Rüblük ədəbiyyat dərgisi №3 (11) Sentyabr 2014



Yüklə 472,06 Kb.
Pdf görüntüsü
səhifə1/104
tarix26.09.2017
ölçüsü472,06 Kb.
#2234
  1   2   3   4   5   6   7   8   9   ...   104


 
 
         Rüblük  ədəbiyyat dərgisi № 3 (11) 
 
 
  
 
 
 
                                             
   Sentyabr  2014 


2
№ 3 (11) Sentyabr  2014 
 
 
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 
Mətbu nəşrlərin qeydiyyat reyestri №3467
 
 
 
BANK HESABIMIZ: 
 
HESAB SAHĠBĠ: 
VƏLĠYEV AZAD VƏLĠ OĞLU 
Hesab nömrəsi: 382100000001713 
VÖEN 1801515182 
ĠBAN 
AZ75JBBK00000382100000001713 
BANKIN ADI: 
Bank of Baku ASC Neftçilər filialı 
VÖEN 1700038881 
Kod: 507376 
Müxbir hesab 
AZ27NABZ01350100000000007944 
S.W.I.F.T. JBBKAZ22 
 
 
  Dərgi ilə əlaqə: 050 - 373 71 21 
                            055 - 717 34 03 
 
             E-mail: azadqaradereli@yahoo.com 
                          yazidergisi@gmail.com 
Dərginin elektron ünvanı: 
www.yazidergisi.com 
 
Facebook ünvanımız: 
http://www.facebook.com/yazıdergisi. 
edebiyyatjurnalı 
 
Dərginin qapaq hissəsində və içərisində 
verilmiĢ rəsm əsərləri tanınmıĢ rumın 
rəssamı Mixail Kristiyə məxsusdur 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


                            Rüblük ədəbiyyat dərgisi

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


4
№ 3 (11) Sentyabr  2014 
 
BaĢ redaktordan .........................................5 
 
Ədəbiyyat xəbərləri..................................... 6 
 
Sözümüzün yiyələri  
Ədəbi məktublar............................................9 
  
Bir kitab Ģeir 
Aqşin Yenisey ......................................... 11-24 
 
Nəsr. Hekayə guĢəmiz 
Cəlil Cavanşir, Mübariz Örən, Yaşar Bünyad  
və Həmid Piriyevin  hekayələri................. 25-46 
 
Nəfəslik 
M.Füzuli, Orxan Vəli, Ağamalı Sadiq  
Əfəndinin şeirləri ...........................................47 
 
Nəsr  
Kənan Hacı ―Fironun dəftəri‖ – 
(roman - əvvəli........................................48-73 
 
Poeziya  
Esmira Məhiqızı, Səməd Qaraçöp, Cəlil 
Cavanşir, Elnur Astanbəyli, Rüfət Əhmədzadə,  
Adilə Nəzərli, Elşad Can Şamilin şeirləri.74-102 
 
Dramaturgiya 
Qan Turalı ―Füzulinin qayıdışı‖  
(alternativ 
komediya)..............................................103-109 
 
Nəfəslik 
Xaltanlı Tağı, R.M.Rilke, Vaqif Bayatlı və  
Sucaətin şeirləri.............................................110 
 
 
 
 
 
 
 
Güney sovqatı 
Ruqiyyə Səfəri,  Məlihə Əzizpur və Sayman  
Aruzun şeirləri..............................................112 
 
 
Çevirmə  
Mixail Nuaymə, Ziqmunt Freyd, Ahmet Yıldız, 
Can Yücəl, Abdulqadir Budak, Zerrin Taşpınar, 
Viktor Kopuşçu, Patrisya Haysmit və Ziqmunt 
Freyddən çevirmələr.............................116-174 
 
 
Nəsr 
Azad Qaradərəli  ―Cülyettanın sağ döşünə  
toxunmaq‖ – roman (3-cü hissə  )........175-191 
 
Esseistika 
Nuranə Nurun və A.Qaradərəlinin esseləri...192 
 
Kitab rəfi 
Araz Gündüz. ―Türk dilində kimlik bildirən 
sözlər‖ ........................................................196 
 
 
Palitra 
Rəssam  Mixail Kriste.................................198 
 
Yeni nəĢrlər ................................................
 200 
 
 
 
 
 
 
 
 
 
 


                            Rüblük ədəbiyyat dərgisi

 
 
 
       Bizim kimi mədəni baxımdan inkişafdan 
qalmış ölkələrdə ədəbiyyatın halı adətən iki yöndə 
olur: ya elə ölkənin digər sahələri kimi axsaya-
axsaya özünü  ölmədiril bu günlərə daşımağa çalışır, 
ya da bütün sahələri ötüb keçərək  hər şeyə meydan 
oxuyur, ölkənin incəsənətinin digər sahələrinə də 
təsir göztərərək irəli aparır, yaxşı mənada bir intibah 
mühiti yarada bilir. Bilənlər bilir ki, ədəbiyyatda bu 
güc var. Sadəcə onu ram etmək yox, ağzını dağa-
daşa salmaq yox, öz təbii axarına buraxmaq 
lazımdır. Yoxsa, onun törətdiyi fəsadlar hər mənada 
yaxşı effekt verməz.
 
 
Niyə  yazıçıları  hamı  döymək,  söymək,    bu 
yolla özünə tabe etdirəndən sonra ―sevmək‖ istəyir? 
Əgər  bu  sevgidirsə,  niyə  bunu  elə  haray  bu  başdan 
etmirlər?  Həəə...  Baxanda  baxıb  görürsən  ki,  bu 
nəinki sevgi deyil, bu qoltuq missiyasıdır. Mən səni 
qoltuğumda  saxlayacam,  səni    ―yad  təsirlərdən 
qoruyacam‖, 
sənin 
―səllimi‖ 
böyüməyini 
əngəlləyəcəm...  Elə  ki,  böyüdün,  başın  gicəllənsə, 
qorxma, qoltuq missiyası davam edəcək: sənə bir cüt 
qoltuq  ağacı  verəcəm,  söykənə-söykənə  gəz,    gəzə 
bildikcə... 
 
...İndi  yaşı  əlli-altmış  arasında  olan 
yazıçıların  yaradıcılığının  bir  qismi  sovet  dövrünə 
təsadüf  edib.  Yaşı  altmış-səksən  arası  olanların  isə 
yaradıcılığının  bütün  hissəsi    sovet  dövrünə  təsadüf 
edib.  Ona  görə  birincilər  müəyyən  dərəcədə    O 
DÖVRDƏN  uzaqlaşa  biliblərsə  də,  ikincilər  tamam 
SOVET yazıçısı olaraq qalıblar. Amma bu o demək 
deyil  ki,  bu  iki  zümrənin  arasından  bir  qırmızı  xətt 
çəkib  bunları  sağa-sola  bölərək  sürümək  lazımdır. 
Necə ki, gənc yazıçı Əli Əkbər edir. 
 
 
Əli Əkbər Əkrəm Əylislinin dərgimizdə  çap 
olunmuş ―Dağlar deyir ki, soyuqdur‖ (―Yazı‖, 10-cu 
say) əsərini oxuyub bərk hiddətlənib. Səbəb də odur 
ki,  əsər  bu  bəyə  çox  zəif  görünüb,  hətta  o  dərəcədə 
ki,  yazıçını  ittiham  edib:  ―Əkrəm  Əylisli  sapına 
qədər  sovet  yazıçısıdır.‖    Və  yazıçının  Türkiyənin 
Marmaris  bölgəsində  istirahətə  getməyi  də  gənci 
necə  əsəbləşdiribsə,  ağsaqqal  yazıçıya  təzə  təxəllüs 
taxıb: Əkrəm Marmarisli... 
 Belə.  Əcəba,  bu  ədəbiyyat  söhbətimi?  Əcəba, 
bunların ədəbiyyata dəxli  varmı? Əcəba... 
 Əkrəm  Əylislinin  mənim  müdafiəmə-filana  qəti 
ehtiyacı  yox.  Amma  bir  şeyi  burda  yazmasam 
olmaz: Sovet dövründə və 80-90-cı illərdə bizi düz  
 
 
 
yolla gedə bilməyə az-çox yönəldən iki yazıçı olub: 
Sabir  Əhmədli  və  Əkrəm  Əylisli.  Bunlar  ―sapına 
qədər    sovet  yazıçısı‖  idilər,  amma  məhz  bu  iki 
qələm  adamı  bizim  hər  mənada  ayaq  üstə 
olmağımızda  yardımçı  olublar.  Özlərini  o  Sovetin 
baltasının sağına-soluna atmaq hesabına.  
 
...Əli  Əkbəri  bir  kənara  qoyub  başqa  bir 
dostumuzdan  da  bəhs  etmək  istərdim:  Həmid 
Herisçidən.  Bu  qələm  adamı  Əli  Əkbərdən  çox 
yaşlıdır. Yəni üzü altmışa gedir. Amma üzü altmışa 
getsə də, gözü qabağındakı gənclərdədir: onların hər 
addımını qılınclayır, döyəcləyir, dürtmələyir. Özü də 
bu  onların  inkişafı  üçün  olan  döyəcləmədən  çox, 
geriləməsinə  daha  çox  xidmət  edir.  Məsələn,  
―posmodernizmi Azərbaycana mən gətirmişəm, mən 
də  aparıram.  Amma    Günel  Mövlud,  Əli  Əkbər, 
Seymur  Baycan,  Qanturalı  hələ  də  orada 
eşələnirlər...‖ 
 
           Fikir  verdinizmi?  Əli  Əkbərin  də  adı  vardı. 
Bu, zənnimcə eyni  mənbədən qidalanan xəstəlikdir: 
səndən  arxadakını  da,  səndən  qabaqdakını  da  kəs, 
doğra, özünə yol aç... 
 
 
Yolu beləmi açıblar?  
 
Nizami kimin fövqündə Nizami olub? Təbii 
ki,  sələflərinin:  Əbül-Üla  Gəncəvi,  Əfzələddin 
Xaqani, Məhsəti Gəncəvi, Mücrəddin Beyləqani... 
 
Təbii 
ki, 
Nizami 
onların 
yararlı  
cəhətlərindən  bəhrələnib,  yarasız  sandıqlarını  rədd 
edib, hətta tənqid belə etməkdən çəkinməyib. Amma 
bütövlükdə  rədd  etməyib.  Çünki  ayağını  qoymağa 
yer tapmaz, o ucalıqda dayana bilməzdi... 
 
Ustadlar  özlərindən  qabaqda  olanlara  yol 
açmış.  Onların  inkişafına  hər  mənada  dəstək 
olmuşlar. Amma qoltuqda saxlamaqla deyil.  
 
Sınaqdan çıxmış bir fəlsəfi qanun var: inkarı 
inkar  qanunu.  (Əgər  bəziləri    tapındıqları  sol,  sağ, 
fizik, 
metafizik... 
təəssübkeşliyin 
təsirilə  bu 
qanundan  imtina  etməyiblərsə)  Tək  buğdadan  yaşıl 
bitki yaranaraq buğdanı inkar edir, yaşıl bitkidən isə 
tək buğda yox,  buğdalardan ibarət sünbül yaranaraq 
yaşıl  bitkini  inkar  edir.  Fəqət  tək  buğdanı  inkar 
etmədən.  Həm  kəmiyyət,  həm  də  keyfiyyət 
dəyişikliyi  var  inkarı  inkar  qanununda.  İnkar  edin, 
amma  elə  inkar  edin  ki.  arxanızda  və  qarşınızda 
böyük  toz  dumanı  yaradıb  sizi  məhvə  aparmasın. 
Ayağınızı qoymağa yer saxlayın... 
 
BAġ  REDAKTORDAN
 


Yüklə 472,06 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə