2
Ə (56) 2009
Ə (56) 2009 Əliyev Etibar Əli oğlu. Beynəlxalq nəqliyyat hüququ.
Dərslik. Bakı: «SeNa» MMC nəşriyyat-poliqrafiya
müəssisəsi, 2009, 868 səh.
Azərbaycan Respublikasında ilk dəfə olaraq tərtib edilmiş bu dərslikdə beynəlxalq nəqliyyat
hüququ ilə bağlı məsələlərin əhatəli şəkildə işıqlandırılmasına təşəbbüs göstərilir. Burada beynəlxalq
nəqliyyat hüququna, onun subinstitutlarına anlayış verilir, ayrı-ayrı nəqliyyat növləri üzrə beynəlxalq
daşımaların hüquqi tənzimlənməsinin xüsusiyyətləri şərh edilir.
Müasir beynəlxalq nəqliyyat daşımaları sahəsində ən yeni normativ-hüquqi sənədlər və
çoxsaylı elmi mənbələr əsasında hazırlanmış bu dərslik Azərbaycan beynəlxalq nəqliyyat hüquq
elmində mövcud olan boşluqların doldurulmasına xidmət edir.
Dərslikdən ali məktəb tələbələri, hüquqşünaslar, nəqliyyat hüquq elmi sahəsində çalışan
mütəxəssislər və praktiki işçilər istifadə edə bilərlər.
İSBN 978-9952-440-38-6
© E.Ə.Əliyev, 2009
3
Elmi redaktor:
-Hüseynov L.H., AR MM Aparatının Dövlət
quruculuğu
üzrə qanunvericilik şöbəsinin müdiri, hüquq elmləri
doktoru.
Məsul redaktor:
-Əliyev Ə.İ., BDU «Beynəlxalq münasibətlər və
beynəlxalq hüquq» fakültəsinin elmi işlər üzrə
dekan müavini, hüquq elmləri doktoru.
Rəyçilər:
-Timçenko L.D., Ukrayna Vergi Xidməti
Akademiyası
«Beynəlxalq əlaqələr» şöbəsinin rəisi, hüquq elmləri
doktoru, professor;
-Məmmədov R.F., BDU «Beynəlxalq ümumi
hüquq»
kafedrasının müdiri, hüquq elmləri doktoru, dosent;
-Quliyev İ.O., Milli Aviasiya Akademiyası
«Hüquqşünaslıq» kafedrasının müdiri, hüquq
elmləri doktoru, professor;
-Zeynalov R.M., BYPNT Baş Assambleyasının
üzvü, AR NK YHTK-nın sədr müavini, AR DİN
BDYPİ-nin rəisi, polis general-mayoru;
-İmanov R.C., Azərbaycan Dövlət Dəniz
Akademiyası
«Humanitar fənlər» kafedrasının müdiri, tarix
elmləri namizədi, dosent.
Redaksiya qrupu:
-baş redaktor- Əliyeva İ.M., ADU-nun baş müəllimi,
filologiya elmləri doktoru, dosent;
-redaktorlar- Əliyeva F.E., BDU «Beynəlxalq
xüsusi
hüquq və Avropa hüququ» kafedrasının baş
laborantı, hüquqşünas;
-Hacıyev E.A., Azərbaycan Dövlət Dəniz
Akademiyası «Humanitar fənlər» kafedrasının müəllimi,
hüquqşünas;
-Vəliyev E.T., AR VN İVÖD-nin əməkdaşı, I
dərəcəli baş dövlət vergi müfəttişi, hüquqşünas.
5
ÖN SÖZ
Beynəlxalq iqtisadi münasibətlər sisteminin mühüm komponenti olan
nəqliyyat və nəqliyyat daşımaları dövlətin iqtisadi infrastrukturunda vacib yer
tutur.
Qloballaşma dövründə hər bir dövlətin milli iqtisadi (ticarət-nəqliyyat)
sistemi beynəlxalq dünya təsərrüfat (nəqliyyat və nəqliyyat daşıma) əlaqələri
sisteminə labüd şəkildə inteqrasiya olunur və bunun da nəticəsində bu nəqliyyat
münasibətləri milli çərçivədən kənara çıxaraq beynəlxalq hüquqi tənzimləməni
zəruri edir. Nəqliyyat əlaqələrinin beynəlmiləlləşməsi nəqliyyat daşımaları
sahəsində inteqrasiya proseslərinin təşəkkülü, formalaşması və inkişafını obyektiv
şəkildə şərtləndirir. Bu proseslərdə beynəlxalq hüquq sahəsində formalaşmış
beynəlxalq nəqliyyat hüququ daim artan əhəmiyyətli rol oynayır. Çünki nəqliyyat
sahəsində müxtəlif beynəlxalq xarakterli əlaqələrin ayrı-ayrı dövlətlərin milli
hüquq sistemləri ilə tənzimlənməsi qeyri-mümkündür.
Bütün bu göstərilən və digər amillər nəqliyyat (daşıma) münasibətlərinin
tənzimlənməsi üçün nəzərdə tutulmuş ayrıca hüquqi normalar (həm beynəlxalq-
ümumi, həm də beynəlxalq-xüsusi) məcmusunun əmələ gəlməsinə səbəb olmuşdur.
Beynəlxalq hüquqi normaların belə məcmusu beynəlxalq nəqliyyat hüququ
adlanır.
Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra bir sıra
beynəlxalq nəqliyyat təşkilatlarına (BMAT, BDT, BYPNT və s.) üzv olmuş,
beynəlxalq nəqliyyat konvensiyalarına qoşulmuş və nəqliyyat daşımaları
sahəsində bir çox dövlətlərlə müvafiq sazişlər bağlamışdır. Əsası Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş qlobal iqtisadi
layihələrin –Böyük «İpək yolu»nun bərpası, «Avropa-Qafqaz-Asiya» nəqliyyat
dəhlizinin yaradılması, BTC neft ixrac boru kəməri və BTƏ qaz kəmərinin
reallaşması və digər iri qlobal iqtisadi-ticarət (nəqliyyat) layihələrinin həyata
keçirilməsi həlledici əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində nəqliyyat sektoru neft
sektorundan sonra ölkəmiz üçün ən mühüm sektora çevrilmişdir.