İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
  1   2   3   4   5   6   7   8   9   ...   96


 
SƏMAYƏ MƏMMƏD qızı MUSTAFAYEVA  
ŞƏHLA MÜZƏFFƏR qızı QURBANOVA 
Z
ƏRİFƏ ŞAMİL qızı CAVADOVA 
 
 
 
 
 
 
 
 
ABŞ-ın XARİCİ SİYASƏTİ  
(1945-2010-cu ill
ər) 
  
D
ƏRS VƏSAİTİ 
 
 
 
 
 
 
 
Az
ərbaycan Respublikasının Təhsil Nazirliyi 
 
Elmi Metodik Şurası “Tarix” bölməsinin 01.07.2011-ci  
il tarixli iclasının qərarına (pr№6) və Təhsil Nazirinin  
07.07.2011-
ci il tarixli 1252 saylı əmrinə əsasən dərs 
  
v
əsaiti kimi çap olunur. 
 
BAKI – 2 0 1 1 


 

 
Elmi redaktor: 
dos. S
əmayə Məmməd qızı 
Mustafayeva 
 
 
 
 
 
R
əyçilər: 
 
 
prof. M
əmməd Fətəliyev 
prof. Musa H
əsənov 
 
 
 
 
dos.
Şubay Nuruzadə 
 
 
 
 
dos.
Ərrəhman Əhmədov 
 
 
 
 
t.e.ü.f.d.İlhamə Məmmədova 
 
 
 
 
 
 
 
 
 
 
D
ərs vəsaitinin  I, II, V hissələri dos. S.M.Mustafayeva, 

əllimə  Ş.M.Qurbanova,  dos.  Z.Ş.Cavadova,  III  və  IV 
hiss
ələri isə 
ancaq 
Ş.M.Qurbanova 
tərəfindən 
hazırlanmışdır. 
 
 
 
 


 

GİRİŞ 
 
Qloballaşmanın yeni mərhələsinə daxil olduğu müasir dövrdə 
Az
ərbaycanın  dünyanın  qabaqcıl  dövlətləri ilə  əlaqələri daha da 
inkişaf edir. Müstəqililk qazanmış respublikamız üçün bu əlaqələr 
çox 
əhəmiyyətlidir. Gənclərimizin dünya tarixinə, xüsusilə də ABŞ 
tarixin
ə marağının getdikcə artdığını nəzərə alaraq “ABŞ-ın xarici 
siyas
əti (1945-2010-cu illər)” mövzusunda dərs vəsaiti  yazmağı 
q
ərara aldııq. Dərs vəsaiti ali məktəblərimizin həm bakalavr, həm 
d
ə  magistr pilləsi üçün nəzərdə  tutulmuşdur.  Bu  vəsaitdən ali 
m
əktəb müəllimləri, həmçinin tarixlə  maraqlanan hər bir oxucu 
istifad
ə edə bilər. 
 


 

I. 
İkinci dünya müharibəsinin ABŞ üçün nəticələri 
 
ABŞ İkinci dünya müharibəsində də ən çox qazandı və Yer 
kür
əsində  özünün birinci super dövlət  olduğunu  bir  daha  sübut 
etdi.    Müharib
ədə  iştirak  edən digər ölkələrlə  müqayisədə  onun 
əsas üstünlüyü ərazisinin (Havay adalarından başqa)hərbi əməliy-
yat meydanına çevrilməməsi və heç bir dağıntıya məruz qalmaması 
idi. 
ABŞ  müharibə  dövründə  antihitler koalisiyasının  əsas cəbhə-
xanasına  çevrildi,  ölkə  inhisarçılarının  gəliri  87  milyard  dolları 
ötüb keçdi.  Bu dövrd
ə ölkədə avtomobil istehsalı dörd dəfə artdı.  
Onun silahlı qüvvələri döyüş texnikasına və sayına görə dünyada 
birinci yeri tuturdu v
ə tərkibində 12 milyondan çox əsgər və zabit 
vardı.  ABŞ-ın müharibədə itkisi cəmi 300 min nəfər oldu ki, bu da 
SSRİ  ilə  müqayisədə  70 dəfədən az idi.    Müharibədən sonra o, 
dünya s
ənaye məhsulunun 54,6%-nı  istehsal  edirdi.    Dünya  qızıl 
ehtiyatlarının isə 53,3%-i bu güclü dövlətin əlində mərkəzləşmişdi.  
ABŞ-ın belə inkişafını həm daxili, həm də xarici amillər müəyyən 
edirdi.  Müharib
ə illərində Avropanın qabaqcıl dövlətlərindən olan 
İngiltərə  və  Fransa indi ona borcu olan dövlətlərə,  Almaniya və 
Yaponiya is
ə müharibədə məğlub edilərək, müvəqqəti də olsa, zəif 
v
ə gücsüz rəqiblərə çevrilmişdi.  Digər tərəfdən isə ABŞ-ın özündə 
daxili bazarın geniş tutumu, sürətli kapital yığımı və onun ixracı, 
h
əmçinin məhsuldar qüvvələrin coşqun yüksəlişi imkan verirdi ki, 
o, super dövl
ət statusunu qoruyub saxlasın.  
ABŞ-ın bu dövrdə öz daxilində və dünyada 2367 hərbi bazası 
var idi.  
Əgər 1940-cı ildə ölkədə silahlanmaya 3,5 milyard dollar 
x
ərclənirdisə, 1948-ci ildə hərbi xərclər 13,4 milyard dollar təşkil 
edirdi.  
 
Harri Trumeni prezidentliyi dövründ
ə ABŞ-ın xarici siyasəti 
Dünya 
hegemonluğuna doğru. ABŞ-SSRİ münasibətləri 
İkinci  dünya müharibəsi  ABŞ-ın  təcridçilik siyasətindən “əl 
ç
əkməsinə” səbəb olan başlıca amil oldu.  1945-ci ilin dekabrın 19-
da Trumenin  konqres
ə  göndərdiyi məktubunda  da  bu özünü çox 
açıq  şəkildə  göstərirdi:Bu  bizim  xoşumuza  gəlsə  də,  gəlməsə  də 
biz bir şeyi etiraf etməliyik ki, əldə olunan qələbə “Amerika xal-


 

qının  üzərinə  dünyanı  idarə  etmək kimi bir məsuliyyəti qoy-
muşdur”.  
ABŞ-ın  hegemonluğuna  nail  olmaq  yolunda  başlıca  maneə 
is
ə SSRİ idi. 
ABŞ  xarici  siyasət  planında  bu  kimi  məsələlər çoxdan bəri 
xüsusi metod v
ə  üsullar vasitəsilə  hazırlanmışdır  ki,  bu  onun 
diplomatiyasına  xüsusi  bir  “rəng” verirdi.    ABŞ  heç  bir  vəchlə 
beyn
əlxalq əhəmiyyətli məsələlərin həllində hər hansı bir dövlətin 
vasit
əçi və ya aparıcı bir rolda çıxış etməsinə yol vermirdi. Hətta 
bu m
əsələ  hər  hansı  bir  ölkənin daxili problemi  də  olsa,  onun 
r
əyini  formal  olaraq  soruşur  və  digər dövlətlərin verəcəkləri rəy-
l
ərlə hesablaşmırdı. ABŞ dövlət departamenti bu birtərəfli “bəyən-
nam
əni” beynəlxalq hüquq normaları çərçivəsində “təsdiq etmək” 
v
ə  onun “militarist görkəminə” beynəlxalq arenada “sülhpərvər 
görk
əm” verməyə çalışırdı.  
T
əcridçilik siyasətindən imtina edildikdən sonra ABŞ özünün 
dövrün t
ələblərinə  uyğun  olaraq  ətraflı  şəkildə  hazırlanmış  və 
möhk
əmləndirilmiş “Açıq qapılar” adı ilə məşhur olan öz doktrina-
sının yenidən xarici siyasət arenasına gətirdi.  Vaşinqton əmin idi 
ki, 
haradakı  qapılar  onun  üçün    açıqdır,  orada onun iqtisadi, 
maliyy
ə və siyasi mövqeyi daim güclü olacaqdır.  Bu isə ABŞ ka-
pita
lının dünyada hökmranlığını təmin edirdi.  Beləliklə, “Açıq qa-
pılar” proqramı ABŞ-ı dünyada yeganə hegemon dövlət edəcək bir 
siyasi proqram idi.    Müharib
ədən sonra cərəyan edən siyasi hadi-
s
ələr göstərdi ki,  bu proqram siyasi cəhətdən  əlverişsiz  bir 
xarakter
ə malik idi ki, bu da sonda siyasi xətdə ciddi “əyrintilərin” 
olduğunu  göstərdi.    Müharibədən sonra bunun ilk fəsadlarını  biz 
sosializm v
ə  kapitalizm sistemləri  arasında  baş  vermiş  ziddiy-
y
ətlərin əsas faktorlarından biri kimi  müşahidə etdik.   
H
ələ  müharibə  qurtarmamışdan  əvvəl  Vaşinqton  böyük 
diplomatik hazırlıq işlərinə başlamaqla gələcəkdə dünyada yeganə 
hegemon dövl
ətə  çevrilmək  üçün  bir  sıra  proqram  layihələrini 
n
əzərdən keçirdi.    Bu  planları  həyata keçirmək üçün mütləq bir 
şəkildə hüquqi, dünyəvi və beynəlxalq bir təşkilat lazım idi ki, bu 
da g
ələcəkdə BMT ola bilərdi.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə