi. Partiyanın lideri 40 yaşlı Entoni Bleer oldu və o, C.Smitin işini davam etdirdi.
1995-ci ildə olmuş leyboristlər partiyasının qurultayında partiyanın yeni nizamnaməsi qəbul edildi ki, həmin sənəddə əsas istiqamət dinamizim və rəqabətə əsaslanan «ədalətli cəmiyyət» qurmağa yönəldilmişdi.1997-ci il parlament seçkiləri kampaniyasında irəli sürülən manifestdə «yeni leyborizm» ideyası əsas götürül¬müşdü. Partiya hüquqi islahatlar aparacağını və xarici siyasət kursunu dəyişəcəyini elan etdi. Həmçinin lordlar palatasında da islahatlar aparılacağı göstərilirdi.
Entoni Bleerin başçılığı altında «yeni leyborist höku¬məti» təşkil edildi. Bu hökumət əvvəlki Meycor höku¬mətinin iqtisadi strategiyasını dəyişmədi. Xüsusi bölmə iqtisadiyyatda qaldı. Dövlətin iqtisadi proseslərə müdaxiləsi minimum səviy¬yədə idi, sahibkarların fəallığına şərait yaradılırdı, isteh¬salın texnika-texnologiya bazasının möhkəmləndirilmə¬sinə xüsusi diqqət yetirilirdi.
1999-cu ildə uşaqların müdafiəsi, yeniyetmə yaşına çatmamışlara analıq probleminin həllinə dair, həmçinin yeniyetmələr arasında narkomaniya əleyhinə mübarizə haqqında proqramlar qəbul edildi.
Konstitusiya-seçki hüququ sistemi, lordlar palatasının islahatı və devolyusiya sisteminin inkişafı istiqamətində iş aparılmağa başlandı. Mojaritar-proporsional seçki sisteminə keçmək məsələsi lordlar palatası tərəfindən qəbul edilmədi. Belə olduqda hökumət lordlar palatasının islahatına başladı. 1999-cu ildə irsi perlik ləğv edildi.
1997-ci ilin sentyabrında Şotlandiya və Uels böyük muxtariyyət hüququ aldılar. Bu proses gevolution adını aldı. Bleer İrlandiya məsələsində də uğur qazana bildi. O, hakimiyyətə gəldikdən sonra elan etdi ki, İrlandiya və İngiltərə hökuməti arasında gedən danışıqlarda Şinn feyn partiyasının iştirak etməsinə etiraz etmir. ABŞ-ın vasitəçiliyi ilə 1998-ci ilin aprelində Şimali İrlandiya üzrə üçtərəfli sülh müqaviləsi imzalandı. Şimali İrlandiyanın siyasi muxtariyyəti bərpa edildi.
Bleer hökumətinin xarici siyasətində ABŞ-la yaxınlıq əsas yer tuturdu. London ABŞ-ın Sudan və Əfqanıstanı bombardman etməsini müdafiə etdi. 2001-ci ilin sentyabrında baş verən Nyu-Yorkdakı terror aktından sonra ABŞ-ın Əfqanıstandakı taliban rejimini devirmək üçün oraya, 2003-cü ilin martında isə İraqa qarşı müdaxiləsində İngiltərə də iştirak etdi.
1999-cu ilin sonunda Starmont çağrıldı və Olsteri idarə etmək üçün orqan təşkil edildi. Şimali İrlandiyada ekstremist qrupları 2007-ci ilə qədər tərksilah etmək nəzərdə tutuldu. 2001-ci ilin oktyabrından bu işə başlanıldı. Nyu-Yorkda 2001-ci ilin sentyabrın 11-də baş verən terror hadisəsinin buna böyük təsiri oldu. 2003 və 2007-ci illərdə keçirilən parlament seçkiləri nəticəsində protestant və katoliklərdən ibarət qarışıq hökumət təşkil edildi. 2007-ci ilin iyulun 31-dən avqustun 1-nə keçən gecə Böyük Britaniya qoşunlarının Şimali İrlandiya ərazisindən çıxarılması prosesi başa çatdı.
2005-ci ilin iyulun 7-də olmuş üç metro qatarında və bir avtobusda 32 nəfərin həlak olması ilə nəticələnən terror aktı leyboristlərin nüfuzuna mənfi təsir etdi. Narazılığı aradan qaldırmaq üçün hökumət 2005-ci ilin noyabrında onillik ərzində AES tikilməsi haqqında plan qəbul etdi. Bu plan ölkənin enerji təhlükəsizliyini təmin etməli idi. Atom reaktorlarının təşkili üçün 12 mlrd f.st.pul ayrılmalı idi.
1997-ci ilin iyununda Böyük Britaniya Amsterdam müqaviləsini imzalayaraq Aİ-nin sosial xartiyasına qoşuldu. 2007-ci ilin dekabrında Böyük Britaniya Aİ-nin islahatı haqqında Lissabon müqaviləsini imzaladı

Yüklə 32,91 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə